Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-534/2024 23.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzr ə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ə.Qəniyev, hakimlər İ.A.Mahmudov və M.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxx 1982-ci il tarixdə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə isə o, təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şə xs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 iyun 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Məhkum (xx xxxxxx 1993-cü il tarixdə ünvan4nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə - taksi fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan5ndə qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 iyun 2 021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər Q.X.Babayev və A.V.Tanrıverdiyevdən ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi1 XXX12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi üzrə Məhkum münasibətdə yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 iyun 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 iyun 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, həmin hökmə görə, Təqsirləndirilən şəxs barələrində cinayət işi ayrı icraata ayrılmış qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qanunsuz satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan vaxtda və şəraitdə qabaqcadan əlbir olduğu qrupun digər üzvləri olan qeyriləri tərəfindən ünvan 3 ünvanında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «XXX15» filialının qarşısında iki ədəd sellofan torbalarda qoyulmuş külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmək üçün həmin yerə getmək üçün taksi sürücüsü tanışı Məhkum müraciət etmiş və sonuncu taksi kimi həmin ünvana aparmağa razılaşmış, Məhkum idarə etdiyi “Mersedes E-Class” markalı **xx xx xx-*** dövlət nömrə nişanlı avtomobillə 28 iyun 2021-ci ildə saat 01:29-da həmin bankın “Nərimanov” filialının qarşısına getmiş, bir müddət əvvəl aldığı xəsarətlərlə əlaqədar hərəkət qabiliyyətinin məhdudlaşması, bir ayağını yerə basa bilmədiyindən çəliklə hərəkət etməsi səbəbindən avtomobildən düşməyə çətinlik çəkdiyi üçün Məhkum onun xahişi ilə göstərdiyi konkret yerdəki i ki ədəd torbanı götürüb avtomobilinə qoymuş, yəni qara rəngli sellofan torbanın içində külli miqdarda -1.000 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 990 qram çəkidə narkotik vasitə tiryək, digər sellofan torba içində külli miqdarda 7.090 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1.735 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 1.375 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz əldə etmiş, Məhkum həmin sellofan torbalarda narkotik vasitələr olmasını bildirmiş, sonuncu qorxduğuna görə onları daşımaqdan imtina etmək istəsə də, köməyinin qarşılığında ona 15 qram çəkidə narkotik vasitə heroin verəcəyini vəd edərək, Məhkum razılaşmasına nail olmuş və sonuncu ilə bir qrup şəxs halında saxladıqları külli miqdarda narkotik vasitələri da şımaqda davam edib yaşadığı ünvan 5 ünvanının qarşısına gəlib avtomobili saxlayaraq külli miqdarda narkotik vasitələri düşürdüb başqa bir taksiyə qoyaraq yaşadığı ünvana aparmaq üçün daşıdıqları anda həmin tarixdə saat 02:30 dəqiqədə DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum saxlanılaraq Baş idarəyə aparılmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbadan bir ədəd bükümdə qablaşdırılmış halda təmiz çəkisi 1.000 qram narkotik vasitə heroin, iki ədəd sellofan bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrıayrılıqda çəkiləri 495 qram və 495 qram, ümumi təmiz çəkisi 990 qram narkotik va sitə tiryək; Məhkum sol əlində saxladığı qara rəngli sellofan torbadan 07 ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda çəkiləri: 1.010 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.005 qram, 1.075 qram və 1.000 qram, ümumi təmiz çəkisi 7.090 qram narkotik vasitə heroin, iki ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda çəkiləri - 1.300 qram və 435 qram, ümumi təmiz çəkisi 1735 qram olan narkotik vasitə tiryək, iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 895 qram, 480 qram, ümumi təmiz çəkisi 1.375 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz kül li miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, həmin hökmə görə, barələrində cinayət işi ayrı icraata ayrılmış qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə məlumatsız olduğu tanışı Təqsirləndirilən şəxs 28 iyun 2021-ci ildə gecə saatlarında taksi sürücüsü kimi ona müraciət edib ünvan 6 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətin “Nərimanov” filialın qarşısına aparmasını xahiş etdikdə razılaşıb idarə etdiyi “Mersedes EClass” markalı **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomobillə Məhkum2u 28 iyun 2021-ci ildə saat 01:29 dəqiqədə, "xxxx" ASC-nin «XXX15» filialının qarşısına aparmış, hərəkət qabiliyyəti məhdud olan, bir ayağını yerə basa bilmədiyinə görə çəliksiz hərəkət edə bilmədiyindən avtomobildən düşməyə çətinlik çəkən Təqsirləndirilən şəxs çatdıqları yerdə olan iki ədəd torbanı götürüb avtomobilə qoymasını xahiş etmiş, torbaları yerdən götürüb avtomobilə qoymuş, Təqsirləndirilən şəxs deməsindən həmin sellofan torbalarda narkotik vasitələr olmasını bilib onları daşımaqdan imtina etmək istəsə də, Təqsirləndirilən şəxs edəcəyi köməyi qarşılığında ona 15 qram narkotik vasitə heroin verəcəyini vəd edib onun razılaşmasına nail olmuş və sonuncu Təqsirləndirilən şəxsla bir qrup şəxs halında qanunsuz əldə etdikləri həmin külli miqdarda narkotik vasitələri özlərində saxlayıb daşımaqda davam etməklə, yaşadığı ünvan 5 ünvanının qarşısına aparmış, orada avtomobili s axlayıb külli miqdarda narkotik vasitələri avtomobildən düşürüb başqa bir taksiyə qoymaq üçün apardıqları anda-28 iyun 2021-ci ildə saat 02:30 dəqiqədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxsla saxlanılaraq Baş idarəyə aparılmışlar. Orada üzərlərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbadan bir ədəd bükümdə qablaşdırılmış halda təmiz çəkisi 1.000 qram narkotik vasitə heroin, iki ədəd sellofan bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 495 qram, ümumi təmiz çəkisi 990 qram narkotik vasitə tiryək; onun sol əlində saxladığı qara rəngli sellofan torbadan 07 ədəd bükümlərdə qablaşdırılmış vəz iyyətdə ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1005 qram, 1075 qram, 1000 qram, ümumi xalis çəkisi 7090 qram narkotik vasitə heroin, iki ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda çəkiləri 1300 qram, 435 qram, ümumi təmiz çəkisi 1735 qram narkotik vasitə tiryək, iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış vəziyyətdə ayrıayrılıqda çəkiləri 895 qram və 480 qram, ümumi təmiz çəkisi 1375 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Lakin, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən Məhkumlə birgə narkotik vasitələrin qoyulduğu yerdən götürülməsi və daşınması üçün danışıb razılaşdıqları və daha sonra yuxarıda tə svir edilən hərəkətləri polis əməkdaşları tərəfindən yaxalandıqları anadək əldə olunmuş razılığa uyğun olaraq birgə icra etdikləri üçün bu əməllərə münasibətdə onların hər birinin hərəkətlərində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti mövcud olmuş və bu səbəbdən Təqsirləndirilən şəxsla yanaşı Məhkum də hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunaraq, o, həmin maddələr üzrə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma cinayətlərini törətməkdə təqsirli bilinmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ibtidai istintaqd a və məhkəmə icraatlarında cinayət-prosessual normaların tələbləri pozulmaqla, o cümlədən məhkəməyədək icraatda döyülərək, təhqir olunaraq törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmiş və həbs olunmuşdur. Həmçinin məhkəmələr tərəfindən cəza təyin olunarkən onun ailə vəziyyəti, o cümlədən həyat yoldaşının və bir övladının İİ qrup əlil olmaları, atasının ağır xəstə olması, qardaşının 44 günlük müharibənin iştirakçısı olması, habelə ilk dəfə məhkum olunması nəzərə alınmamışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyasının aşağı həddində cəzanın təyin edilməsini xahiş edir. Məhkum müdafi əçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamdan tamamilə əsaslı və qanuni olaraq Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti) xaric edildiyi halda, apelyasiya instansiyası məhkəməsi baxılmış sübutların və CM-in normalarının ziddinə olaraq, yəni Məhkum Təqsirləndirilən şəxs cinayətinə artıq o, narkotik vasitəni əldə etdikdən sonra qoşulduğunu və beləliklə də onların qabaqcadan əlbir olan deyil, sadəcə qrup təşkil etdiklərinə baxmayaraq, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə yanaşı, həm də 234.4.1-ci maddəsi ilə təqsirli bilmiş və ona həmin maddələrlə məsuliyyətini yüngülləşdirən halları nəzərə almadan həddindən artıq açıq cəza təyin etmişdir. Müdafiəçi5 k assasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli hökmünün qismən ləğv edilməsini, ittihamdan Məhkum CM-in 234.4.1-ci maddəsinın xaric edilməsini və ona CMin 234.4.3-cü maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüqu q məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının pozulduğunu, nəticədə cinayət törətmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını və bununla yanaşı həmin maddə ilə ona həmin maddələrin saksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsasların olmasına baxmayaraq həddindən artıq ağır cəzaya məhkum olunduğunu iddia etməklə, f aktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəlcədən Məhkumlə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması barədə razılaşma olmadığı, Məhkum taksi sürücüsü kimi avtomobili ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerə aparıb, torbaları götürərək avtomobilə qoyduqdan sonra onların içərisində narkotik vasi tələrin olduğunu bildiyi və yalnız bundan bundan sonra həmin vasitələri Təqsirləndirilən şəxs xahişi ilə onun dediyi yerə aparmaqla artıq Təqsirləndirilən şəxs icra etməyə başladığı cinayətə sonradan qoşulduğu, yəni Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə (“qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə) tövsif edilməsi üçün əsasların olmamasına baxmayaraq, onun əməlinin apelyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, düzgün olmayaraq həm də CM-in 234.4.1-ci maddəsi ilə tövsif olunduğunu və Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, Məhkum hərəkətlərinin yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövs if edilməsi və həmin maddə ilə ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağı dakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs kassasiya şikayətində CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr etdiyi dəlillərin əsassız olduğunu göstərən hallar kimi gətirilən dəlillərlə kassasiya şikayətində irəli sürülmüş – cəzanın yüngülləşdirilməsinə, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasının aşağı həddində cəzanın təyin edilməsinə dair tələbin uzlaşmadığını qeyd edir. Təqsirləndirilən şəxs kassasiya şikayətinin əsaslandırılmamış müraciət olmasını göstərən bu halı vurğulamaqla yanaşı, həmin, eləcə də Məhkum müdafiəçisinin kassasiya müracətlərinin təmin edilməsi üçün əsasların olmadığını göstərən hallar kimi məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir. Tə qsirləndirilən şəxs ona isnad edilən, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, o cümlədən Cinayət-Prosessual Məcələnin 144-cü maddəsinə müvafiq olaraq yoxlanılmış, 145-146-cı maddələrinə müvafiq şəkildə aidiyyatı, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş, bir-biri ilə uzlaşan və sübutetmə predmeti barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin bu məsələlər üzrə gəldikləri nəticələri təkzib edə bilə cək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs və Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onların həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində Məhkum yalnız narkotik vasitələr olan torbaları gizlədildiyi yerdən götürüb avtomobilinə qoyduqdan sonra Təqsirləndirilən şəxs törətməkdə olduğu cinayətdən xəbərdar olduğunu və yalnız bundan sonra Təqsirləndirilən şəxs xahişi ilə narkotik vasitələri avtomobilində daşımaqla sonuncunun cinayətinə qoşulduğunu, yəni Məhkum əməlində cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” deyil, sadəcə “bir qrup şəxs” tərəfindən törədilməsi əlamətinin olması (onun əməlinə CM-in 234.4.1-ci maddəsinin düzgün olmayaraq şamil edilməsi) barədə iddiasının əsassız olduğunu göstərən hallar kimi, həmçinin onu qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 27 iyun 2021-ci ildə axşam saatlarında Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı ona tapşırıqlar verən və narkotik vasitələrin yerini ona İİR-nın mobil operatoruna məxsus telefon vasitəsi ilə bildirən “Malik” adlı şəxslə və Məhkumlə eyni vaxtlarda dəfələrlə telefon əlaqələri olmuş və “Malik”lə əlaqələrin gedişində o, və Təqsirləndirilən şəxs narkotik vasitələrin gizlədilidiyi yerə getmək üçün avtomobilin müəyyən edilməsini xüsusilə razılaşdırmışlar. Məhz bundan sonra Məhkum avtomobilində Təqsirləndirilən şəxs arxasınca gəlib onu götürmüş və onlar birlikdə narkotik vasitələrin gizlədildiyi yerə yola düşmüşlər. Həmçinin, apelyasiya instansiyası məhkəməsinin hökmündə qeyd olunduğu kimi istər Təqsirləndirilən şəxs, istərsə də Məhkum ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs məhz narkotik vasitələri gizlədildiyi yerdən götürüb başqa yerə daşımaq üçün getməli olduqlarını əvvəlcədən Məhkum bildirdiyini və Məhkum razılaşdıqdan sonra avtomobilində Təqsirləndirilən şəxs müvafiq yerlərə apardığını və məhz Məhkum içərisində narkotik vasitələr olan torbları gizlədildiyi yerdən götürüb avtomobilə qoyduğunu və birlikdə daşıdıqlarını göstərmişlər. Müdafiəçi şərh olunan iddianı irəli sürərkən qeyd olunanları diqqətə almamaqla yanaşı onu da nəzərdən qaçırır ki, narkotik vasitələr in qanunsuz olaraq daşınması CM-in 234.2-ci maddəsində (müvafiq olaraq da 234.4-cü maddəsində) narkotik vasitələrin əldə edilməsi, saxlanması və s. əməllərə alternativ olan (müstəqil) cinayət tərkib kimi təsbit edilmişdir. Bu səbəbdən, hətta şəxsin narkotik vasitənin əldə olunmasında və yaxud saxlanılmasında iştirak etməməsi, onun narkotik vasitəni əldə edənlə və ya saxlayanla həmin predmetin daşınması barədə qabaqcadan razılığa gəlməsini və narkotik vasitənin daşınmasının bu cür qrup tərəfindən icra edilməsini, yəni əməlin CM-in 234.4.1-ci maddəsi ilə tövsifini istisna etmir. Burada (şərh edilən kontekstdə) başlıca şərt odur ki, narkotik vasitənin daşınmasında ifadə olunan cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasın da daşımanın birgə icra edilməsi barədə razılıq əldə edilsin. Hətta müdafiəçinin kassasiya şikayətində işin həqiqi halları kimi təqdim edilən hallar əsas götürülsə belə, narkotik vasitələrin daşınması cinayətinin buna dair Təqsirləndirilən şəxsla Məhkum arasında razılaşmanın əldə edilməsindən sonra onlar tərəfindən birgə icra edildiyi görünür. Çünki, avtomobil Məhkum məxsus olub onun tərəfindən idarə olunduğuna və məhz həmin avtomobillə narkotik vasitələr bir yerdən başqa yerə daşındığına (cinayətin törədilməsi üsulunun məhz bundan ibarət olmasına) görə, Təqsirləndirilən şəxs müstəqil olaraq daşıma cinayətinin obyektiv cəhətini təşkil edən həmin hərəkəti icra etməyə (avtomobili idarə etməyə) başlaması, Məhkum isə bu cinayətkar hərəkətə qoşulması, hətta müdafiəçinin gətirdiyi faktlar baxımı ndan belə mümkün deyil. Təqsirləndirilən şəxs və Məhkum təyin olunmuş cəzalara gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün əsas tapmır. Çünki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum azadlıqdan məhrum etmə növündə (Təqsirləndirilən şəxs2a CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddində, Məhkum2ə sanksiyasının orta həddinə yaxın) cəza təyin etməklə təqsirkarların şəxsiyyətinə aid və cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təyin olunan cəzanın təqsirkarların islah olunmasına və ailələrinin həyat şəraitinə t əsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almışdır. Odur ki, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə, o cümlədən onlara daha az müddətə azadlıqdan məhrum etmə cəzsının təyin edilməsini mümkün edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum cəzalandırılması məsələsi üzrə qeyd olunan nəticələrə gələrkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinə əməl etmiş, ədalət prinsipinin (CM, maddə 8) tələblərini gözləmişdir. Qeyd olunanlar apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayətləri ilə ehtiva həmin Məcəllənin 416.1.2, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya şikayətinin təmin, mübahisələndirilən hökmün isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Təqsirləndirilən şəxs və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində ol an 23 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində olan 23 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-534/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-534/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver