Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-534/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs x1, onun nümayəndəsi-vəkil Rüstəmzadə Ayxan Xankişi oğlunun, m əhkumun müdafiəçisi Mahmudov Cahangir Fəxrəddin oğlunun iştirakları ilə, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x2, onun vəkili Mahmudov Cahangir Fəxrəddin oğlu və zərərçəkmiş x1 nümayəndəsi Rüstəmzadə Ayxan Xankişi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Məmmədov) x2- xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1049 saylı “Əfv” fərmanı ilə təyin olunmuş cəzanın çəkilməmiş hisəsindən azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının əvvəlinin İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. x2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk et məmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına baxan orqanı iş yerinin dəyişdiriləcəyi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən x2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, ailə vəziyyəti subay olaraq qeyd edilmiş Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi əldə edərək əri x3 ilə birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 211 kv/m olan 33 nömrəli mənzilini sonuncunun razılığı olmadan 250000 (iki yüz əlli min) manat müqabilində x1 satacağı barədə yalançı əqd bağlamaqla əlaqədar sonuncu ilə razılığa gələrək qeyd edilən pulun 113422 manatının x1 tərəfind ən ödəniləcəyini bildirib, həmin mənzili lizinq fəaliyyəti ilə məşğul olan x4-yə lizinqlə yüklü edilməsini təşkil edərək, x1nın adına lizinq ödənişi kimi rəsmiləşdirmiş, 136578 manat ekvivalentində 130.000 ABŞ dolları məbləğində pulu alqı-satqı üzrə pulun qalan hissəsi kimi götürmüş, əri x3 yuxarıda qeyd edilən mənzilin sənədlərinin yerində olmamasını aşkar etdikdə o, yalançı əqd bağlamasını əri x3dən gizlədərək guya x1nın ünvan 3 yaxınlığında fəaliyyət göstərən ünvan 4 110000 manata ona satacağını vəd etdiyini, qeyd olunan mənzili x4-yə lizinqlə yüklü edib pul əldə edərək x1ya verdiyini və sonuncunun onu aldatdığını bildirib x1 ilə bağladığı yalançı əqd və bu əqd nəticəsində ələ keçirdiyi pulun mənimsənilməsini gizlətmək və həmin pulun guya x1 tərəfindən ona qarşı dələduzluq edilərək ələ keçirildiyinə əri x3i inandırmaqdan ötrü xx xxxxxx 2016-cı tarixdə ünvan 5 ünvanında yerləşən DİN-in Nərimanov RPİ-nin 18-ci PB-yə ərizə ilə müraciət edib x1 ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik edərək sonuncu tərəfindən onun 136578 manat ekvivalentində 130000 ABŞ dollarını inamından sui-istifadə edərək ələ keçirməsi və x1 barəsində qanuni tədbir görülməsi barədə yalan məlumat vermiş, həmin məlumat əsasında x1 barəsində xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, sonuncu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində istintaq edilən cinayət işi üzrə xx xxxxx 2017-ci il tarixdə təqsirləndirlən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə ibtidai istinta q və məhkəmə baxışı müddətində 13 (on üç) ay 15 (on beş) gün həbsdə saxlanılmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx xxxx 2018-ci il tarixdə qeyd edilən epizod üzrə x1 barəsində Azərbaycan Respublikasınn Cinayət Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə bəraət hökm çıxarılmış, Təyminə Abdullayevanın hərəkətlərində bilə-bilə yalan xəbərçilik etmə cinayətinin əlamətləri aşkar edilərək bu barədə xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilmişdir. Hökmdən məhkum x2 və zərərçəkmiş x1 nümayəndəsi x5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli q ərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x2, onun vəkili Mahmudov Cahangir Fəxrəddin oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilib x2 bəraət verilməsini və zərərçəkmiş x1 nümayəndəsi Rüstəmzadə Ayxan Xankişi oğlu kassasiya şikayəti verərək məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x2 və onun vəkili Mahmudov Cahangir Fəxrəddin oğlunun imzaladıqları kassasiya şikayətində götərilmişdir ki, x2 təqsirləndirildiyi əməlin tərkib əlamətlərindən ən vacibi olan cinayətin subyektiv cəhəti nə istintaq tərəfindən, nə də məhkəmə istintaqında sübuta yetirilə bilməmiş dir. Təqsirləndirilən şəxs bu əməli törətməmiş və yalan məlumat verməmişdir. x1 barəsində istintaq orqanı tərəfindən irəli sürülmüş və istintaq orqanının təqdimatı və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçimişdir. Məhkəmə cinayət işinin materiallarında toplanmış şahid ifadələrinə istinad etməklə ittiham hökmü çıxarmışdır. Həmin əməlin qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Cinayətin subyektiv cəhətinin nədə ifadə olunması müəyyən edilməmişdir. Bu əlamət olmadan isə əməl cinayət hesab oluna bilməz. Cinayət işini başlamış müstəntiq məhkəmə iclasında dindirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu halları araşdırıb hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş x1 nümayəndəsi Rüstəmzadə Ayxan Xankişi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə x2 törətdiyi cinayətin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişdir. x2 himayəsində yetkinlik yaşına çatmayan övladının olması barədə halı əsassız olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə xx.xx.2003-cü il təvəllüdlü X6 yaşayış yerini dəyişərək atası x3nun himayəsinə verilməsi, onun yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi və uşağın anası x2 razılığı olmadan həyata keçirilməsi qət edilmişdir. Ona görə də həmin halın cəzanı yüngülləşdirən hallar siyahısından çıxarılmasını, məhkuma daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisinin, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin hər birinin öz kassasiya şikayətlərinin təmin edilməsi barədə və dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətini n və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, təqsirləndirilən şəxs bu əməli törətməmiş və yalan məlumat verməmişdir. x1 barəsində istintaq orqanının təqdimatı və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçimişdir. Məhkəmə cinayət işinin materiallarında toplanmış şahid ifadələrinə istinad etməklə ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Cinayət işinin materialları ilə sübut edilmişdir ki, x2 xx xxxxxx 2016-cı tarixdə ünvan 5 ü nvanında yerləşən DİN-in Nərimanov RPİ-nin 18-ci PB-yə ərizə ilə müraciət edib x1 ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik edərək sonuncu tərəfindən onun 136578 manat ekvivalentində 130000 ABŞ dollarını inamından sui-istifadə edərək ələ keçirməsi və x1 barəsində qanuni tədbir görülməsi barədə yalan məlumat vermiş, həmin məlumat əsasında x1 barəsində xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, sonuncu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində istintaq edilən cinayət işi üzrə xx xxxxx 2017-ci il tarixdə təqsirləndirlən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə ibtidai istintaq və məhkəmə baxışı müddətində 13 (on üç) ay 15 (on beş) gün həbsdə saxlanıl mışdır. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya şikayətində məhkəmənin gəldiyi nəticələri şübhə altına almağa imkan verən hər hansı mötəbər sübutlara və dəlillərə istinad edilməmişdir. Ona görə də x2 əməllərində cinayət tərkibinin olmaması barədə müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayəti məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədədir. Cinayət işi üzrə Bakı Şəhə r Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən x2 himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, uşağını təkbaşına saxlayan qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Kassasiya şikayətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə xx.xx.2003-cü il təvəllüdlü X6 yaşayış yerini dəyişərək atası x3nun himayəsinə verilməsi, onun yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi və uşağın anası x2 razılığı olmadan həyata keçirilməsi qət edilmişdir. Lakin belə bir qətnamənin cinayət işinin ma teriallarında olması göstərilməmiş və kassasiya şikayətinə əlavə edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin həmin dəlilinin əsaslılığı halında da məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas verən mötəbər halların mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli qərarının 3cü bəndində məhkəmələrə izah edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət işini n materiallarından müəyyən edilmişdir ki, x2 yalan xəbərçilik etməsi cinayət işinin materialları ilə sübut edilmiş olsa da nəzərə almaq lazımdır ki, x1 barəsində həbs qətimkan tədbirini ibtidai istintaq orqanının təqdimatı əsasında məhkəmə seçmişdir. İşin bu halını x2 hüquqi vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməsi və bu əsasla onun cəzasının ağırlaşdırıması qanunun tələbinə uyğun hesab edirlmir. Ona görə də məhkumun cəzasının ağırlaşdırılması barədə kassasiya şikayətinin dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərini n dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x2, onun vəkili Mahmudov Cahangir Fəxrəddin oğlunun və zərərçəkmiş x1 nümayəndəsi Rüstəmzadə Ayxan Xankişi oğlunun kassasiya şikayətləri təmin edilməsin. x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə məhk um edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-534/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-534/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver