Məhkəmə qərarları › İş №1(102)-530/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-530/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-530/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşaqları olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, Yoncalıq massivində yaş amış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli hökmü ilə (hakim Vaqif Həsənov) X4 - Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-in 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrli edən), R.O.Əsgərova və R.Ə.Ağayev) apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin ed ilməmiş, Abşeron Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli hökmü qismən ləğv edilmiş, bəraət almış şəxsun təqsirli bilindiyi CMin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, hökmdən CM-nin 66.2-ci maddəsinə dair müddəalar xaric edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən, X3 CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından məhkum bəraət almış şəxsun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023cü il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), Ə.Ə.Novruzov və R.M.Abdulov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər: A.İ.İsmayılov (sədrlik edən), M.Ə.Rzayev və E.M.Əhmədov) məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, X2 Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələri ilə nəzərd ə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli hökmü CM-in 178.2.4-cü maddəsinə aid hissədə ləğv edilmiş, X3 əməlində cinayət tərkibinin olmaması əsası ilə CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə ona bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X4 tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə birgə nikahda olduğu müddətdə 13 iyun 2010-cu il tarixdə "Olimp” MTK tərəfindən inşa edilmiş, Xırdalan şəhəri 26-cı məhəllə ev 12 ünvanında yerləşən 15 saylı 23000 manata aldığı və Abşeron rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyy ətlərində olan mənzilin dəyəri Zərərçəkmiş şəxs1 ilə arasında iki yerə bölünməli olduğu halda, mənzili sonuncunun xəbəri olmadan Zərərçəkmiş şəxs2 göstərib 49000 manata satmaq barədə razılaşaraq, 06 iyul 2018-ci il tarixdə beh kimi 200 manat almış, bununla bağlı Zərərçəkmiş şəxs1 razı olmadığını bilərək, mənzilin satılmasına etiraz etməməsinə dair sonuncunun adından əl yazması və imzası ilə hüquq verən, istintaqa məlum olmayan şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorun blankı, çap mətni, həmin notariat kontorun xüsusi notariusu Şahid2 imzası və möhür əksi rəqəmsal texniki qurğulardan istifadə edilməklə axınlı çap üsulu ilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış 20 avqust 2018-ci il tarixli ərizəni istintaqa məlum olmayan "Rauf” adlı şəxsdən 500 manata alaraq həmin saxta sənəd olan əri zədən bilə-bilə istifadə edərək, "Olimp” MTK-ya təqdim edib, 29 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus % hissədə mənzil üzərində pay hüququnun Zərərçəkmiş şəxs2 adına keçirilməsinə nail olaraq həmin gün Xırdalan şəhəri 26-cı məhəllə ev 12, mənzil 15 ünvanında Zərərçəkmiş şəxs2 48800 manat alıb, Zərərçəkmiş şəxs1 1/2 pay hissəsi olan 24500 manat məbləğində pulu ələ keçirib, zərərçəkmiş şəxsərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi nin Zərərçəkmiş şəxs2 əmlakının təqsirləndirilən şəxs X4 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi hissəsində cinayət tərkibinin olmamasına dair nəticə əsassız olmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, bəraət almış şəxs saxta sənəddən istifadə edərək, Zərərçəkmiş şəxs1 ilə birgə nikahda olduğu müddətdə əldə etdiyi mənzili Zərərçəkmiş şəxs2 49000 manata satmış və bu zaman Zərərçəkmiş şəxs1 çatmalı olan 24500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi əsassız olaraq bəraət almış şəxsun həmin əməlini mülki xarakterli mübahisələrə aid etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittih amçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiy yətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində qeyd edilir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezu mpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.2-c i maddəsinə əsasən: “Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsas lı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənə vi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət t əqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya onda olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgəni n əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən b aşqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə o lunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) ni yyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbləri, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cinayət işi üzrə toplanılmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən qeyd edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyi, yəni onun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək, aldatması və onlara xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədilməsi iş materialları ilə sübut olunmur. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi ha qqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması,əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəx slərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə öhdəliyi mövcud olduğu halda, müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmayan şəxsin cinayət hüquqi əsaslara görə cəzalandırılmasına yol verilməməsi “İnsan hü quqlarinin və əsas azadliqlarin müdafiəsi haqqinda” Avropa Konvensiyasina 4 sayli əlavə protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı bəraət almış şəxsun törətdiyi əməl ondan ibarətdir ki, o Abşeron Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Zərərçəkmiş şəxs1 ½ payını, yəni X5 Kərimovanın birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-ya məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilmiş 12 saylı binada yerləşən 2 otaqlı, 15 saylı mənzilin pay haqqının ödənmiş hissəsində - 23000 manat pay hissəsi üzərində ½ payını, yəni 11500 manat dəyərində olan payı (işə əlavə sənədlərlə, o cümlədən qüvvəyə minmiş məhkəmə qətnamələri ilə bəraət almış şəxsun mənzili almaq üçün "xxxx" MTK-ya 23000 manat məbləğində pulun ödənilməsi müəyyən edilsə də, sonuncuya elan olunmuş ittihama görə, onun Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməli törətməsi nəticəsində zərərçəkmişə 24.500 manat miqdarında zərər vurulmuşdur) 29 avqust 2018-ci il tarixdə saxta sənəd əsasında Zərərçəkmiş şəxs1 xəbəri olmadan Zərərçəkmiş şəxs2 satmışdır. Belə ki, bəraət almış şə xs Zərərçəkmiş şəxs1 məxsus pay haqqını ələ keçirmək üçün sonuncuya yalan vədlər verməmiş, adı çəkilən zərərçəkmiş şəxs də bunun nəticəsində mənzildəki 11500 manatlıq payını bəraət almış şəxs tərəfindən aldadılma, etibardan suiistifadə edilmə və ya yalan vədlər altında könüllü olaraq bəraət almış şəxsa verməmişdir. Həmçinin, iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alandan və Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi icraya yönəldikdən sonra, o, mənzildən çıxarılmış, mənzil isə Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bəraət almış şəxsa qarşı Zərərçəkmiş şəxs1 məxsus mənzildəki 11.500 manatlıq payını saxta sənəd əsasında Zərə rçəkmiş şəxs2 sataraq aldatma və etibardan sui-istifadə etməklə yenə həmin miqdarda deyil, 24.500 manat məbləğində pulunu ələ keçirdiyinə görə ittiham irəli sürülmüşdür. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin haqlı olaraq belə nəticəyə gəlmişdir ki, bəraət almış şəxs Zərərçəkmiş şəxs1 həmin mənzilə pay hissəsini saxta sənəd əsasında Zərərçəkmiş şəxs2 satsa da, lakin bunu əvəzsiz olaraq etməmişdir. Verilən pulun əvəzində Zərərçəkmiş şəxs2 2 otaqlı mənzil təhvil verilmişdir. İşin bu faktiki halı bəraət almış şəxsun zərərçəkmişin şəxsin pulunu əvvəldən ələ keçirmək niyyətində olmasını istisna edir. Yuxarıda qeyd edildiyi kimi dələduzluq cinayətlərində özgənin əmlakını əvvəldən ələ keçirmək niyyətinin olmaması həmin cinayəti istisna edir, ona görə ki, niyyət həmin cinayəti subyektiv cəhətinin zəruri şərtidir. bəraət almış şəxsun belə bir niyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, X4 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə birgə nikahda olduğu müddətdə 13 iyun 2010-cu il tarixdə "Olimp” MTK tərəfindən inşa edilmiş, Xırdalan şəhəri 26-cı məhəllə ev 12 ünvanında yerləşən 15 saylı 23000 manata aldığı və Abşeron rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan mənzilin dəyəri Zərərçəkmiş şəxs1 ilə arasında iki yerə bölünməli olduğu halda, mənzili sonuncunun xəbəri olmadan Zərərçəkmiş şəxs2 göstərib 49000 manata satmaq barədə razılaşaraq, bununla bağlı Zərərçəkmiş şəxs1 razı olmadığını bilərək, mənzilin satılmasına etiraz etməməsinə dair sonuncunun adından əl yazması və imzası ilə hüquq verən, istintaqa məlum olmayan şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorun blankı, çap mətni, həmin notariat kontorun xüsusi notariusu Şahid2 imzası və möhür əksi rəqəmsal texniki qurğulardan istifadə edilməklə axınlı çap üsulu ilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış 20 avqust 2018-ci il tarixli ərizəni istintaqa məlum olmayan "Rauf” adlı şəxsdən 500 manata alaraq həmin saxta sənəd olan ərizədən bilə-bilə istifadə edərək, "Olimp” MTK-ya təqdim edib, 29 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus % hissədə mənzil üzərində pay hüququnun Zərərçəkmiş şəxs2 adına keçirilməsinə nail olaraq həmin gün Xırdalan şəhəri 26-cı məhəllə ev 12, mənzil 15 ünvanında Zərərçəkmiş şəxs2 48800 manat alı b, Zərərçəkmiş şəxs1 1/2 pay hissəsi olan 24500 manat məbləğində pulu ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsini ibtidai istintaqı orqanı və birinci instansiya məhkəməsi tərəfindən təsdiq edən heç bir mötəbər sübut əldə etmədiyindən apelyasiya instansiya məhkəməsi ona təqsirinin sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələbinə görə «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi nin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq onun təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayar aq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar