Məhkəmə qərarları › İş №1(102)-533/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-533/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-533/2022 04.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X2 ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması b arədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qazax Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) tarixli hökmü ilə 27 yanvar 2021-ci il xx xxxx 1971-ci il tarixdə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üç uşaq atası, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Qaymaqlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi, 26-cı məhəllədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından hər ay dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə isla h işləri cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı və ev dustaqlığında olduğu 05 (beş) ay 23 (iyirmi üç) gün saxlamanın bir günü islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il müddətə islah işləri cəzasından 17 (on yeddi) ay 09 (doqquz) gün çıxılaraq üzərində aylıq qazancından hər ay dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 06 (altı) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzası saxlanılmış, cəzasını iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruz əçi), S.B.Hüseynov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı və ev dustaqlığında olduğu 05 (beş) ay 23 (iyirmi üç) gün müddət həbsdə və ev dustaqlığında saxlamanın bir günü islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il müddətə islah işləri cəzasından 23 (iyirmi üç) ay 02 (iki) gün çıxılaraq üzərində aylıq qazancından hər ay dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 28 (iyirmi səkkiz) gün müddətə islah işləri cəzası saxlanıl mışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, 04 avqust 2020-ci il tarixdə saat 01 radələrində ilin müəyyən vaxtlarında ailəsi ilə birlikdə qaldığı, atası X4 ona miras qalmış Qazax rayonu Qaymaqlı kəndindəki evinin yataq otağında, arvadı 14 may 1973-cü il təvəllüdü X8 ilə cavanlıq və əsgərlik vaxtlarına aid köhnə fotoşəkillərə və məktublara baxaraq növbəti günü Bakı şəhərinə getməli olduqları üçün ümumi təmizlik işləri aparan zaman sonuncu, onun uzun müddət ov üçün istifadə etdiyi atasından yadigar qalmış 1957-ci il istehsalı olan, 16 kalibrli, “ZK” modelli, 279 B nömrəli təklüləli yivsiz odlu ov tüfəngini, qarşısında dayandığı çarpayının, otağın pəncərəsinə yaxın baş tərəfindən götürüb otaqda mərkəzdə olan masanın üstündən ona uzadaraq təmizləməsini bildirm iş, o isə həmin silahı iki metr məsafədə qarşısında üzbəüz dayanmış Maral Osmanlıdan götürüb təmizləməmişdən əvvəl lüləsinin içərisində patronun olub-olmamasını yoxlamaq üçün, cinayətkarcasına etinasızlıq edərək əvvəlcədən tüfəngin lüləsinin içərisində 16 kalibrli güllənin qalmasını bilməyərək və tüfəngin lüləsinin Maral Osmanlıya doğru olmasına fikir verməyərək, həmişə etdiyi qaydada xarici çaxmağını geriyə çəkib və eyni zamanda tətiyə basaraq silahın içərisində güllənin olmamasını və silahın təhlükəsiz olmasını nümayiş etdirərkən qəfil açılmış atəşlə sonuncuya belin sağ tərəfində 6 ədəd dairəvi formada odlu silah-qırma yaraları xəsarətlərini (qırmaların çıxış dəliyi) və döş qəfəsinin ön səthinin xəncərəbənzər çıxıntı nahiyəsindən bir qədər aşağı, dairəvi formalı, döş və qarm boşluğuna nü fuz etməklə diafraqmanı, qaraciyərin, peritonun zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd sağlamlığa ağır zərər vuran odlu silah- qırıma yarası (atəşin giriş dəliyi) xəsarətini yetirib, silah-qırma nəticəsində inkişaf edən kəskin qanitirmə və şokdan ölümünə səbəb olmaqla, Maral Osmanlını ehtiyatsızlıqdan öldürmüşdür. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcə si və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulan islah işləri cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuş, apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda olan uyğun əsaslandırma aparmışdır. Dövlət ittihamçısı qeyd etmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məhkum Hərbi Məhkəmənin Hərbi Kollegiyasının 09.02.1999-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 94-cü maddəsinin 4-cü bəndi, 220-1-ci maddəsinin 2-ci hissəsi və 220-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 10.07.2022-ci il tarixli qərarı ilə CM-in 101-ci maddəsi hökmdən xaric edilmiş, CM-in 228.1-ci maddəsinə tövsif edilərək Məhkum cəzası 12 il müddətə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 21.10.2005-ci il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Lakin məhkəmə Məhkum əvvəllər qəsdən adam öldürdüyü üçün azadlıqdan məhrum etmə növündə cəza çəkməsi məsələsinə toxunmamış, məhkumluğun ödənilməsinə baxmayaraq həmin xüsusatı təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirmişdir. Məhkəmə Məhkum əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla ha qlı olmamışdır. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədil miş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkum Məhəmməd Həsənovun təqsirli bilindiyi CM-in 124.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsi Məhəmməd Həsənova cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və əsassız olaraq ona aylıq qazancından hər ay dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri növündə cəza təyin etmişdir. Ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar ın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə t əqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır ( CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından Apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfində n eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məhkum Hərbi Məhkəmənin Hərbi Kollegiyasının 09.02.1999-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 94-cü maddəsinin 4-cü bəndi, 220-1-ci maddəsinin 2-ci hissəsi və 220-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 10.07.2022-ci il tarixli qərarı ilə CM-in 101-ci maddəsi hökmdən xaric edilmiş, CM-in 228.1-ci maddəsinə tövsif edilərək Məhkum cəzası 12 il müddətə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 21.10.2005-ci il tarix li qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Lakin məhkəmə Məhkum əvvəllər qəsdən adam öldürdüyü üçün azadlıqdan məhrum etmə növündə cəza çəkməsi məsələsinə toxunmamış, məhkumluğun ödənilməsinə baxmayaraq həmin xüsusatı təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirməklə düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Apellyasiya məhkəməsi cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmişdir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri m əsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun tö rətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 124. 1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar