Məhkəmə qərarları › İş №1(102)-540/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-540/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-540/2019 01.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 540/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "01" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mahmudova Təranə Nəriman qızı), xx xxxxx 1988-ci il tarixdə Rusiya Federasiyası, Kazan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Sumqayıt şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tə qsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02.08.2016-cı il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı Poliklinikanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Kamaz” markalı, AZ**-CS-*** dövlət nömrə nişanlı avtomobilin gövdəsinə bərkidilmiş dəyəri 150 manat olan 2 ədəd 190 amperlik akkumulyatoru gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək m əqsədi ilə 07.08.2016-cı il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 8 saylı yataqxananın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “MTZ” markalı 64-T-024 dövlət nömrə nişanlı traktorun gövdəsinə bərkidilmiş dəyəri 150 manat olan 1 ədəd 190 amperlik akkumulyatoru gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07.08.2016-cı il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 31A/22 saylı evin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “Kamaz” markalı AZ**-BH-*** dövlət nişanlı avtomobilin gövdəsinə bərkidilmiş dəyəri 50 manat olan 2 ədəd 190 amperlik akkumulyatoru gizli t alayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14.08.2016-cı il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Test” zavodu ərazisində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs5 məxsus “Kamaz” markalı AZ01-BC141 dövlət nömrə nişanlı avtomobilin gövdəsinə bərkidilmiş dəyəri 154 manat olan 2 ədəd 200 amperlik akkumulyatoru gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 308 (üç yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30.10.2016-cı il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində dayanmış vəziyyətdə olan Zərərçə kmiş şəxs3 məxsus “Kamaz” markalı AZ39-BB240 dövlət nömrə nişanlı avtomobilin gövdəsinə bərkidilmiş dəyəri 170 manat olan 2 ədəd 190 amperlik akkumulyatoru gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07.11.2016-cı il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “Su idarəsinin” inzibati binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs6 məxsus “Man” markalı AZ**CK-*** dövlət nömrə nişanlı avtomobilin gövdəsinə bərkidilmiş dəyəri 150 manat olan 2 ədəd 190 amperlik akkumlyatoru gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27.12.2016-cı il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 Dilbar oğluna 146 saylı yaşayış evinə birinci mərtəbənin pəncərəsinin sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq həmin otaqdan dəyəri 200 manat olan 2 ədəd qaynaq aparatını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs9 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16.01.2017-ci il tarixdə, saat 06 radələrində Sumqayıt şəhəri, ünvan 1 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs8 məxsus “Kamaz” markalı AZ**-BC-*** dövlət nömrə nişanlı avtomobilin gövdəsinə bərkidilmiş dəyəri 150 manat 2 olan 2 ədəd 190 amperlik akkumulyatoru g izli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs8 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26.01.2017-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinə qonaq otağının plastik pəncərəsini vintaçan ilə sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq həmin otaqdan 1 ədəd dəyəri 550 manat olan 102 diaqonal ölçüdə olan “Samsung” markalı televizor, 1 ədəd dəyəri 80 manat olan nərdtaxtanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik ed ən hakimlər Cəfərov Vidadi Cəfər oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 17 may 2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cəzası 03 ildən 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, apellyasiya şikayəti qismın təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ona cəza təyin edərkən iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, maddi ziyanın tam ödənilməsini, heç bir şikayətin və tələbin olmamasını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018 -ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiy a şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə, məhkumun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməklə, cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasına dair çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətlənd irərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hökm dəyişdirilməməlidir. Cinayət işinin materiallarını araşdıran məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cinayət əməlinin, Məhkum tərəfindən törədilməsi cinayət işinin digər materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilir. Təyin edilmiş cəzanın ağırlığı ilə əlaqədar apelasiya şikayətinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əvvəllər məhkum olunmuş və onun əməlində cinayətərin residivi mövcuddur. AR CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Apelasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəmsi tərəfindən Məhkum Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 3 Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sansiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin 65.2-ci maddəsinin tələblərinə əsasən, Əhmədov Vuqara təyin edilən cəza iki il alti ay müddətə azadlıqdan məhrum etmədən aşağı ola bilməz. Bununla yanaşı kollegiya qeyd edir ki, Məhkum vurduğu ziyanın əksər hissəsini ödəmişdir. Lakin birinci instansiya məhkəməs i bu halı kifayət qədər nəzərə almamışdır. Faktiki olaraq, təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhküləli nəticəsini əhəmiyyətli hissəsini aradan qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə qanunun tələblərinə uyğun cəza təyin etsə də, mahiyyətcə cəza sərt olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hökmü dəyişdirilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla qismən razılaşdığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələ blərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar