Məhkəmə qərarları › İş №1(102)-536/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-536/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-536/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Kazımov Rafiq Vəli oğlu) Məhkum, xx xxxx 1968-ci il tarixdə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Köhnə Xudat kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 234.2-cimaddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən isə məhkəmə baxışınadək onun xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınıb təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) ıl 11 (on bır) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X5 də CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb Qusar rayonu Köhn ə Xudat kəndində yerləşən evinə gətirərək öz yataq otağında satış məqsədi ilə saxlamış, 2018-ci ilin dekabr ayının sonlarında həmin narkotik vasitədən 4 çay stəkanı ölçüsündə Qusar rayonu Köhnə Xudat kəndində əvvəllər tanıdığı, Qusar şəhər sakini X4 200 manata satmış, qalan hissəsini isə satış məqsədi ilə yaşadığı evdə saxlamış, xx xxxx 2019-cu il tarixdə saat 17:06 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən mənzildə axtarış aparılan zaman narkotik vasitənin qalan-59,936 qram çəkidə hissəsi onun yaşadığı, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evindəki yataq otağında qoyulmuş çarpayının üzərində olan döşəyin altından aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (haki mlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlan ılmamış, nəticədə ona qarşı CM-nin 234.2-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. O, CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Bu səbəbdən, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məh kəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkumin barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanu nvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edə rək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdi rməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyy ətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsə di olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-n in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkə n bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qər arında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməs i təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan m əhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş X2in və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası bu sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Əvvəla, iş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların t oplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evinə gətirərək öz yataq otağında satış məqsədi ilə saxlamış, 2018-ci ilin dekabr ayının sonlarında həmin narkotik vasitədən 4 çay stəkanı ölçüsündə Qusar rayonu Köhnə Xudat kəndində əvvəllər tanıdığı, Qusar şəhər sakini X4 200 manata satmış, qalan hissəsini isə satış məqsədi ilə yaşadığı evdə saxlamış, xx xxxx 2019-cu il tarixdə saat 17:06 radələrində Qusar RPŞ-nin əməkdaşları tərə findən mənzildə axtarış aparılan zaman narkotik vasitənin qalan-59,936 qram çəkidə hissəsi onun yaşadığı, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evindəki yataq otağında qoyulmuş çarpayının üzərində olan döşəyin altından aşkar edilib götürülmüşdür. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında hazırki iş üzrə məhkum olunmuş X5 ardıcıl olaraq eyni cür ifadələr verərək göstərmişdir ki, o, 2018-cı ilin aprel ayının əvvəllərində Qusar rayonunun Köhnə Xudat kəndinin sakini Məhkum narkotik vasitə olan qurudulmuş marixuana satmaqla məşğul olması barədə eşidərək sonuncunun yaşadığı kəndə getmiş və ondan 40 manat müqabilində bir kibrit qutusunda öz istifadəsi üçün qurudulmuş marixuana almış, lakin marixuana keyfiyyətsiz olduğuna məhkumə pul verməmişdir. 2018-ci il in sentyabr ayının sonlarında o, yenə məhkumlə görüşüb ondan narkotik vasitə olan qurudulmuş marixuana almaq istəmiş, bu məqsədlə Qusar rayonu Köhnə Xudat kəndinə gedərək orada məhkumlə görüşmüş və aralarında olan söhbət zamanı məhkumdən narkotik vasitə satıb-satmamasını soruşmuş, məhkum də özündə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onun bir çay stəkanını 50 manata satdığını bildirmişdir. Ondan sonra aralarında olan razılaşma əsasında o, məhkumə 50 manat pul vermiş, məhkum də ona 1 çay stəkanı ölçüsündə narkotik vasitə olan qurudulmuş marixuana gətirib vermiş, o, da həmin marixuananı sellofan torbaya tökərək öz yaşadığı evə gətirib orada saxlamış və özü bir neçə dəfəyə qəbul etmişdir. Bundan sonra, 2018-ci ilin dekabr ayının axırlarında yenə də Məhkumla görüşüb ondan nark otik vasitə olan qurudulmuş marixuana almaq istəmiş, bu məqsədlə də Qusar rayonu Köhnə Xudat kəndinə gedərək məhkumlə görüşmüş və bu dəfə ona 200 manat məbləğində pul verərək ondan 4 çay stəkanı miqdarında narkotik vasitə olan qurudulmuş marixuana alıb yaşadığı evin yaxınlığında yerləşən, Qusar şəhər 3 saylı orta məktəbin həyətindəki su çəninin alt hissəsindəki boşluqda gizləmiş və sonradan oraya gedərək həmin narkotik vasitədən az-az götürüb qəbul etməyə başlamışdır. Məhkumla üzləşmə zamanı da X2 heç bir təsir və ya təzyiq göstərilmədən verdiyi ifadələrini bir daha təkrarlamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019cu il tarixli 7012 saylı rəyinə əsasən, X1 götürülmüş 3 (üç) ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri-8,302 qram, 2,014 qram və 2,102 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumi çəkisi-12,418 qramdır. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 7352 saylı rəyindən görünür ki, Məhkum götürülmüş 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-59,936 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkum məhz satış məqsədilə narkotik vasitələri əldə edərək saxlaması, habelə belə vasitəlrin satışı ilə məşğu olması şahidlər Şahid1, Şahid4, Şahid5 bu haqda verdiyi ifadələri ilə, baxış və götürmə haqqında protokollarla təsdiq edilir. Eyni zamanda məhkəmə-bioloji ekspertiz asının xx xxxx 2019-cu il tarixli 7742 saylı rəyi ilə müəyyən edilir ki, X2dən götürülmüş 12,298 qram çəkidə və Məhkum götürülmüş 59,896 qram çəkidə qurudulmuş marixuana tərkiblərinə görə eynilik təşkil edir. İş materiallarından görünür ki, biri-biri ilə uzlaşan və Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət edən sübutlar işə birinci instansiya məhkəməsində baxılarəkn məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış və CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, bu sübutlar düzgün olaraq iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını əsasına qoyulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, həm Məhkum, həm də onu ifşa edən digər məhkum X2in və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altın da ifadələr verməsi, onların dindirilmələri zamanı CPM-nin 90, 91 və 95-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli, təqsirləndirilən şəxsin və şahidin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla əldə olunmuş və sonradan məhkəmə iclaslarında tədiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmələr düzgün olaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər və qanuni nəticəyə gəlmiş və onun əməlləri CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit e dilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsi ilə təyin olunmuş cəzaların həddindən artıq ağır olması mübahisələndirmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürmədiyindən, birinci instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının (CM-nin 8, 41, 58, 59 və 61-ci maddələri) tətbiqində pozuntuya yol vermədiyindən, apellyasiya instansyası məhkəməsinin də düzgün olaraq bununla razılaşdığından məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzak irə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və sonuncunun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək kassasiya şikayəti təmin edilməməsini və Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar