Məhkəmə qərarları › İş №1(102)-54/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-54/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-54/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Orucov Söhrab Kərim oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Orucov Söhrab Kərim oğlu tə rəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1974-cü il tarixdə Xocəvənd rayonunun Əmirallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, Ağcabədi Rayon Mərkəzi X16 Şəxsin direktoru vəzifəsində işləmiş, Xocavənd rayonu Əmirallar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 13 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 311.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 oktyabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təq ibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Tahirov X15 rayon İcra Hakimiyyəti Başçısının 18 fevral 2019-cu il tarixli, 20 nömrəli əmri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə həmin tarixdən 26 fevral 2020-ci il tarixədək həmin vəzifədə, 27 fevral 2020-ci il tarixdən isə onunla bağlanmış əmək müqaviləsinə əsasən 30 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Ağcabədi Rayon Mərkəzi X16 Şəxsin direktoru vəzifələrində işləyərkən, habelə həmin xəstəxana üzrə 18 fevral 2019-cu il tarixli, 32 nömrəli əmr lə özü və xəstəxananın həkimləri-uşaq poliklinikasının müdiri, pediatr Şahid1, poliklinika şöbəsinin nevropatoloqu Şahid20 və poliklinika şöbəsinin travmatoloq-cərrahı X5 ibarət tərkibdə yaradılmış həkim məsləhət komissiyasının sədri funksiyasını yerinə yetirməklə, “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”də və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda nəzərdə tutulmuş əsaslar üzrə 18 yaşınadək uşaqların sağlamlıq i mkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan Ağcabədi rayon Mərkəzi xəstəxanasında fəaliyyət göstərən həkim məsləhət komissiyasında sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi üçün xəstəxananın uşaq poliklinikasının müdiri işləyən, cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “Generalizə olunmuş idiopatik epilepsiya və epilepik sindromlar” xəstəliyindən əziyyət çəkən Ağcabədi rayonun Mehrablı kənd sakini X25 üçün sağlamlıq imkanlarının məhdudlu ğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini xnın qohumu Şahid5 rüşvət qismində istəyərək alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhd udluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Poliklinika şöbəsinin cinayətdən xəbərsiz nevropatoloqu Şahid20 vasitəsi ilə 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “ürəyin dəqiqləşdirilmiş anadangəlmə anomaliyaları” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Arasbar kənd sakini X19 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxi l edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini x2un atası Şahid21 özü üçün birbaşa yolla təkrarən rüşvət qismində istəyərək alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “Qeyri-satbil stenokardiya, şiddətlənən stenokardiya” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Qaraxanlı kənd sakini X2 əlillik dərəcə sinin müəyyən edilməsindən ötrü əziyyət çəkdiyi xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında şəxsən maddi nemət olan 1.000 manat (bir min) manat məbləğində pul vəsaitini X1 özü üçün birbaşa yolla rüşvət qismində istəyərək, həmin tarixdə qeyd edilən inzibati binada xəstəxanada qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid23 vasitəsi ilə x3dan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul və saitini rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “kürək sümüyünün sınığı” diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında stasionar qaydada müalicə almış, Ağcabədi rayonun Avşar kənd sakini Şahid12 Namiq oğluna əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında Namiq Mehdiyevin atası Şahid12 şəxsən maddi nemət olan 1.500 manat (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla rüşvət qismində istəyərək, həmin tarixdə qeyd edilən inzibati binada xəstəxanada qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid23 vasitəsi ilə Şahid12 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-s ərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin yanvar ayında özünə müraciət etmiş, əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonun Avşar kənd sakini Mamedova Xədicə Elşad qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin yanvar ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x4nın babası Şahid8 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun alınmasında köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-c i ilin yanvar ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonun Avşar kənd sakini Yusifova Nərmin Namiq qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya məhdudluğa əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin yanvar ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x5nın qohumu Şahid8 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbəri olduğu Ağcabədi rayon Mərkəzi X16 şəxsdə işə qəbul olunmaq üçün özünə 2020-ci ilin yanvar ayının ortalarında müraciət etmiş Şahid15 yaxın gələcəkdə xəstəxanada əlavə yaradılacaq kadrlar üzrə mütəxəssis ştatına onu işə qəbul etməyə görə 21 yanvar 2020-ci il tarixdə Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini Şahid15 təkrarən rüşvət qismində istəyərək bir neçə gündən sonra həmin inzibati binada qeyd edilən pul vəsaitini sonuncudan özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin fevral ayında özünə müraciət edən, “Stenokardiyanın digər formaları” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakini X20 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müv afiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin fevral ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini x6un qohumu Şahid18 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icr ası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin aprel ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonunun Avşar kənd sakinləri X21, X6 və Cəfərli Zəhra Röyal qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncularda guya məhdudluğun təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək qeyd edi lən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin yaz aylarında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən həmin şəxslərin hər birinə görə ayrı-ayrılıqda müvafiq olaraq maddi nemət olan 1.300 manat, 1.500 manat və 2.000 manat olmaqla, cəmi 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini qeyd edilən şəxslərin yaxın qohumu olan Şahid27 təkrarən rüşvət qismində vahid niyyətlə istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası il ə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin may ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonun Salmanbəyli kənd sakini Qəhrəmanlı Uğur Hikmət oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya məhdudluğa əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin may ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x7nın atası Şahid6 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan gö ndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin may ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonunun Salmanbəyli kənd sakini Qəhrəmanlı Nilufər Elvin qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya məhdudluğun təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin may ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x8nın atası Şahid7 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin iyul ayında özünə müraciət edən, “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindomlar, generalizə olunmuş epilepsiya” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Hüsülü kənd sakini X22 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək həmin Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin iyul ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x8in atası Şahid2 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci il in iyul ayında özünə müraciət edən, “Qeyriallergik astma” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Rəncbərlər kənd sakini X13 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin iyul ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x8nın nənəsi Şahid3 təkrarən rüşvət qismində istəyərək almaqla həmin pul vəsaitini şəxsi ehtiyaclar ına sərf edib, verdiyi vədini yerinə yetirmək məqsədilə x8 barəsində 12 iyul 2020-ci il tarixdə Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X13nın sağlamlıq imkanlarının məhdudluğu ala bilməsi üçün əsas diaqnoz qismində “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma agır gedişli, tez-tez residiv verdən atopik forma”, ağırlaşma diaqnozu qismində “xroniki respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, xroniki tənəffüs çatışmazlığı İİ dərəcə”, yanakı xəstəliklər qismində “emfizema, ağ ciyyərlərin emfizeması” kimi diaqnozları 12 iyul 2020-ci il tarixli, 0220003AASGY nömrəli elektron göndərişə daxil edib elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik gö stərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindomlar, generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmalar” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Hüsülü kənd sakini X4 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x9nın atası Şahid4 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “ Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma tez-tez residiv verən atopik fora, hormondanasılı gedişli ağırlaşma, xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlıq” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Qaradolaq kənd sakini X9 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x10nin babası Şahid9 təkrarən rüşvət qismind ə istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmalar” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakinləri X23 və Rəsulova Aysu İsmayıl qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən hər birinə görə maddi nemət olan 400 manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini x11 və x12nın ataları Şahid19 təkrarən rüşvət qismində vahid niyyətlə istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahi yyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “Kvadroplegik spastik serebral iflic” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakini Allahverdili Gülay Növran qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qe yd olunduğu onun barəsində olan göndərişin qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini Gülay Allahverdilinin nənəsi Şahid16 təkrarən rüşvət qismində istəyərək almaqla şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədini yerinə yetirmək məqsədilə Gülay Allahverdili barəsində 19 avqust 2020-ci il tarixdə Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq x 14nın sağlamlıq imkanlarının məhdudluğu ala bilməsi üçün əsas diaqnoz qismində “Aorta və ağciyər arteriyası arasındakı arakəsmənin defekti, anadangəlmə ürək qüsuru, aortanın koarktasiyası”, ağırlaşma diaqnozu qismində “durğunluq ürək çatışmazlığı, xroniki ürək çatışmaslığı İİ dərəcə”, yanakı xəstəliklər qismində “nevrasterniya, asteno nevrotik vəziyyət” kimi diaqnozları 19 avqust 2020-ci il tarixli, 0220003AASRY nömrəli elektron göndərişə daxil edib elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilat i-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin sentyabr ayında özünə müraciət edən, “Oynaqların kontrakturası” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakini Şahid17 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəs ində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid17 rüşvət qismində təkrarən istəyərək almaqla şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədini yerinə yetirmək məqsədilə Şahid17 barəsində 12 noyabr 2020-ci il tarixdə Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Şahid17 əlillik dərəcəsi ala bilməsi üçün əsas diaqnoz qismində “Mil sümüyünün yuxarıucunun sınığı, sağ mil sümüyünün dista ucunun qeyri düzgün bitişən sınığı, dirsək sümüyünün distal ucun çıxığı, sağ mil-bilək oynağının hərəkət məhdudluğu, kontrakturası, ağrı sindromu” kimi diaqnozları 12 noyabr 2020-ci il tarixli, 0220003AAS3J nömrəli elektron göndərişə daxil edib elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun alınmasında köməklik göstərilməsi üçün 2020-ci ilin sentyabr ayında özünə müraciət edən, “Bilək əlin üçüncü dərəcəli termiki yanğını, sağ yuxarı ətrafın, gövdənin ön səthini n, hər iki aşağı ətrafın 40% İİİa-İİİb dərəcəli yanğını və autodermoplastikadan sonrakı çoxsaylı kolloid hipertrofik çapıqları, sağ aşağı ətrafda hərəkət məhdudluğu, yeriş pozğunluğu” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Avşar kənd sakini Şükürzadə Hafiz Elgün oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini Hafiz Şükürzadənin babası Şahid25 təkrarən rüşvət qismində istəyərək, həmin tarixdə qeyd edilən inzibati binada xəstəxanada qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid23 vasitəsi ilə Şahid25 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2020-ci ilin sentyabr ayında özünə müraciət edən, “İnsulindən asılı şəkərli diabet” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Şahid26 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Şahid26 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati -sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun alınmasında köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin noyabr ayında özünə müraciət edən, “ürəyin dəqiqləşdirilmiş anadangəlmə anomaliyaları” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Qaravəlli kənd sakini X14 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqra mına daxil edilməsinə görə 2020-ci ilin noyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini x14nın babası Şahid10 Natiq oğlundan təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın poliklinika şöbəsinin cinayətdən xəbərsiz nevropatoloqu Şahid20 vasitəsi ilə 2020-ci ilin noyabr ayında özünə müraciət edən, “mitral stenoz” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonu nun Avşar kənd sakini Şahid22 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin noyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid22 təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbəri olduğu Ağcabədi rayon Mərkəzi X16 şəxsdə xadimə işləyən Şahid14 ilə növbəti 1 il müddətinə yeni əmək müqaviləsinin bağlanmasına görə 30 noyabr 2020-ci il tarixdə Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini Şahid14 təkrarən rüşvət qismində istəmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-34/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (b ir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-34/ 2022 nömrəli, 23 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Orucov Söhrab Kərim oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Məhkum və müdafiəçisi Orucov Söhrab Kərim oğlu tərəfindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilir.

10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılma sı üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum və müdafiəçisi Orucov Söhrab Kərim oğlu kassasiya şikay ətlərində məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edib, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.

16. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunverici liyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasit ələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Res publikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

21. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci ümumi məzmununa görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dər əcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

22. Cəza siyasətinin tənzimlənməsinə yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında isə qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal k imi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarı, № 4, § 8, 25 iyun 2003-cü il).

23. Qeyd edilən maddi hüquq normalarının tələbləri və onlara aid Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəməsi Plenumlarının qərarlarının şərhlərini rəhbər tutmaqla cinayət işi materialları üzrə müəyyən edilən işin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən halları, cəzasının yüngülləşdirməsinə təsir edə bil əcək halları, habelə təyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişlər.

24. Belə ki, birinci instansiyası məhkəməsi Məhkum azyaşlı uşağının onun himayəsində olmasını, özünün məcburi köçkün olmasını, Birinci Qarabağ müharibəsi veteranı olmaqla hərbi hissə komandirləri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmasını, İkinci Qarabağ müharibəsində həkim kimi iştirak etməsini, əlil və yaşlı valideynlərinin, eləcə də hər ikisi əlil olan uşağı və arvadının himayəsində olmasını cəzasını yüngülləşdirən hallar qismində, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, o na təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran yeni halların müəyyən edilmədiyini əsas götürərək təyin edilmiş cəzanı ədalətli hesab etmişdir.

25. Lakin məhkəmə kollegiyasının fikrincə cinayət işinin materiallarında olan məlumatlar, yəni məhkumun şəxsiyyətini səciyyələndirən və ailəsinin vəziyyətinə təsir edən hallar, eləcə də törətdiyi cinayətin ictimai təhlükəliliyinin azaldılması ilə bağlı etdiyi hərəkətlərə aid sənədlər onun cəzasını yüngülləşdirən müstəsna hallar kimi götürülməklə, barəsində törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsinə əsas verən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tət biq edilməsinə əsas yaradır.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi əməlini səmimi etiraf edərək əməlindən peşman olması, bundan əlavə müharibə veteranı olmaqla müvafiq qanunvericilik üzrə bir sıra güzəştlərin şamil edildiyi şəxslərin dairəsinə aid olması, hərbi əməliyyatlarda iştirak edərkən hərbi hissə komandirləri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunması, Azərbaycan Respublikasının ərazi bölüvlüyünün təmin olunmasında və ölkə ərazisinin düşmən təcavüzündən qorunub azad edilməsində 1-ci Qarabağ müharibəsi dövründə hərbçi, 2-ci Qarabağ müharibəsi zamanı isə hərbçilərin xilas etməsində həkim kimi iştirak etməklə Vətən uğrunda fədakarlıq göstərməsi onun şəxsiyyətinin müsbət səciyyələndirilməsi üçün yetərlid ir.

27. Digər tərəfdən, cəzanın məhkumun ailəsinin həyat şəraitinə göstərən təsiri də cəza təyin etmədə nəzərə alınan vacib amillərdən biridir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyi müəyyən edilmiş azyaşlı uşağının, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvadının, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş atasının və təqaüdçü anasının, tələbə və hərbi xidmətdə olan daha iki övladının Məhkum himayəsində olmasına məhkəmələr tərəfindən lazımi diqqət yetirilməmişdir.

28. Bundan başqa, məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarının qəbul edilməsindən sonra ötən dövrdə Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyinin azaldıl ması istiqamətində də addımlar atmış, ibtidai istintaq dövründə Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilib şahid qismində tanınmış, lakin onun əməlləri ilə maddi maraqlarına toxunan şəxslərə dəyən zərərin nəticələrini tam olaraq aradan qaldırmışdır.

29. Belə ki, təqdim olunmuş bank hesablarının rekvizitlərindən və ödəniş qəbzlərindən görünür ki, Məhkum tərəfindən Şahid21 2000 manat, Şahid4 1000 manat, Şahid25 300 manat, Şahid19 800 manat, Şahid2 1000 manat, X24 1500 manat, Şahid6 1000 manat, Şahid7 1000 manat, Şahid5 1000 manat, Şahid16 500 manat, Şahid3 1000 manat, Şahid24 1000 manat, Şahid15 2300 manat, Şahid26 1500 manat, X10 2000 manat, Şahid27 4800 manat, Şahid10 1000 manat, Şahid17 2000 manat, Şahid18 2000 manat, Şahid 9 1000 manat məbləğində pul vəsaitləri ödənilmiş, adları sadalanan şəxslər hər biri ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Məhkum barəsində heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər.

30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təsvir edilən halların həm ayrı-ayrı, həm də məcmu halda təhlili Məhkum cəza təyin edilərkən onların müstəsna hal kimi nəzərə alınmasına əsas verir, bu halların müstəsna olaraq əsas götürülməsi həmçinin cəzanın fərdiləşdirilməsi ilə uzlaşan nəticədir.

31. Məhkəmə kollegiyasının gəldiyi yekun qənaətinə görə, cəzanın məqsədinin təmin edilməsi üçün Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi cinayət qanunu normasının sanksiyasında müəyyən edilən aşağı həddən də az cəza təyin edilməlidir. Bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

32. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Orucov Söhrab Kərim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022ci il tarixli qərarı əsas cəza təyini hissəsində dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Orucov Söhrab Kərim o ğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı əsas cəza təyini hissəsində dəyişdirilsin. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-34/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası na endirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar