Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-540/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, zərərçəkmiş şəxslər X5, X6, X3, X7 və X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) 05 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1976-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin təsisçisi, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi ev 1-D, mənzil 63-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-nin 178.3.2-ci maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 306.2-ci maddəsi ilə 02 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Conayət Məcəlləs inin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla, cəzasının əvvəli 28 iyun 2016-cı il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 03 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, ona həmin maddə ilə cəza təyin edilməmişdir. Həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3. 2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2019-cu il tarixli qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına artırılmış, CM-nin 306.2 və 308.2-ci maddəsi ilə təyin olunmuş əsas və əlavə cəzaların müddəti dəyişdirilməmiş, CM-nin 66.3 və 66.4-c ü maddələrinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanmaqla, cəzasının əvvəli 28 iyun 2016-cı il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 03 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, ona həmin maddə ilə cəza təyin edilməməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 15 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkumun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum tərəfindən verilmiş ərizə məhkəməyə daxil olmuşdur. Məhkum ərizədə tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarından məhkumun müdafiəçi si Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-540/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-540/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver