Məhkəmə qərarları › İş №1(102)-535/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-535/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-535/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Zalışov Pərviz Mirz ə oğlunun, Bəraət almış şəxs – Məhkum, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İsmayılova Xavər Bəxtiyar qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon (R.B.Cavadzadənin sədrliyi ilə) hökmü ilə Məhkəməsinin 07 iyun 2022-ci il tarixli xx xxxxxx 1976-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində i ki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, üzərinə kütləvi tədbirlərdə iş tirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, Məhkum cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakim Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmış, yeni hökmə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil Zalışov Pərviz Mirzə oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 10 noyabr 2021-ci il tarixdə saat 11:30 radələrində, ögey bacıları X6 və Zərərçəkmiş şəxs, digər ögey bacısı Şahid1 növbəti dəfə dərman alıb gətirdikləri zaman yaşadıqları mənzilin mətbəxində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, o, onlardan mənzili tərk etmələrini tələb etmiş, münaqişə zamanı Zərə rçəkmiş şəxs və X1 mərhum qızlarının və analarının məzarını söydükdə, Zərərçəkmiş şəxs ona cavab qaytardığına görə onun üzərinə hücum edib itələyərək divara çırpmış, Zərərçəkmiş şəxs başının arxası zərblə divara dəymiş, bundan sonra sol əlinin barmaqlarını burarkən ona sol əlin 4-cü barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırları, hər iki saidin sıyrıqları kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini, zərərçəkmiş şəxsin nümayəndəsi Zalışov Pərviz Mirzə oğlu isə kassasiya protesti ilə eyni dəlilləri özündə ehtiva e dən kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, bəraətin əsaslarına dair hissə əsaslı olmamışdır. Məhkəmənin qənaətinə görə şəxslərin biri digərinə qarşı ziddiyyətli vəziyyətdə olmaları onların ifadələrinin sübut qismində qiymətləndirilməsi baxımından həlledicidir. Belə şəxslər birmənalı olaraq təqsirləndirilən şəxsin əleyhinə ifadələr verəcəklər. Eyni zamanda məhkəmə kollegiyası qiymətləndirmə apararkən Şahid4 və Şahid5 ifadələrini şərh edərkən onların təqsirləndirilən şəxslə yaxın qohum münasibətində olması faktına istinad etməyərək ifadələrini sübut kimi qiymətləndirmiş, qarşı tərəfin ifadələrini isə qərəzli ola bilmələri ehtimalı ilə sübut kimi qəbul etməmişdir. Beləliklə, məhkəmə kollegiyası sübutl arı qiymətləndirərkən ziddiyyətli mövqe nümayiş etdirmiş, nəzərə almamışdır ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri məhkəmə-tibb ekspertizasının müvafiq rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol əlin 4-cü barmağının hərəkət məhdudluğu ilə müşayiət edilən şişkinlik və qançırlar hər iki saidin sıyrıqları küt əşya təsirindən törənmişdir, qərarda göstərilən müddətə xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə tibb eksperti X9 apellyasiya baxışında ifadə verərək əli sıxmağın, yumruqla burmağın, qapının arasında q almağın küt əşyanın təsirindən yaranan xəsarət kimi qiymətləndirildiyini göstərmişdir. Belə olduğu halda məhkəmə kolegiyası məhkmə-tibbi ekspertizasını rəyi ilə təsdiqin tapan ifadələri deyil, hadisənin baş vermədiyini iddia edən şahidlərin ifadələrini əsas götürməklə düzgün qiymətləndirmə aparmamış, zərərçəkmiş şəxsdə xəsarətin yaranma vəziyyəti ilə bağlı cavabsız suallara yol açmışdır. Bundan əlavə dövlət ittihamçısı çox saylı ifadələrin məzmunları arasında olan ziddiyyətlərə istinad etməklə məhkəmə kollegiyasının bu sübutların qiymətləndirilməsində səhvə yol verdiyini əsaslandırmağa çalışmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyi n edilməsi xahiş edilir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, bəraət almış şəxs Məhkum tərəfindən göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı sübuta yetirildiyindən, habelə protestdə göstərilən digər dəlilləri nəzərə alaraq verilmiş kassasiya protestinin, o cümlədən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilərək işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa t əyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs və onun nümayəndəsi P.M.Zalışov çıxış edərək, Bakı Apellyasiya Məhkəməsinin düzgün qərar vermədiyini, buna görə işin yenidən apellyasiya baxışına təyin edilməsini, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs Məhkum və onun müdafiəçisi X.B.İsmayılov çıxış edərək, apellaysiya məhkəmə kollegiyasının hökmünün qanuni və əsaslı olduğunu bildirib, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət i ttihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin nümayəndəsi isə kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, əsassız və qanunsuz olaraq bəraət hökmünü çıxardığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina e tdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü mad dəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instan siya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərl iyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldi yi nəticə əsassız olmaqla, Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkum Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması sübuta yetirilməmişdir. Hazırkı cinayət işi üzrə Məhkum verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə, yəni başqa sözlə desək hadisənin bilavasitə baş verdiyi zaman kəsiyində hadisə yerində olmaqla hadisəni görən şəxslərdən Məhkum, şahidlər Şahid4 və Şahid5 ümumiyyətlə Məhkum tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilmədiyini, Məhkum əli və ayağı ilə Zərərçəkmiş şəxs vurmadığını, əlini sıxmadığını, əksinə Zərərçəkmiş şəxs Məhkum xəsarət yetirməsini bildirmişlər. Şahidlər Şahid4 və Şahid5 vermiş olduqları ifadələrin Məhkum tərəfindən verilmiş ifadələrlə üst-üstə düşməsinə baxmayaraq, zərərçəkən Gülzarə Xuduyevanın və şahidlər Şahid1, Səfura Qasımova, Zemfira Hacıyevanın ziddiyyətli ifadələri mövcuddur. İş materiallarında olan ifadələrə nəzər yetirdikdə, zərərçəkmiş şəxs Gülzarə Xuduyevanın ifadələrinin həm özü özlüyündə, həmdə şahidlər Şahid1, Şahid3 ifadələri ilə üst-üstə düşməməklə ziddiyyətli olduğundan, belə olan halda bu ifadələr arasındakı uyğunsuzluq və ziddiyyətlər həmin ifadələrin mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alınması üçün əsas yaradır. Həmçinin tərəflər arasında daha əvvəl yanamış mülki mübahisəyə əsasən biri-biri ilə barışmaz mövqeydə olduqları müəyyən olunduğundan, hazırkı cinayət işi üzrə dindirilmiş zərərçəkən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 vermiş olduğu ifadələri ilə bağlı yaranmış şübhələrin daha da güclənməsinə gətirib çıxarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X16 canlı şəxsin ekspertizası barədə 1112 nömrəli 16 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə olunanın deməsinə görə, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanında qardaşı Məhərrəm əllə vurub ona xəsarət yetirmişdir. Sol əlin 4-cü barmağı bütünlüklə şişkindir, göyümtül rəngli qançırlardır, həmin barmağın oynaqlarında aktiv və passiv hərəkət bir qədər məhduddur. Sol saidin aşağı 1/3-nin ön səthində 8,0x0,2 sm-dən 14x0,2 sm ölçülərə kimi, sağ saidin orta 1/3-nin ön-arxa səthində 4.0x0.2 sm-dən 6,0x0,2 sm-ə kimi çoxlu sayda qeyri-müəyyən və xətt formalı, üzəri ətraf dəti səviyyəsindən aşağı olan qırmızımtıl rəngli sıyrıqlar var. Digər xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol əlin 4-cü barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırları hər iki saidin sıynqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lakin, hadisənin necə baş verməsi barədə digər mötəbər sübutlar olmadığından, yuxarıda göstərilmiş məhkəmə tibb ekspertizasının rəyində sadalanan xəsarətlərin zərərçəkmiş şəxsə yetirilməsində həqiqətən Məhkum təqsirinin olmasına dəlalət edə bilməz. Bundan başqa, məhkəmə kollegiyası, kassasiya protestinin və kassasiya şikayətinin məhkəmə tibb ekspertizasının rəylərinə dair dəlillərinə qiymə t verərək qeyd edir ki, CPM-in 127.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan şahid ifadələrinə və ekspert rəyinə münasibət bildirərək bunu yekun qərarında kifayət qədər əsaslandırmış və haqlı olaraq düzgün nəticəyə gəlmişdir. Deməli, hazırki halda Məhkum cinayətin törədilməsində təqsiri hər hansı digər növdən əlavə mötəbər sübutla təsdiqlənmir, yalnız ittiham tərəfinin təqdim etdiyi zərərçəkmiş şəxs və şahidlərinin ifadəl əri əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsnın bədənində xəsarətlərin hansı şəraitdə nə zaman və kim tərəfindən yetirilməsi mübahisə doğurmaqla yanaşı, verilmiş ittihamın əsasını ziddiyyətli ifadələr təşkil etmişdir. Belə ki, qeyd olunana xəsarətlərin Məhkum tərəfindən yetirilməsinə dair kifayət qədər sübutlar toplanılmamış, habelə əldə edilmiş sübutlar xəsarətin Məhkum tərəfindən yetirilməsini sual altında qoymaqla yanaşı, həmin sübutların məcmusu ilə Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyini sübuta yetirilməsinə əsas yaranmır. Göstərilənlərə, apellyasiya instansiya məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kas sasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillə ri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikd ə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Məcəllənin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Eyni zamanda protestdə istinad olunan prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökm yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. (CPM-i 399.3) Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində çox saylı ifadələrə istinad etməklə həmin ifadələrin müqayisəli təhlilini aparmaqla sanki kassasiya məhkəmə kollegiyasını həmin ifadələrə yenidən qiymət verməklə apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işini yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda kassasiya protestindən görünür ki, bəraət almış şəxsin qeyd olunan cinayətdə təqsirliliyinin müəyyən edilməsi haqqında qənaətini və bu qənaətdən irəli gələn apel lyasiya məhkəməsinin hökmünün ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib yenidən qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Qeyd edilən dəlillərə qiymət verərək əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticə ləri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: -ittihamın sübuta yetirilib-yetirilməməsini; bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; -bir sübutun digər sübutlardan üstünlüyünü; -apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; Bundan əlavə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şər tləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq apellyasiya məhkəmə kollegiyası tərəfindən baxılan iş üzrə ətraflı, hərtərəfli və obyektiv araşdırmalar aparıldığından apellyasiya məhkəmə kollegiyasının hökmünü şübhə altına almaq üçün əsas görmür və belə nəticəyə gəlir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs n ümayəndəsi – vəkil Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar