Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-538/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X2 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, 18 avqust 1981-ci ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şamaxı rayo nu, Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, 4-cü Mədən, nömrəsiz fərdi evdə yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-774/2024 nömrəli, 29 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.S.Hüseynov) X8 - Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 5 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1266/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.Z.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məh kum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edilmiş, oni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, naməlum vaxtda və naməlum mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 5 may 2023-cü il tarixdə, saat 15:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda yerləşən İdman Kompleksinin yaxınlığında özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin (bundan sonra RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 14-cü PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamada altı ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,254 qram, 0,362 qram, 0,298 qram, 0,439 qram, 0,601 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 2,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə X8 Azər baycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin olunması xahiş olunur. Protest müəllifi bildirir ki, hər bir ittiham sübutunun, xüsusən ilkin sənədləşdirmənin sübutların mümkünlüyü şərtlərinin pozulması, yəni şəxsin özünün iddia etdiyi kimi, ona qarşı fiziki və psixi təsir nəticəsində əldə olunması yalnız iş üzrə toplanmış digər mötəbər dəlillərin məcmusu ilə təsdiqləndiyi və şəxsin iddiaları həqiqət kimi qəbul edilməli olduğu halda, bu xüsusatlara heç bir əhəmiyyət ve rilməmişdir. Məhkəmələrin hazırki işin faktiki hallarına əhəmiyyət verməyərək yalnız prosessual tərəfdən formal yanaşmaları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət çərçivəsində aparılan effektiv mübarizə tədbirlərinin səmərəliliyini aşağı salmaqla bərabər, bu cür cinayət əməlini törətməkdə ittiham olunan bir şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzasızlıq şəraitinə və eyni xarakterli cinayət əməlləri törətmiş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmməd linin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid ed ilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə e tmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifay ət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məh z təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəs inin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll e dir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökmlərini, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri və “şəxsi axtarış və götürmə aparılması haqq ında” 5 may 2023-cü il tarixli protokolu tədqiq edilmişdir. Sözügedən protokol, şahid ifadələri və digər sənədlər əlaqəli şəkildə tədqiq edildikdə X4 əməlində cinayət tərkibinin olmasına əsas verəcək mötəbər sübutlar müəyyən edilməmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən tam əsaslı olaraq, R.Sadıqova əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 2,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X4 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X6 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Bakı Apellyasiya Məhkəməsi həmin nəticəyə gələrkən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünü ləğv edərək, bəraə t hökmünü qəbul edərkən aşağıdakı əsaslarla çıxış etmişdir. Belə ki, bəraət almış şəxs X8 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zabrat qəsəbəsində yaşamış, elektrik işləmiş, həm də “Gənclər parkı”nda nəzarətçi işləmiş, narkotik istifadə etməmişdir. Saxlanıldığı gün işə getmək üçün dayanacaqda dayanarkən bir maşın yaxınlaşıb dayanacaqda saxlamış, o, həmin maşının 1 AZN-ə yolüstü aparan taksilərdən olduğunu zənn edib həmin maşına yaxınlaşmış, amma polis əməkdaşları olduqlarını sonradan öyrənib bilmişdir. Səhər saat 08:30-da onu maşına oturdub 14-cü polis bölməsinə aparmışlar. Lakin hansı səbəbdən saxlanıldığını və aparılmasını bilməmişdir. Bölmədə 3-4 nəfər onu gətirən əməkdaşlarla birlikdə podval (burada: zirzəmi) kimi yerdə saxlanılmış, orada polislər tərəfindən istənilən istiqamətdən şifahi sorğu-sual edilmişdir. Səhər 5-ə qədər podvalda saxlamışlar. Bölmədə ona təzyiqlər göstərilmiş, boynuna ya silah, ya oğurluq və ya da narkotik götürməsi təklif edilmiş, etmədiyi cinayəti üstünə götürməsi tələb edilmişdir. Yekunda döyüb boynuna narkotik götürməsi istənilmişdir. Onu döyüb dişinə qədər sındırmışlar. Onu “Metak” şlanklarla döymüş, zədələri hiss olunmuşdur. Sonra onun yerlisi, yəni Şamaxıdan olan bir əməliyyatçı yaxınlaşmış, ona “şorik, imza et, narahatçılıq yoxdur” demiş, o da yerlisinə inanıb təqdim olunan sənədləri imzalamışdır. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, video çəkilişdən öncə cibinə sellofan torbada şor kimi büküm qoyulmuş, həmin bükümün içində neçə kiçik büküm olduğunu o görmə mişdir. Ona verilmiş narkotikin onun özünə məxsus olduğunu demək tələb olunmuşdur. Çəkilişdə isə ona verilən narkotiki öz adından təqdim edib, özü istifadə etməsi məqsədilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Vəkil çəkilişdən sonra gəlmişdir. Onu döyən şəxsləri isə sonradan görməmişdir. Sonra ifadə vermiş, müstəntiq onu dindirərkən vəkili yanında olmamışdır. Müstəntiq tərəfindən ona qarşı zor, hədə, qorxu olmamışdır. Müstəntiq onu dindirəndən sonra ifadəsini oxumadan imzalamışdır. Onun işində iki nəfər müstəntiq olmuş, o, birinci müstəntiqə döyülməyi haqqında danışmışdır. Təqsirləndirilən şəxs Rusif Sadıqov ifadəsinin davamında göstərmişdi ki, o, Sabunçu RPİ-nin Müvəqqəti saxlama yerinə verilərkən şikayəti və xəsarətləri olmadığını bildirmiş, onu müayinə etmək üçün MSY-nə həkim gəlmə mişdir. Barəsində həbs seçilməsi üçün məhkəməyə sanksiyaya aparılarkən hakimə döyülməyi barədə heç nə deməmişdir. Onun barəsində 4 ay həbs seçildikdə o, 4 ay cəza çəkib çıxacağını başa düşmüş, bu səbəbdən döyülməyi barədə heç kimə heç nə deməmişdir. Kürdəxanıda (BİT) da şikayət etməmiş, döyülməyi barədə heç kimə deməmiş, utanmışdır. Kürdəxanıda işıq çəkərkən yıxıldığını demişdir. Döyülməyi barədə sonradan məlumat vermiş, prokurorluq əməkdaşı gəlib onu dindirmiş, nəticəsini, yəni şikayətinin rədd olunduğunu bilmişdir. X4 ibtidai istintaq zamanı etirafedici ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi onun məhkəməyədək verdiyi ifadəsinə şübhə ilə yanaşmış və bu ifadənin ittihamı təsdiq edən sübut kimi qə bul etməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsinin X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X4 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında verdiyi ifadələri cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kas sasiya protestində qeyd etdiyi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Cinayət işində olan materiallar onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X4 hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə, həm də şübhəli şəxsə işgəncə və digər qəddar hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Cinayət işi materiallarından da göründüyü kimi X6 ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar təşkil etmişdir. Həmin sübutlar siyahısını əsasən şəxsi axtarış və götürmə barədə protokol, götürülən psixotrop maddənin maddi sübut qismində tanınması, buna dair müvafiq məhkəmə-kimyəvi ekspertizasının rəyi, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilmə protokolları, şahidlərin (Şahid2, Şahid1) dindirilmə protokolları təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, X8 şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Belə ki, şübhəli şəxs tutulduqdan dərhal sonra şəxsi axtarışa məruz qalarkən tutulma prosessual məcburiyyət tədbirinin təsiri altında olmuşdur. İbtidai araşdırma orqanının bu halda CPM-in 92.3.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməməsi və dövlət hesabına təyin olunmuş müdafiəçinin CPM-in 92.10.1, 92.10.3 və 92.11.1-ci maddələrinin tələblərini yerinə yetirməməsi, həmin Məcəllənin 19 və 92–ci maddələrinin kobud pozuntusu hesab olunaraq, şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutların CPM-in 125.2.3-cü maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutlar olduğu və həmin sübutların (xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, həmin istintaq hərəkətinin gedişatında əldə edilmiş psixotrop maddənin maddi sübut qismində tanınması) mümkünsüzlüyü qənaətinə gəlinmişdir Məhkəmə kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “Rusif Sadıqovun bədəni üzərində aşkar edilmiş xəsarətlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasının Tibb-sanitar hissəsində Rusif Sadıqovun adına açılmış xx.xx.2023-cü il tarixli, 4976/2023 saylı tibbi kitabçanın 12-ci bəndində həbs olunmuş şəxsin həbs olunmazdan əvvəl zədələr almasını qrafasında öz əksini tapmışdır” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar apellyasiya instansiya məhkəməsində məhkəmə istintaq zamanı araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, X5kı xəsarətlər polis orqanının sərəncamında olarkən yaranmış və müdafiə tərəfinin bu dəlili ittiham tərəfindən təkzib edilə bilməmişdir. Həmin faktın özünün mövcud olması və ittiham tərəfindən tamamilə təkzib edilə bilməməsi ən azından işdə olan ittiham sübutlarının mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin xəsarətlər alması ilə bağlı qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi həmin halı araşdırmış və bunun la bağlı ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Ci nayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinay ət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X4 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cav ab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X7rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nə ticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiy a instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq R.Sadıqovun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığı nı göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti tə min edilməsin. Bəraət almış şəxs X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-538/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-538/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver