Məhkəmə qərarları › İş №1(102)-532/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-532/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-532/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçiləri, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Novruzov Sakit Əsgər oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 də kirayədə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4 və 120.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(103)-1143/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Novruzov Sakit Əsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(101)-634/2024 nömrəli hökmü ilə (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 13 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(103)-1143/2024 nömrəli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(101)-634/2024 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə təyin edilmiş 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 17 (on yeddi) ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən müəyyən edilmişdir ki, Məhkum tamah niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 05 may 2007-ci il tarixdən rəsmi nikah münasibətlərində olduğu arvadı Zərərçəkmiş şəxs ilə nikah münasibətlərinin pozulmasına razı olmamasına baxmayaraq, sonuncunun “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin icraatında olmuş 2(001)578/2023 saylı mülki iş üzrə qəbul olunmuş 27 mart 2023-cü il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə aralarında bağlanılmış nikahın pozularaq birgə nikahlarından doğulan uşaqlarının, yəni xx.xx.2006-cı il təvəllüdlü Şahid5, xx.xx.2008ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları Zərərçəkmiş şəxs yanında qalmasının müəyyən edilməsini və uşaqlan yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin, yəni onun hər ay, aylıq qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verməli olduğunu eşidib bildikdən və 05 aprel 2023-cü il tarixdə adına olan əmək haqqı ödənişi kartına 529,65 manat pul köçdüyünü gördükdən sonra elə həmin pulun 300 manatını yalnız Lənkəran şəhər ində müvəqqəti yaşadığı mənzilin kirayəsinə ödəməli olduğunu, yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni düşünərək Zərərçəkmiş şəxs zəng edib iş yerindən əmək haqqı kimi aldığı cəmi 1700 manat civarında pulun çox hissəsi tutulduğuna görə özündə qalan pulla dolana bilməyəcəyini bildirmiş və yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsi ilə bağlı tələbinə Zərərçəkmiş şəxs əməl etməməsindən əsəbiləşərək ümumiyyətlə həmin kirayə pulunu gələcəkdə özü alması üçün Zərərçəkmiş şəxs tamah niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 13 aprel 2023-cü il tarixdə Bakı şəhərinə gələrək saat 11:00 radələrində ünvan 3 ünvanında yerləşən “Rahat market” mağazasından bir ədəd soyuq silah hesab edilm əyən gümüşü rəngli, qatlanmayan məişət təyinatlı mətbəx bıçağı aldıqdan sonra saat 11:30 radələrində ünvan 3də yerləşən “X" qadın gözəllik salonuna gəlmiş, orada işləyən Zərərçəkmiş şəxs ilə görüşüb bir daha ona əmək haqqı ödənişi kartına köçən pulla dolana bilməyəcəyini bildirərək evin kirayəsindən hər ay aldığı 250 manat pulu verməsini sonuncudan tələb etdikdə Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdiyini görüb Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq qərarına gəlmiş və əvvəlcədən alıb əynindəki gödəkcənin sağ yan cibinə qoyduğu bir ədəd məişət təyinatlı bıçağı çıxararaq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, xilas olmaq üçün onun əlindən çıxıb qaçmaq istəyən, lakin aldığı bıçaq zərbələrinin təsiri nəticəsində halsız vəziyyətə düşər ək müqavimət göstərmək iqtidarında olmayıb yerdə sürünərək ondan uzaqlaşmağa çalışan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, onu öldürməməsi barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək bıçaq zərbələri vurmaqda davam etmiş, sonuncu bıçaq zərbəsini isə Zərərçəkmiş şəxs ön tərəfdən ürək nahiyəsinə vurub, bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq "sənə lazım idi bu?” deyib salonu tərk edərək, Zərərçəkmiş şəxs boyunun ön səthinin orta-aşağı 1/3-nin sol yarısında dəri və dərialtı yumşaq toxumaları, eləcə də traxeyanı (nəfəs borusunu) zədələyən 1 (bir ) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol döşyanı xətt üzrə İİ-İİİ qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edərək, sol İİİ qabırğa qığırdağının döş ucunu, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini, sol qulaqcığı, diafraqmanın mərkəzinə yaxın sol kümbəzini, daha sonra qarın boşluğuna keçərək qaraciyərin sol payını zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətlə orta qoltuqaltı xətt arasında Vİ-Vİİ qabırğalararası sahədən peritonarxası sahəyə daxil olmuş və sol böyrəyin yuxarı qütbünü zədələyərək, böyrək toxumasında kor olaraq qurtarmış 1 (bir) ədəd, döş qəfəsinin arxa səthində sağda, yuxarıda, arxa qoltuqaltı xətt üzrə çiyinüstü nahiyəyə yaxın, l-ll qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısında onurğayanı xətt üzrə İVV qabırğalararası sahədən (kürək nahiyəsindən) sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd yaralardan ibarət olmaqla kəskin daxili (sağ plevra boşluğunda 100-150 ml-dək, solda 250-300 ml-dək, qarın boşluğunda 200250 mldək qan) və xarici qanitirmə ilə nəticələnərək bilavasitə ölümə səbəb olan və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yaralar, bundan başqa döş qəfəsinin arxa səthinin sağ yarısında, onurğayanı xətt üzrə Vİİİ-İX qabırğalararası sahədəki döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş, sol bazunun orta 1/3-nin və sağ sa idin yuxarı 1/3-nin ön-iç səthlərindəki yumşaq toxuma və əzələləri zədələyən 2 (iki) ədəd kəsilmiş yaralardan ibarət olmaqla xarici qanaxma ilə nəticələnərək ölümlə bilavasitə səbəbli əlaqəsi olmayan və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik yaralardan ibarət çoxsaylı, yəni ümumilikdə 8 (səkkiz) bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs tamah niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidə n baxılmasının təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti heç bir əsaslandırma aparılmadan apelyasiya instansiyası məhkəməsi tərəfindən 19 ildən 17 ilə endirilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestin in təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilər S.Novruzovun və R.Qocayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum barəsində təyin edilmiş cəzanın yüngül olması mübahisə edilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası CM-in 12 0.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə— on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Verilmiş kassasiya şikayətində və kassasiya protestində məhkum edilmiş şəxs Məhkum təqsirliliyi ilə əlaqədar xüsusatlar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə həmin sübutların şərhini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı ka ssasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. B elə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinay ət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat ş əraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin h əyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiə sinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəz a hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə qəti olaraq təyin edilmiş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə, cəzanı yüngülləşdirən halın olması, həmçinin işin digər halları ona təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya inst ansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayə tində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar