Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-54/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, katib İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum x1 və müdafiəçi-vəkil X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə x1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü mad dələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim: Anar Tanrıverdiyev) x1 - xx xxxxxx 1987-ci ildə Qazax rayonunun, Köçvəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Qazax rayonunun, Kövçəlli kəndində qeydiyyatda olan və yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-18/201 4 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə x1 təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının qalan ödənilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və cərimə cəzasının qalan ödənilməmiş hissəsi 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olub bir qrup şəxslə, təkrarən, yaşayı ş sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olub bir qrup şəxslə, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 15 radələrində Tovuz rayonu Dönük Qırıqlı kənd sakini Zərərçəkmiş şəxs7 mülkiyyətində olan 1 (bir) baş, bir yaşında, yerli cins, boz rəngdə, başının və qarın nahiyyəsinin alt hissəsində ağ zolaq olan 1000 (bir min) manat dəyərində iribuynuzlu heyvanını – dişi dananı zərərçəkmiş şəxsin yaşadığı kəndin yaxınlığında yerləşən əkin sahəsindən gizli yolla talamaqla, Zərərçəkmiş şəxs7 1000 (bir min) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxxx xx 2018-ci il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinin qapısını, qabaqcadan gizlədilməsini bildiyi daş parçasının altından götürdüyü açarla açmaq yolu ilə evə qanusuz olaraq daxil olmuş, oradan 6 (altı) ədəd hər birinin dəyəri 500 (beş yüz) manat olan «LG» markalı 107 sm dioqanallı televizorları, 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində «LG» markalı 82 sm dioqanallı televizoru, 6 (altı) ədəd hər birinin qiyməti 200 (iki yüz) manat olan «Playstation 3» markalı oyun kompyuterlərini, 1(bir) dəst 200 (iki yüz) manat dəyərində olan «LG» markalı stolüs tü kompyuteri, 55 (əlli beş) manat dəyərində olan 1 (bir) ədəd gödəkcəni, 70 (yetmiş) manat dəyərində olar 1 (bir) ədəd dəri gödəkcəni və 45 (qırx beş) manat dəyərində 1 (bir) cüt ayaqqabını, üç ədəd hər birinin dəyəri 10 (on) manat olan yataq örtüyünə bükməklə gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs4 4800 (dörd min səkkiz yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə o, xx xxxxxx 2018-ci il tarixdə saat 09 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, özü gələn olduğu təqdirdə xəbər etmək məqsədilə evin çölündə gözləmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünva nda yerləşən evin hasarından atlanaraq evin həyətinə keçmiş, Təqsirləndirilən şəxs2 darvazanı açıb Təqsirləndirilən şəxs1 həyətə buraxmış, evin birinci mərtəbəsinin pəncərəsinin sınıq şüşəsini yerindən çıxarıb evə Təqsirləndirilən şəxs1la birlikdə pəncərədən qanunsuz olaraq daxil olmuş, həmin evin 2-ci mərtəbəsində yerləşən qonaq otağındakı jurnal masasının üzərindən Təqsirləndirilən şəxs2 60 (altmış) manat dəyərində olan “SonyExperiaZ” markalı 1 (bir) ədəd mobil telefonu və Təqsirləndirilən şəxs1 isə yataq otağındakı masanın üzərindən 130 (yüz otuz) manat dəyərində, 1 (bir) ədəd qızılı rəngli, **********36218, **********36216 İMEİ kodlu “Samsung Galaxy A3” markalı mobil telefonu gizli olaraq talayıb götürdüyündən, ümumilikdə Zərərçəkmiş şəxs3 190 (yüz doxsan) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bunlardan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, özü gələn olduğu təqdirdə xəbər etmək məqsədilə evin çölündə gözləmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 birlikdə vət. Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi İİİ yaşayış massivi 719K saylı evin pəncərəsini əyib açmaqla, evə pəncərədən qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs2 mənzildən 1500 (bir min beş yüz) manat dəyərində 1 (bir) ədəd tək qaş, brilyant qaşlı qadın qızıl üzüyü, 500 (beş yüz) manat dəyərində 1 (bir) ədəd xırda brilyant qaşları olan qadın qızıl üzüyü, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd «GUESS» ma rkalı qadın qol saatı və ümumi dəyərini 300 (üç yüz) manat olan müxtəlif bijuteriayaları, o cümlədən cəmi 140 (yüz qırx) manat dəyərində HP-530 markalı noutbuku çantası ilə birlikdə evdən götürmüş, bu zaman yaxınlıqdakı binada təmir işləri görən fəhlələr onların hərəkətlərini aşkar edib evin qapısını döyərkən özlərini itirmiş, Təqsirləndirilən şəxs2 çanta və noutbuku evin yaxınlığına atsa da, hərəkətlərini davam etdirərək götürdüyü, sadalanan qızıl zinət əşyaları, saat və bijuteriayaları özü ilə apararaq pəncərədən çıxıb qaçmış, Təqsirləndirilən şəxs1 isə qaçarkən yüksəklikdən yıxılıb sağ ayağını sındırmaqla fəhlələr tərəfindən yaxalanmış, beləliklə, açıq yolla özgə əmlakını talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2740 (iki min yeddi yüz qırx) manat məbləğində ziyan vurm aqla soyğunçuluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum x1 onunla əsaslandırmışdır ki, məhkəmələr onun ibtida i istintaq zamanı təqsirini könüllü olaraq boynuna almağını, cinayətin açılmasında fəal köməklik etməsini, cinayəti ağır həyat şəraiti nəticəsində törətməsini və törətdiyi əməldən peşiman olmasını və digər yüngülləşdirici halları nəzərə almadan ona ağır cəza təyin etmişdir. Ona görə də, kassasiya şikayətinin təmin olunmasını və daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. x1 kassasiya şikayətində istintaq zamanı təqsirini könüllü olaraq boynuna almağını, cinayətin açılmasında fəal köməklik etməsini, cinayəti ağır həyat şəraiti nəticəsində törətməsini və törətdiyi əməldən peşiman olmasını və digər yüngülləşdirici halları nəzərə olaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı toplanmış və birinci və apelyasiya instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla x1 ona ittiham olunmuş cinayət ə məllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməllərini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif etmişdir. Məhkum x1 qabaqcadan əlbir olub bir qrup şəxslə, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətlərini törətməsi məhkumların şəxsi etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Həmçinin x1 ibtidai araşdırma zamanı özünü tam təqsirli bilərək, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək törətdikləri cinayətlərin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Birinci instansiya və apelyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsaslanmaqla onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, x1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, o cümlədən əməllərində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını nəzərə almaqla x1 təqsirli bilindiyi maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Cinayət işinin materiallarından cəzanın daha da yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu müəyyə n edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər t utaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: x1 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-54/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-54/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver