Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-531/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, zərərçəkmiş şəxs – mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 və məhkumun müdafiəçisi Zaur Fəzail oğlu İbadovun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (sədrlik edən hakim Rövşən Xəlilov) 1(067)-1/2018 nömrəli xx xxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1979-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 213.2.2-ci maddəsi ilə təq sirli bilinərək 02 (iki) il müddətinə mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər hansı müəssisədə icra və sərəncamverici rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cəza təyin edilməmiş, mülki iddia qismən təmin edilməklə ondan 85.119,90 manat pulun tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqs irli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, mülki iddia üzrə 23.160.96 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Məhkum alınaraq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkum ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki o, fiziki şəxs (VÖEN: **********) kimi 2011-ci ildə Azərbaycan Respublikası ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının tədarükünü təşkil etmiş, Rusiya Federasiyası və Qazaxstan Respublikasında fəaliyyət göstərən müxtəlif hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr əsasında sahibkarlıq fəaliyyətini həyata keçirməklə qeyd olunan illər ərzində həmin məhsulları ixrac etmiş, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilmə sinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 72, 77.3, 78.1, 101.3, 130.1, 152.1-ci maddələrinin tələblərini pozmaqla qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi hesabatlara təhrif edilmiş məlumatları daxil etmiş və ümumilikdə külli miqdar təşkil edən 803.292,03 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum fərdi sahibkar kimi 2011-ci ildə kənd təsərrüfatı məhsullarını Rusiya Federasiyasına ixracı fəaliyyəti ilə məşğul olaraq, həmin fəaliyyətə görə qeyd olunan il ərzində Əlavə Dəyər Vergisini “0” dərəcə ilə tətbiq olunmasına baxmayaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində 20.195,88 manat ƏDV-ni, həmçinin həmin il üzrə 48,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini və yenə də həmin il üzrə sadələşdirilmiş vergini 2.030,93 manat artıq, 383,04 manat isə az hesablamaqla, cəmi 21.891,77 manat vergiləri dövlət büdcəsinə artıq hesablamışdır. Bundan əlavə, Məhkum 2011-ci ilin yekunları üzrə vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannaməsində, malların təqdim edilməsindən gəliri 21.190.540,38 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 16.952.422,08 manat, gəliri 4.238.118,30 manat və ödənilməli gəlir vergisini 847.623,66 manat göstərməli olduğu halda, gəlirini 112.199,32 manat və ödənilməli gəlir vergisini 22.439,86 manat göstərərək, 825.183,80 manat gəlir vergisini az hesablamış, ümumilikdə isə 803.292,03 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (ha kimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Nazim Mövsümov və Hüseyn Əhmədovdan ibarət tərkibdə) 1(105)-29/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Fərhad Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Rzayeva və İmran Hacıqayıbovdan) 1(102)1335/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apelyasiya baxışına təyin edilmiş, 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Sərxan Məmmədovun kassasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Cəfərov və Ruhiyyə Əsgərovadan ibarət tərkibdə) 1(105)-49/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsinə tövsif edilmiş, CM-in 75.1.2-ci maddəsinə əsasən onun cinayət törədiyi gündən yeddi ildən artıq müddət keçdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata CM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəm əsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs – mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi verdiyi kassasiya şikayətində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-49/2020 nömrəli xx xxxxxx 2020ci il tarixli qərarı ləğv edilsin və mülki iddiaçı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəmənin qərarı qanunsuz və əsassızdır. Sumqayıt Apelyasiya Məhkəməsi nin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarında birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif etməklə səhv nəticəyə gəlindiyi qeyd edilmiş, iş materiallarında olan sübutlara və tərəfimizdən verilmiş kassasiya şikayətinin dəlillərinə əsasən təqsirləndirilən şəxsin agent kimi deyil, vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi, nəticədə onun tərəfindən 2011-ci il üzrə 803.292,03 manat məbləğində gəlir vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması təsdiq edilmişdir. Lakin, məhkəmə cinayət əməlinin törədildiyi gündən yeddi ildən artıq müddətin keçməsi əsası ilə cinayət işi üzrə icraata xitam vermiş, təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddian ın qaldırılmasını qeyd edilmişdir. Bildiririk ki, cinayət mühakimə icraatında mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərində əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiadır. Göstərilənlərə əsasən qeyd edirik ki, cinayət mühakimə icraatında mülki iddia Cinayət- Prosessual Məcəllənin 179-188-ci maddələrində təsbit edilmiş müddəaların tətbiqi əsasında həll olunur. Məhkəmə qərarından da göründüyü kimi şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinsə də cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hal olduğu üçün ona cəza təyin edilməmişdir. Lakin CinayətProsessual Məcəllənin 179.4-cü maddəsinə görə cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələr i üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Göründüyü kimi cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən mülki iddiaya münasibətdə də iddia müddətinin tətbiq edilməsində məhkəmə yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinin icraatına xitam verilməsinin, mülki iddianın təmin olunmamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən, Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Məhkum barəsində tərtib olunmuş ittihama əsasən o, fiziki şəxs (VÖEN: **********) kimi 2011-ci ildə Azərbaycan Respublikası ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının tədarükünü təşkil etmiş, Rusiya Federasiyası və Qazaxstan Respublikasında fəaliyyət göstərən müxtəlif hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr əsasında sahibkarlıq fəaliyyətini həyata keçirməklə qeyd olunan illər ərzində həmin məhsulları ixrac etmiş, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilm əsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 72, 77.3, 78.1, 101.3, 130.1, 152.1-ci maddələrinin tələblərini pozmaqla qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi hesabatlara təhrif edilmiş məlumatları daxil etmiş və ümumilikdə külli miqdar təşkil edən 803.292,03 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmçinin həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş apellyasiya instansiya məhkəməsi üzrə birinci instansiya məhkəməsinin hökmü ləğv edildiyindən və cinayət təqibinə xitam verildiyindən mülki iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında Məhkum qarşı mülki iddia ilə məhkəməyə müraciət edilməsi və ona hüququnun izah edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübu tlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı xx xxxxxx 2020-ci il tarixli qərarının mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Mülki iddiaçının kassasiya şikayət təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-531/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-531/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver