Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-535/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13 oğlu, Müdafiəçilər – Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Quliyev Məhəmməd Rəhim oğlu və Nağıyev İqbal Adil oğlunun iştirakları ilə, Abşeron Rayon Məh kəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 Ağarıza oğlu və Məhkum2 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum1 Ağarıza oğlunun müdafiəçisi Quliyev Məhəmməd Rəhim oğlu və Məhkum2 müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X3) xx.xx.199 3-cü ildə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Biləsuvar rayonu, Əsgərabad kəndin də kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədi kəndində yaşamış Məhkum1 Ağarıza oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 Ağarıza oğlunun 07.09.2018-ci il tarixdən 05.02.2019-cu il tarixədək 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 il 02 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. xx.xx.1998-ci ildə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbayca n Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Avrasiya İstanbul İnşaat Turizm Sanayi və Ticaret Limited” şirkətində fəhlə işləyən, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədi kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 08.09.2018-ci il tarixdən 05.02.2019-cu il tarixədək 04 (dörd) ay 27 (iyirmi yeddi) gün şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzə rində qəti olaraq 01 il 02 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Rzayev Məhəmmədəli Əsəd oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 08 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum1 Ağarıza oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Abşeron Rayon Məhkəməsin in 05 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum1 Ağarıza oğluna təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. CM-nin 69.3cü maddəsinə əsasən Məhkum1 Ağarıza oğlunun 07.09.2018-ci il tarixdən 05.02.2019-cu il tarixədək 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət, ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 il 07 ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdi r. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 08.09.2018-ci il tarixdən 05.02.2019-cu il tarixədək 04 (dörd) ay 27 (iyirmi yeddi) gün şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət, 11.12.2019-cu il tarixdən 08.10.2020-ci il tarixə kimi cəza çəkdiyi 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 il 02 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum1 Ağarıza oğlunun müdafiəçisi Quliyev Məhəmməd Rəhim oğlu və Məhkum2 müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən kassasiya şikayətləri veril mişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, Məhkum1 Ağarıza oğlu tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Belə ki, Məhkum2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 yanvar 2018-ci il tarixdə saat 23 radələrində qohumu X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmuş, evin zirzəmisində yerləşən zirzəminin pəncərəsindəki dəmir barmaqlığı sındıraraq oradan bir ədəd 430 manat dəyərində «Toshiba» markalı 32 ekran diametrli televizoru, 125 manat dəyərində «Tuner» markalı krosno aparatını, 120 manat dəyərində bir ədəd elektrik deşici aləti, 140 manat dəyərində bir ədəd elektrik mişarını, 30 manat dəyərində bir ədəd dreli, ümumi 600 manat dəyərində 6 ədəd karton qutuda olan qab-qacaq və çəngəl-bıçaq dəstini, evin ikinci mərtəbəsindən 920 manat dəyərində 106 ekran diametrli «Toshiba» markalı televizoru, hər birinin dəyəri 70 manat olan ümumi 140 manat dəyərində iki ədəd duş dəstini və bir ədəd 395 manat dəyərində maqnitofonu, yəni ümumilikdə 2.900 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyul 2018-ci il tarixdə saat 22 radələrində q ardaşı Məhkum1 Ağarıza oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə darvazanın üstündən aşaraq qanunsuz daxil olmuş, mətbəxin üzərindəki dəmir barmaqlığını sındıraraq plastikdən olan pəncərəni açıb içəri daxil olmuş, oradan bir ədəd 580 manat dəyərində «Beko» markalı televizoru, bir ədəd 700 manat dəyərində «Toshiba» markalı noutbuku, bir ədəd 410 manat dəyərində «Sony» markalı videokameranı, bir ədəd 45 manat dəyərində krosno antenasının aparatını, 40 manat dəyərində gümüş sırğa-üzük dəstini, 100 manat dəyərində qızıl sırğanın bir tayını, 35 manat dəyərində bir ədəd «Evon» markalı qadın ətrini və bir ədəd 45 manat dəyərində qara rəngli məktəbli çantasını, yəni ümumilikdə 1.95 5 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2018-ci il tarixdə saat 23 radələrində qohumu X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş X7 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmuş, evin plastikdən olan pəncərəsinin üzərindəki dəmir barmaqlığı sındıraraq plastik pəncərəni sıxıb açmış və evdən bir ədəd 600 manat dəyərində «Sony» markalı televizoru, 800 manat dəyərində yeddi ədəd kameranı və yaddaş kartını, hər birinin dəyəri 45 manat olan ümumi 90 manat dəyərində iki ədəd modemi, 200 manat dəyərində qazan dəstini, 200 manat dəyərində «Asus» mark alı kompyuteri, bir ədəd 100 manat dəyərində saatı, ümumi 20 manat dəyərində 12 ədəd təsbehi, yəni ümumilikdə 2.590 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Nafiz Niftəliyevə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 iyul 2018-ci il tarixdə saat 23 radələrində qabaqcadan qardaşı Məhkum1 Ağarıza oğlu ilə əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmuş, pəncərə üzərindəki dəmir barmaqlığı sındıraraq plastik pəncərəni açıb içəri daxil olaraq evin qonaq otağından bir ədəd 1000 manat dəyərində 128 ekran diametrli «Hoffman» markalı televizoru, evin yataq ota ğından bir ədəd 1300 manat dəyərində 128 ekran diametrli televizoru, uşaq otağından bir ədəd 800 manat dəyərində 82 ekran diametrli «Samsunq» markalı televizoru, evin qonaq otağından 250 manat dəyərində divan-kreslo üçün örtük dəstini və 20 manat dəyərində bir ədəd fanarı, yəni ümumilikdə 3.370 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 avqust 2018-ci il tarixdə saat 22 radələrində qardaşı Məhkum1 Ağarıza oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş X11 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmuş, evin plastikdən olan pəncərəni açıb içəri daxil olaraq evin birinci mərtəbəsində 300 manat dəyərində bir ədəd yataq dəstini, evə bitişik digər bir otağdakı şkafda olan göy rəngli xalatın cibindən 500 manat dəyərində 8 ədəd qızıl dişi, 800 manat dəyərində «Toshiba» markalı noutbuku, 100 manat dəyərində «Sony» markalı maqnitofonu, paltar şkafında olan çantasındakı pulqabıda saxladığı ekvivalentlə 850 manat təşkil edən 500 ABŞ dollarını, yəni ümumilikdə 2.550 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Rabil Sadıqova maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 sentyabr 2018-ci il tarixə saat 23 radələrində qardaşı Məhkum1 Ağarıza oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş X5 Abşeron rayonu, Digah qəsəbə sindəki bir mərtəbəli fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz evə daxil olmuş, yataq otağındakı dolabın içərisindən 23.200 manat nağd pulu, bir ədəd 5000 manat dəyərində «Buta» formalı qızıl sırğa üzük dəstini, bir ədəd 500 manat dəyərində brilliant qaşlı nişan üzüyü, bir ədəd 600 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 444 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində 5 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan, üzərində «750» əyar damğası həkk olunmuş, 750 əyarlı, 4,94 qram çəkidə qızıl boyunbağını, 445 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində «14K» əyar forması həkk olunmuş metalı 585 əyarlı qızıla uyğun, 7,42 qram çəkidə qızıl qolbağı, 200 manat dəyərində qızıl halqaformalı kulonu, 284 mana t dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, «AMBER 585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı, hər tayının çəkisi 2,40 qram olan qızıl halqaformalı sırqanı, bir ədəd 150 manat dəyərində üzərində “Ülvin” yazıları olan uşaq üçün qolbağı, bir ədəd 122 manat dəyərində yumru formalı klonla birlikdə qızıl boyunbağını, bir ədəd 150 manat dəyərində üzərində 16.06.2016 və «Ülvin» sözləri yazılmış gümüş kulonlu boyunbağını, bir ədəd 50 manat dəyərində üzərində üzərində «Sonsuzluq» işarəli kulonu olan gümüş boyunbağını, hər birinin dəyəri 30 manat olan ümumi 60 manat dəyərində iki ədəd kişi üçün gümüş qolbağı, 189 manat dəyərində sarı rəngli metaldan, dairəvi formalı, üzərində ağ rəngli şəffaf qaşları olan üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı, 2,24 qram çəkidə ürək formalı gümüş kulonu, hər birinin dəyəri 30 manat olan ümumi 60 manat dəyərində iki ədəd gümüş qadın üçün saatı, ümumi 50 manat dəyərində müxtəlif xırda bujiteriyaları, 100 manat dəyərində bir cüt uşaq üçün qızıl sırqanı, 3500 manat dəyərində ağ qızıldan olan brilliant qaşlı üzük-sırğa dəstini, 82 manat dəyərində sarı-gümüşü metaldan, üzərində «585» əyar forması həkk olunmuş metalı 585 əyarlı qızıla uyğun 1,36 qram çəkidə qızıl üzüyü, bir ədəd 200 manat dəyərində brilyant qaşlı qadın üzüyünü, 176 manat dəyərində sarı rəngli metaldan, üzərində qırmızı və mavi muncuqlar olan, «750» əyar forması həkk olunmuş metalı 750 əyarlı qızıla uyğun, 2,20 qram çəkidə üzərində muncuqları olan qızıl üzüyü, 545 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları ol an, üzərində «750» əyar damğası həkk olunmuş, 750 əyarlı qızıla uyğun üzərində bir ədəd 0,218 karat, 21 ədəd hər birinin ölçüsü 0,003 karat 4\4 keyfiyyətli 4,64 qram çəkidə «Versace» formalı qızıl üzüyü, 157 manat dəyərində sarı rəngli metaldan üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,62 qram çəkidə setkalıhalqa formasında bir cüt qızıl sırğanı, 1500 manat dəyərində bir ədəd kulonla birlikdə brilliant qaşlı boyunbağını, 89 manat dəyərində sarı rəngli metaldan üzərində «585» əyar damğası həkk olunmuş, 585 əyarlı qızıla uyğun 1,48 qram çəkidə yumru kulonla birlikdə boyunbağı boyunbağını, 700 manat dəyərində bir ədəd qadın üçün qızıl saatı, 2 manat dəyərində 2,96 qram çəkidə sarı metaldan olan uşaq üçün boyunbağını, 180 manat dəyərində uşaq üçün mələk qaşlı bir cüt sırğanı, 60 manat dəyərində üzərində «Həvva» sözü yazılmış qolbağı, 60 manat dəyərində üzərində «İlkin» sözü yazılmış qolbağı, hər birinin dəyəri 40 manat olan ümumi 80 manat dəyərində iki ədəd kişi üçün gümüş üzüyü, 70 manat dəyərində bir ədəd kişi üçün gümüş boyunbağını, 600 manat dəyərində üzərinə 54 ədəd Hil olan boyunbağını, 144 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, «AMBER 585» əyar damğası həkk olunmuş, 585 əyarlı qızıla uyğun, 2,40 çəkidə bir ədəd paxlava qızıl üzüyü, 500 manat dəyərində bir ədəd qızıl «Tros» formalı boyunbağını, 200 manat dəyərində bir ədəd «Lezva» formalı boyunbağını, 460 manat dəyərində bir ədəd «Traktor» formalı qolbağı, 250 manat dəyərində kulonla birlikdə qızıl boyunbağını və 1 manat dəyərində 4,15 qram çəkidə sarı me taldan olan qırıntını, bir ədəd 80 manat dəyərində «Samsunq» markalı, Sm-T211 modelli planşeti, 500 manat dəyərində HP markalı noutbuku planşeti, yəni ümumilikdə 41.780 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş İlham Zeyniyevə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsi Məhkum1 Ağarıza oğlu barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyul 2018-ci il tarixdə saat 22 radələrində qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə darvazanın üstündən aşaraq daxil olmuş və mətbəxin pəncərəsinin üzərindəki dəmir barmaqlığını sındıraraq plastikdən olan pəncərəni sıxıb açaraq qanunsuz içəri daxil olmuş və oradan bir ədəd 580 manat dəyərində «Beko» markalı televizoru, bir ədəd 700 manat dəyərində «Toshiba» markalı noutbuku, bir ədəd 410 manat dəyərində «Sony» markalı videokameranı, bir ədəd 45 manat dəyərində krosno antenasının aparatını, 40 manat dəyərində gümüş sırğa-üzük dəstini, 100 manat dəyərində qızıl sırğanın bir tayını, 35 manat dəyərində bir ədəd «Evon» markalı qadın ətrini və bir ədəd 45 manat dəyərində qara rəngli məktəbli çantasını, yəni ümumilikdə 1.955 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum1 Ağarıza oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyun 2018-ci il tarixdə saat 20 radələrində vətəndaş Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, oradan bir ədəd 1200 manat dəyərində sarı rəngli «26 sürəli» idman velosipedini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum1 Ağarıza oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 iyul 2018-ci il tarixdə saat 23 radələrində qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi həyətinə hasardan aşaraq qanunsuz daxil olmuş, pəncərə üzərindəki dəmir barmaqlığı sındıraraq plastik pəncərəni açıb açıb içəri daxil olaraq evin qonaq otağından bir ədəd 1000 manat dəyərində 128 ekran diametrli «Hoffman» markalı televizoru, evin yataq otağından bir ədəd 1300 manat dəyərində 128 ekran diametrli televizoru, uşaq otağından bir ədəd 800 manat dəyərində 82 ekran diametrli «Samsunq» markalı televizoru, evin qonaq otağından 250 manat dəyərində divan-kreslo üçün örtük dəstini və 20 manat dəyərində bir ədəd fanarı, yəni ümumilikdə 3.370 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum1 Ağarıza oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 avqust 2018-ci il tarixdə saat 22 radələrində qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Sadıqov Rabil Sabir oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olaraq evin plastikdən olan pəncərəni açıb içəri daxil keçərək evin birinci mərtəbəsində 300 manat dəyərində bir ədəd yataq dəstini, evə bitişik digər bir otaqdakı şkafda olan göy rəngli xalatın cibindən 500 manat dəyərində 8 ədəd qızıl dişi, 800 manat dəyərində «Toshiba» markalı noutbuku, 100 manat dəyərində «Sony» markalı maqnitofonu, paltar şkafında olan çantasındakı pulqabıda saxladığı ekvivalentlə 850 manat təşkil edən 500 ABŞ dollarını, yəni ümumilikdə 2.550 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Rabil Sadıqova maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum1 Ağarıza oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 sentyabr 2018-ci il tarixə saat 23 radələrində qardaşı Məhkum2 ilə birlikdə əlbir olan bir qrup şəxs halında vətəndaş X5 Abşeron rayonu, Digah qəsəbəsindəki bir mərtəbəli fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz evə daxil olmuş, yataq otağındakı dolabın içərisindən 23.200 manat nağd pulu, bir ədəd 5000 manat dəyərində «Buta» formalı qızıl sırğa üzük dəstini, bir ədəd 500 manat dəyərində brilliant qaşlı nişan üzüyü, bir ədəd 600 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 444 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində 5 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan, üzərində «750» əyar damğası həkk olunmuş, 750 əyarlı, 4,94 qram çəkidə qızıl boyunbağını, 445 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində «14K» əyar forması həkk olunmuş metalı 585 əyarlı qızıla uyğun, 7,4 2 qram çəkidə qızıl qolbağı, 200 manat dəyərində qızıl halqaformalı kulonu, 284 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, «AMBER 585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı, hər tayının çəkisi 2,40 qram olan qızıl halqaformalı sırğanı, bir ədəd 150 manat dəyərində üzərində “Ülvin” yazıları olan uşaq üçün qolbağı, bir ədəd 122 manat dəyərində yumruformalı kulonla birlikdə qızıl boyunbağını, bir ədəd 150 manat dəyərində üzərində 16.06.2016 və «Ülvin» sözləri yazılmış gümüş kulonlu boyunbağını, bir ədəd 50 manat dəyərində üzərində üzərində «Sonsuzluq» işarəli kulonu olan gümüş boyunbağını, hər birinin dəyəri 30 manat olan ümumi 60 manat dəyərində iki ədəd kişi üçün gümüş qolbağı, 189 manat dəyərində sarı rəngli metaldan, dairəvi formalı, üzərində ağ rəngli şəffaf qaşları olan üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı, 2,24 qram çəkidə ürək formalı gümüş kulonu, hər birinin dəyəri 30 manat olan ümumi 60 manat dəyərində iki ədəd gümüş qadın üçün saatı, ümumi 50 manat dəyərində müxtəlif xırda bujiteriyaları, 100 manat dəyərində bir cüt uşaq üçün qızıl sırqanı, 3500 manat dəyərində ağ qızıldan olan brilliant qaşlı üzük-sırğa dəstini, 82 manat dəyərində sarı-gümüşü metaldan, üzərində «585» əyar forması həkk olunmuş metalı 585 əyarlı qızıla uyğun 1,36 qram çəkidə qızıl üzüyü, bir ədəd 200 manat dəyərində brilyant qaşlı qadın üzüyünü, 176 manat dəyərində sarı rəngli metaldan, üzərində qırmızı və mavi muncuqlar olan, «750» əyar forması həkk olunmuş metalı 750 əyarlı qızıla uyğun, 2,20 qram çəkidə üzərində muncuqları olan qızıl üzü yü, 545 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində «750» əyar damğası həkk olunmuş, 750 əyarlı qızıla uyğun üzərində bir ədəd 0,218 karat, 21 ədəd hər birinin ölçüsü 0,003 karat 4\4 keyfiyyətli 4,64 qram çəkidə «Versace» formalı qızıl üzüyü, 157 manat dəyərində sarı rəngli metaldan üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,62 qram çəkidə setkalıhalqa formasınnda bir cüt qızıl sırğanı, 1500 manat dəyərində bir ədəd klonla birlikdə brilliant qaşlı boyunbağını, 89 manat dəyərində sarı rəngli metaldan üzərində «585» əyar damğası həkk olunmuş, 585 əyarlı qızıla uyğun 1,48 qram çəkidə yumru kulonla birlikdə boyunbağı boyunbağını, 700 manat dəyərində bir ədəd qadın üçün qızıl saatı, 2 manat dəyərində 2,96 qram çəkidə sa rı metaldan olan uşaq üçün boyunbağını, 180 manat dəyərində uşaq üçün mələk qaşlı bir cüt sırğanı, 60 manat dəyərində üzərində «Həvva» sözü yazılmış qolbağı, 60 manat dəyərində üzərində «İlkin» sözü yazılmış qolbağı, hər birinin dəyəri 40 manat olan ümumi 80 manat dəyərində iki ədəd kişi üçün gümüş üzüyü, 70 manat dəyərində bir ədəd kişi üçün gümüş boyunbağını, 600 manat dəyərində üzərinə 54 ədəd Hil olan boyunbağını, 144 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, «AMBER 585» əyar damğası həkk olunmuş, 585 əyarlı qızıla uyğun, 2,40 çəkidə bir ədəd paxlava qızıl üzüyü, 500 manat dəyərində bir ədəd qızıl «Tros» formalı boyunbağını, 200 manat dəyərində bir ədəd «Lezva» formalı boyunbağını, 460 manat dəyərində bir ədəd «Traktor» formalı qolbağı, 250 manat dəyərind ə kulonla birlikdə qızıl boyunbağını və 1 manat dəyərində 4,15 qram çəkidə sarı metaldan olan qırıntını, bir ədəd 80 manat dəyərində «Samsunq» markalı, Sm-T211 modelli planşeti, 500 manat dəyərində HP markalı noutbuku planşeti, yəni ümumilikdə 41.780 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş İlham Zeyniyevə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 Ağarıza oğlunun müdafiəçisi Quliyev Məhəmməd Rəhim oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkumlara təyin edilmiş cəza işin hallarına, onların şəxsiyyətinə, əməllərinin ictimai təhlükəliliyinə, xarakterinə və cəzanın məqsədlərinə ziddir. Belə ki, Abşeron R ayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü 26.11.2019-cu il tarixində qüvvəyə minmiş, dövlət ittihamçısı və zərərçəkmiş şəxslər həmin hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verməmişdir. Lakin hökm qanuni qüvvəsini aldıqdan təxminən beş ay sonra apellyasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkum1 məhkumluğu olmayan şəxsdir. Onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmiş, zərərçəkmiş şəxslərlə razılıq əldə edilmişdir. İş üzrə barışıq əldə edilməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 dəymiş ziyan Məhkum2 tərəfindən vurulmuş, həmin epizodun Məhkum1 heç bir hüquqi aidiyyatı yoxdur. Məhkum1 Ağarıza oğlunun törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, 2-ci qrup əli l olmasını və zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xatakterizə edilməsini cəzanın yüngülləşdirici hallar kimi qiymətləndirilməli olduğunu, birinci instansiya məhkəməsi zamanı dövlət ittihamçısının da məhz təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzasını istəməsini, Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəzanın məqsədinə çatması üçün kifayət etməsini nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarını ləğv etməklə, apellyasiya protestinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Nağıyev İqbal Adil oğlu kassasiya şi kayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsiz olmaqla məhkum edilmiş şəxslərə təyin edilmiş cəza işin hallarına, onların şəxsiyyətinə, əməllərinin ictimai təhlükəliliyinə, xarakterinə və cəzanın məqsədinə uyğun deyildir. Sumqayıt Apellyasiya Məhkəməsi qərar qəbul edərkən məhkumlara aid olan xüsusatları bir-birindən fərqləndirməmiş, nəticədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Məhkum2 məhkumluğu olmayan şəxsdir. Onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmiş, zərərçəkmiş şəxslərlə razılıq əldə edilmişdir. Abşeron Rayon Məhkəməsi tam haqlı olaraq ədalətli olaraq Məhkum2 barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Odur ki, Məhkum2 törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən pe şimançılıq çəkməsini və zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirilməli olduğunu, birinci instansiya məhkəməsi zamanı dövlət ittihamçısının da məhz təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini istəməsini, Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının məqsədinə çatması üçün kifayət etməsini nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin çıxardığı hökm ədalətli işin hallarına uyğun olduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2019-eu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən məhkumla rın müdafiəçiləri Quliyev Məhəmməd Rəhim oğlu və Nağıyev İqbal Adil oğlu kassasiya şikayətlərində qeyd etdikləri xüsusatları bir daha vurğulayaraq şikayətlərinin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlillərini təkzib etdiyini, şikayətlərin əsassız olduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkumların barəsində ədalətli cəza təyin edildiyini bildirib, kassasiya şikayətlərinin təmin olunmamasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının dəyişdiri lmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirm əyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum1 Ağarıza oğlunun müdafiəçisi Quliyev Məhəmməd Rəhim oğlu və Məhkum2 müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən məhkumların barəsində təyin edilmiş cəzanın həədindən artıq ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri b axımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzə rdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəy yən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məh kum1 Ağarıza oğlu və Məhkum2 verilmiş tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən oğurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protesti əsasında işə baxan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə raz ılaşmış, həmçinin belə qənaətə gəlmişdir ki, Məhkum1 əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş, belə ki, Biləsuvar Rayon Məhkəməsinin 01.09.2011-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, 16 may 2013-cü il tarixli amnistiya elan edilməsi haqqında qərarla Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-ü il tarixli qərarının 1.4-cü bəndi tətbiq edilməklə Biləsuvar Rayon Məhkəməsinin 01 sentyabr 2011ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasından 29 may 2013-cü il tarixdə azad edilməsinə baxmayaraq, o, islah olunmamış və yenidən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq hazırkı iş üzrə oğurluq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsi cəza təyini zamanı məhkumlar Məhkum1 Ağarıza oğlunun törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşimançılıq çəkməsini, 2-ci qrup əlil olmasını və zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini, Məhkum2 evli olmaqla himayəsində 1 azyaşlı övladının olmasını, törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşimançılıq çəkməsini və zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən etməmişdir. Lakin, məhkumlar hazırki cinayət əməli nəticəsində vurduqları ziyanı zərərçəkmiş tərəflərə tam olaraq ödəməmiş, zərərçəkmi ş şəxslərlə tam şəkildə barışıq olmamışdır. Odur ki, apellyasiya məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, apellyasiya protestinin təmin edilməsi, məhkumların barəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların ol mamasını, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun təqsirli bilindikləri maddənin saksiyasında nəzərdə tutulmuş həddə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin də lilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum1 Ağarıza oğlunun müdafiəçisi Quliyev Məhəmməd Rəhim oğlu və Məhkum2 müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 Ağarıza oğlunun müdafiəçisi Quliyev Məhəmməd Rəhim oğlu və Məhkum2 müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 Ağarıza oğlu və Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı müdafiəçilər Quliyev Məhəmməd Rəhim oğlu və Nağıyev İqbal Adil oğlunun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-535/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-535/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver