Məhkəmə qərarları › İş №1(102)-531/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-531/2019

23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-531/2019 23.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-531/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 23 aprel 2019-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum Təqsirləndirilən şəxs və on un müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Əliyev Ceyhun Zülfüqar oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Ə.Sadıxov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 07 sentyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasının Taqanroq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azad lıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 07 avqust 2017-ci il tarixdə saat 11:30 radələrində özgə əmlakını talamaq məqsədilə ünvan 2 ünvanda yerləşən binanın qarşısında Zərərçəkmiş şəxs borca pul istəmiş, sonuncunun ona pul verməsindən imtina etdiyini görüb Zərərçəkmiş şəxs şalvarının arxa sağ cibindən 107 manat pulu iradəsinə zidd olaraq götürüb həmin məbləğin 45 manatını özündə saxlayaraq 62 manat pulu Zərərçəkmiş şəxs geri qaytarmış, bu səbəbdən Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə nəticəsində Təqsirləndirilən şəxs açıq yolla taladığı pulu əldə saxlamağa yönəlmiş hərəkətlər edərək Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək ona sol əlin sıyrığı və kürək nahiyəsinin qançırı kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirib ətrafdan toplaşan şahidlərin onları aralaması nəticəsində həmin yerdən uzaqlaşaraq zərərçəkmiş şəxsə maddi ziyan vurub soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rizvan Səfərov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Rüstəm Məmmədovdan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsi nin 07 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı C.Z.Əliyev kassasiya protestində xahiş edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlilərini dövlət ittihamçısı C.Z.Əliyev onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiym ətləndirilmədiyindən, cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən mübahisələndirilən qərar əsassızdır. Belə ki, cinayət qanunvericiliyinə əsasən şərti məhkum etmə tətbiq edərkən və məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarkən məhkəmə ilk növbədə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, təqsirkar şəxsə münasibətdə şərti məhkum etmə institutu tətbiq edilərkən şərh olunan normada sadalanan halların ayrıayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur və bu zaman ilk növbədə törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyəti nəzərə alınmalıdır. Lakin, apellyasiy a instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə institutunun tətbiqini əsaslı hesab edərkən, cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarındala tövsiyələrə əməl etməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin törədilməsi hallarını), məhkumun şəxsiyyətini nəzərə almamış, məsuliyyəti yüngülləşdirən hallara münasibətdə qanunvericiliyin tələbi baxımından çıxış etməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsla barışmasının nədə ifadə edilməsi müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsə dəymiş ziyan məhkum edilmiş şəxs tərəfindən deyil, sonuncun un anası tərəfindən yalnız zərərçəkmiş şəxsin cinayət hadisəsi barədə hüquq mühafizə orqanına məlumat verməsindən sonra, övladının cinayət məsuliyyətinə cəlb olunmasından və cəzalandırılmasından yayındırmaq məqsədi ilə bu barədə araşdırma aparıldığı dövrdə ödənilmişdir. Kassator hesab edir ki, məhkəmələr bu halda Təqsirləndirilən şəxs törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və onunla barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almaqda səhvə yol vermişlər. Bundan başqa, məhkəmələr 2-ci tip şəkərli diabet olan anasının Təqsirləndirilən şəxs himayəsində olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışlar. Belə ki, hər iki məhk əmə qərarının giriş hissəsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilərkən onun heç bir yerdə işləməməsi aydın olur. Eləcə də, məhkəmə qərarlarında və iş materiallarında Təqsirləndirilən şəxs nə hadisə vaxtı, nə də hadisədən sonrakı uzun müddət ərzində hər hansı yerdə işləməsi, hər hansı gəlir əldə etməsi, başqa sözlə ailəsinə qazanc gətirən şəxs olması müəyyən edilmir. Hətta yuxarıda qeyd olunduğu kimi, zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən deyil, onun anası tərəfindən ödənilmişdir ki, bu da bir daha anasının Təqsirləndirilən şəxs himayəsində olmasına dair məhkəmələrin gəldiyi qənaəti təkzib edir. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs idman sahəsində əldə etdiyi yüksək nailiyyətləri onun cəzasını yüngülləşdirən hal kimi nəzərə al mış, apellyasiya instansiyası məhkəməsi də bu mövqeni əsaslı hesab etmişdir. Belə ki, hökmdə qeyd edilmişdir ki, cinayət işində olan Təqsirləndirilən şəxs xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o Yunan-Roma güləşi üzrə müxtəlif beynəlxalq və ölkə daxilində yarışlarda yüksək nailiyyətlər əldə etmişdir. Lakin, məhkəmələr Təqsirləndirilən şəxs həmin nailiyyətləri 2000-2003-cü illərdə uşaq vaxtlarında əldə etməsinin üzərindən sükutla keçərək, cinayət hadisəsi törətdiyi dövrdə onun idmanla məşğul olub-olmamasını, həmin “nailiyyətləri” əldə etdikdən sonra iki dəfə məhkum olunmasını və qeyd edilən halların əvvəllər həmin cinayət əməllərinə münasibətdə yüngülləşdirici hal kimi nəzərə alınmasına əhəmiyyət verməmişdir. Bundan əlavə, məhkəmələr hadisə zamanı Təqsirləndirilən şəxs dostu Zərər çəkmiş şəxs ona borc olaraq pul verməməsinə adekvat olmayan reaksiyasının məhz Təqsirləndirilən şəxs mövcud olan psixi pozuntu ilə bağlı olması kimi yanlış qənaətə gəlmişlər. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməli, onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini tam ölçüdə dərk etmək qabiliyyətinə malik olduğundan onun əməli Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün sürətindən müəyyən olunur ki, o iki dəfə məhkum olunmuşdur. Hökm və m übahisələndirilən yekun qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək onun əmlakını açıq yolla talayıb ələ keçirməklə mülkiyyət əleyhinə olan, az ağır cinayət kateqoriyasına aid olmuş cinayət əməlini törətməsinə baxmayaraq, ibtidai istintaq zamanı və məhkəmədə zərərçəkmiş şəxsə zor tətbiq etmədiyini, sonuncunun hər hansı xəsarət almadığını, maddi vəziyyəti ağır olduğundan və pula ehtiyacı olduğundan həmin əməli törətdiyini bildirməklə ifşa olunmaqdan və layiqli cəza almaqdan yayınmaq məqsədi ilə ifadələr verərək törətdiyi əmələ görə özünə haqq qazandırmağa çalışmışdır. Kassator hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən bu halın da mövcudluğu onun barəsində şərti məhkum etmə institutunun tə tbiqini istisna etməli idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında gətirilən əsaslandırma CM-nin cəza, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirlər təyin etmənin ümumi əsaslarını müəyyən edən 8-ci və 41-ci maddələrinin müddəaları, cəzanın şərti olaraq tətbiq edilməsinin şərtlərini və qaydalarını təsbitləyən CM-nin 70-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarmdakı təfsirlərin məcburiliyi, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarındala tövsiyələri baxımından əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmadan s axlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün sayılarkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, məhkumun şəxsiyyətinin nəzərə alınmaması, cəzanı yüngül ləşdirən halların düzgün müəyyən edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbay can Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs oğlunun barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakter li tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayə t törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, Hepatit B, Hepatit C xəstəliklərindən əziyyət çəkməsini, 2ci tip şəkərli diabet xəstəsi olan anasının onun him ayəsində olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr məhkum Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası CM-in 7 0-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya protestinin bu barədəki dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumun cəzasını yüngül ləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Təqsirləndirilən şəxs cəzasının daha da ağırlaşdırılması, yaxud barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv üçün digər əsaslar müəyyən edilməmişdir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar