Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-531/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixl i hökmü ilə Azərbaycan Respublikası CM-nin 183.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən və məruzəçi), D.H.İmanov və N.T.Əliyevdən ibarət tərkibdə) Məhkum- xx xxxxxx 1986-cı il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonunun Arıxdam kəndində qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 183.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində Gədəbəy rayonunun Arıxdam kənd orta məktəbinin həyətində yerləşən Arıxdam “Diyarşünaslıq klubu”nun inzibati binasına pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində tarixi əhəmiyyət kəsb edən Azərbaycan Milli Mədəni İrs siyahısına daxil edilən və XİX-XX əsrin əvvəllərinə aid olan məişət əşyalarını, yəni, açıq boz rəngli əlvan (mis) metaldan hazırlanan, üzərində naxışvari təsvirlər olan 2 ədəd səhəng, 6 ədəd cəm, 1 ədəd güyüm, 1 ədəd qazan, 1 ədəd sərnic, 1 ədəd kəfkir, 1 ədəd çömçən, 1 ədəd məcmayi və 1 ədəd aşsüzəni oğurladıqdan sonra həmin kənd ərazisindən keçən çayın üzərinə salınmış körpünün yaxınlığına aparıb əlvan metal kimi satmaq üçün daş parçası ilə əzib yararsız hala salaraq həmin əşyaların öz xüsusi tarixi və mədəni dəyərini itirməklə məhv etmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 183.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edib barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu kassasiya şikayətində Mədəniyyət Haqqında Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə istinad edərək göstərmişdir ki, Məhkum oğurladığı əmlakların mühafizə şəhadətnaməsi olmadığına görə onlar mühafizə olunan mədəni sərvətlər siyahısına daxil edilmir. İş üzrə bu barədə eks pertiza rəyi olsa da həmin əşyalar xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar siyahısına daxil ola bilməz. Ona görə kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protest inin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində qərar ın ləğv edilməsi, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 183.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilib, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.2.3-cü maddəsində xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama, göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 183.2.3-cü maddəsinin dispozisiyasında təkcə mədəni sərvətlər deyil, xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaların və ya sənədlərin üsulundan asılı olmayaraq talanması göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduğu hər bir halda cinayət tərkibinin yaranması nəzərdə tutulur. “Mədəniyyət Haqqında Azərbaycan Respublikası Qanunu”nun 30.2-1-ci maddəsinə əsasən kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir. Həmin qanunun 30.4-cü maddəsinə əsasən mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur. Hazırkı cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsini qərarında şərh edildiyi kimi Məhkum oğurladığı əşyaların Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının xx xxx 2019-cu il tarixli 266 saylı rəyi ilə Gədəbəy rayonunun Arıxdam kənd sənətkarlıq klubuna məxsus açıq boz rəngli əlvan (mis) metaldan hazırlanan, üzərində naxışvari təsvirlər olan 2 ədəd səhəng, 6 ədəd cəm, 1 ədəd güyüm, 1 ədəd qazan, 1 ədəd sərnic, 1 ədəd kəfkir, 1 ədəd çömçən, 1 ədəd məcmayi və 1 ədəd aşsüzən məişət əşyası XİX-XX əsrin əvvəlinə aid olub tarixi əhəmiyyət kəsb edirlər, Azərbaycanın Milli-Mədəni İrs siyahısına aiddirlər, ümumi dəyərləri 2500 manat təşkil edir və onların bərpası mümkün deyildir. Göstərilənlər ə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cinayət əməlinin tövsifi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi nəticə qanuni və əsaslıdır, ona görə də Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 183.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif ediməsi barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilərək təmin edilməməlidir. Cəza təyini məsələsinə gəldikdə Gəncə Ağır Cinayətlər Məhkəməsi cəza təyin edərkən Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddində cəza təyin etmişdir. Cəzan ın yüngülləşdirilməsi üçün cinayət işinin materiallarında hər hansı qanunu əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlili də əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsa slara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-531/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-531/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver