Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-535/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumq ayıt Şəhər Məhkəməsinin 5 oktyabr 2022ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərindən imtina edilməsinə və onların apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli 1(060)-345/2022 nömrəli (hakim: Hacıyev Zaur Arif oğlunun sədrliyi) hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbayca n Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddət bir gün azadlıqdan məhrum etmə cəzasının iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2023-cü il tarixli 1(105)-42/2023 nömrəli (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarix li hökmündən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərindən imtinası qəbul edilmiş, onların apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən həbsdə saxlamanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla Məhkum həbsdə saxlanıldığı 6 (altı) ay 25 (iyirmi beş) gün müddət çıxılmış və onun üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasından həbsdən azad edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı cinayət işi materiallarını araşdırarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş kassasiya şikayətinin verilməsi müddətinin buraxılması ilə verilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı 30 avqust 2023-cü il tarixində qəbul edilmişdir. Azərbaycan Resp ublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla)ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından— onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində müddətində verilir. Həmin Məcəllənin 391.3 və 391.3.10-cu maddələrində göstərilmişdir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya məhkəməsinin qərarı 30 avqust 202 3-cü ildə qəbul olunsa da, həmin qərardan verilmiş kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə 16 oktyabr 2023-cü ildə, yəni 1 (bir) ay 16 (on altı) gündən sonra daxil olmuş, zərərçəkmiş şəxs buraxılmış kassasiya şikayəti vermə müddətinin bərpası üçün ərizə ilə müraciət etmiş olsa da, apellyasiya məhkəməsi qeyd edilən məsələyə heç bir münasibət bildirməmişdir. Halbuki, CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya pr otestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 5 oktyabr 2022ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərindən imtina edilməsinə və onların apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayə
Məhkəmə qərarları › İş №1(102)-535/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-535/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver