Məhkəmə qərarları › İş №1(102)-530/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-530/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-530/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X4, Məhkum – Məhkum və Müdafiəçi – Müdafiəçi3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 315, 234.4.3 və 240.1-ci maddələ ri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1747/2021 saylı, 16 dekabr 2021-ci il tarixli( hakimlər: Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər X5 və X3 ibarət tərkibdə) hökmü ilə xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4. 3, 240.1 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi ona Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, 234.4.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 mart 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüv vəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə mülki iddianın olmadığının nəzərə alınması, maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 üzərində olmuş paltarların (1 ədəd şalvar, bir ədəd sviter) özünə qaytarılması,2 (iki) ədəd mətbəx bıçağının və Məhkum üzərindən və evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1109,728 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,428 qram narkotik vasitə heroinin və tədqiqatdan sonra qalıq qalmış 6 (altı) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həblərin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manatın dövlət nəfinə tutulması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Məhkum apellyasiya şikayəti verərək,Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin hökmlə qətiyyən razı olmadığını qeyd etmişdir.Ona görə də apellyasiya şikayətinin təmin edilməsini işinə düzgün baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi1 apel lyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)1747/2021 saylı hökmünün ləğv edilərək, hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilmədiyinə görə hüquqlarını müdafiə etdiyi Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-641/2022 saylı qərarına əsasən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Mə hkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1747/2021 saylı hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-641/2022 saylı qərarından narazı qalan Məhkum kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-641/2022 saylı qərarının ləğv olunaraq, işinə apellyasiya instansiya məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasının 19 aprel 2023cü il tarixli, 1(102)-328/2023 saylı qərarına əsasən Məhkum kassasiya protestinin qismən təmin edilməsi, Bakı Apellyas iya Məhkəməsinin cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli Məhkum barəsindəki qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır, həmin qərara əsasən, iş üzrə kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizası keçirilmişdir, ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 04 iyun 2021-ci il tarixli rəyinin psixiatriyaya aid hissəsi sübut kimi qəbul edilə bilməz, Azərbaycan Respublikasının Cinayət Pros essual Məcəlləsinin 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir, bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.Lakin məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2- ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiy a instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayəti ilə qismən razılaşaraq hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-39/2024 nömrəli, 9 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) Məhkum və müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1747/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktla rı çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum 26 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 7(010)-448/2020 saylı barəsində tutulma barədə qərara əsasən, həmin qərarın icrası ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəis müavini, əməliyyat qrupunun rəhbəri Zərərçəkmiş şəxs1, qrupun üzvləri, həmin bölmənin əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs2, Şahid8, Şahid2 və Şahid1 onun yaşadığı ünvan 2 ünvanına gələrək, həmin evdə yaşayanlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra, saxlanılması əməliyyatını həyata keçirərkən, ilk olaraq mənzilin qonaq otağına daxil olmuş Zərərçəkmiş şəxs1 məişət təyinatlı olan, soyuq silah hesab edilməyən hər əlində bir mətbəx bıçağı olmaqla sonuncunun üzərinə hücum edib, əlində olan bıçaqlarla zərbələr vuraraq döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sol budun iki ədəd deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bundan sonra Məhkum əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 köməyə gəlmiş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə xəsarət yetirməklə, ona sağ yanağın və burnun ucu nahiyəs inin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra 26 mart 2021- ci il tarixdə Məhkum ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı 4 ədəd sellofan və kagız bükümlərdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil olan kü lli miqdarda xarici əlamətlərinə tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram ümumi təmiz çəkisi 9,576 qram narkotik vasitə olan heroin, eləcə də əynində olan şalvarının həmin cibindən ümumi miqdarı 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüş, bundan sonra həmin günü əməliyyat axtarış tədbirinin davamı olaraq Məhkum yaşadığı ünvan 2 ünvanında axtarış keçirilən zaman çardaqda, masanın üzərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib qanunsuz olaraq özündə saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.152 qram heroin, həmin otaqda oturacağın altından isə qara selofan torb ada təmiz çəkisi 1100.0 qram külli miqdarda heroin aşkar edilmiş, ümumilikdə Məhkum üzərindən və evindən ümumi təmiz çəkisi 1109,728 qram olan külli miqdarda narkotik vasitə olan heroin və 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara deyil, işin təhqiqat və istintaq mərhələsinə qanunvericiliklə nəzərdə tutulmamış (döymə, işgəncə məburetmə. Cinayət prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə əldə olunmuş) formada əldə edilmiş sübutlara və izahatlara istinad etmişdir, məhkəmə istintaqı zamanı araşdırılmış süb utlara və müdafiə tərəfinin təqdim etdiyi sübutlara qiymət verməmiş, ittiham tərəfin şahidlərinin ifadələrini təhrif edərək düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, polis əməkdaşları mülki formada evə daxil olaraq üzərimizə hücum edib, məndə ailə üzvülərimi müdafiə etmək məqsədi ilə onlara qarşı müqavimət göstərmişəm və bunlar şahid ifadələrində mövcuddur. Yuxarıda göstərilənləri nəzarə alaraq Məhkum əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini qeyd edərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayəstinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin olunması barədə məhkumun çıxışların ı dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şə xslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ ondan ibarətdir ki, Məhkum əsassız olaraq CM-in 315, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərə fləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran ha lları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsu si diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsa slana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin Məhkum həmin maddə ilə təqsirsiz olması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdır ma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə e tmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətka r niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını n təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlində cinayət tərkibinin olmaması və Məhkum bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri ibtidai istintaq zamanı toplanmış və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara əsasən tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunm uş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan ş übhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət iş i üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mən bəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin tə min edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-39/2024 nömrəli, 9 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar