Məhkəmə qərarları › İş №1(102)-533/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-533/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-533/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Namazlı Fariz Mübariz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-710/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 07 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2007-ci ildə İran İslam Respublikasının Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan X5 Korpusunun (yy) x adlı əməkdaşının pul müqabilində Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq əməkdaşlıq etməsi barədə təklifini qəbul etmiş, SEPAH əməkdaşı tərəfindən məxfi əməkdaşlıq üzrə gizli əlaqədə olmanın forma və metodları, o cümlədən görüş vaxtı və yeri, əlaqə üsulları, məlumatların təqdim edilmə formaları və sair davranış qaydaları barədə təlimatlandırılmış və “Behişti” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb olunmuşdur. Məhkum aldığı tapşırıqlara uyğun olaraq 2007-ci ildən 2014-cü ilədək olan dövr ərzində x adlı yy əməkdaşının verdiyi təlimat və tapşırı qların icrası istiqamətində fəaliyyət göstərərək, mütəmadi olaraq qəsdən və tamah məqsədilə, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Bakı şəhərinin Binə, Maştağa və Nardaran qəsəbələrində olan məscidlərin, əhalinin, buradakı məscidlərə gələn İran xüsusi xidmət orqanlarının təsir dairəsində ola biləcək dindarların sayı, habelə Bakı şəhərində müxtəlif dini əqidəyə malik şəxslərin sıx yaşadıqları əraziləri və Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər barədə, eləcə də malik olduğu və əldə edə bildiyi digər məlumatları toplayaraq 2007-ci ilin aprel, oktyabr, 2008-ci ilin fevral, avqust, oktyabr, 2009-cu ilin mart, iyun, oktyabr, 2010-cu ilin oktyabr, 2011-ci ilin iyun, noyabr, 2012-ci ilin sen tyabr, noyabr, 2013-cü ilin iyun aylarında müntəzəm olaraq İran İslam Respublikasına səfər edib xarici xüsusi xidmət orqanı olan yy-ın Əkbər adlı nümayəndəsi ilə həmin ölkənin Qum şəhərində görüşüb vermiş, bunun müqabilində 2007ci ildə 3.000, 2008-ci ildə 3.000, 2009-cu ildə 3.000, 2010-cu ildə 2.000, 2011-ci ildə 2.000, 2012-ci ildə 1.500 və 2013-cü ildə 1.000 ABŞ dolları, ümumilikdə 12.460 manat ekvivalentində 15.500 ABŞ dolları məbləğində pul vəsaiti almaqla, casusluq və xarici xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1016/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilmə sində təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Namazlı Fariz Mübariz oğlu apellyasiya şikayəti verib, təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-710/2024 nömrəli, 13 mart 2024-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1016/2024 nömrəli, 29 yanv ar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Namazlı Fariz Mübariz oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 9. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının (bundan sonra – “Konvensiya”) 3, 6, eləcə də 18-ci maddə ilə birlikdə götürülməklə 9-cu maddəsinin tələblərinin pozulmasını iddia edən kassasiya şikayətinin müəllifi bildirir ki: 1) Məhkəmə çəkişmələrində tərəflərinin bərabərlilik prinsipi, eləcə də sübutların lazımi təhlil və tədqiqi təmin edilməmişdir; 2) Məhkum ibtidai istintaq dövründə işgəncələrə məruz qalmışdır; 3) Bilavasitə onlar qarşısında verilən ifadələrə münasibətdə məhkumun i btidai istintaq dövründə verdiyi ifadələrini üstün tutan məhkəmələr seçimini əsaslandırmamışlar; 4) Buna hər hansı lüzum olmadıqda və belə seçim hər hansı formada əsaslandırılmadıqda, apellyasiya instansiyası məhkəməsində baxış qapalı keçirilmişdir; 5) Məhkumun din azadlığı hüququnun icrasının qarşısının alınması üçün, Konvensiya ilə yol verilən məhdudiyyətlər nəzərdə tutulduğundan başqa məqsədlə ona qarşı tətbiq edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)710/2024 nömrəli, 13 mart 2024-cü tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Müdafiəçi Namazlı Fariz Mübariz oğlu kassasi ya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, əməlində cinayət tərkibinin olmaması əsası ilə Məhkum bəraət verilməli olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

12. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)710/2024 n ömrəli, 13 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq verilən kassasiya şikayətini əsassız hesab edir.

13. İlk öncə kassasiya şikayətinin məhkəmələrin məhkəmə çəkişmələrində tərəflərin bərbərlilik prinsipini, eləcə də sübutların lazımi təhlil və tədqiqini təmin etmədiklərinə dair dəlilinə münasibətini bildirən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 32.1, 32.2, 32.2.3, 32.2.4, 32.2.5 və 32.2.7 maddələrinin ümumi məzmununa görə, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzər də tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Öz növbəsində, müdafiə tərəfinin üzərinə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib etmək və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb etmək və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini vermək vəzifəsi düşür. Hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir. Məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır.

14. Məhkəmə kollegiyası həmçinin xatırlatmağı zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərin hüdudları Azərbaycan Respublikası CPM-nin 419.1 və 419.11-ci maddələri ilə müəyyən edilir. Həmin hüquq normalarında təsbit edilmiş imperativ şərtə görə, kassasiya baxışının hədləri cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhduddur. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları təkrar araşdırılmır, bu səbəbdən mövcud sübutların yenidən qiymətləndirilməsi, eləcə də yeni sübutların təqdim edilməsi yolverilməzdir.

15. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi prosessual cinayət-hüquqi normalarla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarına maddi cinayət-hüquqi normaların tətbiqinin əsaslı olub-olmadığını, həmin halların müəyyən edildiyi, ümumiyyətlə cinayət təqibinin həyata keçiri ldiyi zaman cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

16. İstinad edilənləri əsaslanmaqla baxılan cinayət işinə nəzər yetirildikdə müəyyən edilir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində keçirilmiş məhkəmə iclas protokollarından göründüyü kimi, müdafiəçinin iddialarından fərqli olaraq müdafiə tərəfinin hər bir məhkəmə iclasında iştirakı təmin edilmiş, məhkumun müdafiəsinin əlverişli qaydada təşkil və mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, bunların icrasına, yəni cinayətprosessual qanunvericiliklə müdafiə tərəfinə verilən hüquqlardan sərbəst istifadə edilməsinə heç bir formada məhdudiyyət qoyulmamış və bu faktların əksini təsdiqləyən hər hansı etiraz və yaxud vəsatət müdafiə tərəfindən məhkəmələr qarşısında qaldırılmamışdır (birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolları - cild 2 vər. 10-12, cild 2 vər. 29-36, cild 2 vər. 42-45, cild 2 vər. 48-49, cild 2 vər. 57-63, cild 2 vər. 87105; apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclas protokolları - cild 2 vər. 146147, cild 2 vər. 151-153).

17. Eyni ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri onun özünün ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, eləcə də bu ifadələri təsdiqləyən məhkəməyədək icraat dövründə toplanmış və birinci instansiya məhkəməsinin keçirtdiyi açıq məhkəmə iclaslarında ittiham və müdafiə tərəfinin iştirakı ilə ətraflı təhl il və tədqiq edilmiş xeyli sayda maddi sübutların məcmusu ilə müəyyən edilmişdir (hökmün 3-9 səhifələri – cild 2 vər. 109-115).

18. Göründüyü kimi, kassasiya şikayəti baxılan hissədə yalnız ümumi sözlərlə əsaslandırılmışdır, şikayət müəllifi faktiki olaraq məhkəmə kollegiyasını cinayət işi üzrə toplanmış sübutların birinin digəri ilə yenidən müqayisə edilib yoxlanılmasına dəvət edir. Bununla bağlı məhkəmə kollegiyası bir daha vurğulayır ki, aşağı instansiya məhkəmələrindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə əlavə məhkəmə istintaqı aparıb cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır. Yuxarıda qeyd edildiyi kimi isə, kassasiya şikayətində məhkəmələr tərəfindən məhkəmə çəkişmələrində proses iştirakçılarının bərbərlilik prinsipinin, eləcə də sübutların lazımi təhlil və tədqiqinin təmin edilməməsinə dair hər hansı bir yetərli dəlil gətirilməmişdir, buna görə də kassasiya şikayəti bu hissədə əsassız hesab edilməlidir.

19. Kassasiya şikayətinin növbəti, Məhkum ibtidai istintaq dövründə işgəncələrə məruz qalması, buna baxmayaraq məhkəmələrin bilavasitə onlar qarşısında yox, məhkumun ibtidai istintaq dövründə verdiyi ifadələrini ittiham hökmünün əsasına qoyması və s eçimini əsaslandırmaması barədə dəlilinə münasibətini bildirən məhkəmə kollegiyası qeyd edir ki, yenə də, kassasiya şikayətində göstərilənlərdən fərqli olaraq hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarında edilən seçim ətraflı izah edilmişdir. Qərarın müvafiq hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının əlaqəli bəndinə əsaslanmaqla nəzərə alınmışdır ki, Məhkum özü və ya müdafiəçisi vasitəsilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmasına dair məsələ qaldırmamış, bununla bağlı səlahiyyətli orqana və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Əksinə o, ibtidai araşdırma dövründə, eləcə də birinc i instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində heç bir təzyiqə məruz qalmadığını bildirmişdir.

20. Digər tərəfdən, məhkumun ibtidai istintaq dövründə qanunsuz təsirə qalması barədə arqumenti əsassız hesab edilməlidir eləcə də ona görə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququna görə, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlillər qiymətləndirilərkən “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edilir, belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gəlməlidir (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il). Baxılan işdə isə kassasiya icraatı daxil olmaqla məhkəmə çəkişmələrininin bütün mərhələlərində müdafiə tərəfi pis rəftara dair iddiasını ümumi sözlərlə əsaslandırmış, iddia etdiklərinin həqiqiliyini təsdiqləyən hər hansı sübutu yaxud bu dəlili konkretləşdirən yetərli məlumatı təqdim etməmişdir.

21. Nəhayət, məhkəmə kollegiyası pis rəftarla bağlı Avropa Məhkəməsinin bilavasitə Azərbaycana qarşı şikayətlərlə bağlı bildirdiyi hüquqi mövqeyinin də nəzərə alınmasını zəruri hesab edir. Belə ki, qəbul etdiyi bir sıra qərarlarında (məsələn, Əmiraslanov Azərbaycana qarşı [Komitə], № 64422/19, §§ 5-8 və 16-20, 11 iyul 2024-cü il) məhkəmə nəzarəti qaydasında şikayət verməkdən əvvəl ilk növbədə prokurorluq orqanlarına şikayət verilməli olduğunu müəyyən edib buna görə bu qəbildən olan şikayətlərə baxılmanın mümkünsüz olduğunu əsas götür ən milli məhkəmələrin yanaşmasını tamamilə düzgün hesab edən Avropa Məhkəməsi ərizələrin icraata götürülməsindən belə imtina etmişdir. Yuxarıda qeyd edildiyi kimi isə, baxılan işdə məhkumun pis rəftarla bağlı şikayəti ilk dəfə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə qarşısında qaldırılmışdır.

22. İstinad edilənlərə əsaslanan məhkəmə kollegiyası, ibtidai istintaq dövründə etirafedici ifadələrin pis rəftara məruz qalması səbəbindən verilməsi barədə kassasiya şikayətinin dəlilini mümkünsüz və əsassız hesab edib, aşağı instansiya məhkəmələrinin məhkumun məhz məhkəməyədək icraat dövründə verdiyi ifadələrinin nəzərə almalarını əsaslı və qanuni nəticə kimi qəbul edir.

23. Kassasiya şikayətinin digər, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış iclasının qapalı keçirilməsinə dair dəlili nə münasibətini bildirən məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, kassasiya şikayətinin özündə də əksini tapdığı kimi, baxılan cinayət işi üzrə məhkəmə istintaqını aparan birinci instansiya məhkəməsində iclaslar açıq aparılmışlar.

24. Apellyasiya instansiyası məhkəməsinə gəldikdə (kassasiya şikayətində də bu hal təsdiqlənir), açıq şəraitdə keçirilmiş məhkəmənin iclasında (cild 2 vər. 146-147) qəbul edilən qərarda (cild 2 vər. 148-149) cinayət işi üzrə məhkəmə baxış iclasının açıq keçirilməsi qərara alınmışdır (cild 2 vər. 148-149). Daha sonra isə tərtib edilmiş müvafiq protokoldan göründüyü kimi, baxış iclası belə formada da keçirilmiş (cild 2 vər. 151-153), lakin mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin yekun qərarında məhkəmə iclasının qapalı keçirilməsi göstərilmişdir (c ild 2 vər. 151-153). Məhkəmə kollegiyasının fikrincə, qeyd edilən halların məcmusunun birgə təhlili belə nəticəyə gəlməyə imkan verir ki, kassasiya şikayətində iddia edilənlərdən fərqli olaraq, əslində apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı açıq keçirilmiş, məhkəmənin yekun qərarında olan iclasın qapalı keçirilməsi barədə qeyd isə texniki səhv olaraq edilmişdir.

25. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin özündə də qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışında əlavə sübutlar tələb edilməmiş, istintaq aparılmayıb, iş materialları tədqiq edilməyib, hər hansı məxfi sənəd mövcud olmayıb, üstəlik birinci instansiya məhkəməsində işə açıq iclaslarda baxılmışdır (kassasiya şikayətinin 73-cü par aqrafı - cild 3 vər. 11).

26. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsində məhkəmə iclaslarının açıq keçirilməsinin formal xarakter daşıdığına dair Avropa Məhkəməsinin hüquqi mövqeyinə (Abbasov Azərbaycana qarşı, № 24271/05, § 33, 17 yanvar 2008-ci il və Məmməd Məmmədov Azərbaycana qarşı, № 38073/06, § 33, 11 oktyabr 2011-ci il) hörmətlə yanaşan məhkəmə kollegiyası qeyd edir ki, bunun əksinə olaraq Ali Məhkəmədə keçiriləcək iclaslar barədə tərəflərə bir neçə ay əvvəl məlumat verilir və onlar məhkəmədə iştirak etmələri üçün istənilən 3-cü şəxsi dəvət etməkdə azaddırlar. Məhz bunun nəticəsi olaraq hər hansı səbəbdən (ictimai, sosial, siyasi, şəxsi və s.) maraq doğuran çoxlu sayda məhkəmə proseslərində mətbuatın, qeyri-hökumət təşkilatlarının, xarici səfirliklərin nümayəndələrinin, məhku mların qohumları və tanışlarının, eləcə də istənilən digər maraqlı şəxsin Ali Məhkəmənin açıq iclaslarında məhdudiyyətsiz iştirakı təmin edilmişdir və edilməkdədir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış iclasının açıq yox, qapalı şəraitdə keçirilib Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etməsi qəbul edilsə belə, məhkəmə proseslərinin birinci və kassasiya instansiyası məhkəməsində açıq aparılması bu pozuntunu aradan qaldırılmışdır.

27. Odur ki, təsviri verilən səbəbləri əsas götürən məhkəmə kollegiyası kassasiya şikayətinin bu hissədə də əsassız olduğunu hesab edir.

28. Kassasiya şikayətinin sonuncu, Məhkum edilməsinin gizli xarakter daşımaqla həqiqi məqsədinin onun dini fəaliyyətinin qarşısının alınması olduğu və bununl a da Konvensiyanın 18-ci maddəsi ilə birlikdə götürülməklə 9-cu maddəsinin tələblərinin pozulduğuna dair dəlilinə gəldikdə isə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, 18-ci maddənin şərhi və tətbiqinə dair əsas prinsiplər Avropa Məhkəməsinin Merabişvili Gürcüstana qarşı ([BP], № 72508/13, §§ 287-317, 28 noyabr 2017-ci il), Navalnıy Rusiyaya qarşı ([BP], №№ 29580/12 and 4 digəri, §§ 164-65, 15 noyabr 2018-ci il) və X2rşı (№ 2 [BP], № 14305/17, § 421, 22 dekabr 2020-ci il) tarixli qərarlarında müəyyən edilmişdir.

29. Həmin müddəaların yenidən hazırkı qərarda təkrar edilməsinə lüzum görməyən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü ümumilikdə götürülməklə apellyasiya instansiyası mə hkəməsi tərəfindən bir daha yoxlanılmış, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının da gəldiyi qənaətə görə, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 274-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edən məhkəmələr haqlı olaraq onun məhz Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirinin ibtidai istintaq dövründə qanuni üsullarla toplanmış və mötəbərliyi şübhə doğurmayan, birinci instansiya məhkəməsində icraat zamanı ədalətli məhkəmə araşdırması hüququnun təmini ilə tədqiq edilmiş çoxsaylı sü butların məcmusu ilə sübuta yetirildiyi haqda nəticəyə gəlmişlər, bununla yanaşı onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmamasını müəyyən etmişlər.

30. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Məhkum Konvensiya ilə müəyyən edildiyi hüquq və azadlıqları qanuni məqsədlə - verildiyi ittihamda sadalanan cinayətkar fəaliyyətinin qarşısının alınması və törətdiyi cinayət əməlinə görə cəzalandırılması üçün qanunla nəzərdə tutulmuş üsulla və ədalətlilik təmin edilməklə ictimai qaydanın və ictimai asayiş maraqlarının qorunması naminə məhdudlaşdığından, onun məhkum edilməsinin hər hansı gizli xarakter daşıması haqda iddiaların tədqiqi lazımsız addım kimi qəbul edilməlidir.

31. Beləliklə də, bütün yuxarıda təfsir edilənlər məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, baxılan cinayət işi üzrə birinci instansiyası məhkəməsi işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)710/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-710/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar