Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-539/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, xüsusi ittihamçı X15 və onun nümayəndəsi X20 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X25 xüs usi ittiham qaydasında şikayət ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, xx xxxx 1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Göyçay şəhəri Nizami küçəsi, ev 29, mənzil 9-da yaşayan, işləməyən Məmmədov Elvin Mansur oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Göyçay şəhəri Nizami küçəsi, ev 29, mənzil 9da yaşayan Məmmədov Elvin Mansur oğlu xx xxxx 2020-ci il tarixdə Göyçay şəhərində Göyçay Rayon X22 hüquqi şəxsin Təcili və X16 Stansiyasının dəhlizində Göyçay Rayon X22 hüquqi şəxsin direktoru X11 və ailəsinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək «öz yaxınların gətirsin kişi olub-olmadığımı sübut edim» deyərək X11 şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Bununla da, Məmmədov Elvin Mansur oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli baş verən vaxt X4, X17, X18, X12 və X19 hadisə yerində olmuş və şahidi olduqları hadisə barədə akt tərtib etmişlər. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli qərarı ilə X11 xüsusi ittiham qaydasında Məmmədov Elvin Mansur oğlu barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittihamçı X25 tərəfindən apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və şikayət üzrə toplanmış materialların baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Rafail Əliyevdən ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında materiallar birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından narazı qalan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məmmədov Elvin Mansur oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məmmədov Elvin Mansur oğlu onunla əsaslandırır ki, apelyasiya instansiya məhkəməsinin qərarını qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərəfimdən törədilməsinin sübutu kimi xüsusi ittihamçı X2, X7, X8, X5 və X9 yazdıqları saxta izahatlara əsaslanmışdır. Həmin şəxslər isə Elçin Bilalovun tabeçiliyində işləyən şəxslərdir ki, onların izahatı hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs apelyasiya şikayətinin dəlilləri kimi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə mühüm əhəmiyyət kəsb edən hallan kifayət qədər araşdırmadığını, təqdim edilmiş sübutları nəzərə almadığını, həmçinin baxış iclasına keçmədən Məmmədov Elvin Mansur oğlunun əməlində cinayət tərkibi əlamətlərinin olmadığını müəyyən edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməsini bildirmişdir. Qanunun mənasından göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilib, icraata qəbul edilir ki, şikayətdə İstinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərinin özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfində törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Sadalanan hallar mövcud olmadığı h alda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin “məhkəməyə təqdim etdiyi sübutlar” və özünün təbrincə desək “iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar” hazırki işin həlli üçün sübut kimi qəbul edilə bilməz. Belə ki, sübut kimi istinad olunan izahatları vermiş şəxslər Elçin Bilalovun tabeçiliyində işləməklə, ona yaxın olan şəxslərdir. Belə olan halda, xüsusi ittihamçının həmin izahatlara istinad etməsi yol verilməzdir. İşin hallarından da göründüyü kimi, Elçin Bilalov mənim, eləcə də, bəzi iş yoldaşlarımın onun qeyri-məqbul iş fəaliyyətindən aidiyyəti dövlət qrumlanna şikayət etməsindən hiddətlənərək, mənə qarşı xüsusi ittiham qaydasında şikayə tlə məhkəməyə müraciət etmiş, eyni zamanda mənimlə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Apelyasiya instansiya məhkəməsinin Göyçay rayon X22 hüquqi şəxsin direktoruna yazmış olduğum izahata əsaslanmasına gəldikdə isə, həmin izahatda yazılmış ifadələr mənim iradə ifadəmə uyğun deyildir. Belə ki, izahatda yazılmış sözlər Göyçay rayon X22 hüquqi şəxsin məsul əməkdaşı İsbat Hüseynlinin diktəsi ilə yazılmış, mənə qarşı xüsusi ittiham qaydasında müraciət ediləcəyini öncədən düşündükləri üçün qeyd edilən məzmunda mənə izahat yazdırmışlar. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi o deməkdir ki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilir və törətdiyi cinayət əməlinin ayrı-ayrı halları haqqında məlumat verir. Təqsirləndirilən ş əxsin öz təqsirini sadəcə olaraq "təqsirimi etiraf edirəm”, “özümü təqsirli sayıram” və yaxud bu kimi ifadələrlə etiraf etməsi sübut kimi qəbul edilə bilməz. Bu cür ifadələrdə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün faktiki materiallar (hallar) göstərilmir. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı irəli sürülmüş ittihamış əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsin öz təqsirini etiraf edən ifadəsinin sübut əhəmiyyəti digər sübutların iş üzrə əhəmiyyətindən üstün qəbul edilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, proses iştirakçılarının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstə rilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən xüsusi ittihamçının apellyasiya şikayətinin əsassız olması və şikayət üzrə toplanmış materialların baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinin qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-ci maddəsini əsas göstərərək işi məhkəmənin icraatına götürməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Kassasiya kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x x xxxxxxx 2020-ci il tarixli qərarı ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-in 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, üm umbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. İş materiallarından da görünür ki, xüsusi ittihamçı Elçin Bilalov tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən Elvin Məmmədovun düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair məhkəməyə yetərincə sübutlar təqdim etmişdir. Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və l əyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, X17, X13, X14, X6 və X1 Elvin Mansur oğlunun Göyçay RMX publik hüquqi şəxsin direktoru Elçin Bilalovun ailəsinə və yaxınlarına nalayiq və təhqiramiz ifadələr işlətdiyini öz imzaları ilə təsdiq etmişlər. Həmçinin iş ma teriallarında olan Məmmədov Elvin Mansur oğlunun tərəfindən verilmiş izahatın surətindən görünür ki, o öz izahatında hadisə vaxtı Məlahət, Nazilə, Sadəgül, Raqif, Azər və Elman adlı şəxslərin orada olmasını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan izahatlara əhəmiyyət vermədən Məmmədov Elvin Mansur oğlunun tərəfindən işlədilmiş ifadələrin təhqir xarakterli məlumatlar olub-olmasını aydınlaşdırmadan və ya məhkəmə-linqvistik ekspertizası təyin etmədən, ümumilikdə isə iş materiallarını araşdırmadan cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması əsası ilə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair nəticə qanunsuzd ur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası CPM-in 301.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda məhkəmə baxışı təyin edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. X11 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtinaya dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-539/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-539/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver