Məhkəmə qərarları › İş №1(102)-533/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-533/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-533/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 Məhkum və müdafiəçi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Res publikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim Bəxtiyar Məmmədov) 1(011)16/2020 nömrəli 30 iyul 2020-ci il tarixli qərarı ilə 01 avqust 1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, ünvan 1 ünvanda yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkum əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət işi üzrə icraa ta xitam verildiyindən mülki iddianın baxılmamış saxlanması qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki o, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, təşkilatın maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 103-105, 107-110, 155, 157, 168, 173, 174, 177, 180.1, 218-221-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 111557,71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkumhüquqi ünvanı ünvan 2akı şəhəri X9 Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış,Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2015-cı ilin 1-ci rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 76243,90 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 3049,76 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 3049,76 manat məbləğində sadələşdirilmiş vergini az, 2015-cı ilin 2-ci rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 113596,50 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 4543,86 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 4543,86 manat məbləğində sadələşdirilmiş vergini az, 2015-cı ilin 3-cü rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesablanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 3000,00 manat hasilatdan 120,00 manat sadələşdirilmiş vergi göstərərək, 120,00 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2 015-cı ilin 4-cü rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesablanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 18000,50 manat hasilatdan 720,02 manat sadələşdirilmiş vergi göstərərək, 720,02 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2016-cı ilin 1-ci rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 171521,67 manat hasilatdan 6860,86 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 18250,00 manat hasilatdan 730,00 manat sadələşdirilmiş vergi göstərərək, 6130,86 manat məbləğində sadələşdirilmiş vergini az; 2016-cı ilin 2-ci rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesa blanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 21301,00 manat hasilatdan 852,04 manat sadələşdirilmiş vergi göstərərək, 852,04 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2016-cı ilin 3-cü rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesablanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 10499,50 manat hasilatdan 419,98 manat sadələşdirilmiş vergi göstərərək, 419,98 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2016-cı ilin 4-cü rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesablanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 60451,25 manat h asilatdan 2418,05 manat sadələşdirilmiş vergi göstərərək, 2418,05 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2017-cı ilin 2-ci rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesablanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 14001,00 manat hasilatdan 560,04 manat sadələşdirilmiş vergi göstərərək, 560,04 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2017-cı ilin 4-cü rübü üzrə cəmiyyətin satış dövriyyəsi və hesablanmalı vergisi olmadığı halda vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 14616,00 manat hasilatdan 584,64 manat sadələşdirilmiş vergi göstərərək, 584,64 manat məbləğində sadələşdirilmiş vergini artıq, cəmi 8049,71 manat məbləğində sadələ şdirilmiş vergini; 2016-cı ilin may ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 50267,95 manat, ƏDV 9048,23 manat, əvəzləşdirilmiş ƏDV 5293,87 manat, büdcəyə ödənilməli ƏDV 3754,36 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 3754,36 manat məbləğində ƏDV-ni, iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 6807,60 manat, ƏDV 1225,37 manat, büdcəyə ödənilməli ƏDV 1225,37 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1225,37 manat məbləğində ƏDV-ni, avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 13093,00 manat, ƏDV 2356,73 manat, büdcəyə ödənilməli ƏDV 2356,73 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 2356,73 manat məbləğində ƏDV-ni, sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 17869,80 manat, ƏDV 3216,56 manat, büdcəyə ödənilməli ƏDV 3216,56 manat ol duğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 3216,56 manat məbləğində ƏDV-ni, oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 8937,80 manat, ƏDV 1608,80 manat, büdcəyə ödənilməli ƏDV 1608,80 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1608,80 manat məbləğində ƏDV-ni, noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 9025,10 manat, ƏDV 1624,51 manat, büdcəyə ödənilməli ƏDV 1624,51 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1624,51 manat məbləğində ƏDV-ni, dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 11027,20 manat, ƏDV 1984,89 manat, əvəzləşdirilmiş ƏDV 126,03 manat, büdcəyə ödənilməli ƏDV 1858,86 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1858,86 manat məbləğində ƏDV-ni, 2017-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 7133,70 manat, ƏDV 1284,06 m anat, büdcəyə ödənilməli ƏDV 1284,06 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1284,06 manat məbləğində ƏDV-ni, fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 8759,40 manat, ƏDV 1576,69 manat, büdcəyə ödənilməli ƏDV 1576,69 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1576,69 manat məbləğində ƏDV-ni, mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 7641,80 manat, ƏDV 1375,52 manat, büdcəyə ödənilməli ƏDV 1375,52 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1375,52 manat məbləğində ƏDV-ni, aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 20957,00 manat, ƏDV 3772,26 manat, əvəzləşdirilmiş ƏDV 2791,70 manat, büdcəyə ödənilməli ƏDV 980,56 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 980,56 manat məbləğində ƏDV-ni, may ayı üzrə ƏDV tutulan dövriyyəsi 3681 8,90 manat, ƏDV 6627,40 manat, əvəzləşdirilmiş ƏDV 4616,60 manat, büdcəyə ödənilməli ƏDV 2010,80 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 2010,80 manat məbləğində ƏDV-ni, iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 83000,80 manat, ƏDV 14940,13 manat, əvəzləşdirilmiş ƏDV 6116,11 manat, büdcəyə ödənilməli ƏDV 8823,93 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 8824,02 manat məbləğində ƏDV-ni, iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 7947,90 manat, ƏDV 1430,61 manat, büdcəyə ödənilməli ƏDV 1430,61 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1430,61 manat məbləğində ƏDV-ni, avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 74670,50 manat, ƏDV 13440,69 manat, əvəzləşdirilmiş ƏDV 5156,6 manat, büdcəyə ödənilməli ƏDV 8284,09 manat olduğu halda, vergi orqanına bə yannamə təqdim etməyərək 8284,09 manat məbləğində ƏDV-ni, sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 14052,60 manat, ƏDV 2529,47 manat, büdcəyə ödənilməli ƏDV 2529,47 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 2529,47 manat məbləğində ƏDV-ni, oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 13929,20 manat, ƏDV 2507,24 manat, büdcəyə ödənilməli ƏDV 2507,24 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 2507,24 manat məbləğində ƏDV-ni, noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 9103,50 manat, ƏDV 1638,63 manat, büdcəyə ödənilməli ƏDV 1638,63 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1638,63 manat məbləğində ƏDV-ni, dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 10694,60 manat, ƏDV 1925,02 manat, büdcəyə ödənilməli ƏDV 1925,02 manat olduğu halda, vergi orqanın a bəyannamə təqdim etməyərək 1925,02 manat məbləğində ƏDV-ni, cəmi 50011,90 manat əlavə dəyər vergisini; 2016-cı il üzrə cəmiyyətin ümumi gəliri 117028,50 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 35740,00 manat, vergiyə cəlb olunan mənfəəti 81288,50 manat və bundan 20% dərəcə ilə mənfəət vergisi 16257,70 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməyərək 4.851,51 manat hüquqi şəxsin mənfəət vergisini; 2017-ci il üzrə cəmiyyətin ümumi gəliri 294709,90 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 108517,91 manat, vergiyə cəlb olunan mənfəəti 186191,99 manat və bundan 20% dərəcə ilə mənfəət vergisi 37238,40 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməyərək 37238,40 manat hüquqi şəxsin mənfəət vergisini, cəmi 53 496,10 manat hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə 111557,71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)822/2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin ed ilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs – mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-822/2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin, mülki iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, ibtidai istintaq zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2019-cu il tarixli 5165 nömrəli ekspert rəyinə və toplanmış sübutlara əsasən “xxxx” MMC tərəfindən 8.049,71 manat məbləğində sadələşdirilmiş vergi, 50.011,90 manat məbləğində əlavə dəyər vergisi və 53.496,10 manat məbləğində mənfəət vergisi olmaqla, ümumilikdə 111.557,71 manat məbləğində vergilərin yayındırılması müəyyən edilmişdir. Həmçinin iş materiallarında mövcud olan abonent haqqında məlumatda müəssisə tərəfindən 2016-2017-ci illər ərzində su sərfiyyatına gör ə 1.976,00 manat məbləğində ödənişin aparılmasını nəzərə alaraq, həmin dövrdə 247 (1.976,00/8,00) kub metr sudan xammal kimi istifadə edildiyi, həmin 247 kub metr su sərfi litrə çevrilməklə 247.000 (247*1.000) litr su sərfi müəyyən edilmişdir. Ekspert tərəfindən nəticədə 2016-cı ilin iyul ayından 2017-ci ilin dekabr ayınadək “xxxx” MMC-nin su satışından əldə etdiyi gəliri 39.000,00 (247.000/19 litr (bir taranın həcmi)*3 manat (malın tarla ilə birlikdə qiyməti) manat məbləğində müəyyən edilmişdir. Bildirmək istəyirik ki, ekspert qarşısında su istehsalı və satışından əldə olunan gəlirin sayğac məlumatları və taralar (su qabları, su qabları üçün qapaqlar) nəzərə alınmaqla hesablanmışdırmı sualı qoyulmuşdur. Rəyin nəticə hissəsində hesablamaların su sərfiyyatı və su istehsalı üçün idxal olun an taralar nəzərə alınmaqla aparıldığı qeyd edilsə də tədqiqat hissəsindən də görünür ki, ancaq su sərfiyyatı qiymətləndirilmiş, idxal olunmuş taralar (su qabları, su qabları üçün qapaqlar) hissəsinə ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı dindirilərkən təqsirləndirilən şəxs su sərfiyyatı ilə bağlı sayğaclardan gec istifadə edilməsini özü etiraf etmişdir. Bu da məhkəmənin əsaslandığı su sərfiyyatının 247.000 litr olmasına şübhə yaradır. Ekspert ümumi şəkildə 2016-2017-oi illər ərzində su sərfiyyatına görə edilmiş ödənişin məbləğini qeyd etsə də, həmin ödənişlərinin konkret olaraq hansı aylar ərzində edildiyini, hesablamanın aid olduğu dövrə aid olub-olmadığını göstərməmişdir. 08.05.2018-ci il tarixli **********149351 nömrəli Səyyar vergi yoxlaması Akt ına əsasən (aktın 6-cı səhifəsi) müəssisədə keçirilən səyyar vergi yoxlaması zamanı müəssisənin rəhbəri Məhkum verdiyi izahatında 01.07.2016-cı il tarixdən əvvəlcə ünvan 3 ünvanda, daha sonra Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 52 ünvanda su istehsalı və satışı İlə məşğul olduğunu qeyd etmişdir. Həm ittiham aktı, həm də məhkəmə qərarındakı şahid ifadələrindən cəmiyyətin Nərimanov rayonu. Əliyar Əliyev 52 ünvanda su istehsalı və satışı obyektinin olduğu aydın görünür. Vergi orqanı tərəfindən "xxxx” ASC-yə “xxxx” MMC-nin fəaliyyət göstərdiyi ünvanlarda su təchizatı və tullantıların axıdılması ilə bağlı məlumatın təqdim edilməsi barədə məktub ünvanlanmışdır. 08.06.2020-ci il tarixli 01/3/03-7/6/6741 nömrəli cavab məktubunda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov 11 ünvanında "xxxx” ASC ilə Məhkum arasında müqavilə bağlandığı və 01.08.201631.12.2017-ci İİ dövrü üzrə su sərfiyyatının 267 kub metr olduğu qeyd edilmişdir, (əlavə edilir) Məhkəmə tərəfindən isə su istehsalı və satışın Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 52 ünvanda həyata keçirildiyi əsas gətirilməklə yalnız həmin obyektin sayğac məlumatlarına istinad edilməklə gəlir müəyyən edilmiş, əlavə araşdırma aparılmamışdır. Məhkəmə qərarında ekspert rəyinə istinad edilərək “xxxx” MMC ilə eyni fəaliyyətlə məşğul olan analoji müəssisə barədə hər hansı məlumatın mövcud olmadığı göstərilmiş, “xxxx” MMC-nin (VÖEN:**********) dövriyyə məlumatlarına ümumiyyətlə istinad edilməmişdir. Həm ibtidai istintaq zamanı toplanmış materiallardan, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən ş əxsin ifadəsindən görünür ki, vergi ödəyicisi tərəfindən fəaliyyətləri barədə heç bir mühasibatlıq sənədi tərtib edilməmiş, istintaqa, ekspertizaya və məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Ekspert rəyində iş materiallarında olan analoji vergi ödəyicisi “xxxx (VÖEN:**********) məlumatlarına istinad edilsə idi, ƏDV məbləği istintaq zamanı verilmiş ekspert rəyindəki kimi öz təsdiqini tapacaqdı. Zərərçəkmiş şəxs qeyd edir ki, mənfəət vergisi şərti rentabellik tətbiq edilməklə deyil, məlumatdakı xərclər (idxal, əmək haqları və digər xərclər) nəzərə alınmaqla hesablanmalı idi. Belə ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2019-cu il tarixli 5165 nömrəli ekspert rəyinə əsasən ödəyicinin su, qida əlavələri və digər malla rın satışından 2016-cı ildə 117.028,50 manat (ƏDV-siz) gəliri olmuş, bunun müqabilində xərcləri 35.740,0 manat olmaqla, Vergi Məcəlləsinin 104.1 və 105.1-ci maddələrinə əsasən 81.288,50 manat mənfəətdən 16.257 manat mənfəət vergisi hesablanmalı olması, həmçinin 2017-ci ildə su, qida əlavələri və digər malların satışından 294.709,90 manat (ƏDV-siz) gəliri olmuş, bunun müqabilində xərclənən 108.517,91 manat olmaqla 186.191,99 manat mənfəətdən Vergi Məcəlləsinin 104.1 və 105.1-ci maddələrinə əsasən 37.238,40 manat, ümumilikdə 53.496,10 manat mənfəət vergisi hesablanmalı olması müəyyən edilmişdir. Kassator hesab edir ki, ekspert tərəfindən rəy verilərkən iş materiallarında olan sənədlər hərtərəfli araşdırılmamış, vergi qanunvericiliyinin tələbləri nəzərə alınmamış və bununla da vergitutma ob yekti, azaldılmış vergilərin məbləği düzgün müəyyənləşdirilməmişdir. Halbuki şahid ifadələri, 05 mart 2019-cu il tarixli 5165 nömrəli ekspert rəyi və ibtidai istintaq zamanı toplanmış iş materialları ilə 111.557,71 manat məbləğdə vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması təsdiq edilmişdir. Cinayət işi materiallarında eyni qurum-Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş həmin rəyin olmasına baxmayaraq, məhkəmə tərəfindən 20 sentyabr 2019-cu il tarixli 16093 nömrəli və 18 fevral 2020-ci il tarixli 30200 nömrəli rəylər sübut kimi qəbul edilmişdir. Göründüyü kimi, eyni məsələ ilə bağlı eyni qurumun tamamilə bir-birindən fərqli rəylər verməsi şübhə doğurmalı haldır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protes tinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinin icraatına xitam verilməsinin, mülki iddianın təmin olunmamasının qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində ifadə vermiş Məhkum özünü təqsirli bilməyərək bildirmişdir ki, «xxxx MMCnin təsisçisi və direktoru özüdür, cəmiyyətə rəhbərliyi özü həyata keçirmişdir. Cəmiyyətin adından “xxxx” ASC-nin Əməliyyat İdarəsinın filialında bank əməliyyatlarını özü aparmışdır. Cəmiyy ətin adından müxtəlif firma və təşkilatlarla əməliyyatları özü aparmışdır. Bütün bank sənədlərini özü imzalamışdır. Cəmiyyətin mühasibi olmamış, bütün mühasibatlıq işlərini vergilərin hesablanması, bəyannamələrin tərtib edilərək vergi orqanına verilməsi və digər mühasibatlıq işlərini özü həyata keçirmişdir. Cəmiyyətin möhürü, ştampı, şifrə parol kodu və digər mühasibatlıq sənədləri ondadır. Cəmiyyətə hesablanmış 111557,71 manat məbləğində vergi məbləği ilə razı deyil. “xxxx” MMC-nin adından müxtəlif ölkələrdən qida əlavələri, kosmetik və gigiyenik mallar plastik qabları və qapaqları 2015-2017-ci illərinin müxtəlif aylarında respublikamıza idxal etmiş, həmin malları əsasən idxal etdiyi aylarda satmışdır. Respublikamıza idxal etdiyi qida əlavə məhsullarını müxtəlif firma və təşkilatlara və f ərdi sahibkarlara heç bir mühasibat sənədləri tərtib etmədən nağd qaydada satmışdır. Həmin firma və təşkilatlatların və fərdi sahibkarların adlarını hazırda xatırlamır. “xxxx” QSC-nin məktubuna əlavə edilmiş qoşmasından görmüşdür ki, malların topdan satışı 1,05-dən-1,77-dək manat arasında satılmışdır. Həmin qiymətlərlə razıdır. “xxxx” MMC-də 01.07.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövrdə ünvan 7 ünvanında su istehsalı və satışı fəaliyyətlə məşğul olmuşdur. Bununla əlaqədar olaraq 3 nəfər işçisi olmuşdur. 2 nəfər su satışı ilə məşğul olan şəxslərə ayda 350,00 manat və 1 nəfər operator anbardara ayda 250,00 manat əmək haqqı vermişdir. Orada ümumi su xəttindən gələn su ilə 2 böyük çən doldurulurdu, filtirlərdən keçirərək 19 litrlik qablara doldurularaq 2 ədəd nəqliyyat vas itəsi ilə müxtəlif vətəndaşlarının ünvanlarına çatdırılaraq satılırdı. 1 ədəd 19 litrlik qablarda olan içməli su 2,50 manat məbləğinə satılmışdır. Həmin su satışını həmçinin qida əlavələrinin satışını rəsmiləşdirməmişdir. Bu barədə onda mühasibat sənədləri yoxdur. Buna görə də satışın dövriyyəsini xatırlamır. Daha sonra keçirilmiş təkrar və komissiyon ekspertizaların rəyinə əsasən 39.274,59 manat məbləğində vergi borcunu dövlət büdcəsinə ödəməkdən yayınmasını etiraf etmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı verilmiş məhkəmə-mühasibat ekspertizasının 05.03.2019-cu il tarixli 5165 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “xxxx" MMC-də 2015-ci ilin 1-ci rübü üzrə satış dövriyyəsi 76243,90 manat, hesablanmalı vergi 3049,76 manat, 2-ci rüb üzrə satış dövriyyəsi 113596,50 manat, h esablanmalı vergi 4543,86 manat, 2016-cı ilin 1-cü rübü üzrə satış dövriyyəsi 171521,67 manat, hesablanmalı vergi məbləği 6860,86 manat, cəmi satış məbləği 361362,07 manat və Vergi Məcəlləsinin 218.1 və 219.1-ci maddələrinə əsasən hesablanmalı vergi məbləği 14454,48 manat təsdiq olunmuşdur. Vergi ödəyicisinin bəyannamələri üzrə hesablanmış 6404,77 manat sadələşdirilmiş vergi nəzərə alınmaqla, cəmi 8049,71 manat sadələşdirilmiş vergi məbləği təsdiq olunmuşdur. 01.03.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək 131674,25 manat (ƏDV-siz) məbləğində müxtəlif qida əlavələri və digər mallar idxal edilmiş, idxal zamanı gömrükdə 23974,97 manat ƏDV ödənildiyi müəyyən edilmişdir. Lakin gömrükdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilməmişdir. Tədqiqat nəticəsində müəssisə tərəfindən 2016-cı ilin iyul a yından 2017-ci ilin dekabr ayınadək su satışından 185449,06 manat (ƏDV-si 33380,83 manat), qida əlavələri və digər malların satışından 226289,22 manat (ƏDV-si 40732,07 manat), cəmi 411738,36 manat (ƏDV-si 74112,9 manat) gəlir əldə edldiyi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə əsasən mallar idxal edilərkən ödənilmiş 23974,97 manat ƏDV məbləği və daxili alış zamanı ödənilmiş 126,03 manat ƏDV məbləği, cəmi 24101,0 manat ƏDV məbləği müvafiq aylarda əvəzləşdirilməsi nəzərə alınmış və Vergi Məcəlləsinin 159.1, 161.1 və 175.1-ci maddələrinə əsasən cəmi 50011,9 manat ƏDV məbləği (74112,9-24101,00) təsdiq olunmuşdur. 2016-cı il üzrə mənfəət vergisi 16257,70 manat, 2017-ci il üzrə mənfəət vergisi 37238,40 manat, cəmi 53496,10 manat mənfəət vergisi olmaqla, ümumilikdə 111557,71 manat məbləğində vergilərin hesablanması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə istintaqı zamanı təyin olunmuş təkrar məhkəmə mühasibatlıq ekspertiza haqqında qərara əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2019-cu il tarixli 16093 saylı ekspert rəyinə əsasən rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “xxxx” MMC-nin 01.01.2015-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan fəaliyyət dövrü üzrə apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli cəmi vergilərin 39.274.59 manat az hesablanması müəyyən edilir, o cümlədən: Sadələşdirilmiş vergi üzrə 8.049.71 manat, ƏDV üzrə ---- 22.580.21 manat, mənfəət vergisi üzrə ---- 8.644.67 manat. İş materiallarında olan məhkəmə istintaqı zamanı təyin olunmuş komisyon məhkəmə mühasibatlıq ekspertiza haqqında qərara əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli 30200 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxx” MMC-nin 01.01.2015-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan fəaliyyət dövrü üzrə apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli cəmi vergilərin 39.274,59 manat məbləğində az hesablanması müəyyən edilir, o cümlədən: Sadələşdirilmiş vergi üzrə ---- 8.049,71 manat; ƏDV üzrə ---- 22.580,21 manat; mənfəət vergisi üzrə ---8.644.67 manat. 05.03.2019-cu il tarixli 5165 nömrəli ekspert rəyində hesablamalar X7 tərəfindən tərtib edilmiş 19.02.2010-cu il tarixli mütəxəssis rəyinə, o cümlədən su istehsalı sahəsin də analoji vergi ödəyicisi kimi seçilmiş “xxxx” MMC-nin əlaqəli məlumatlarına və “xxxx” ASC tərəfindən 16.01.2019-cu il tarixli məktub ilə təqdim olunmuş qida əlavələrinin və kosmetik vasitələrin topdansatış qiymətləri nəzərə alınmaqla aparılmışdır. 20.09.2019cu il tarixli 16093 saylı ekspert rəyində isə hesablamalar “xxxx” ASC tərəfindən 16.01.2019-cu il tarixli məktub ilə təqdim olunmuş qida əlavələrinin, kosmetik vasitələrin topdansatış qiymətləri və “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin su sərfiyyatı və su istehsalı üçün idxal olunan taraların məlumatları (su qabları, su qabları üçün qapaqlar) nəzərə alınmaqla aparılmışdır. Bundan başqa birinci instansiya məhkəməsi iclasda ziddiyətləri aradan qaldırmaq və bütün halları hərtərəfli tam, obyektiv araşdırmaq məqsədi ilə komisyon–mühasi batlıq ekspertizası təyin etmişdir. Təyin edilib keçirilmiş 18 fevral 2020-ci il tarixli 30200 nömrəli ekspertiza rəyinə əsasən, təqdim edilmiş iş materiallarında 2016-cı ilin iyul ayından 2017-ci ilin dekabr ayınadək “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin su sərfiyyatı ilə bağlı abonent haqqında məlumatı öz əksini tapmışdır. Həmin məlumatda müəssisə tərəfindən 2016-2017-ci illər ərzində su sərfiyyatına görə 1.976,00 manat məbləğində ödənişin aparılması öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq o lunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydalarına və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 06 №-li qərarı ilə sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,00 manat təsdiq edilmişdir. İş materiallarında mövcud olan abonent haqqında məlumatda müəssisə tərəfindən 2016-2017-ci illər ərzində su sərfiyyatına görə 1.976.0 manat məbləğində ödənişin aparılmasını nəzərə alsaq, həmin dövrdə 247 (1.976,00 / 8,00 ) kub metr sudan xammal kimi istifadə edilməsi müəyyən edilir. Həmin 247 kub metr su sərfi litrə çevrilməklə 247 (247 x 1.000) litr su sərfi müəyyən olunur. Belə olan halda iş materiallarında olan sənədlərə və əlaqəli məlumatlara əsasən 2016-cı ilin iyul ayından 2017-ci ilin dekabr ayınadək “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin su satışından əldə etdiyi gəliri 39.000,00 (247.000 litr/19 litr (bir taranın həcmi) x 3 manat (malın tara ilə birlikdə qiyməti)) manat məbləğində müəyyən edilir. İş materiallarında “xxxx” MMC ilə eyni fəaliyyət ilə məşğul olan analoji müəssisə barədə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bundan başqa kollegiya qeyd edir ki, cin ayət işi baxılması üçün 28 mart 2019-cu il tarixdə məhkəməyə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əməlinin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir. Cinayət işi icraatda olan zaman 01 may 2020-ciil tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanun 01 iyun 2020-ci il tarixdən qüvvəyə minmişdir. Qanunun 1.44.3-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsində “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə” sö zləri “əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki” sözləri ilə əvəz edilmişdir. Keçid müddəalarına və Qanunun 2.4-cü maddəsinə əsasən bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qa ldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1. 11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Cinayət Məcəlləsinin 213-cü maddəsinin dizpozisiyasına əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün şəxs əlli min manatdan yuxarı məbləğdə vergiləri döv lət büdcəsinə ödəməkdən yayınmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli 30200 nömrəli ekspertiza rəyindən görünür ki, Məhkum 39274.59 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Göründüyü kimi, Məhkum törətdiyi cinayət əməli qanunvericiliyə edilmiş yeni dəyişiklikdən sonra cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətindən azad edilmə əsası ilə xitam verilməsi, eləcə də cinayət işi üzrə icraata cinayət məsuliyyətindən azad edilmə əsası ilə xitam verildiyindən mülki iddianın baxılmamış saxlanması, mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnu izah etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 1.1-ci maddəsi). Bundan başqa, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olm ayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının m ümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Xatırlatmaq zəruridir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fıkirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfınin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 15 oktyabr 2020-ci il tarixli qərarının mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2020-ci il tarixli Məhkum haqqındakı qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Mülki iddiaçının kassasiya şikayət təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar