Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-536/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs1 oğlunun, Zərərçəkmiş şəxs6 nümayəndəsi, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Babayev Emil Nizami oğlunun iştirakları ilə ** ***** 1963-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Sumqayıt şəhəri 32-ci məhəllədə fəal iyyət göstərən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 225.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarından "xxxx" MMC-nin direktoru Şahid5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə (hakim İ.A.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmi ş, cəzasını məntəqə tipli cəzaçəkmə müəəssisəsində çəkməsi və cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydı alındığı andan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçılar-zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2015-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2015-ci il tarixli qərarı ilə (hakimlər: F. A.Kərimov (sədrlik edən), G.L.Rzayeva və İ.T.Hacıqayıbov) məhkumun kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin kassasiya şİkayəti və dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə (hakimlər: S.Ə.Qafari (sədrlik edən), E.G.Rəhimov və L.Zərərçəkmiş şəxs4) təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya protesti isə tam təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilərək Məhkum hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin 20 may 2016-cı il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 0 may 2016cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarı dəyişdirilərək, Məhkum təyin edilmiş 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Hökmə əsasən Məhkum Sumqayıt şəhəri 32-ci məhəllədə fəaliyyət göstərən "xxxx"xxxx"xxxx" MMC-nin direktoru Şahid2 tərəfindən verilmiş 26.04.2004-cü il tarixli 03 №-li əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.5-ci “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 3. 19.1, 3.19.15, 3.19.18-ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.3.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, "xxxx" MMC-nin direktoru Şahid2 tərəfindən verilm iş 02 mart 2010-cu il tarixli 05 №-li əmrə əsasən MMC-yə məxsus ticarət mərkəzində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu halda ticarət mərkəzinin cavabdehlik daşıdığı 3-cü mərtəbəsində, ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə qarşı təlimatlandırılmasını və istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcılarından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır. Bu səbəbdən də 19.10.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində pilləkən qəfəsinə yaxın olan 1 21 saylı ticarət obyektinin içərisində elektrik şəbəkəyə nəzarətsiz qoşulu qalmış elektrik xəttində (elektrik uzadıcısında) əmələ gəlmiş elektrik təbiətli qəza halının nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Yanğın yüksələn xətt üzrə inkişaf edərək digər sahələrə yayılmış, 19615 kv/metr sahədə yerləşən, 360 nəfər sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Məhkum bu əməllərinin nəticəsində ehtiyatsızlıqdan "xxxx" MMC-yə məxsus ticarət mərkəzinə və ayrı-ayrı zərərçəkmiş şəxslərə maddi ziyan dəymiş, bununla da Məhkum əməlləri ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: "xxxx" MMC-nin direktoru Şahid5 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək yeni məhkəmə baxışına qaytarılması və ya qərarın dəyişdirilərək, qərarın əsaslandırma hissəsindən “xxxx MMC-nin apellyasiya şikayəti verməyə hüququ yoxdur və hökm xxxx MMC-nin maraqlarına toxunmur, qanuni qüvvəyə minmiş məhkəmə hökmündən apelyasiya şikayəti verilməsi yolverilməzdir” müddəalarının xaric edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, qərar qəbul edilərkən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş, işin halları düzgün qiymətləndirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərç əkmiş şəxs1, nümayəndə E.Bədəlovun və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 383.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə - məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, bəraətin dəlil və əsaslarına aid hissədə - bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsus i təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü, zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə - zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi, mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi malikdirlər. Həmin Məcəllənin 383.3-cü maddəsinə əsasən məhkumun və y a zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik məhkəmənin hökmündən və yekun qərarından apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə kollegiyası ape llyasiya instansiya məhkəməsinin apellyasiya şikayətini hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət hesab edərək həmin şikayətin icraata qəbul edilməsindən imtina etməsi barədə gəlinən nəticəni əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı "xxxx" MMC-nin direktoru Şahid5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-536/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-536/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver