Məhkəmə qərarları › İş №1(102)-537/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-537/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-537/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və təqsirləndirilən şəxs X2 müdafiəçisi Yaqubov Natiq Fizuli oğlunun iştirakları ilə, Bakı Ağır Ci nayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının xx xxxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Mahmud Yusif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Əfqan Niyətulla oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə) X5, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vət əndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, X5 məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1018,0 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq idarə etdiyi “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön panelindəki saxlanc yerində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 08:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsin də saxlanılaraq üzərinə və avtomobilə baxış keçirilərkən idarə etdiyi “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön panelindəki saxlanc yerindən bir ədəd ağ rəngli sellofan bağlamanın içərisindən təmiz çəkisi 1018,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi N.F.Yaqubov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edn və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə müdafiəçi N.F.Yaqubov tərəfindən verilmiş apelyasiya şikayə tinə baxılmasına xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü və həmin məhkəmənin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli məhkəmə baxışının təyin edilməsinə dair qərarı ləğv edilmiş, məhkumin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi isə Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının xx xxxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı T.N.Əsədov kassasiya protestini onunla əsas landırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məcmu qaydada düzgün qiymətləndirməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq imtina etmiş və nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, dövlət ittihamçısı kassasiya protestində bildirir ki, müstəntiq CPM-nin tələblərinə əməl etmiş, təqsirləndirilən şəxsə cinayət işinin materiallarını cildlənmiş və vərəqələri nömrələnmiş şəkildə tanış olmaqdan ötrü təqdim etmiş, lakin sonuncu özü bundan imtina etdiyinə görə o, iş materialları ilə tanış olmamışdır. Eyni zamanda iş həmin vəziyyətdə onun müdafiəçisi nə də təqdim olunmuş və müdafiəçi həmin işlə tanış olmuşdur. Dövlət ittihamçısının qənaətinə görə həm bu hallar, həm də müdafiəçinin hələ məhkumin şübhəli şəxs qismində statusu müəyyən edilməzdən əvvəl əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində müdafiəçi qismində iştirak etməsi məhkumin müdafiə hüququnun pozulmasına dəlalət etmir və apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlməkdə haqlı olmayaraq iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdr. Dövlət ittihamçısının fikrincə, baxış və götürmə hərəkətlərində iştirak edən təqsirləndirilən şəxsə səmərəli hüquqi yardım göstərməsinə ciddi şübhələr o zaman yaranmış olardı ki, o, iş üzrə ona məlum olan məlumatları yaymış ola və ya şahid qismində dindirilmiş olardı. Lakin iş materiallarında belə hallar müəyyən edilməmişdir. Əksinə müdafiəçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etməsi səmərlı və keyfiyyətli müdafiənin təşkil edilməsinə şərait yaratmış, prosessual hüquqların həyata keçirilməsinin təminatçısı olmuşdur. Qeyd olunanları nəzərə alaraq, dövlət ittihamçısı T.N.Əsədov kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısının kassasiya protestinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və əsssız olaraq CPM-nin 391.3.7-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul etmişdir. Bununla da, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunmalı və işin yeni apellyasiya baxışına təyin edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.20-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.20-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.20. məhkəmə bu Məcəllənin 391.3.2-391.3.5, 391.3.7-391.3.9 və 391.6-cı ma ddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə məhkumin məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə h ökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutları n araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən xx xxxxxxx 2020-c i il tarixli qərarının məzmunundan göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs məhkumin barəsindəki cinayət işi üzrə məhkəməyədək icraat zamanı müdafiə və cinayət işinin materialları ilə tanış olmaq hüquqlarının pozulması barədə nəticəyə gələrək CPM-nin 391.3.7 və 391.8.1-ci maddələrinin tələb etdiyi kimi, bu əsaslarla apellyasiya şikayətinin baxılmasına xitam vermiş və birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış xx xxxxxx 2020-ci il tarixli hökmü və həmin məhkəmənin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarını ləğv edərək cinayət işini hazırlıq iclası mərhələsindən yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır. Bu baxımdan kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün kassasiya kollegiyasının üzərinə hazırki iş üzrə məhkəməyədək icraat zamanı şübhəli və t əqsirləndirilən şəxsin müdafiə hüqununun təmin edilməsini tələb edən beynəlxalq və milli qanunvericiliyinin normalarına əməl olunub-olunmamasını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlamaq vəzifəsi düşür və buna görə məhkəmə kollegiyası ilk növbədə həmin normalara, habelə bu normaların tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı madd əsinin İ və İİ hissələində müəyyən edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 61-ci maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət h esabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın və ya Avropa Konvensiyasının) 3cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:... b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək. Qanunçuluq prinsip i təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 19.1-ci maddəsinin müddəaları tələb edir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. CPM-nin 19.4-cü maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 19.4.3. öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; 19.4.4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; 19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə isti ntaqı zamanı dindirmək. CPM-nin 19.6-cı maddəsinin tələblərinə görə, cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. CPM-nin 90.7-ci maddəsinə əsasən şübhəli şəxs digər hüquqlarla yanaşı həmçinin aşağıdakı hüquqları da həyata keçirir: 90.7.5. tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq; 90.7.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; 90.7.9. müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək. CPM-nin 91-ci maddəsində təqsirləndrilən şəxsin malik olduğu b aşqa hüquqlarla yanaşı həmçinin aşağıda göstərilən hüquqları da nəzərdə tutulmuşdur: 91.5.4. həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq; 91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək; 91.5.22. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiya nəzəri və ya xəyali hüquqlardan daha çox, praktiki və səmərəli hüquqları təmin etmək üçün nəzərdə tutulub. Müvafiq surətdə, təqsirləndirilən şəxs barəsində dövlətin öhdəlikləri müdafiəçinin haqqını ödəyə bilməyən həmin şəxs üçün pulsuz müdafiəçinin təyin edilməsi ilə bitmir. Dövlət hüquqi yardımın səmə rəliyini təmin etmək vəzifəsini daşıyır, hərçənd ki, pulsuz müdafiəçinin hər bir qüsuruna görə dövlət məsuliyyət daşıya bilməz; müdafiənin həyata keçirilməsi, onun pulsuz və ya haqqı ödənilməklə həyata keçirilməsindən asılı olmayaraq, təqsirləndirilən şəxslə vəkil arasında olan məsələdir. Lakin pulsuz hüquq müdafiəçisi tərəfindən səmərəli müdafiənin təmin edilməməsi açıq-aşkar göz qabağında olduqda və ya səlahiyyətli orqanların diqqətinə hər hansı başqa üsulla çatdırıldıqda həmin orqanlar məsələyə müdaxilə etməlidirlər («Kvoranta İsveçrəyə qarşı», «Magi Birləşmiş Krallığa qarşı» işlər üzrə və digər qərarlar). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumu müdafiə hüququnun təmin edilməsi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü ola raq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Konstitusiya Məhkəməsiin Plenumu daha sonar qeyd etmişdir ki, müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şə xsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3 “c” yarımbəndinə istinad edən Məhkəmə həmçinin vurğulamışdır ki, həmin normada təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin “Mayzit Rusiyaya qarşı” iş üzrə xx xxxxxx 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə xx xxxxxx 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə xx xxxxxxxx 2006-cı il tarixli Qərarı, § 177). “Puatrimol Fransaya qarşı” iş üzrə xx xxxxxx 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qan uniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə xx xxxx 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). “Pakelli Almaniyaya qarşı” iş üzrə xx xxxxx 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq... Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31). Göstərilənlərlə əlaqədar qeyd olunmalıdır ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Cinayət prosesinin çəkişmə prinsipi prosesdə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin olunmasını nəzərdə tutur. Cinayət prosesinin çəkişmə prinsipinə əsasən həm ittiham, həm də müdafiə tərəfinin digər tərəfin təqdim etdiyi sübutlarla tanış olmaq imkanı olmalıdır. Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Qərarın 12-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxs ə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və işin yenidən apellyasiya istansiyası məhkəməsinə göndərilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya protest indədə əksini tapmış təsvirini deyil, iş mateiallarında olan sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Belə ki, iş materiallarından görünür ki, məhkumin narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə əməliyyat məlumat daxil olmuş və həmin əməliyyyat məlumatına əsasən xx xxxxxx 2020-ci il tarixdə İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq məhkumin ifşa olunması məqsədilə xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonun ərazisində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. İşə əlavə edilmiş sənədlərin məzmununa və elan məhkumə elan olunmuş ittihama görə, qəbul edilmiş xx xxxxxx 2020-ci il t arixli qərara müvafiq olaraq məhkum xx xxxxxx 2020-ci il tarixdə saat 8.50-də saxlanılmış, saat 9.10-da şübəhli şəxsi qismində tutulmuş, həmin gün saat 9.15-dən 9.35-dək onun üzərində, 9.40-dan 10.05-dək isə idarə etdiyi VAZ-2106 markalı **-GB-*** dövlət nömrəli avtomaşınına baxış keçirilmiş və həmin avtomaşının saxlanc yerindən ümumi çəkisi 1.115 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı tərtib edilmiş protokollara əsasən, məhkumin şübhəli şəxs qismində tutulmasında və üzərinə və avtomaşınına baxışların keçirilməsində məhkumin özünün seçdiyi müdafiəçi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X16 iştirak etmişdir. Eyni zamanda həmin sənədlərdən görünür ki, məhkumin şübhəli şəxs qismində tutulmasından əvvəl ona Sumqayıt Şəhər 1 saylı Vəkil Bü rosunun vəkilərinin siyahısı təqdim olunmuş və o, həmin siyahıda adları göstərilən vəkillərdən X1 sonuncu tərəfindən onun hüquqlarının müdafiə olunması haqqında ərizə ilə ibtidai araşdırma orqanına müraciət etmişdir. Bundan sonra vəkil X55un müdafiəçi qismində dəvət olunması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmiş, həmin müdafiəçinin məhkumə təqdim olunması və sonuncunun müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında eyni tarixli protokollar tərtib edilmişdir (sonuncu protokolda məhkumin xx xxxxxx 2020-ci il tarixdə saat 9.10-da şübhəli şəxs qismində tutulması göstərilmişdir). Həmin sənədərdən sonra tərtib edilmiş digər prosessual sənədlərin məzmunu belə təsəvvür yaradır ki, məhkumin müdafiə hüququnun təmin olunması ilə bağlı müvafiq tədbirlər görüldük dən və o, şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra onun üstünə və avtomaşınına baxış keçirilmiş və bu istintaq hərəkətlərinin hamısının aparılmasında müdafiəçi X55 iştirak etmişdir. Lakin, yuxarıda qeyd edilən qərar (müdafiəçinin dəvət olunması haqqında) və potokollardan əvvəl işə əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili polis kapitanı X33in həmin İdarənin 1-ci Polis Bölməsinin rəisinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli və Polis İdarəsinin rəisinin Sumqayıt şəhər prokuroruna ünvanladığı eyni tarixli raportlardan görünür ki, məhkumin idarə etdiyi VAZ2106 markalı **-GB-*** dövlət nömrəli nişanlı avtomaşın xx xxxxxx 2020-ci il tarixdə saat 8.50 radələrində saxlanılmış, avtomaşında narkotik vasitələrin olması şübhəsi əsasında həmin nəqliyyat vasitəsinə baxış keçirlərək onun saxlanc yerindən iki ədəd selofan bükümlərdə olan açıq qəhvəyi rəngdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüş və bundan sonra məhkum saxlanılaraq ərazi üzrə Sumqayıt şəhər Poilis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir. Baxışın keçirilməsini əks etdirən videogörüntülərdən isə müəyyən edilir ki, X33in üstünə və avtomaşınına baxış 1-ci Polis Bölməsində deyil, küçədə keçirilmiş, həmin vaxt vəkil X55 da orada olmuş və tədqiqatçı sonuncunu saxlanılan şəxsə yalnız baxış başa çatdıqdan sonra orada təqdim edərək onun hüquqlarının müdafiəsinin həmin vəkil tərəfindən həyata keçiriləcəyini bildirmiş, yəni adı çəkilən vəkil onun dəvət edilməsi və məh kumə təqdim edilməsi haqqında qərara və protokola zidd olaraq məhkum tərəfindən deyil, tədqiqatçı tərəfindən seçilmişdir. Digər tərəfdən o, da qeyd edilməlidir ki, vəkil X55un məhkumə müdafiəçi qismində təqdim olunmazdan əvvəl baxışda iştirak etməsi və sonradan bu haqda protokolları imzalaması, faktiki olaraq saxlanılmış şəxsin müdafiəsini həyata keçirməsini deyil, sadəcə olaraq həmin istintaq hərəkətlərinin aparılmasında kənar şəxs kimi (faktiki isə şahid qismində) iştirak etməsini və törədilməsi məhkumə istinad olunan cinayətin törədilməsinin müəyyən edilməsinin təsdiq etməsini göstərir. Məhkəmə kollegiyasının fikrincə belə halda, yəni məhkumin mənafelərinə zid hərəkət edən vəkil X55un şübhəli, sonradan isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiə etməsinə cəlb edilməsini mümkünsüz etmiş, məhkumə isə başqa vəkil seçərək onun xidmətlərindən istifadə etmək imkanları yaradılmamışdır. Bu baxımdan hazırki iş üzrə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüqununun səmərəli şəkildə təmin edilməsindən söhbət gedə bilməz. Bu qənaəti təsdiq edən daha bir hal ondan ibarətdir ki, yuxarıda göstərilən istintaq hərəkətlərinin bunlara dair tərtib edilmiş sənədlərin işə əlavə edilməsi ardığıllığı və həmin sənədlərdə göstərilən qaydada aparılmamasına baxmayaraq (vəkillər siyahısının məhkumə təqdim edilməməsi, onun özünün müdafiəçisinin bu siyahıdan seçməməsi, vəkilin ona küçədə təqdim olunması), vəkil X55 özü də bu ardıcılığın həqiqətə uyğun olması görüntüsünü yaradaraq onun müdafiəçi qismində ilkin araşıdrmaya cəlb edilməsinə dair işin faktiki hallarına uyğun olmayan bütün prosessual sənədləri imzalmamış, nəticə etibarı ilə CPM-nin 92.11-ci maddəsində nəzərdə tutulmuş vəzifələrini zamınca yerinə yetirmədiyinə görə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmudur. Digər tərəfdən, məhkumin saxlanılması, onun şübhəli şəxs qismində tutulması, üstünə və avtomaşınına baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi ilə əlaqədar əməliyyat tədbirlərinin həyata keçirilməsi və istintaq hərəkətlərinin aparılması ilə bağlı müəyyən edilən ziddiyyət onlara dair tərtib edilmiş sənədlərdə göstərilən vaxtlarla bağlıdır. Belə ki, həmin sənədlərə görə məhkum xx xxxxxx 2020-ci il tarixdə saat 8.50-də saxlanılmış, saat 09.10-da o, tutulmuş, saat 9.15-dən 09.35-dək onun üstünə, saat 09.40dan 10.05-dək isə avtomaşınına baxış keçirilmiş və eyni vaxtda, y əni saat 9.15-dən 10.15dək o, dindirilmiş və saxlanılması istisna olaraq bütün bu hərəkətlərin aparılmasında vəkil X55 iştirak etmişdir. Lakin, məhkumin saxlanılmasını, onun üstünə və avtomaşınına baxışın keçirilməsini və ona vəkil X55un müdafiəçi qismində təqdim olunmasını əks etdirən videogörüntülərdən müəyyən edilir ki, bu hərəkətlərin hamısı məhkumin saxlanıldığı vaxtdan, yəni saat 08.50-dən başlayaraq 04 dəqiqə 16 saniyə ərzində aparılaraq başa çatmış və bundan sonra məhkum, tədqiqatçının deməsinə görə, ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə aparılmışdır. Belə ziddiyyətlərin mövcudluğuna baxmayaraq, vəkil X55 göstərilən prosessual sənədlərin düzgünlüyünü öz imzası ilə təsdiq etmiş və ibtidai araşdırma başa çatanadək həmin sənədlərə dair heç bir qeyd verməmişdi r. Məhkəmə kollegiyası hesab edir ki, şərh edilən hallar məhkəməyədək icraat zamanı məhkumin hüquqlarının vəkil X55 tərəfindən səmərəli şəkildə müdafiə olunmamasına dəlalət etməklə yanaşı sonuncunun bu mərhələdə iştirakının formal xarakter daşımasına da işarə edir. Vəkilin belə fəaliyyəti isə, apellyasiya instansiyası məhkəməsinin də müəyən etdiyi kimi, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedent hüquqndan çıxış edərək vurğulamağı lazım bilir ki, şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının müdafiə olunması üçün ayrılmış vəkilin yalnız səmərəli fəaliyyəti, onun məhz hüquqlarını müdafiə etdiyi şəxsin mənafeyinə uyğun belə fəaliyəti həyata keçirilməsi halında müdafiə hüququnun səmərəli şəkildə təmin edilməsindən söhbət gedə bilər. Hazırki işin məhkəməyədək icraat mərhələsinə aid hissəyə dair materiallardan isə vəkil X55un məhz belə fəaliyyət göstərməsi haqqında fikir yürütmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkumə ittiham olunmuş cinayətin törədilməsinə dair ittiham tərəfinin təqdim etdiyi sübutları araşdırmadığından və onlara qanuna müvafiq qaydada qiymət vermədiyindən kassasiya kollegiyası da bu məsələlər haqqında mövqeyini bildirməyə zərurət görmür, lakin cinayət işinin materialarını ətraflı öyrənərək qeyd edir ki, həmin sübutların yenidən araşdırılmasına, onların arasında olan həm yuxarıda göstərilən, həm də bir sıra digər ziddiyyətlərin aradan qaldırılmasına ehtiyac var. Göstərilənlər dən başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə müəyyən edilmiş digər qanun pozuntusu məhkumin cinayət işinin materialları ilə tanış olmaq hüququnun həyata keçirilməsi ilə bağlıdır. Belə ki, cinayət işinin materiallarına əsasən, xx xxxxx 2020-ci il tarixdə iş üzrə ibtidai araşdırma aparmış müstəntiq vəkil X55la birlikdə Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında olarkən məhkumə ibtidai araşdırmanın başa çatmasını və sonuncunun xx xxxxx 2020-ci il tarixdə cinayət işinin materialları ilə tanış olmaq hüqununun olmasını elan etmiş, lakin bu haqda tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli protokolda müstəntiq özü məhkumin həmin protokolu imzalamaqdan imtina etməsi və iş materialları ilə tanış olmaq istəməməsi haqda qeydlər aparmış və həmin protokol yalnız onun özü və vəkil X55 tərəfindən imzalanmışdır. Vəkilin məhkumlə konfidensial ünsiyyət saxlayaraq (belə hərəkət təqsirləndirilən şəxsin hüquqlarının səmərəli müdafiəsinin tərkib hissəsidir) onun bu protokolu imzalmaqdan imtina etməsinin və cinayət işinin materialları ilə tanış olmaq istəməməsinin səbəblərinin aydınlaşdırılıbaydınlaşdırılmaması qeyd edilən protokoldan görünmür. 3 saylı istintaq təcridxanasından verilmiş xx xxxx 2020-ci il tarixli xx/xx-2994 saylı məktuba əsasən, bundan sonra müstəntiq xx xxxxx 2020-ci il tarixdə həmin təcridxanada olmamış və məhkumin bir gün bundan əvvəl iş materialları ilə tanış olmasından imtina etməsinə baxmayaraq ona cinayət işinin materiallarını cildlənmiş, tikilmiş və vərəqələri nömrələnmiş şəkildə təqsirləndirilən şəxsə təqdim e tməmiş, yəni faktiki olaraq onun iş materialları ilə tanış olmaq hüququnun həyata keçirilməsi üçün imkan yaratmamışdır. Halbuki, CPM-nin 284.1, 284.1.1 və 284.1.2-ci maddələrinin tələblərinə görə, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş v ə hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Qeyd edilən prosessual normaların məzmunundan göründüyü kimi, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübut ların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə cinayət prosesi iştirakçılarına məlumat verməklə, cinayət işi materialları ilə onların tanış olmasından ötrü cinayət işi materiallarını nömrələməklə, tikilmiş vəziyyətdə onlara təqdim etməlidir. Cinayət işinin materiallarının tanış edilməsinə dair protokolda təqdim edilmiş cinayət işinin neçə cilddən ibarət olması və hər bir cilddə vərəqlərin sayı, həmçinin maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilməlidir. Apellyasiya şikayətinə ilkin baxış iclasında məhkum həmin şikayətin dəlillərinə uyğun olaraq bildirmişdir ki, o, ibtidai araşdırmanın sonunda ona elan olunmuş ittihamla razılaşmadığına görə istintaqın qurtarması haqqında protokolu imzalamaqdan imtina etmiş, lakin sonradan c inayət işinin materialları tanış olması üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vəkil X55 127 vərəqədən ibarət iş materialları tanış olmuş, lakin təqsirləndirilən şəxsin mövqeyi ilə bağlı hər hansı fikir bildirməyərək iş üzrə heç bir etirazının, vəsatətinin və şikayətinin olmamasını göstərmişdir. Bütün şərh edilənənlərdən görünən odur ki, hazırki işə birinci instansiya məhkəməsinin hazırlıq iclasında baxılarkən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs məhkumin müdafiə və iş materialları ilə tanış olmaq hüquqlarının pozulmasına məhkəmə diqqət yetirməmişdir, baxmayaraq ki, CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüquq unun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-nin 284-286, 288 və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbuledilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə qanuni və əsaslı olaraq, CPM-nin 391.8.1-ci maddəsinin tələbləinə əməl etməklə məhkumin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış xx xxxxxx 2020-ci il tarixli hökmdən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam vermiş və həmin işi birinci instansiya məhkəməsinə qaytarmışdır. CPM-nin 391.8.1-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında, yəni CPM-nin 391.3.7-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun v ə həmin protestin təmin edilməməsi haqda müdafiəçi N.F.Yaqubovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, məhkumin barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X2 barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar