Məhkəmə qərarları › İş №1(102)-538/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-538/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-538/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X1 ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2 iştirakı ilə, xx.xx.1955-ci ildə Laçın rayonunun Dambulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonunun Dambulaq kəndində qeydiyyatda olan hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Ələkbərov) 19 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən 25 noyabr 2021-ci il tarixli, Goranboy Rayon Məhkəməsinin 1(045)-97/2021 saylı hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanıl araq ona qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Goranboy Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(045)-05/2022 saylı qərarı ilə Məhkum Goranbov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-05/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 1(104)-529/2022 saylı qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(045)-05/2022 saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 1(104)-529/2022 s aylı qərarından Məhkum tərəfindən kasasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Apellyasiya şikayətinin müddəti üzrlü səbəblərə görə buraxılmışdır. Belə ki, o, ağır şəkər xəstəsidir, məhkəmədən sonrakı müddətdə xəstəlik imkan verməmişdir. Bundan başqa səbəb yoxdur. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi Gəncə Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 1(104)-529/2022 saylı qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və Goranboy Ra yon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmündən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı X2 çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarında olan hökmün surətinin alınmasına dair xəbəmamədən görünür ki, xx.xx.2022 -ci il tarixli hökmün surətini Məhkum xx.xx.2022-ci il tarixdə şəxsən özü qəbzə imza etməklə almışdır. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 20 gün prosessual müddətin axımı məhkum üçün isə 19 yanvar 2022-ci il tarixdən başlamış və şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 8 fevral 2022-ci il tarixdə başa çatmışdır. Öyrənilmiş cinayət işi materiallarında görünür ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət xx.xx.2022- ci il tarixdə yazılmış, xx.xx.2022-ci il tarixdə Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 03 ay vaxt keçmiş, nəticədə qanunvericilikdə nəz ərdə tutulan müddət ötürülmüşdür. Göründüyü kimi məhkum Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmündən apellyasiya şikayətini 08 fevral 2022-ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən sonra vermiş və bununla da apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. Kassasiya şikayətinin məzmununa görə, müdafiə tərəfi Məhkum barəsindəki 19 yanvar 2022-ci il tarixli hökmdən apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə verməməsini ağır şəkər xəstəsi olması, məhkəmədən sonrakı müddətdə xəstəliyinin imkan verməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 19 avqust 20 22-ci il tarixli, 1(104)-529/2022 saylı qərarını qanuni və əsaslı, məhkumun vermiş olduğu kassasiya şikayətinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: -CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); -CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imk anından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olu nur. Məhkəmə kollegiyası göstərilən halların apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı məhkumun atmış olduğu uğursuz addım kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmü qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmündən apellyasiya şikayətini va xtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərar larının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum olunmasına dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 1(104)-529/2022 saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum olunmasına dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (045)-05/2022 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 1(104)-529/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar