Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-534/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, Müdafiəçi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Mustafayev Elçin Tapdıq oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Mə hkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.A.Allahverdiyeva və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxxxxxx 1985-ci ildə Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM - nin 178.2.2, 178.2.4, 234.1 və 66.3-cü maddələri ilə qəti olaraq, 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qərarına əsasən, cəzası 3 il 1 aya endirilmiş və 26 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və ya götürülməyən, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X3 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən məhkum və onun müdafiəçisi Abdullayev Yusif İsmayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə ə sasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 25 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tanışı X3 ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb e tmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xxxxxnun rəfiqəsi Zərərçəkmiş şəxs Bakı şəhəri, Bakıxanov qəsəbəsində “Firavan” adlı qadının evində nikahdan kənar başqa şəxslə gizli çəkilmiş intim xarakterli görüntüsünü ailəsinə çatdıracağı ilə hədələyib pul tələb edib əldə etdikləri pulu öz aralarında bölüşəcəklərinə dair razılığa gəlib 15 fevral 2018-ci il tarixdə Məhkum Zərərçəkmiş şəxsə zəng vuraraq, özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib görüş təyin etmiş, 16 fevral 2018-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında yerləşən “Fantan” kafesində Zərərçəkmiş şəxs ilə şəxsən görüşərək, haqqında rüsvayedici məlumatları özündə əks etdirən, kişilərlə intim xarakterli məlumatların olduğunu bildirib həmin məlumatları ailəsinə yayma hədəsi ilə 20 fevral 2018-ci il tarixdə 10.000 manat pul verməsini tələb etmiş və danışıqlardan sonra 5.500 manat verəcəyi halda məsələni müsbət həll edəcəyi barədə Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, 20 fevral 2018-ci il tarixdə, saat 15:00-də Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılaşdıqları Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 104 saylı yaşayış binasının qarşısında şəxsən görüşüb 3.000 manat pulu alıb bir saata qədər qalan 2.100 manatı tələb etmiş, həmin gün saat 16:00 radələrində isə ünvan 3 ünvanın yaxınlığında yerləşən “Görüş” kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə şəxsən görüşüb 2.100 manat pulu aldıqdan sonra qalan 500 manat pulun 12 mart 2018-ci il tarixdə verilməsinə dair razılığa gəlmiş, aldığı 5.100 manatı əvvəlcədən razılaşdı qları kimi xxxx ilə öz aralarında bölüşdürmüş, 06 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Baş Polis İdarəsinə bu barədə ərizə ilə müraciət etdiyindən həmin məlumat əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 12 mart 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 281 saylı tam orta məktəbinin yaxınlığında Məhkumla görüşmüş və əvvəlcədən seriya və nömrələri qeyd olunmuş özünə məxsus A73744416, B11417568, B18465660, A09559629, A89948280, B39092914, A53517043, A91648830 seriya və nömrəli səkkiz ədəd 50 manatlıq, A59536713, B43215969, A80052336, B79855914 seriya və nömrəli dörd ədəd 20 manatlıq, A38595381 və A89515721 seriya və nömrəli iki ədəd 10 manatlıq pul əsginazlarından ibarət ümumilikdə, 500 manat pulu Məhkumun göstərişinə əsasən, sonuncuya təhvil verərkən, saat 13:20-dəMəhkum polis əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Baş Polis İdarəsinin inzibati binasına dəvət olunmuş, seriya və nömrələri qeyd olunmaqla əməliyyat tədbirində istifadə olunan və Zərərçəkmiş şəxs tərəfindən Məhkuma təqdim olunmuş səkkiz ədəd 50 manatlıq, dörd ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq pul əsginazlarından ibarət ümumilikdə, 500 manat pul Məhkumdan aşkar edilərək, götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində qəbul olunmuş qərarlar ədalətsizdir. Belə ki, məhkəmələr iş üzrə mülki iddianın olmamasını, zərərçəkmiş şəxlə ar asında olan barışığı nəzərə almamışdır. Odur ki, göstərilənlərə əsasən, xəstə valideynlərinin olmasını, himayəsində azyaşlı qızının olmasını, həyat yoldaşının məcburi köçkün olmasını nəzərə alaraq barəsində daha ədalətli və yüngül cəza təyin edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən məhkumun müdafiəçisi E.T.Mustafayev hüquqlarını müdafiə etdiyi məhkum Məhkumun kassasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhk uma təyin edilmiş cəzanın ədalətli olduğunu və cəzanın məqsədlərinə xidmət etdiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərin in hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində ədalətsiz və həddindən artıq ağır cəza edildiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-c i maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti tə min edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair g əldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində təyin edilmiş cəzanın ağır olduğu, törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə g örə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə Məhkumin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, t əqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü şəkildə ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, himayəsində bir nəfər azyaşlı uşağının olması), cəzanı ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan R espublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsini n 29 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-534/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-534/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver