Məhkəmə qərarları › İş №1(102)-537/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-537/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-537/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə 7 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X4 Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: M.H.Əkbərov (sədrlik edən), F.Ə.Qəniyev və İ.A.Mahmudov) X4 - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qe yd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.M.Abdulov və C.V.Hüseyn) apellyasiya protesti və zərərçəkmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən, X7 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində heç b ir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda, öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi’’ adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayında hərracdan satılan avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyən guya “X10” adlı dostunun olduğunu və həmin bankın balansında olan hərraca çıxarılacaq müxtəlif növ avtomobillərin yalnız həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda, qabaqcadan ucuz qiymətə alıb Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində rəsmiləşdirməklə yenidən satışa çıxarılıb əlverişli qiymətə satıb gəlir əldə edəcəyinə, guya özünün ba nkda depozit hesabının olduğuna inandırıb əlavə gəlir əldə etmək üçün pul lazım olduğunu bildirərək bu məqsədlə sərmayə şəklində 65000 manat verəcəyi pulun müqabilində dəyəri 7000-9000 manat civarında olan müxtəlif növ avtomobilləri alıb gələcəkdə bu fəaliyyətdən qısa müddətdə əldə ediləcək gəlirdən hər bir avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq 12 yanvar 2021-ci il tarixdə ünvan 2 evin həyətində “Hyundai Sonata” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilində Zərərçəkmiş şəxs 65.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi X4 CM-in 178.3.2-ci maddəsi ilə bəraət verərkən hansı səbəbdən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaqda, elə cə də məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini hökmdə göstərməmiş və bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Dövlət ittihamçısı hesab edir ki, bəraət almış şəxsun CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, texniki rabitə vasitələrindən götürülmüş məlumatlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin məhkəmədə özünümüdafiə xarakteri daşıyan ziddi yyətli mövqeyinə əsaslanmış, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə ci nayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, C.Hüseynovun əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddə sinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüqu qları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlə dilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq hə min işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı X7 Zərərçəkmiş şəxs pul götürərkən onun etibarından sui-istifadə edərək və ya onu aldadaraq müvafiq əmlakları ələ keçirmək niyyətinin olmadığını bildirmişdir. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında əslində adi mülki dövriyyədə avtomobillərin alqı-satqısı ilə bağlı işgüzar münasibətlər mövcüd olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs X4 borc pul verərkən özünün də qazanc (faiz) əldə etmək məqsədi olmuşdur. X3 Zərərçəkmiş şəxs aldığı pulları başqa məqsədlərə xərcləməsi və yaxud həmin pulların dövriyyəsindən qazanc əldə edib Zərərçəkmiş şəxs verməməsi işin hər hansı halları ilə təsdiq olunmur və bu barədə sübutlar ümumiyyətlə olmamışdır. Yəni ittiham üzrə X3 dələduzluq niyyətində olması, onun zərərçəkmiş şəxsə hər hansı vəd verməsi və həmin vədinə əməl etməməsi iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs X2 olan borcunu sonuncudan ala bilmədiyinə görə məcbur olub borc müqaviləsi bağlamış və həmin borc müqaviləsi əsasında mülki qaydada məhkəməyə müraciət etmişdir. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Zərərçəkmiş şəxs tərəfindən ittihamın əsasını təşkil edən pulun bəraət almış şəxsa verildiyi vaxt 12 yanvar 2021-ci il tarixi olaraq qeyd edilməklə, hadisənin Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 2 B saylı evin həyətində “Hyundai Sonata” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomob ildə baş verdiyi əks etdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən ünvan Şahid1 yaşadığı mənzilin qarşısı olmaqla, Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində ittihamın predmetini təşkil edən 65.000 manatın 35.000 manatını məhz Şahid1 verdiyini qeyd etmişlər. Həmçinin, iş materiallarında olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN BMCMİ-yə daxil olmuş 02 aprel 2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, sonuncu ərizəsində tanışı X7 ilə 2020-ci ilin sentyabr ayında maşın alverinə başladıqlarını, maşın alıb sataraq qazanclarının olduğunu, sonradan bəraət almış şəxsun ona bankda dostunun işlədiyni, hərracda olan maşınları ucuz qiymətə aldığını, biraz əl gəzdirib yaxşı qiymətə satıb pul qazana biləcəklərini demişdir. O, bəraət almış şəxsun təklifini qəbul etmiş, amma dedi yi məbləğ onda tam olmadığına görə bacısının yoldaşı Şahid1 məbləğin yarısını sonuncudan almışdır. 2020-ci ilin dekabr ayında danışıb razılığa gəlmişlər. Yeni il bayramından sonra 12 yanvarda 30.000 (otuz min) AZN götürüb, X11gilin həyətinə getmiş və bəraət almış şəxsu da oraya çağırmışdır. X11 də 35.000 (otuz beş min) AZN gətirmiş və o, ümumilikdə 65000 (altmış beş min) AZN bəraət almış şəxsa vermişdir. (cild 01, iş vər. 98-99) Zərərçəkmiş şəxs 12 aprel 2021-ci il tarixli əlyazma izahatından görünür ki, sonuncu hadisəni təsvir edərkən qeyd etmişdir ki, o da özündə olan 30000 manatı 2021-ci ilin yanvar ayının 12-də götürüb bacıoğlundan 35000 alaraq X11 də özünə qazanca şərik edib həmin gün X11in yaşadığı Yasamal rayonu, Parlament prospekti ünvanında X11in iştirakı ilə öz avtomobilində 6500 0 manat pul vəsaitini X4 vermişdir. Həmin izahatında həmçinin qeyd etmişdir ki, X7 2013-cü ildə də maşın alveri etdikləri zaman Şahid5 ilə birlikdə onu aldatmış, həmin vaxt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və bəraət almış şəxs tərəfindən ona 56.600 manat pul vəsaitinin ödənilməli olması barədə məhkəmə qətnamə çıxarmışdır. Həmin vaxtdan bəraət almış şəxs ona cəmi 6150 manat pul ödəmişdir. İş materiallarında olan Şahid1 Yasamal RPİ-nin İş-nə olan 28 aprel 2021-ci il tarixli izahatından görünür ki, Şahid1 izahatında 35.000 manat pulu Zərərçəkmiş şəxsə yaşadığı evdə əlbəəl verdiyini, bu zaman Zərərçəkmiş şəxsin yanında heç kimin olmadığını bildirmiş, habelə ona Zərərçəkmiş şəxs öz izahatında sonuncunun 65.000 manat pulu bəraət almış şəxsa verdiyi zaman onun da sonuncuların y anında olduğunu bildirdiyi barədə müstəntiq tərəfindən qeyd edildikdə, bu xüsusata münasibətdə, belə bir halın olmadığını bildirmiş və Zərərçəkmiş şəxs nə səbəbə o cür izahat verdiyini bilmədiyini qeyd etmiş, əlavə olaraq bəraət almış şəxsu bir neçə dəfə Zərərçəkmiş şəxsin yanında görməklə tanıdığını da vurğulamışdır (cild 01, iş vər. 133-134). Məhkəmə kollegiyası qeyd edir ki, Şahid1 ilkin izahatında Zərərçəkmiş şəxs hadisəni təsvir etdiyi şəraitdən fərqli halları əks etdirməklə, hadisənin birbaşa şahidi olmadığını bildirmiş və yalnız özünün 28 yanvar 2022-ci il tarixdə (Zərərçəkmiş şəxs ilə eyni tarixdə) şahid qismində dindirilməsinə dair ifadəsində Zərərçəkmiş şəxs pulu öz mənzilində verdikdən sonra mənzilinin pəncərəsindən baxanda Zərərçəkmiş şəxsin maşında sürücünün yanındakı oturac aqda əyləşdiyini, maşını isə bir kişinin idarə etdiyini, həmin şəxsi bəraət almış şəxs adlı şəxsə oxşatdığını, çünki onu əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxsin yanında gördüyünü bildirmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs ifadələrindən və iş materiallarında mövcud olan 14 dekabr 2013-cü il tarixli kredit müqaviləsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsindən müəyyən edildiyi kimi Zərərçəkmiş şəxs və bəraət almış şəxs arasında artıq bir neçə il əvvəldən avtomobillərin alqı-satqısı və əldə olunan gəlirin bölünməsi ilə bağlı işgüzar münasibətlər olmaqla, bəraət almış şəxs məhkəmə qətnaməsi ilə Zərərçəkmiş şəxs ödəməli olduğu külli miqdarda pul vəsaiti olmuşdur. Qeyd edilən qətnamənin icrası ilə bağlı bəraət almış şəxs if adəsində hətta bir dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edildiyini qeyd etmişdir. Bununla yanaşı hazırda müəyyən edilmişdir ki, sözügedən qətnamə üzrə təmin edilmiş iddia tələbi bəraət almış şəxs tərəfindən tam icra edilməmişdir. Bununla belə, məhkəmə kollegiyası ittihamda qeyd edilən dələduzluq cinayətinin törədilmə üsulu olaraq bəraət almış şəxs 2020-ci ilin dekabr ayında hərracdan satılan avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyən guya “X10” adlı dostunun olduğunu və həmin bankın balansında olan hərraca çıxarılacaq müxtəlif növ avtomobillərin yalnız həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qaba qcadan ucuz qiymətə alıb Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində rəsmiləşdirməklə yenidən satışa çıxarılıb əlverişli qiymətə satıb gəlir əldə edəcəyinə, guya özünün bankda depozit hesabının olduğuna inandırmasına münasibətdə də qeyd edir ki, bəraət almış şəxs guya bankda özünün depozit hesabı olmasını bildirməklə aldatması ağlabatan olmamışdır. Belə ki, İcra haqqında qanunvericiliyin tələblərindən aşkar məlumdur ki, 5 aprel 2016-cı il tarixli qətnamənin icrası ilə bağlı məcburi icra tədbirləri olaraq borclunun tutmanın yönəldilə biləcəyi əmlakları icra məmuru tərəfindən müəyyən edilə bilən hallardır. Habelə belə şəraitdə ittihamda qeyd edilən tarixədək belə bir bank hesabı olduğu təqdirdə həmin hesab üzərinə həbs qoyulmamış olması və eyni zamanda belə bir hesabın olduğun u bildiyi halda qətnamənin icrasında maraqlı olan Zərərçəkmiş şəxs bu barədə icra məmuruna məlumat verməyib, bəraət almış şəxsa inanaraq artıq 5 ilə yaxın müddətdir bəraət almış şəxsdan borclu olduğu məbləği ala bilmədiyi halda, yenidən əlavə olaraq əvvəlki borcundan da artıq miqdarda pul verməsi inandırıcı deyildir və digər mötəbər sübutların olmadığı şəraitdə belə bir hadisənin baş verməsinin qəbul edilməsi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs həmin pulları təqsirləndirilən şəxs bəraət almış şəxsa avtomobillərin alqı-satqısı ilə bağlı aralarında olan işbirliyi ilə əlaqədar verdiyini və daha sonra bəraət almış şəxsun heç bir iş görməyərək onu aldatdığını düşündüyündən 13 dekabr 2013-cü il tarixdə aralarında borc müqaviləsi bağladıqlarını bildirsə də, cinayət işinin materiallarına əlavə olunmuş 01 oktyabr 2012, 16 oktyabr 2012, 23 yanvar 2013, 29 aprel 2013, 21 fevral 2013-cü il tarixli Şahid5 Zərərçəkmiş şəxs bir sıra nəqliyyat vasitələrinə dair sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etməyə dair etibarnamələrin mövcudluğu X3 Zərərçəkmiş şəxs Sabir qızı ilə həmin vaxtlarda baş tutmuş işbirliyinin olduğunu müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş təqsirləndirilən şəxs X3 məhkəməyə təqdim etdiyi Zərərçəkmiş şəxs Kapital Bank hesabına edilən köçürmələrə dair ümumilikdə 25 qəbzdən görünür ki, 02 dekabr 2017-ci il tarixdən 28 noyabr 2019-cu il tarixləri əhatə edən dövr ərzində “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs ******************** Kapital Bank hesabına ümumilikdə 12910 manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs bəraət almış şəxsla aralarında olan 07 noyabr 2019-cu il tarixdən 22 iyun 2022-ci il tarixləri əhatə edən sms danışıqlardan da görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan +**********75 nömrəsindən bəraət almış şəxsun istifadəsində olmuş +**********68 nömrəsinə ittihamda qeyd edilən cinayət hadisəsinin baş verməsi tarixinədək (12 yanvar 2021-ci il tarixədək) 16 yanvar 2020-ci il tarixdə ünvanladığı “Pulu köçürt Çinarənin də pulunu da köçürtsün”, 19 fevral 2020-ci il tarixdə ünvanladığı “bəraət almış şəxs pulu köçürt”, 05 iyun 2020-ci il tarixdə ünvanladığı “bəraət almış şəxs mən camaatın pulunu verməliyəm borc götürüb bank ödəmişəm sabah birisi gün hər yer bağlıdı pulu istəyir məndən”, 22 sentyabr 2020-ci il tarixdə ünvanladığı “Ay bəraət almış şəxs nə oldu sən məni çox pis vəziyyətdə qoymusan mən bir də heç kimdən pul götürməyəcəm. Qiz oturub bizdə Tacı da getməlidi səni gözləyir”, 08 oktyabr 2020-ci il tarixdə ünvanladığı “Semaşkonun yanındayam gözləyirəm pulu götür gəl. Tələsirəm”, 30 noyabr 2020-ci il tarixdə ünvanladığı “Huzur nədi bəraət almış şəxs pulu həll elə bu gün verməliyəm”, 11 yanvar 2021-ci il tarixdə ünvanladığı “bəraət almış şəxs sən hardasan mən gəlirəm ora həm pulu götürüm həm də maşını” məzmunlu sms-danışıqlardan Zərərçəkmiş şəxs bəraət almış şəxsdan hadisəyədək olan dövrdə dəfələrlə pul tələb etməsi müşahidə olunur. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan +**********75 nömrəsindən bəraət almış şəxsun istifadəsində olmuş +**********68 nömrəsinə 16 dekabr 2021-ci il tarixdə ünvanladığı “Mən də deyirəm bəraət almış şəxs əgər saat 4-də pul məndə olmasa məndən incimə mən nə edəcəyimi bilirəm”, bəraət almış şəxsun istifadəsində olmuş +**********97 nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş +**********75 nömrəsinə 01 yanvar 2021-ci il tarixdə ünvanladığı “Sabaha qaldı pul”, Zərərçəkmiş şəxs bəraət almış şəxsa 11 yanvar 2020-ci il tarixdə ünvanladığı “bəraət almış şəxs sən hardasan mən gəlirəm ora hem pulu götürüm həm də maşını”, 13 yanvar 2021-ci il tarixdə ünvanladığı “Bu g əlib çıxmadı indi papam obede gələcək demişdim 10 gətirəcək saat 1-di hələ pul yoxdu” və eyni tarixli “Ay kişi hardasan de papaynan gəlirəm deyir hardan istəyirsən tap pulu ver” məzmunlu sms-danışıqlarından görünür ki, Zərərçəkmiş şəxs iddia etdiyi hadisə günündən bir ay əvvəlki vaxtları əhatə etdiyi dövrdən bəraət almış şəxs Məmmədovdan ona olan borcu tələb edir. Məhkəmə kollegiyası mövcud olan sms-lərin məzmunu bir daha təhlil edərək qeyd edir ki, X8 Məmmədovaya 12 dekabr 2012-ci ildə verməklə, 13 dekabr 2013-cü il tarixdə kredit müqaviləsi əsasında rəsmiləşdirilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi icrası qaydasında tutulması nəzərdə tutulmuş pulu ittihamda qeyd edilən tarixədək mütəmadi olaraq və israrlı şəkildə tələb etməsi, bəraət almış şəxsun isə həmin pulların ödənişini gecikdir məsi şəraitində Zərərçəkmiş şəxs özünə qarşı bu qədər inamsızlıq yaratmış, ona illər ərzində borclu olduğu 56000 manat məbləğində puldan cəmi 6150 manat pul qaytarmış bəraət almış şəxs Məmmədovun ittihamda qeyd olunan formada hər hansı vədinə aldanaraq təkrar olaraq 65000 manat məbləğində pul verdiyinin ağlabatan olmadığı nəticəsinə gəlməyə əsas verir. Əksinə, göstərilən sms-lərin məzmunu onu deməyə əsas verir ki, hələ ittihamda qeyd edilən cinayət hadisəsi tarixinədək Zərərçəkmiş şəxs özü bəraət almış şəxsun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməkdə, sonuncunun cəzalandırılmasında maraqlı olmuşdur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qənaəti ilə razılaşaraq qeyd edir ki, ittihamda X3 12 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 2 B saylı evin həyətində “Hyundai Sonata” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilində Zərərçəkmiş şəxs 65.000 manat pul almasına dair gəlinən nəticənin əksinə olaraq, X7 ilə Zərərçəkmiş şəxs arasında telefon sms yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs 11 yanvar 2021-ci tarixdə bəraət almış şəxsa “bəraət almış şəxs sən hardasan mən gəlirəm ora həm pulu götürüm həmdə maşını”, 12 yanvar 2021-ci il tarixdə bəraət almış şəxs Zərərçəkmiş şəxsə “səhər Tural Saraydan cıxanda yol üstü götürüb gelib verəcək sənə pulu” məzmunlu yazışmalar aparılmışdır. Yəni yazışmalara əsasən eyni gündə Zərərçəkmiş şəxs bəraət almış şəxsdan pul tələb etdiyi halda, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Zərərçəkmiş şəxs bəraət almış şəxsa külli miqdarda pul vermişdir. Həmçinin, 2019-2022 -ci illərdə tərəflər arasında baş tutmuş yazışmalardan aydın olur ki, Zərərçəkmiş şəxs mütəmadi olaraq bəraət almış şəxsdan pul tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumişdirilməklə belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, C.Hüseynova təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. Mürrey Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxs in güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlav ə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat ver ir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3- cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq C.Hüseynovun təqsiri sübuta yetirilməmə əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı əsas lı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar