Məhkəmə qərarları › İş №1(102)-539/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-539/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-539/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Məhkəməsinin (sədrlik edən hakim: Qurbanov Vüsal Rafiq oğlu) 28 iyul 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olub Xdə yerləşən nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 26 mart 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 13 sentyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Məhkum CM-in 228.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəmə sinin 28 iyul 2023-cü il tarixli, 1(005)- 270/2023 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 2 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən keçmiş SSRİ dövlətində 1962-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş, E-87327 №-li, 28 mm kalibrli, ümumi uzunluğu 423 mm olan, lüləsinin uzunluğu 282 mm olan, İjk modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi kustar üsulu ilə kəsildiyi və qundağı olmadığı üçün hazırda öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 26 mart 2023-cü il tarixdə saat 20:35-də ünvan 3 ünvanında saxlanılaraq ünvan 4axili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən so nra həmin gün saat 22:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman keçmiş SSRİ dövlətində 1962-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş, E- 87327 №-li, 28 mm kalibrli, ümumi uzunluğu 423 mm olan, lüləsinin uzunluğu 282 mm olan, İjk modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi kustar üsulu ilə kəsildiyi və qundağı olmadığı üçün hazırda öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum ibtidai istintaq və məhkəmə icraatı zamanı həqiqətə uyğun olmayan ifadə vermək məcburiyyətində qalmışdır. Belə ki, Məhkum polis əməkdaşları tərəfindən əsassız və qanunsuz tutularaq Baş Mütəşəkkil Cinayətkarlıq la Mübarizə İdarəsində CM-ın 234.4.3-cü maddəsi üzrə tutulacağı və barəsində azadlıqdan məhrumetmə növündə cəza seçiləcəyi ilə bağlı təhdid edilmişdir. Bundan sonra Məhkum həqiqətə uyğun olmayan ifadə verməklə guya CM-in 228.1ci maddəsi üzrə cinayət törətdiyini, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq silah əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsində dövlət büdcəsi hesabına ona vəkil təyin olunsa da, vəkil tərəfindən keyfiyyətli hüquqi yardım göstərilməmiş, onun təqsirsiz olduğunu sübuta yetirmək üçün əl-barmaq izlərinin daktiloskopik ekspertizasının keçirilməsi barədə vəsatət, habelə, şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edildiyi zaman qərardan apellyasiya şikayəti v erilməmiş, hüquqi yardımın göstərilməsi üçün heç bir tədbir görülməmişdir. Cinayət törətmədiyi halda məhkəməyə təqdim edilən sübutların saxtalaşdırılması şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə gətirib çıxarmışdır. Məhkəmənin hökmü qanuni və əsaslı deyildir. Belə ki, hökmün təsviri- əsaslandırıcı hissəsində sübut qismində yalnız prosessual qərar və protokollara, DİN-in Kriminalistk Tədqiqatlar İdarəsi tərəfindən verilmiş rəyə, yalnız ittiham tərəfinin təqdim etdiyi materiallara istinad edilmişdir. Halbuki, məhkəmə şəxsin təqsirli olduğunu sübut etmək üçün və işin hallarından yaranan zərurətə əsasən, daktiloskopik ekspertizasını təyin etməli, işdə qeyd edilən silahın üzərində təqsirləndirilən şəxsə məxsus əl-barmaq izlərinin olub-olmadığını müəyyən edərək bundan sonra hökm çıx armalı idi. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kass asiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hü ququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Mü dafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə şəxsin əsassız məhkum edilməsini iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr M əhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş və məhkəmə qərarlarında ətraflı şərh etmişlər. Bu səbəbdən məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. CM-in 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıql a atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən bir i kimi CM-in 228-ci maddəsi çıxış edir. Kassasiya şikayətində Məhkum bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə verilən ittihamış əsassız olması göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi Məhkum istər ibtidai istintaq dövründə, istərsə də birinci instansiya məhkəməsində verdiyi ifadələrində əməlini tam etiraf edərək, ittihama uyğun səmimi ifadələr vermiş, ilkin apellyasiya şikayətində də tərəfindən törədilən cinayətin sübuta yetirilib- yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız apellyasiya instansiyası məhkəməsində çıxışı zamanı apellyasiya şikayətinin tələbini dəyişib özünü Cinayət Məcəlləsinin ittiham olunduğu maddə ilə təqsirli bilmədiyini, sübutların saxtalaşdırıldığını qeyd edib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Halbuki, Məhkum həm ibtidai istintaq mərhələsində, həm də birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxs in hər iki mərhələdə verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Belə ki, "şəxsi axtarış və götürmə aparılması haqqında” 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə 26 mart 2023-cü il tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutulmuş Məhkum barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Məhkum buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində, eləcə də sağ əlində saxladığı sarı rəngli sellofan torbada olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməsi təklif edildi. Bu təklifdən sonra Məhkum sağ əlində saxladığı sellofan torbanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi olduğunu qeyd edərək baxışa təqdim etdi. Həmin sellofan torba açılarkən sellofan torbanın içərisindən 0l ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet aşkar edildi. Daha sonra Məhkum əynində olan cins şalvarın sağ yan cibindən 102 manat pulu və “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 23/246R nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş ümumi uzunluğu 423 mm, lüləsinin uzunluğu 282 mm olan və taxta qundağı olmayan 1 ədəd E-87327 №-li silah, keçmiş “SSRİ” dövlətində İjevsk silah zavodunda 1962-ci ildə istehsal olunmuş 28 mm kalibrli İJK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfəngini lüləsi sonradan kustar üsul ilə kəsilmişdir, qundağı yoxdur, hal-hazırda öz təyinatını itirmiş 28 mm kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Kassasiya şikayətini n apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən, Məhkum məhkəməyədək icraat dövründə hər hansı fiziki və ya psixi zorakılığa məruz qalması barədə dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və qeyd edilmişdir ki, Məhkum və ya onun müdafiəçisi bu barədə məsələ qaldırmamış, bununla bağlı səlahiyyətli orqana və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı dövründə vermiş olduğu ifadələrində heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Müdafiə tərəfinin məhkəməyədək icraat dövründə Məhkum hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmasına dair məsələ qaldırmadığını, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, göstərilən xüsusata təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınması üçün formal olaraq istinad olunmuşdur. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətl əndirilmiş –şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmas ı barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar