Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-536/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxs X4 nümayəndəsi X3 və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs X6 və nümayəndəsi Müdafiəçi tərəfindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Vahid Sadıqov) 07 sentyabr 2018-ci il tarixli hökmü ilə xx xxxx 1977-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, ailəli, məhkumluğu olmayan, Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş; Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun, 31.01.2018-ci il tarixdən 02.02.2018-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. İşin hallar Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 01 iyul 2017-ci il tarixdə saat 20 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində "xxxx"in qarşısında X6 ilə sonuncunun bir qədər əvvəl oğlu Zərərçəkmiş şəxs döyməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə X5in üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əvvəlcə yumruğu ilə X5in başından bir zərbə vurmuş, sonra isə əlinə götürdüyü taxta parçası ilə X5in başından qəsdən bir neçə dəfə vurmaqla mübahisəni davam etdirərək, sonuncunun bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol gicgah nahiyyəsində dərialtı hematoması, başın təpə nahiyyəsinin orta hissəsinin, üzün sol almacıq nahiyyəsinin, alt çənənin sol tərəfinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəasrəti yetirməklə, meyvə bazarına gələn müştərilərin və orada işləyən satıcıların fəaliyyətinin, həmçinin ictimai qaydanın təxminən 20-30 dəqiqə pozulması ilə nəticələnən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 04 dekabr 2018-ci il tarixli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs X3 və nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin və məhkum barə sində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi Müdafiəçi onunla əsaslandırırlar ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilən cəza ləğv edilməli və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətini xarakterizə edən digər halları nəzərə almamış, birinci instansiya məhkəməsi tərəfindən Məhkum himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınsa da, onun ba rəsində CM-in 70-ci maddəsinin tətbiqini şərtləndirən digər hallar hökmdə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti o lmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Kassasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində qanunsuz və ədalətsiz olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökmün qüvvəsində saxlanılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, is lah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə t ətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə və cəzanı yüngülləşdirən hallar kimi Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlini qismən etiraf etməsini nəzərə almaqla, düzgün olaraq onun cəza çəkmədən də islah oluna biləcəyi nəticəsinə gələrək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etmişdir. Həmçinin, kassasiya kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr Məhkum barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasınd a hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum oğlu barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkum cəzasının daha da ağırlaşdırılması, yaxud barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv üçün digər əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubli kası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-536/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-536/2019
23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver