Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-54/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla həbs olunanadək Balakən rayonunun Qullar kəndində yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üz rə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(107)-270/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(091)-28/2024 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), X.M.Məmmədov və B.M.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum 04 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "Kapital Bank” ASC-nin Balakən rayon filialının yaxınlığındakı "Köhnə klub” adlanan binanın yanında olarkən yerdən bir ədəd gümüşü-ağ rəngli kağız büküm tap araq qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,135 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynində olan qara rəngli gödəkçənin sağ cibinə qoymaqla qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə daşıyaraq üzərində saxlamış, 06 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bodurov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin tarixdə saat 11:45-dən 12:25-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd gümüşü-ağ rən gli kağız bükümün içərisində 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,135 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ cibindən aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini (məzmununda) onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məh kəmə aktları işin faktiki hallarına uyğun olmamış, ona təyin olunmuş cəza isə ağırlığına görə qanunsuz, əsassız və ədalətsiz olmuşdur. Müraciət müəllifi hesab edir ki, məhkəmələr tərəfindən onun xeyrinə olan faktların heç birinə əhəmiyyət verilməmiş, bununla da prosessual pozuntulara yol verilmişdir. Eyni ilə ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri məhkəmələr tərəfindən pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona daha yüngül həddə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsin in kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində təqsirsiz olduğu halda, məhkəmələrin sübutları düzgün qiymətləndirilməyərək barəsində ittiham hökmünün çıxarıldığını və ağır cəzaya məhkum olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə (yəni onun satış məqsədi olmadan 5,135 qram heroini əldə edib, daşıyaraq saxlaması barədə) mə hz Məhkum özünün ibtidai istintaqda verdiyi ilkin ifadəsi (02 aprel 2023-cü il tarixdə) əsas olmuşdur. Belə ki, müstəsna olaraq Məhkum ibtidai istintaq zamanı 02 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını, lakin satmaq məqsədinin olmadığını bildirmişdir. İş üzrə dindirilmiş digər şəxslər (şahidlər) isə yəni əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları - narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin nə cür baş verməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin, baxış və götürmənin gedişində baş verənlər barədə məlumatlar verən şəxslərdir, ekspert rəyləri isə Məhkum məhkəmə-narkoloji müayinələrinin, eləcə də nark otik vasitələrin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirir. İbtidai istintaqın sonrakı mərhələsində, o cümlədən 14 iyun 2023-cü il tarixdə Məhkum verdiyi ifadəsində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroin olmadığını demiş və bu səbəbdən də ifadə verməkdən imtina etmiş, birinci instansiya məhkəməsində isə Məhkum ibtidai istintaq zamanı təzyiq (polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirib ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün) altında izahat və ifadələr verdiyini bildirmiş, ifadəsində 06 aprel 2023-cü il tarixdə saat 08 və ya 09 radələrində Balakən rayonunun Qullar kəndində yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşlarının oraya gələrək polis rəisini n onu çağırdığını və polis şöbəsinə getməyi təklif etdiklərini, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini, həmin vaxt üzərində narkotik vasitə heroin olmadığını, orada üzərində narkotik vasitə aşkar olunduğunu boynuna götürməyə məcbur edildiyini göstərmişdir. Göründüyü kimi Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsindən imtina etməklə yanaşı, narkotik vasitənin götürülməsi haqqında 06 aprel 2023-cü il tarixli (saat 11:45-dən 12:25-dək həyata keçirilmiş) şəxsi və götürmə protokolunun, əməliyyataxtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum cinayətin necə baş verməsi barədə m əlumat yükü daşıyan yeganə sübutdan (etirafedici ifadəsindən) imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı idilər ki, Məhkum barəsində hansı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cümlədən narkotik vasitənin götürülməsi zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu? Birinci instansiya məhkəməsi Məhkum 06 aprel 2023-cü ildə saat 08 və ya 09 radələrində Balakən rayonunun Qullar kəndində yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşlarının oraya gələrək polis rəisinin onu çağırması səbəbindən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməsinə, aparılan zaman üzərində narkotik vasitə heroin olmadığına dair dəlilinin yoxlanılması məqsədi ilə X6, X8, X3 əlavə şahid qismində dindirmiş, həmçinin qeyd olunan şəxslər arasında olan telefon və "WhatsApp” danışıqları və yazışmaları barədə məlumatları əldə etmişdir. Sadalanmış sübutlar Məhkum məhkəmədə vermiş olduğu ifadələri təsdiq etməsinə baxmayaraq, məhkəmə qeyd olunan zənglərin edilməsi ilə Məhkum tutulması vaxtları arasında hər hansı səbəbli əlaqənin olmaması, "WhatsApp” tətbiqi vasitəsilə edilmiş zəngə və yazışmaya oxşar sənədlərin sübut kimi mənsubiyyət, mümkünlük və mötəbərlik şərtlərinə cavab verməməsi, Emin Bodurov oğlu, Gülnarə Bodurova arvadı, Mahir Ağcayev isə həmyerlisi olduğu üçün Məhkum cina yət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermələri barədə qənaətə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ittihamın əsasına qoyulmuş sübutlar kifayət qədər yoxlanılmamış, məhkəmə faktiki olaraq Məhkum təqsirsizliyi ilə bağlı müdafiə tərəfinin dəlillərini (sübutlar mümkünsüzlüyü barədə iddialarını) kifayət qədər araşdırmadan (sübutların rədd edilməsinin motivləri ilə bağlı ağlabatan arqumentlər gətirmədən) onların özünümüdafiə xarakterli olduğunu qeyd edib rədd etmişdir. Digər tərəfdən ibtidai istintaq orqanı tərəfindən israr edilən ittihamda, həmçinin birinci instansiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı və apellyasiya məhkəməsinin razılaşdığı cinayət əməlinin təsvirində Məhkum törətdiyi cinayətin yeri əks olunmamışdır. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Məcəllənin 353.2.1-ci maddəsinə əsasən məhkəmə hökmünün məzmununda cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəm ə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməsi tələb olunur. Yuxarıda istinad olunan prosessual normalardan görünür ki, şəxsə qarşı irəli sürülmüş narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayətini törətməsi barədə ittiham və bu ittiham üzrə məhkəmə qənaəti konkret olmalı, cinayətin hansı üsulla törədilməsi, məkan və zaman barədə məlumatlar da daxil olmaqla müvafiq üsulu təşkil edən hərəkətlər və bu faktiki halların sübuta yetirilmiş hesab edilməsi barədə nəticə qəbul edilən prosessual sənədlərdə uzlaşan sübutlarla əks etdirilməlidir. Lakin nə ibtidai istintaq orqanı tərəfindən Məhkum elan edilmiş ittihamda (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə), nədəki birinci və apellyasiya məhkəmələrinin yekun məhkəmə aktlarında (Cinayət Məcəlləsin in 234.1-1-ci maddəsinə münasibətdə) sadalanmış zəruri əlamətlərdən “cinayətin törədildiyi yer” əksini tapmamış və qeyd olunan prosessual sənədlərdə ittihama aid olan “faktiki hallar” ümumi fikir şəklində "06 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bodurov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulmuş...... ” göstərilmişdir. Məhkəmə kollegiyası Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın, birinci və apellyasiya məhkəmələrinin yekun məhkəmə aktlarının (CM-in 234.1-1) məzmununu CPM-in 7.0.20, 223.3.2 və 353.2.1-ci maddələrinin tələbləri ilə müqayisə etdikdə müəyyən olunur ki, əslində irəli sürülmüş və məhkəmələrin qismən razılaşdığı ittiham cinayət təqibi orqanının və məhkəmə nin müəyyən edə bilmədiyi, lakin həmin normalara və CPM-in 139.0-cı maddəsinə görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından ibarət olmuşdur. Göründüyü kimi irəli sürülmüş ittihamda, həmçinin birinci instansiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı və apellyasiya məhkəməsinin razılaşdığı cinayət əməlinin təsvirində Məhkum törədilməsində israr edilən cinayətinin törədildiyi yer ümumiyyətlə müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldı qda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsində Məhkum ona bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, Məhkum dəlilləri lazımınca yoxlanılmamış, birinci instansiya məhkəməsinin sübutların tədqiqi məsələsində yol verdiyi pozuntu (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci madd əsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-pr osessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (birinci və apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 may 2024-cü il tarixli, 1(107)-270/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 may 2024-cü il tarixli, 1(107)-270/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-54/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-54/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver