Məhkəmə qərarları › İş №1(102)-532/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-532/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-532/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, bəraət almış şəxs X3 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmündən Dövlət itt ihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi Ağayev Qabil Alıhüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X6 24 noyabr 1997-ci il tarixdə İmişli rayonu Muradxanlı kəndində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 29 sentyabr 2021-ci il tarixli ittiham aktına görə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhk əməsinin hazırlıq iclasının qərarı ilə X6 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X6 28 iyun 2021-ci il tarixdə, saat 11:20-də yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford Transit» yük markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi ilə Ziya Bünyadov küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 136 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, n əqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sol orta ön hissəsi ilə yolu soldan sağa iti yerişlə keçən piyada X7 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş İ.İ.Malıyevin ölməsinə səbəb olan açıq kəllə-beyin travması, kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma pnevmosefaliya, sol ənsə və sağ alın-gicgah nahiyəsində subdural hematoması, sol tərəfli otereya, ağciyərin əzilməsi, sağ və sol dirsək oynağının arxa səthində, sağ və sol əlin arxa səthində çoxsaylı sıyrılmış yaraları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yet irib yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-11/2023 nömrəli, 22 may 2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmünd ən təqsirləndirilən şəxsin müdafiəçisi Hüseynov Əli Meybulla oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və X5 bəraət verilməsini xahiş etmişdir.

7. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4 və nümayəndəsi Ağayev Qabil Alıhüseyn oğlu apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsi tərəfindən Elnur Əsədova yüngül və ədalətsiz cəza təyin edildiyini, cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığını qeyd edərək hökmün qismən ləğv edilməsi, X3 məhkəmə zalından həbs edilməsi, onun 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, eləcə də verdiyi mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Hök mdən dövlət ittihamçısı da apellyasiya protesti verib, təqsirləndirilən şəxs X5 cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəza təyin edilməklə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən olunması, həmçinin mülki iddia ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməklə hökmün dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, x2 müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 11/2023 nömrəli, 22 may 2023-cü il tarixli hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, mülki iddia baxılmamış saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi Ağayev Qabil Alıhüseyn oğlu isə birgə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanılmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, nəticədə X5 əsassız olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

12. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi Ağayev Qabil Alıhüseyn oğlu tərəfindən birgə verilmiş kassasiy a şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, x2 təqsirli bilinərək məhkum olunması üçün kifayət qədər əsaslar olsa da, barəsində bərəatverici əsaslarla hökm qəbul edilmiş, mülki iddiaları isə baxılmamış saxlamışdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, X3 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

13. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya inst ansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinc i və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində, eləcə də zərərçəkmiş şəxsin hüquqi va risi və nümayəndəsi birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyi, nəticədə X5 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz hökm qəbul edildiyi iddia edib, kassasiya xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin birgə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kim i görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməs ini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

24. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələr inə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

25. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azər baycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

26. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

27. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət- mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

28. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

30. Kassasiya müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqi qindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

31. Belə ki, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş ekspertlərin ifadələrində göstərilənlərə əsasən piyadanın sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunmasının videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığ ı, təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafənin müəyyən olunması sualı üzrə tədqiqat aparılmadığı, həmçinin hərəkət üçün təhlükənin keçmə müddətinin 2,8 saniyədən kiçik olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücünün hadisənin qarşısını almağa texniki imkanın olmaması, 2,8 saniyədən böyük olmasının müəyyən edildiyi halda isə onun hadisənin qarşısını almağa texniki imkanın olması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması kimi müəyyən edilmişdir.

32. Qeyd edilənlərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, piyadanın sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması ekspertin həll etdiyi məsələlər dai rəsinə aid olmadığından, həmin anın müəyyən olunması məhz hüquqi məsələ olmaqla işə baxan məhkəmənin səlahiyyətindədir. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, piyadaların hərəkət sürəti cədvəlinə əsasən 1985-ci il təvəllüdlü piyadanın iti yerişlə hərəkət sürətinin aşağı həddi 6,3 km/saat təşkil edir. Bu sürətlə hərəkət edən piyadanın ibtidai araşdırma orqanının və müdafiə tərəfinin qəbul etdikləri 4 metr məsafəni neçə saniyə ərzində qət etməsini hesablamaq məqsədilə məhkəmə 6,3 kilometri təşkil edən 6300 metri 1 saatı təşkil edən 3600 saniyəyə bölərək piyadanın 1 saniyə ərzində qət etdiyi məsafəni müəyyən etmişdir (6300m: 3600san = 1,75m/san), yəni iti yeriş tempinin aşağı həddi ilə hərəkətdə olmuş piyadanın 1 saniyə ərzində 1,75 metr məsafə qət etdiyi ba rədə qənaətə gəlmişdir. Sürücü üçün təhlükə anının nə qədər davam etməsini müəyyən etmək üçün təhlükə anının yarandığı andan avtomaşınla vurulduğu ana qədər piyadanın qət etdiyi 4 metri piyadanın 1 saniyə ərzində qət etdiyi 1,75 metrə bölünməsi ilə isə sürücü üçün təhlükə anının 2,29 saniyə zaman kəsiyində mövcud olması müəyyən edilmisdir (4m: 1,75m/san = 2,29 san).

33. Nəticədə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, piyadanın hərəkət tempi hətta iti yeriş tempinin ən aşağı həddi səviyyəsində qəbul edilsə belə, bu halda da sürücü üçün davam edən təhlükə anı 2,29 saniyə təşkil edir ki, bu da ekspert rəyinə əsasən sürücünün təqsirliliyi ilə təqsirsizliyinin sərhədini təşkil edən 2,6-2.83 saniyədən xeyli kiçikdir, yəni bu halda da sürücünün hadisənin qarşısını almağa texniki im kanı olmamışdır.

34. Həmçinin apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, iş materiallarında olan videogörüntüdən açıq-aydın görünür ki, piyada hələ yolun hərəkət hissəsinə daxil olmadan yolun sol hissəsində hərəkət edən başqa iri qabaritli yük avtomobili (video görüntünün 4:31-ci dəqiqəsi) orta zolağa keçməyə başlayır, həmin zolağa daxil olaraq minik avtomobilin arxasında dayanır və bundan sonra piyada sol hərəkət zolağına daxil olaraq adi yerişlə hərəkətə başlayır. Orta zolağı tam bitirmədən piyada qaçmağa başlayır. Bu zaman sağ zolaqla hərəkətdə olan “Ford Transit” markalı (Elnur Əsədovun idarə etdiyi) yük avtomobili solunda dayanmış digər yük avtomobilinin yanından keçdikdən sonra həmin yük avtomobilinin qarşısında dayanmış minik avtomobilinin qarşısından qaçaraq sağ yola çıxmış piyadanı vurmuşdur.

35. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X3 təqsirli olması haqda qənaətinə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlarla təkzib edilmiş, yaranmış bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğu barədə qanunvericilik norması nəzərə alındıqda Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir.

36. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşan məhkəmə kollegiyası nəzərə alır ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 4/11138/1982 nömrəli və 10 mart 2023-cü il tarixli, 8/353-4/146 nömrəli rəyləri, eləcə də həmin rəylərin verilməsi ilə bağlı dindirilmiş ekspertlərin izahatları ilə müəyyən edilir ki, piyada hərəkətə başlayandan vurulana kimi - 9,5 m, hərəkətə başlayandan hərəkətini yeyinləşdirənə kimi - 5,1 m, hərəkətini yeyinləşdirdikdən vurulana kimi isə - 4,4 m məsafə qət etmişdir.

37. İstinad edilən 2-ci ekspertiza rəyində həmçinin qeyd edilmişdir ki, piyada hərəkətini yeyinləşdirməyə başlayandan (axırıncı 4,4 m məsafənin əvvəlindən), vurulma anına qədər keçən müddət - 2,094 san, piyada vurulma nöqtəsinə qədər olan - axırıncı 4 m məsafənin əvvəlindən vurulma anına qədər keçən müddət – 1,887 san, piyada birinci və ikinci zolaqları ayıran qırıq xəttə çatdıqdan vurulma anına qədər keçən müddət 0,866 san olmuşdur. “Ford Transit” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkəti üçün təhlükənin piyadanın avtomobil ilə vurulma yerinə kimi qət etdiyi 4,4 metr məsafəni keçməyə başladığı andan yaranması şəraitində, “Ford Transit” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.

38. Eləcə də cinayət işinin materiallarında olan və hadisəni əks edən video yazıdan aşkar görünür ki, piyada hələ yolun hərəkət hissəsinə daxil olanadək, yolun sol hissəsində hərəkətdə olan başqa iri qabaritli yük avtomobilin orta zolağa keçib orada olan minik avtomobilin arxasında hərəkətə başlaması nəticəsində yolun sağ hissəsinə daxil olub hərəkətdə olan Elnur Əsədovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə bundan sonra yolun sol hərəkət zolağına daxil olub adi yerişlə hərəkətə başlayan piyada arasında görünüş dairəsi məhdudlaşır. Orta zolağı tam bitirmədən piyada qaçmağa başlayır, bu zaman sağ zolaqla hərəkətdə olan Elnur Əsədovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili solunda dayanmış digər yük avtomobilinin yanından keçdikdən sonra həmin yük avtomobilinin qarşısında dayanmış minik avtomobilinin qarşısından qaçaraq sağ yola çıxmış piyadanı vurur.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Ford Transit” markalı, **-UL*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkəti üçün təhlükənin yaranmasının başlanğıcı kimi piyadanın soldan sa ğa keçmək üçün yola daxil olduğu yox, sonuncunun hərəkətini yeyinləşdirməyə başlayan anı kimi müəyyən etməkdə apelyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmiş, belə qənaətə əsaslanmaqla qəbul edilmiş qərar qanuni və əsaslıdır.

40. Məhkəmə kollegiyası həmçinin apelyasiya instansiyası məhkəməsinin verilmiş mülki iddianın həllinə dair münasibəti ilə razılaşır və qeyd edir ki, məhkəmənin bu hissədə verdiyi qərar istinad etdiyi qanunvericilik normalarına və məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının göstərişlərinə uyğundur.

41. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydad a təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

42. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

43. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayə ndəsi Ağayev Qabil Alıhüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi Ağayev Qabil Alıhüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. X6 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1490/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi Ağayev Qabil Alıhüseyn oğlu tərə findən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar