Məhkəmə qərarları › İş №1(102)-539/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-539/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-539/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Abdullayev Ehtibar Vaqif oğlunun iştirakları ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, onların nümayəndəsi X1 tərəfindən birgə verilmiş və məhkumun müdafiəçisi Abdullayev Ehtibar Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.S.Mirzəliyev) xx xxxxxx 1993-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, 10 saylı evin 46 saylı mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Günəşli bağ massivi, 2-ci küçədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanması müəyyən olunmuşdur. Hökmdən Məhkum müdafiəçisi Abdullayev Ehtibar Vaqif oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, onların nümayəndəsi X1 birgə və Məhkum müdafiəçisi Abdullayev Ehtibar Vaqif oğlu kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2016-cı ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 ilə Mingəçevir şəhərində təhsil aldıqları «Tibb kolleci»ndə tanış olduqdan bir müddət sonra ona qarşı sevgi hisslərinin olduğunu, gələcəkdə onunla ailə həyatı qurmaq niyyətind ə olduğunu yalandan vəd verərək etibarını qazanmış, nəticədə onun sözlərinə inanan Zərərçəkmiş şəxs3 ona ailələrinə məxsus bütün sirlərini, o cümlədən yaşadığı dayısı Zərərçəkmiş şəxs2 Mircə oğluna məxsus Yevlax rayonu, Hürüuşağı kəndindəki evin sandığında Zərərçəkmiş şəxs2 və özünə (Zərərçəkmiş şəxs3) məxsus ümumilikdə 16000 ABŞ dolları və 9300 manat məbləğdə pul olduğunu dedikdən bir müddət sonra Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə edib onu aldadaraq xeyli borclarının olduğunu, sevgi münasibətlərində olan şəxs kimi ona kömək etməli olduğunu, borclarını ödəyib qurtardıqdan sonra ondan almış olduğu pulu qaytaracağını deyib vahid niyyətlə 2017-ci ilin iyul ayının əvvəlindən sonunadək olan müddət ərzində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Ə.Sabir küçəsinin kəsişməsində yerləşən «Gross» marketin yanında 1 (bir) ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7021 manat olduğu dövrdə hissə-hissə 5000 ABŞ dolları (8510.5 AZN), 7000 ABŞ dolları (11914.7 AZN), 4000 ABŞ dolları (6808.4 AZN) və 9300 manatı xx xxxxxx 2017-ci il tarixdə isə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng edib, ona eyni məzmunlu yalan vədlər verməklə Zərərçəkmiş şəxs3 xalası Zərərçəkmiş şəxs1 məxsus çantadan götürdüyü və Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, ev 5, mənzil 14-ün eyvanından aşağı atmaqla ona verdiyi 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağını, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan h azırlanmış 1736 manat məbləğində qızıl boyunbağını, 1 (bir) ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7001 manat olduğu dövrdə 200 ABŞ dolları (340.02 AZN) məbləğdə pulunu, həmçinin özünə məxsus 300 ABŞ dolları (510.03 AZN) və 358 manat məbləğdə pulunu – ümumilikdə 40207.65 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və onların nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəza son dərəcə yüngüldür və şəxsin etmiş olduğu əm əlin ədalətli nəticəsi deyildir. İşin hallarından da aydın olur ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum onların maddi vəsaitini məhv etmiş, talamış və onları ağır vəziyyətə salmışdır. O, etmiş olduğu əməli ilə bağlı nəinki səmimi etiraf etmiş, ümumilikdə öz əməlindən peşiman olmadığını öz hərəkətləri ilə nümayiş etdirmişdir. Necə ola bilər ki, şəxs həm cinayət törədir, etmiş olduğu əməli, sübutlarla öz təsdiqini tapır, lakin, bu şəxs aşağı həddə cəza ilə sərt məsuliyyətdən yaxasını qurtarır. Halbuki, onlara dəymiş ziyanın bir manatı belə ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şikayət etməyəcəkləri təqdirdə onlara 10.000 manat ödəniləcəyi bəyan edilmişdir. Bu barədə təqsirləndirilən şəxsin anası və yaxın qohumları mütamadi olaraq evlərinə gəlmişdir. Lakin, bu insanlar kiminsə sözlərinə qulaq asaraq qeyd olunan məbləği belə ödəməkdən yayınmışlar. Məhkumun törətdiyi cinayət əməlinin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Verilən cəza isə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın minimum həddində cəzadır. Bütün bunlarla apellyasiya məhkəməsi razılaşaraq Mingəçevir Şəhər Məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqdaədalətli olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən yuxarı həddində cəza verilməsinə dair qəbul edilməsini xahiş edir. Daha sonra, Məhkum müdafiəçisi A bdullayev Ehtibar Vaqif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız olduğundan ləğv edilməli və Məhkum bəraət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Məhkum ibtidai istintaq və məhkəmə baxışı zamanı birmənalı və eyni ifadələr vermişdir. Bunun əksinə olaraq, hər üç zərərçəkmiş şəxs dəfələrlə ifadələrini dəyişmiş və hər dəfə ziddiyyətli ifadələr vermişlər. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərir ki, pulu 5000 ABŞ dolları və 2500 ABŞ dolları olmaqla iki dəfəyə götürmüş, sonra 5000 ABŞ dolları və 9300 manat pulu Məhəmmədə vermişdir. Günelin bu ifadəsində 5000 və 2500 ABŞ dollarının iki dəfəyə götürülüb verilməsi onun digər ifadələri ilə ziddiyyət təşkil edir. Belə ki, digər ifadələrində o, 50 00 ABŞ dolları, daha sonra 7000 ABŞ dolları pulu Məhəmmədə verdiyini bildirmişdir. Adı çəkilən ifadəsində ümumiyyətlə 4000 ABŞ dolları pulun verilməsindən ümumiyyətlə söhbət açılmır. Bununla yanaşı, digər ifadələrdəki çoxsaylı ziddiyyətlər onların həqiqiliyə şübhə yaratmışdır. Mingəçevir Şəhər Məhkəməsinin hökmündən zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin vaxtında verilmədiyi müəyyən olunmuş, lakin Mingəçevir Şəhər Məhkəməsi heç bir əsas gətirmədən apelyasiya şikayəti vermə müddətini bərpa etmişdir. Bundan başqa müddəti bərpa barədə qərar və protokolda həmin hökmdən şikayətin verilmə müddətinin guya Məhkum tərəfindən buraxıldığı qeyd edilmişdir. Bu hallar Şəki Apellyasiya Məhkəməsinin diqqətinə çatdırılsa da heç bir nəticəsi olmamışdır. Odur ki, göstərilənləri nəzər ə alaraq, apellyasiya məhkəməsini qərarını ləğv etməklə Məhkum bəraət verilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum müdafiəçisi E.V.Abdullayev kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək Məhkum əməllərində cinayət tərkibinin əlamətlərinin olmadığını, məhkəmə istintaqının kobud qanun pozuntularına yol verilməklə keçirildiyini, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız imtina etdiyini bildirib, tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya in stansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxslər və nümayəndələri tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın yüngü l olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkum müdafiəçisi E.V.Abdullayevin kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı iddia edilmiş və apelyasiya məhkəməsinin qeyd olunan qərarının ləğv əsası kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və ə saslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. İlkin olaraq məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət əməlinin hüquqi tövsifinə, məhkumun təqsirlilik məsələsinə, həmçinin sübutların prosesual qanunvericilik baxımından tətqiqinə dair məhkəmələrin gəldiyi nəticələrə qiymət verməklə həmçinin bu barədə məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərilmiş dəlillərə də qiymət vermiş olur. Belə ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin dispozisiyası zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə - dələduzluq kimi müəyyən edilmişdir. Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxslərin kassasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısının isə kassasiya şikayətlərinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamət lərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə mü qayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə y olu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həq iqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş zərərçəkmiş şəxslərə xeyli miqdarda ziy an vurmaqla, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə - dələduzluqla bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərd ə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. M əhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumu müdafiəçisinin kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmaması və ona bəraət verilməli olduğu iddia edilir. Belə dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində də qeyd edilmiş, şikayətə baxan apellyasiya məhkəməsi də haqlı olaraq apellyasiya şikayətini əsassız hesab edərək b irinci instansiya məhkəməsinin əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Məhkum həmin cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır və Məhkum bu xüsusatlarla bağlı verdiyi ifadələr, irəli sürdüyü dəlillər inandırıcı olmayaraq onun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə uydurduğu fikirlər hesab edilməlidir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsi nə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Zərərçəkmiş şəxslərin kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin etmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olmaması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr tərəfindən məhkum M İ.İsayevin islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 və onların nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Abdullayev Ehtibar Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutar aq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 və onların nümayəndəsi X1 tərəfindən birgə verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Abdullayev Ehtibar Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar