Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-532/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X14, Zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Nümayəndə1 Oqtay oğlunun Məhkum müdafiəçisi Azərbaycan Respublikası Vəkillər X25 və Tədris Mərkəzinin direktor müavini, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X3, X2, X15, X16, X17 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 126.3-cü maddəsi ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 228.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X27 və onun nümayəndəsi Nümayəndə1 Oqtay oğlu, tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 1(101)124/2020 saylı hökmü ilə (sədrlik edən X40, hakimlər X18 və X6) xx xxxx 1977-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, hə bs olunanadək ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhr um etmə cəzası təyin edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu vaxtdan, yəni 10 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 138.2-1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından Məhkum həmin maddə üzrə bəraət verilmişdir. 06 dekabr 1985-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Şabran rayon peşə məktəbində informatika müəllimi işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu vaxtdan, yəni 10 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 138.2-1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından X4 həmin maddə üzrə bəraət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu vaxtdan, yəni 10 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 138.2-1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından X21 həmin maddə üzrə bəraət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğ u vaxtdan, yəni 10 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 138.2-1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından X21 həmin maddə üzrə bəraət verilmişdir. 07 aprel 1975-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, həbs olunanadək “xxxx” MMC-də növbə rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanında qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədi lməsində təqsirli bilinərək, ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu vaxtdan, yəni 10 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 138.2-1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından X22 həmin maddə üzrə bəraət verilmişdir. 08 mart 1980-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, həbs olunanadək ünvan 5 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi P enitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu vaxtdan, yəni 10 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 138.2-1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından X7 həmin maddə üzrə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən məhkum X3 müdafiəçisi X28, məhkumlar Məhkum, X1 Əfqan Rafiq oğlu, X34, X35 və zərərçəkmiş şəxsin hüquqi varisi X29 tərəfindən apellyasiya şikayətləri ve rilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) X3 müdafiəçisi X28, məhkumlar Məhkum Şahbala oğlu, X36, X36 və zərərçəkmiş şəxsin hüquqi varisi X27 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Təqsirləndirilən şəxs X7 ittiham elan edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birgə xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını tətbiq etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölüm ünə səbəb olan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X19 psixi xəstəlikdən əziyyət çəkən xx xxxxxxxx 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs müalicə metodu kimi tətbiqinə müvafiq qaydada icazə verilməmiş və müəyyən olunmuş qaydada qadağa qoyulmuş diaqnostika üsulunu tətbiq edib, guya ayinlər oxunarkən biədəb ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs bədəninə «cin daxil olması» diaqnozu qoymaqla Zərərçəkmiş şəxs «bədəndən cinlərin çıxarılması» kimi tibb təcrübəsində ümumiyyətlə nəzərdə tutulmamış və müəyyən olunmuş qaydada qadağa qoyulmuş müalicə üsullarının tətbiqini həyata keçirmək üçün tanışları, Şabran şəhər sakinləri Məhkum, X10, X34, X33 və X35 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların arasında rolların bölgüsünü aparmışd ır. Bundan sonra 09 noyabr 2018-ci il tarixdə saat 21:00 radələrindən başlayaraq təxminən iki saat ərzində Məhkum yaşadığı ünvan 6 ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki yataq otağında Fizuli Qəribovun şifahi tapşırığı əsasında Zərərçəkmiş şəxs qarşı bu müalicə üsulunun tətbiqi zamanı əvvəlcədən aparmış olduğu rolların bölgüsünə uyğun olaraq «xəstənin bədənindən cinləri çıxarıb onun psixoloji durumunu normallaşdırmaq» üçün Məhkum ayinlər oxuyarkən qrupun digər üzvlərindən Sahib Xəlilov və Aprel Xəlilov «xəstənin» müqavimət imkanlarını məhdudlaşdırmaq üçün onun əllərini və ayaqlarını tutmuş, Əfqan Tarverdiyev və Cəmil Qayıbov isə xüsusi düzəldilmiş çubuqlarla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə Zərərçəkmiş şəxs hər iki budun ön səthinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin, sol baldırın, hər iki sarğı nahiyələrinin zolaq şəkilli çoxsaylı qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, hər iki budun, sol baldırın oval formalı termiki yanıqları kimi sağlamlığa yüngül zərərvuran, qarının ön divarında yumşaq toxumaları və müsariqəni əhatə edən döş qəfəsinin arxa səthinin yayılmış hematomalar fonunda hər iki böyrəyin qansızması ilə müşaiyət olunan iri həcmli çoxsaylı qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bunun nəticəsində Zərərçəkmiş şəxs səhhəti ağırlaşmış və 10 noyabr 2019- cu il tarixdə gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs aldığı xəsarət lərdən ölmüşdür. Təqsirləndirilən şəxs Məhkum ittiham elan edilmişdir, ona görə ki, o, öz əməllərinin ictimai təhlükəli nəticələrini dərk edib qabaqcadan görərək və buna şüurlu surətdə yol verərək psixi xəstəlikdən əziyyət çəkən xx xxxxxxxx 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs qarşı müalicə metodu kimi tətbiqinə müvafiq qaydada icazə verilməmiş və müəyyən olunmuş qaydada qadağa qoyulmuş diaqnostika üsulu tətbiq edib, guya ayinlər oxunarkən biədəb ifadələr işlətməsinə görə sonuncunun bədəninə «cin daxil olması» diaqnozu qoymaqla Zərərçəkmiş şəxs «bədəndən cinlərin çıxarılması» kimi tibb təcrübəsində ümumiyyətlə nəzərdə tutulmamış və müəyyən olunmuş qaydada qadağa qoyulmuş müalicə üsullarının tətbiqini həyata keçirmək üçün tanışları, Şabran şəhər sakinləri X19, X34, X35, X10 və X33 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, 09 noyabr 2018-ci il tarixdə saat 21:00 radələrindən başlayaraq təxminən iki saat ərzində yaşadığı ünvan 6 ünvanda yerləşən evin ikinci mərtəbəsindəki yataq otağında Fizuli Qəribovun şifahi tapşırığı əsasında Zərərçəkmiş şəxs qarşı bu müalicə üsulunun tətbiqi zamanı aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə uyğun olaraq «xəstənin bədənindən cinləri çıxarıb onun psixoloji durumunu normallaşdırmaq» üçün o, ayinlər oxuyarkən Sahib Xəlilov və Aprel Xəlilov «xəstənin» müqavimət imkanlarını məhdudlaşdırmaq üçün Zərərçəkmiş şəxs əllərini və ayaqlarını tutmuş, qrupun digər üzvləri Əfqan Tarverdiyev və Cəmil Qayıbov isə xüsusi düzəldilmiş çubuqlarla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr end irib xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə sonuncuya hər iki budun ön səthinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin, sol baldırın, hər iki sarğı nahiyələrinin zolaq şəkilli çoxsaylı qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, hər iki budun, sol baldırın oval formalı termiki yanıqları kimi sağlamlığa yüngül zərərvuran, qarının ön divarında yumşaq toxumaları və müsariqəni əhatə edən döş qəfəsinin arxa səthinin yayılmış hematomalar fonunda hər iki böyrəyin qansızması ilə müşaiyət olünan iri həcmli çoxsaylı qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs səhhəti ağırlaşmış və 10 noyabr 2018-ci il tarixdə gecə saat 01:00 radələr ində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, «TOZ-8» modelli, 19936 nömrəli yivli ov tüfəngini yaşadığı Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19 ünvanında qanunsuz olaraq saxlamış və 10 noyabr 2018-ci il tarixdə prokurorluq əməkdaşları tərəfindən həmin evə baxış keçirilərkən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxsX4 ittiham elan edilmişdir, ona görəki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birgə xüsusi amansızlıqla, o cümlədənzərərçəkmiş şəxsə ağır iztirablar verməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığaağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını tətbiq etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X10 öz əməllərinin ictimai təhlükəli nəticələrini dərk edib qabaqcadan görərək və buna şüurlu surətdə yol verərək psixi xəstəlikdən əziyyət çəkən xx xxxxxxxx 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs qarşı müalicə metodu kimi tətbiqinə müvafiq qaydada icazə verilməmiş və müəyyən olunmuş qaydada qadağa qoyulmuş diaqnostika üsulu tətbiq edib, guya ayinlər oxunarkən biədəb ifadələr işlətməsinə görə sonuncunun bədəninə «cin daxil olması» diaqnozu qoymaqla Zərərçəkmiş şəxs «bədəndən cinlərin çıxarılması» kimi tibb təcrübəsində ümumiyyətlə nəzərdə tutulmamış və müəyyənolunmuş qaydada qadağa qoyulmuş müalicə üsullarının tətbiqini həyata keçirmək üçün tanışları, Şabran şəhər sakinləri X19, Məhkum, X34, X33 və X35 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, 09 noyabr 2018-ci il tarixdə xdə saat 21:00 radələrindən başlayaraq təxminən iki saat ərzində Məhkum yaşadığı ünvan 6 ünvanda yerləşən evin ikinci mərtəbəsindəki yataq otağında Fizuli Qəribovun şifahi tapşırığı əsasında Zərərçəkmiş şəxs qarşı bu müalicə üsulunun tətbiqi zamanı aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə uyğun olaraq «xəstənin bədənindən cinləri çıxarıb onun psixoloji durumunu normallaşdırmaq» üçün Məhkum ayinlər oxuyarkən Sahib Xəlilov və Aprel Xəlilov «xəstənin» müqavimət imkanlarını məhdudlaşdırmaq üçün Zərərçəkmiş şəxs əllərini və ayaqlarını tutm uş, o və Cəmil Qayıbov isə xüsusi düzəldilmiş çubuqlarla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib xüsusi amansızlıqla,o cümlədən ağır iztirablar verməklə sonuncuya hər iki budun ön səthinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin, sol baldırın, hər iki sarğı nahiyələrinin zolaq şəkilli çoxsaylı qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, hər iki budun, sol baldırın oval formalı termiki yanıqları kimi sağlamlığa yüngül zərərvuran, qarının ön divarında yumşaq toxumaları və müsariqəni əhatə edən döş qəfəsinin arxa səthinin yayılmış hematomalar fonunda hər iki böyrəyin qansızması ilə müşaiyət olunan iri həcmli çoxsaylı qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sa ğlamlığına ağır zərər vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs səhhəti ağırlaşmış və 10 noyabr 2018-ci il tarixdə gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs X26 ittiham elan edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birgə xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını tətbiq etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X33 öz əməllərinin ictimai təhlükəli nəticələ rini dərk edib qabaqcadan görərək və buna şüurlu surətdə yol verərək psixi xəstəlikdən əziyyət çəkən xx xxxxxxxx 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs qarşı müalicə metodu kimi tətbiqinə müvafiq qaydada icazə verilməmiş və müəyyən olunmuş qaydada qadağa qoyulmuş diaqnostika üsulu tətbiq edib, guya ayinlər oxunarkən biədəb ifadələr işlətməsinə görə sonuncunun bədəninə «cin daxil olması» diaqnozu qoymaqla Zərərçəkmiş şəxs «bədəndən cinlərin çıxarılması» kimi tibb təcrübəsində ümumiyyətlə nəzərdə tutulmamış və müəyyən olunmuş qaydada qadağa qoyulmuş müalicə üsullarının tətbiqini həyata keçirmək üçün tanışları, Şabran şəhər sakinləri X19, Məhkum, X10, X34 və X35ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, 09 noyabr 2018-ci il tarixdə saat 21:00 radələrindən başlay araq təxminən iki saat ərzində Məhkum yaşadığı ünvan 6 ünvanda yerləşən evin ikinci mərtəbəsindəki yataq otağında Fizuli Qəribovun şifahi tapşırığı əsasında Zərərçəkmiş şəxs qarşı bu müalicə üsulunun tətbiqi zamanı aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə uyğun olaraq «xəstənin bədənindən cinləri çıxarıb onun psixoloji durumunu normallaşdırmaq» üçün Məhkum ayinlər oxuyarkən Sahib Xəlilov və Aprel Xəlilov «xəstənin» müqavimət imkanlarını məhdudlaşdırmaq üçün Zərərçəkmiş şəxs əllərini və ayaqlarını tutmuş, o və Əfqan Tarverdiyev isə xüsusi düzəldilmiş çubuqlarla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib xüsusi amansızlıqla,o cümlədən ağır iztirablar verməklə sonuncuya hər iki budun ön səthinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsin in, sol baldırın, hər iki sarğı nahiyələrinin zolaq şəkilli çoxsaylı qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, hər iki budun, sol baldırın oval formalı termiki yanıqları kimi sağlamlığa yüngül zərərvuran, qarının ön divarında yumşaq toxumaları və müsariqəni əhatə edən döş qəfəsinin arxa səthinin yayılmış hematomalar fonunda hər iki böyrəyin qansızması ilə müşaiyət olunan iri həcmli çoxsaylı qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs 10 noyabr 2019-cu il tarixdə gecə saat 01:00 radələrində aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxsX54oğluna ittiham elan edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birgə xüsusi amansızlı qla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığaağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını tətbiq etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X34 öz əməllərinin ictimai təhlükəli nəticələrini dərk edib qabaqcadan görərək və buna şüurlu surətdə yol verərək psixi xəstəlikdən əziyyət çəkən xx xxxxxxxx 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs qarşı müalicə metodu kimi tətbiqinə müvafiq qaydada icazə verilməmiş və müəyyən olunmuş qaydada qadağa qoyulmuş diaqnostika üsulu tətbiq edib, guya ayin lər oxunarkən biədəb ifadələr işlətməsinə görə sonuncunun bədəninə «cin daxil olması» diaqnozu qoymaqla Zərərçəkmiş şəxs «bədəndən cinlərin çıxarılması» kimi tibb təcrübəsində ümumiyyətlə nəzərdə tutulmamış və müəyyən olunmuş qaydada qadağa qoyulmuş müalicə üsullarının tətbiqini həyata keçirmək üçün tanışları, Şabran şəhər sakinləri X19, Məhkum, X10, X33 və qardaşı X35 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, 09 noyabr 2018-ci il tarixdə saat 21:00 radələrindən başlayaraq təxminən iki saat ərzində Məhkum yaşadığı ünvan 6 ünvanda yerləşən evin ikinci mərtəbəsindəki yataq otağında Fizuli Qəribovun şifahi tapşırığı əsasında Zərərçəkmiş şəxs qarşı bu müalicəüsulunun tətbiqi zamanı aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə uyğun olaraq «xəstənin bədənindən cinləri çıxarıb onun psixoloji durumunu normallaşdırmaq» adı ilə Məhkum ayinlər oxuyarkən o və qardaşı Sahib Xəlilov «xəstənin» müqavimət imkanlarını məhdudlaşdırmaq üçün Zərərçəkmiş şəxs əllərini və ayaqlarını tutmuş, qrupun digər üzvləri Əfqan Tarverdiyev və Cəmil Qayıbov isə xüsusi düzəldilmiş çubuqlarla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə sonuncuya hər iki budun ön səthinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin, sol baldırın, hər iki sarğı nahiyələrinin zolaq şəkilli çoxsaylı qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, hər iki budun, sol baldırın oval formalı termiki yanıqları kimi sağlamlığa yüngül zərərvuran, qarının ön divarında yumşaq toxumaları və m üsariqəni əhatə edən döş qəfəsinin arxa səthinin yayılmış hematomalar fonunda hər iki böyrəyin qansızması ilə müşaiyət olunan iri həcmli çoxsaylı qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs səhhəti ağırlaşmış və 10 noyabr 2018-ci il tarixdə gecə saat 01:00 radələrində aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs X23 ittiham elan edilmişdir, ona görə kio, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birgə xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığaağır zərər vuran xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müa licə üsullarını tətbiq etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X35 öz əməllərinin ictimai təhlükəli nəticələrini dərk edib qabaqcadan görərək və buna şüurlu surətdə yol verərək psixi xəstəlikdən əziyyət çəkən xx xxxxxxxx 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs qarşı müalicə metodu kimi tətbiqinə müvafiq qaydada icazə verilməmiş və müəyyən olunmuş qaydada qadağa qoyulmuş diaqnostika üsulu tətbiq edib, guya ayinlər oxunarkən biədəb ifadələr işlətməsinə görə sonuncunun bədəninə «cin daxil olması» diaqnozu qoymaqla Zərərçəkmiş şəxs «bədəndən cinlərin çıxarılması» kimi tibb təcrübəsində ümumiyyətlə nəzərdə tutulmamış və müəyyənolunmuş qaydada qadağa qoyulmuş müalicə üsulları nın tətbiqini həyata keçirmək üçün tanışları, Şabran şəhər sakinləri X19, Məhkum, X10, X33 və qardaşı X34 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, 09 noyabr 2018-ci iltarixdə saat 21:00 radələrindən başlayaraq təxminən iki saat ərzində Məhkum yaşadığı ünvan 6 ünvanda yerləşən evin ikincimərtəbəsindəki yataq otağında Fizuli Qəribovun şifahi tapşırığı əsasında Zərərçəkmiş şəxs qarşı bu müalicə üsulunun tətbiqi zamanı aralarında əvvəlcədən aparılmış rolların bölgüsünə uyğun olaraq «xəstənin bədənindən cinləri çıxarıb onun psixoloji durumunu normallaşdırmaq» üçün Məhkum ayinlər oxuyarkən o və qardaşı Aprel Xəlilov «xəstənin» müqavimət imkanlarını məhdudlaşdırmaq üçün onun əllərini və ayaqlarını tutmuş, qrupun digər üzvləri Əfqan Tarverdiyev və Cəmil Qayıbov isəxüsusi düzəldilmiş ç ubuqlarla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib xüsusi amansızlıqla, o cümlədən ağır iztirablarverməklə sonuncuya hər iki budunön səthinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin, sol baldırın, hər iki sarğı nahiyələrinin zolaq şəkil çox saylı qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, hər iki budun, sol baldırın oval formalı termiki yanıqları kimi sağlamlığa yüngül zərərvuran, qarının ön divarında yumşaq toxumaları və müsariqəni əhatə edən döş qəfəsinin arxa səthinin yayılmış hematomalar fonunda hər iki böyrəyin qansızması ilə müşaiyət olunan iri həcmli çoxsaylı qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Nəticədə Zərərçə kmiş şəxs səhhəti ağırlaşmış və 10 noyabr 2018-ci il tarixdə gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X27 və onun nümayəndəsi Nümayəndə1 Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, məhkumlara ittiham olunduğu maddələrin sanksiyası çərçivəsində ağır cəza verilməlidir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhk um irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə1, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin ed ilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin h əlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi qeyd olunur və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində isə məhkumlara daha ağır cəza təyin edilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin aza dlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası ilk əvvəl məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəs ini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 126.3 və 228.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X30rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkumun özünün təqsirli bilməməsinə dair verdiyi ifadələr ilə yanaşı, zərərçəkmiş şəxsinin hüquqi varisi X9 ifadəsi, şahidlər X11, X20, X24, X31, X5 ifadələri, əlavə şahidlər C.C.Ağayevin, G.B.Tarverdiyevin ifadələri, Məhkəmə-Tibbi Ekspe rtiza və X39-Təcrübi və Tədris Birliyinin 10.11.2018-ci il tarixli, 18 M nömrəli rəyi, 10 noyabr 2018-ci il tarixli meyitin aşkar edildiyi yerə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma həmin epizodlar üzrə bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin hüququ varisi və onun nümayəndəsinin kassasiya şikayətində məhkumlar F.Ə.Qəribova, Ə.R.Tarverdiyevə, C.Q.Qayıbova, A.S.Xəlilova, S.S.Xəlilova və Məhkum daha ağır cəza təyin edilməsi xahiş olunur. Məhkumlar F.Ə.Qəribova, Ə.R.Tarverdiyevə, C.Q.Qayıbova, A.S.Xəlilova, S.S.Xəlilova və Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi Ş.P.Soltanov və onun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətini n dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətini, cavan və evli olmalarını, himayələrində azyaşlı uşaqlarının olmalarını, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, cəzalarını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, onların törətdiyi cinayətin ağır lığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsin ə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəli lik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halla rı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarı n şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, şikayət müəllifi məhkuma təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində, habelə zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi Nümayəndə1 Oqtay oğlunun kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının CPM-in 416-cı maddəsində nəzərdə tutulan ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al ır: Zərərçəkmiş şəxsin hüquqi varisi X27 və onun nümayəndəsi Nümayəndə1 Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumlar X3, X2, X15, X16, X17, Məhkum barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi, onun nümayəndəsi və Məhkum müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-532/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-532/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver