Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-541/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X15, məhkum X6, Məhkum və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçək miş şəxs4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə və Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1974-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olmuş, ünvan 38, mənzil 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 89, mənzil 45-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 6(altı) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə 10 (on) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi illə 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 11(on bir) il azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 oktyabr 2018-ci il tarixdən hesabl anması hökm edilmiş, Məhkum ittihamından Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi üzrə və Zərərçəkmiş şəxs4 külli miqdarda əmlak hüquqlarını əldə etməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə olan ittihamından “tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında” sözləri çıxarılmışdır. X12 (06 may 1979-cu ildə Salyan rayonunun Komsomol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə 5 (beş) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi illə 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 6 (altı) il azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, 26 dekabr 2018-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 19 (on doqquz) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 4 (dörd) il 11 (on bir ) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzasının şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçil miş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, X6 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Yasamal Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmiş, X6 ittihamından “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə ifadə olunan, yəni Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə əhatə olunan ittiham, Zərərçəkmiş şəxs4 dəl əduzluq yolu ilə külli miqdarda əmlak hüquqlarını əldə etməsi epizodu və Zərərçəkmiş şəxs4 4900 manat pulunun alınıb ələ keçirməklə dələduzluq etməsi epizodunda ittihamın məzmunundan təkrarən sözü çıxarılmışdır.
2. Hökmə əsasən Məhkum, təkrarən külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş və əmlak hüquqlarını əldə etmiş, təkrarən xeyli və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, əmlaka olan hüquqlarını və əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmiş, habelə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, o, özgənin əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etmə məqsədi ilə “Haldun” kəndli fermer təsərrüfatına qoyunçuluğun inkişafı üçün verilmiş Salyan rayonu, Qızılağac kəndində yerləşən dövlət torpaq fonduna aid qeyri-otlaq sahəsi və həmin sahə üzərində tikilmiş fermanın gələcəkdə dövlət tərəfindən aqroparkın hesabına keçiriləcəyi təqdirdə dövlətdən 110000 manat kompensasiya alacağına dair ferma və qeyri-otlaq sahəsinin icarədarı Zərərçəkmiş şəxs4 yalan vəd verib aldadaraq 29 noyabr 2017-ci il tarixdə sonuncunun ondan guya 110000 manat borc alması və həmin borcun 31 dekabr 2018-ci il tarixə kimi qaytarılacağı ilə bağlı köhnə tarixə, yəni 05 may 2009-cu il tarixli qəbz yazılmasına nail olmaqla gələcəkdə mülki icraat qaydasında tələb hüququnu əldə edərək Zərərçəkmiş şəxs4 külli miqdarda əmlak hüquqlarını əldə etməklə 16 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 110000 manat pul tələbi ilə bağlı Salyan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə həmin əlyazma qəbz etibarsız hesab edilmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etmək məqsədi “Haldun” kəndli fermer təsərrüfatına qoyunçuluğun inkişafı üçün verilmiş Salyan rayonu, Qızılağac kəndində yerləşən dövlət torpaq fonduna aid qeyri-otlaq sahəsi və həmin sahə üzərində tikilmiş fermanın gələcəkdə dövlət tərəfindən aqroparkın hesabına keçiriləcəyi təqdirdə dövlətdən 110000 manat kompensasiya alacağına və həmin məqsəd üçün yazdırdığını qeyd etdiyi 05 may 2009-cu il tarixli qəbzin notarial qaydada rəsmiləşdirilməsinə dair ferma və qeyri-otlaq sahəsinin icarədarı Zərərçəkmiş şəxs4 yalan vədlər verib aldadaraq 01 dekabr 2017-ci il tarixdə sonuncunun ondan guya 110000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün 110000 manat pulu xüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında olan AZ35MUGA**********01312AZM43 nömrəli depozit hesabına keçirərək Zərərçəkmiş şəxs4 ilə 01 dekabr 2017-ci il tarixli 3M-153 reyestr nömrəli kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla gələcəkdə mülki icraat qaydasında tələb hüququnu əldə edərək Zərərçəkmiş şəxs4 külli miqdarda əmlak hüquqlarını əldə etməklə 16 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 110000 manat pul tələbi ilə bağlı Salyan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin kredit müqaviləsi məhkəmənin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bundan başqa, o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 26 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 rəhbəri olduğu Baş X4 İdarəsinin fəaliyyətində baş vermiş qanunsuzluqlarla bağlı müvafiq dövlət orqanlarına şikayət edəcəyi və onun haqqında intim xarakterli rüsvayedici məlumatları yayacağı hədəsi ilə sonuncunun göndərdiyi xeyli miqdarda, yəni 6000 manat məbləğində pulu həmin tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən Nəsrəddin Tusi adına klinikanın yanında ələ keçirmişdir. Bundan başqa, o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 25 yanvar 2018-ci il tarixdə saat 12 radələrində Ələt-Astara yolunun Salyan rayonundan keçən 58-ci kilometrliyində yerləşən “Dənizpetrol” yanacaqdoldurma məntəqəsinin kafesində Zərərçəkmiş şəxs1 rəhbəri olduğu Baş X4 İdarəsinin fəaliyyətində baş vermiş qanunsuzluqlarla bağlı yazdığı ərizəni göstərərək, həmin ərizəni müvafiq instansiyalara göndərəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs1 həmin günün məzənnəsi ilə xeyli miqdarda, yəni 10200 manat 60 qəpik təşkil edən 6000 ABŞ dollarını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, təkrarən özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici və qanunsuz hərəkətləri barədə olan məlumatları müxtəlif internet saytlarına və qəz etlərə yerləşdirəcəyi hədəsi ilə 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 əmlak xarakteri daşıyan digər hərəkətlər, yəni guya sonuncunun ondan 110000 manat borc alması ilə bağlı notarial qaydada kredit müqaviləsi bağlamasını tələb edərək, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 20 fevral 2018-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 xahişi və gələcəkdə mülki hüquq münasibətlərindən irəli gələ biləcək hər hansı öhdəliyi öz üzərinə götürəcəyinə dair aralarında olan şifahi razılıq əsasında sürücüsü Şahid1 ondan guya 50000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün 50000 manat puluxüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında adına olan AZ35MUGA**********01312AZM43 nömrəli depozit hesabına keç irərək Şahid1 ilə 20 fevral 2018-ci il tarixli 3M-34 reyestr nömrəli kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla gələcəkdə mülki icraat qaydasında tələb hüququnu əldə etmiş, daha sonra cinayət əməllərini davam etdirərək 26 fevral 2018-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 ilə sonuncunun ondan guya 60000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün 60000 manat pulu xüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında adına olan AZ35MUGA**********01312AZM43 nömrəli depozit hesabına keçirərək Zərərçəkmiş şəxs1 ilə 26 fevral 2018-ci il tarixli 3M-39 reyestr nömrəli kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla gələcəkdə mülki icraat qaydasında tələb hüququnu əldə edərək Zərərçəkmiş şəxs1 və Şahid1 pul təl əbi ilə bağlı Salyan rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 23 noyabr 2018-ci il və 27 fevral 2019-cu il tarixli qətnamələri ilə həmin kredit müqavilələri üzrə iddiaları təmin edilməmişdir. Bundan başqa, o, təkrarən özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə 08 dekabr 2017-ci il tarixdə Salyan rayonunda yerləşən “Babək” restoranında Zərərçəkmiş şəxs3 diz çökdürərək Şahid22 üzr istəməsini və Zərərçəkmiş şəxs1 barəsində müvafiq instansiyalara müraciət etmək üçün ona notarial qaydada etibarnamə verməsini tələb etdiyi zaman mobil telefon vasitəsilə qeydə alınan rüsvayedici videogörüntüləri müxtəlif internet saytlarına yerləşdirəcəyi hədəsi ilə 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3 atası Zərərçəkmiş şəxs2 əmlak xarakteri daşıy an digər hərəkətlər, yəni sonuncunun ondan 60000 manat borc alması ilə bağlı notarial qaydada kredit müqaviləsi bağlamasını tələb edərək 26 fevral 2018-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 ondan guya 60000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün 60000 manat puluxüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında adına olan AZ35MUGA**********01312AZM43 nömrəli depozit hesabına keçirək Zərərçəkmiş şəxs2 ilə 26 fevral 2018-ci il tarixli 3M-37 reyestr nömrəli kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla gələcəkdə mülki icraat qaydasında Zərərçəkmiş şəxs2 60000 manat pul tələb hüququ əldə etmiş, lakin Salyan rayon Məhkəməsinin 15 fevral 2019-ci il tarixli qətnaməsi ilə həmin kredit müqaviləsi etibarsız hesab edilmişdir. Bundan başqa, o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 2018-ci ilin mart ayının əvvəllərində Ələt-Astara yolunun Salyan rayonundan keçən 58-ci kilometrliyində yerləşən “Dənizpetrol” yanacaqdoldurma məntəqəsinin kafesində Zərərçəkmiş şəxs1 3 ədəd yaddaş kartı təqdim edərək yaddaş kartlarında sonuncunun barəsində saxladığını qeyd etdiyi rüsvayedici və qanunsuz hərəkətləri barədə olan məlumatları müxtəlif internet saytlarına və qəzetlərə yerləşdirəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs1 6000 manat pulu hədə-qorxu ilə tələb etmiş, növbəti gün günorta saatlarında “Dənizpetrol” yanacaqdoldurma məntəqəsinin kafesində Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6000 manat pulu alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 2018-ci il in mart ayının əvvəllərində özündə olan 3 ədəd yaddaş kartlarında Zərərçəkmiş şəxs1 barəsində saxladığını qeyd etdiyi rüsvayedici və sonuncunun qanunsuz hərəkətləri barədə olan məlumatları müxtəlif internet saytlarına və qəzetlərə yerləşdirəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ondan kredit yolu ilə aldıqları avtomobillərə görə yaranan 8150 manat pulu ödəməsini istədiyini və həmin məbləği Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 alıb ona qaytaracağını bəhanə edərək sonuncudan 8150 manat pulu tələb etmiş, vahid niyyətlə əhatə olunan qəsdlə 21 aprel 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən Nəsrəddin Tusi adına klinikanın yanında Zərərçəkmiş şəxs1 həmin pulun 8000 manatını alaraq ələ keçirmiş, bir neçə gün sonra ci nayət əməllərini davam etdirərək Ələt-Astara yolunun Salyan rayonundan keçən 58-ci kilometrliyində yerləşən “Dənizpetrol” yanacaq doldurma məntəqəsinin kafesində 150 manat pulunu da ələ keçirməklə, ümumilikdə xeyli miqdarda, yəni 8150 manat pulu Zərərçəkmiş şəxs1 alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tanışları X2 və X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmə məqsədi ilə 2018-ci ilin aprel ayında Şüşəxanım Qədirova ilə Zərərçəkmiş şəxs1 hədə-qorxu yolu ilə 10000 manat pul tələb edib almaqla bağlı razılığa gəlmiş, razılığa əsasən 2018-ci ilin may ayının əvvəllərində Şüşəxanım Qədirovanın təklifi ilə sonuncunun tanışı Elza Bunyatova istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə zəng vuraraq sonuncunun haqqında özünə məxsus mobil telefonda intim xarakterli fotoşəkillər olduğunu deyərək 10000 manat pul tələb etməklə Zərərçəkmiş şəxs1 görüşə dəvət etmiş, bundan sonra Elza Bunyatova 12 may 2018-ci il tarixdə saat 14 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 17-ci kilometrliyində yerləşən hərbi hissənin yaxınlığında Bakı şəhəri istiqamətində yolun sağ kənarında Zərərçəkmiş şəxs1la görüşərək onun bir neçə gün əvvəl rəhbəri olduğu Baş MilX9 İdarəsindəki xidməti otağında adını demədiyi bir qadınla cinsi əlaqədə olduğu zaman çəkilmiş intim xarakterli rüsvayedici fotoşəkilləri öz telefonunda saxlaması və həmin fotoşəkilləri yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 10000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı X12 ilə qabaqcadan əlbir olan bir qr up şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 8600 manat dəyərində “KAMAZ 5320 YÜK” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobili alacağı təqdirdə avtomobilə görə hər ay 700 manat verməklə ödəniləcək pulun iki mislini, yəni cəmi 17.200 manat pulu gələcəkdə ödəyib qurtarandan sonra avtomobili onun adına keçirəcəyi barədə yalan vəd verib aldadaraq 2017-ci ilin iyul ayında Salyan şəhərində avtomobili 8600 manata alaraq etibarnamə ilə Zərərçəkmiş şəxs5 vermiş, Zərərçəkmiş şəxs5 avtomobilə görə 2017-ci ilin yay aylarından 2018-ci ilin mart ayına kimi olan dövr ərzində ümumilikdə onlara 6500 manat pul ödəmiş, sonradan avtomobilə görə ödəniş pulunu ödəməkdə çətinlik çəkdiyi üçün M.Cəfərli ilə birlikdə əl avə olaraq 4.000 manat borc verməklə avtomobilə görə olan borcu yuvarlaqlaşdırıb 21.000 manat dəyərində borc müqaviləsi bağlanacağı təqdirdə həm qeyd olunan 4.000 manat pulu verəcəklərinə və həmdə avtomobili Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirəcəklərinə dair yalan vəd verib aldadaraq Salyan şəhərində Zərərçəkmiş şəxs5 ondan guya 21.000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün xüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında adına olan depozit hesabına keçiriləcək 21.000 manat pulu əvvəlcədən razılaşdıqları kimi Məmməd Cəfərlidən alıb həmin pulu notariusun depozit hesabına keçirərək 5 iyun 2018-ci ildə Salyan şəhərində notariat ofisində həmin borc müqaviləsinin bağlanmasına nail olmaqla gələcəkdə mülki icraat qaydasında xeyli miqdarda əmlak tələb hüququnu əldə etməklə yanaşı, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 6.500 manat pulunu ələ keçirərək və 21.000 manat pul tələb hüququ əldə etməklə ümumilikdə Zərərçəkmiş şəxs5 xeyli miqdarda, yəni 27500 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı X12 və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında guya Vüqar X1 20000 manat pul təklif edərək onu qəsdən öldürməsini sifariş verməsi barədə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsini təşkil etmiş, bu barədə ümumi razılığa gəldikdən sonra öz növbəsində 25 avqust 2018-ci ildə saat 04 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “10 2” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək Zərərçəkmiş şəxs4 Təbriz Əsədova 20000 manat təklif edərək onu qəsdən öldürməsini sifariş etməsi barədə bilə-bilə yalan məlumat vermiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq həmin tarixdə X17 Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 204-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilmiş cinayət haqqında məlumat verən şəxs kimi guya Zərərçəkmiş şəxs4 ona 20000 manat təklif edərək Məhkum qəsdən öldürməsini sifariş etməsi barədə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etməklə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bi lə-bilə yalan xəbərçilik etmişdir. Bundan başqa, o, təkrarən tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 8300 manat dəyərində “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** qeydiyyat nişanlı avtomobili satın alması üçün özündə 6000 manat pulunun olması, əlavə olaraq 2300 manat pula ehtiyacı olması ilə bağlı ona olan müraciətindən istifadə edərək 2017-ci ilin iyula yında sonuncuya verilməsi üçün tələb olunan 2300 manat pulu Məmməd Cəfərlidən alıb Zərərçəkmiş şəxs6 verərək avtomobilin alınmasına köməklik göstərməklə hərikisionun etibarını qazanmış, borcun qaytarılmasının təminatı olaraq həmin tarixdə tanışı Şahid19 adına avtomobilə etibarnamə verilməsinə nail olduqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin iyul ayından başlayaraq 10 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 verdiyi borcu ödədikdən sonra avtomobili onun adına keçirəcəyi ilə bağlı yalan vədlər verib aldadaraq ünvan 2 ünvanı ilə üzbəüz yerləşən mağazada 2017-ci iliniyulayında 1120 manat, 18 sentyabr 2017-ci il tarixdə 500 manat pulunu ələ keçirmiş, 02 oktyabr 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şosesində yerləşən inzibati binasında “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi ilə qeydiyyatdan çıxardaraq Məhkum adına şəhadətnamə almış, həmin an ondan rüsum adı ilə 355 manat alıb, bundan sonra ci nayət əməllərini davam etdirərək ünvan 2 ünvanı ilə üzbəüz yerləşən mağazada 25 may 2018-ci il tarixdə 500 manat, 10 iyul 2018-ci il tarixdə 500 manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində Salyan rayonu, Sarvan kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində 7500 manat, 10 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 400 manat pulunu ələ keçirməklə verdiyi vədinə əməl etməyərək avtomobili Zərərçəkmiş şəxs6 adına sənədləşdirməməklə sonuncunun vahid niyyətlə əhatə olunan qəsdlə 10875 manat məbləğində pulunu və 8300 manat dəyərində “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdarda, yəni 19175 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir.
3. X12, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, habelə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan xəbərçilik etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 tanışı Məhkum ilə rəsmiləşdirilmiş 01 dekabr 2017-ci il tarixli 3M-153 reyestr nömrəli kredit müqaviləsini ləğv etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 09 mart 2018-ci il tarixdə saat 18 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 58-ci kilometrliyində yerləşən özünə məxsus “Dənizpetrol” yanacaqdoldurma məntəqəsinin kafesində Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə etmə və aldatma yo lu ilə 4900 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 8600 manat dəyərində “KAMAZ 5320 YÜK” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobili alacağı təqdirdə avtomobilə görə hər ay 700 manat verməklə ödəniləcək pulun iki misilini, yəni cəmi 17.200 manat pulu gələcəkdə ödəyib qurtarandan sonra avtomobili onun adına keçirəcəyi barədə yalan vəd verib aldadaraq 2017-ci ilin iyul ayında Salyan şəhərində avtomobili 8600 manata alaraq etibarnamə ilə Zərərçəkmiş şəxs5 vermiş, Zərərçəkmiş şəxs5 avtomobilə görə 2017-ci ilin yay aylarından 2018-ci ilin mart ayına kimi olan dövr ərzində üm umilikdə onlara 6500 manat pul ödəmiş, sonradan avtomobilə görə ödəniş pulunu ödəməkdə çətinlik çəkdiyi üçün Məhkum ilə birlikdə əlavə olaraq 4000 manat borc verməklə avtomobilə görə olan borcu yuvarlaqlaşdırıb 21000 manat dəyərində borc müqaviləsi bağlanacağı təqdirdə həm qeyd olunan 4.000 manat pulu verəcəklərinə və həm də avtomobili Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirəcəklərinə dair yalan vəd verib aldadaraq Salyan şəhərində Zərərçəkmiş şəxs5 Məhkum guya 21000 manat borc alması ilə bağlı Salyan rayon 2 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması üçün xüsusi notariusun "xxxx" ASC-nin Salyan filialında adına olan depozit hesabına keçiriləcək 21000 manat pulu əvvəlcədən razılaşdıqları kimi Məhkum vermiş, sonuncu da həmin pulu notariusun depozit hesabına keçirərək 05 iyun 2018-c i ildə Salyan şəhərində notariat ofisində həmin borc müqaviləsinin bağlanmasına nail olmaqla gələcəkdə mülki icraat qaydasında xeyli miqdarda əmlak tələb hüququnu əldə etməklə yanaşı, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 6500 manat məbləğində pulunu ələ keçirərək və 21000 manat pul tələb hüququ əldə etməklə ümumilikdə Zərərçəkmiş şəxs5 xeyli miqdarda, yəni 27500 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Məhkum və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında guya Vüqar X1 20000 manat pul təklif edərək Məhkum qəsdən öldürməsini sifariş verməsi barədə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsini təşkil etmiş, bu barədə ümumi razılığa gəldikdən sonra Məhkum öz növbəsində 25 avqust 2018-ci ildə saat 04 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək Zərərçəkmiş şəxs4 Təbriz Əsədova 20000 manat təklif edərək Məhkum qəsdən öldürməsini sifariş etməsi barədə bilə-bilə yalan məlumat vermiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş biləbilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq həmin tarixdə X17 Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 204-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilmiş cinayət haqqında məlumat verən şəxs kimi guya Zərərçəkmiş şəxs4 ona 20000 manat təklif edərək Məhkum qəsdən öldürməsini sifariş etməsi barədə Bakı ş əhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etməklə şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 8300 manat dəyərində “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** qeydiyyat nişanlı avtomobili satın alması üçün özündə 6000 manat pulunun olması, əlavə olaraq 2300 manat pula ehtiyacı olması ilə bağlı ona olan müraciətindən istifadə edərək 2017-ci iliniyulayında sonuncuya verilməsi üçün tələb olunan 2300 manat pulu Məhkum vermiş, Məhkum da öz növbəsində 2300 manat pulu Zərərçəkmiş şəxs6 verərək avtomobil in alınmasına köməklik göstərməklə hər ikisi onun etibarını qazanmış, borcun qaytarılmasının təminatı olaraq həmin tarixdə Şahid19 adına avtomobilə etibarnamə verilməsinə nail olduqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin iyul ayından başlayaraq 10 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 verdiyi borcu ödədikdən sonra avtomobili onun adına keçirəcəyi ilə bağlı yalan vədlər verib aldadaraq ünvan 2 ünvanı ilə üzbəüz yerləşən mağazada 2017-ci ilin iyul ayında 1120 manat, 18 sentyabr 2017-ci il tarixdə 500 manat pulunu ələ keçirmiş, 02 oktyabr 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatİmtahan İdarəsinin Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şosesində yerləşən inzibati binasında “KAMAZ 53212 YÜK” markalı **-H J-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi ilə qeydiyyatdan çıxardaraq Məhkum adına şəhadətnamə almış, həmin an Məhkum ondan rüsum adı ilə 355 manat alıb, bundan sonra cinayət əməllərini davam etdirərək ünvan 2 ünvanı ilə üzbəüz yerləşən mağazada 25 may 2018-ci il tarixdə 500 manat, 10 iyul 2018-ci il tarixdə 500 manat, 2018ci ilin sentyabr ayının əvvəllərində Salyan rayonu, Sarvan kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində 7500 manat, 10 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 400 manat pulunu ələ keçirməklə verdiyi vədinə əməl etməyərək avtomobili Zərərçəkmiş şəxs6 adına sənədləşdirməməklə sonuncunun vahid niyyətlə əhatə olunan qəsdlə 10875 manat məbləğində pulunu və 8300 manat dəyərində “KAMAZ 53212 YÜK” markalı **-HJ-*** d övlət qeydiyyat nişanlı avtomobilini ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdarda, yəni 19175 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir.
4. Hökmlə Zərərçəkmiş şəxs2 Məhkum və X8 qarşı olan mülki iddiası təmin edilmədən rədd edilmiş, Zərərçəkmiş şəxs1 Məhkum, X8 qarşı olan mülki iddiası qismən təmin olunmuş, Məhkum 20180 (iyirmi min bir yüz səksən) manat alınaraq Zərərçəkmiş şəxs1 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, Məhkum adına olan: ünvan 3 ünvanında yerləşən 6 saylı mənzil, ünvan 4aq sahəsi, ünvan 5q sahəsi, ünvan 6-yaşayış binası, “QAZ 31105-100” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063” markalı **DA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230” mar kalı 90-SN520 dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı, **CT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı,“VAZ 21041” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21144” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” markalı, 99KD-498 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 240” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, **VT-*** dövlət qeydiyyat nişanlı,VAZ 21214” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri,“KAMAZ 5320” markalı, 52BE-462 dövlət qeydiyyat nişanlı, “KAMAZ 53212” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı, “X24” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 53212” markalı **-BC-*** dövlət qeydiyyat nişan lı yük avtomobillərin üzərinə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə qoyulmuş həbsin ləğv edilməsi, məhkəmə məsrəfini təşkil edən 756 AZN (yeddi yüz əlli altı manat) Məhkum, X12, X2 və X7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, maddi sübut – DİN Baş istintaq və Təhqiqat İdarəsində saxlanılan “WD” (Western Digital) markalı “WD3200AAJS” modelli “WMAV24515644” seriya nömrəli sərt disk və 47,5x18,5x40,5 ölçülərdə qara rəngli üzərində “ASUS”, “GİGABYTE” və digər kompyuter-texnologiyasına aid sözlər və işarələr olan “ASUS” markalı “sistem blok” (prosessor) Məhkum yaxın qohumlarına qaytarılsın, "xxxx" MMC-dən, Azerfon» MMC-dən və "xxxx" MMCdən götürülmüş cəmi 03 ədəd CD disk, Zərərçək miş şəxs4 tərəfindən yazılmış 05 may 2009-cu il tarixdə yazıldığı qeyd olunmuş əlyazma qəbzin kserosurəti, bərpa edilmiş “[000004]” adlı mübahisəli videofonoqram olan 01 ədəd «DVD» disk, “20180216_153928_001_001” adlı videoçəkiliş olan 01 ədəd “HP” markalı fleş yaddaş kartının cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.
5. Həmin hökmlə həmçinin X2, X16 və X17 da təqsirli bilinərək məhkum edilmişlər.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmündən təqsirləndirilən Məhkum, müdafiəçilər Müdafiəçi6, Müdafiəçi7, zərərçəkmiş Zərərçəkmiş şəxs6 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi X18 apelyasiya şikayətləri vermişdilər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hak im E.E.Rəhimov, hakimlər F.Şahid3 və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.3.2 və 296.2-ci maddələri və X6 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü və 296.2-ci maddələri ilə məhkum edilmələrinə dair hissədə təqsirləndirilən Məhkum, müdafiəçilər Müdafiəçi6, Müdafiəçi7, zərərçəkmiş Zərərçəkmiş şəxs6 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi dəyişdirilmədən saxlanılmışdır. X11 apelyasiya şikayətlərinə münasibətdə
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətləri vermişdilər. II. Kassasiya ş ikayətlərininin dəlilləri və şikayətə qarşı etirazlar
9. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Ağır Cinayətlər Məhkəməsi, Salyan rayonunda vəzifəli şəxslərə, sahibkarlara və Elşən Cabarovun və Məmməd Cəfərlinin toruna düşən sadə insanlara qarşı çöx epizodlu ağır cinayətlər törətmiş Məhkum və Məmməd Cəfərliyə qarşı olduqca xüsusi hümanistlik göstərərək, Məhkum ittiham edildiyi cinayəti nəzərdə tutan maddələrin sanksiyasının aşağı həddində cəza təyin etmiş, Məmməd Cəfərli barəsində isə, verilmiş ağır ittihamı az ağır cinayətə tövsif etmiş və həmin maddələrin sanksiyasının aşağı həddində cəza təyin etmiş və həmin cəzanında şərti tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə h əmin qanunsuz və əsasız qəbul edilmiş hökmün qüvvədə qalması barədə qərar qəbul etmişdir. X13 tərəfindən məhkəmə prosesində Məhkum və Məmməd Cəfərliyə qarşı verdiyi mülki iddia qismən təmin edilmiş, həmin mülki iddia üzrə heç bir ödəmə olmadığı halda, birinci instansiya məhkəməsi Məhkum əmlakları üzərinə həps qoyulması barədə qərarıda qanunsuz və əsasız olaraq ləğv etmişdir. Apellyasiya instansiya məhkəməsi bu hissədədə qanunsuz və əsasız olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Hesab edir ki, Məhkum və Məmməd Cəfərli barəsində tətbiq edilən yüngül cəza, törədilmiş cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və bu cinayətlər törətmiş həmin şəxslərin şəxsiyyətinə uyğun deyildir. Təyin edilmiş yüngül cəzalar həmin şəxslərin is lah olunmasını istisna edir və Məmməd Cəfərlinin ümumiyyətlə cəzalanmaması isə onun tərəfindən yeni cinayətlər törətməsini istisna etmir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.3.2 və 296.2-ci maddələrinin sanksiyasının aşağı həddində cəza təyin edilməsi, Məmməd Cəfərlinin əməlləri isə Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.3.2 və 296.2-ci maddəsindən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələrinə tövsif edilməsi və onu təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi cəzanın məqsədlərini təmin etmir və sosial ədalətin pərpa edilməsindən də söhbət belə gedə bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, l(101)-125/2020 saylı hökmü və həmin hökmü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, l(103)-442/2020 saylı qərarı qanunsuz və əsasızdır, maddi və prosessual hüquq normalarının polzulması ilə qəbul edilmiş, ləğv edilməli və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir.
10. Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəmənin hökmlə müəyyən etdiyi hallar məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlara əsasən deyil, 29 iyul 2019-cu il tarixli ittiham aktında göstərilənlərdən ibarətdir. Məhkəmənin Məhkum olan qərəzli münasibəti istintaq orqanının münasibətindən heç də fərqli olmamışdır. Cəza təyin olunarkən isə Eşən Cabbarovun barəsində cəzanı yüngülləşdirən bir sıra hallar olmasına baxmayaraq məhkəmə ona digər təqsirləndirilən şəxs lərlə müqayisə edilməyən dərəcədə ağır cəza təyin etmişdir. Belə ki, Məhkum 1992-1996-ci illərdə Qarabağ uğurunda erməni işğalçıları ilə gedən döyüşlərdə iştirak etmiş, 3 dəfə yaralanmış, İİ qrup Qarabağ müharibəsi əlilidir. Birinci instansiya məhkəməsi, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara, Məhkum ifadəsinə, zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirlən şəxslərin Məhkumla bağlı verdikləri ifadələrə əsaslanaraq qərar qəbul etmiş olsaydı Məhkum barəsində bəraət hökmü qəbul edilərdi. Ona görə də hökmdə Məhkumla bağlı verilmiş ifadələri əsasən təhrif olunmuş, ittham hökmünə uyğun protokollaşdırılmışdır. Zərərçəkmiş şəxslər ayrı-ayrılıqda Məhkum onlara qarşı hər hansı bir cinayət törətmədiyini, onlarla bağlı verilmiş ittihama xitam verilməsinə dair dəfələrlə ərizə ilə məhkəmə yə müraciətlər etmələrini nəzərə də almamışdır. Məhkum məhkəməyə qədər istintaqda, istintaq orqanının ona qarşı olan qanunsuz hərəkətlərinə etiraz olaraq ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqında verdiyi ifadəsindən isə göstərmişdir ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat. İdarəsində cinayət işinin istintaqının aparılması və ittham elan edilməsi yerli məmurların istəyi əsasında baş vermişdir. Belə ki, Məhkum 1997-ci ildən Salyan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkum sahibkar kimi fəaliyyət göstərdiyi müddətdə yerli məmurların qanunsuz tələblərini icra etməmiş və başqa iş adamlarının da "haqq" verməməsinə səbəb olmuşdur. İstintaq orqanı hazırlanmış ssenarinin baş tutmadığını gördüyü üçün iş üzrə şahidlərin, zərərçə kmişlərin və təqsirləndirilən şəxslərin bəzilərini açıq-aşkar aldatmaqla, bəzilərinə vədlər verməklə, bəzilərinə isə hədə-qorxu gəlməklə izahat və ifadələrinin dəyişməsinə vadar edilmişdirlər. İstintaq Məhkum bütün fəaliyyəti, uzun-uzadı araşdırılmaqla sübut əldə edilməsinə çalışılmışdır. Məhkum təhsil aldığı müəssisəyə hansı əsaslarla daxil olması, oxuması, müalicə olunduğu xəstəxanalar, xidmət etdiyi hərbi hissələr, sahibkarlıq fəaliyyəti öyrənilmiş, dost-tanışları istintaqa cəlb olunmuşdur. Bütün bunlar qərəzli münasibətlərdən xəbər verir. Elə bir fikir formalaşdırılmağa çalışılır ki, sanki Məhkum Qarabağda döyüşməmiş nə də ki, sağlamlığını Vətən uğurunda itirməmişdir. Vətənə xəyanət etmiş bir şəxs kimi qərəzli münasibətə məruz qalmışdır. Məhkumla bağlı formalaşdırılmış yalan, həqiqətə uyğun olmayan rəy, yəni Elşənin insanların görüntüsünü əldə edib, onlara hədəqorxu gəldiyi, vəzifəli şəxsləri tutularaq məsuliyyətə cəlb edilmələrinə səbəb olduğu ilə bağlı yaradılmaq istənilən yanlış fikir öz təsdiqini (sübut) tapmadıqda, müstəntiqlər mülki xarakterli mübahisələrə, cinayət xarakterli hərəkətlər kimi qiymətləndirilmiş və bununla da qanunsuz və qərəzli ittihamın verilməsinə səbəb olmuşdular. Müdafiəçi7 hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X12 barəsində olan 1(103)-442/2020 saylı iş üzrə 10 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları
11. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətlərinə baxılmasını mümkün saymışdır.
12. Məhkum Müdafiəçi7 çıxışında bildirdi ki, onun fikrincə apellyasiya instansiyası məhkəməsi prosessual pozuntulara yol verdiyi üçün məhkum barəsində ədalətsiz qərar qəbul etmişdir. Buna görə məhkəmə kollegiyasından tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarının ləğv edib, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir.
13. Məhkum Məhkum çıxışında bildirdi ki, müdafi əçisinin çıxışı ilə tam razıdır. O, İİ qrup Qarabağ müharibəsi əlilidir, ailə vəziyyətinin ağır olduğunu nəzərə alınaraq, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarının ləğv edib, cinayət işinin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir.
14. Zərərçəkmiş şəxs1 çıxışında bildirdi ki, onun və nümayəndə tərəflindən verilmiş kassasiya şikayətini müdafiə edir. Tərəflərindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və məhkumlar barəsində daha ağır cəza təyin edilməsini, həmçinin məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir.
15. Zərərç əkmiş şəxs4 çıxışında bildirdi ki, məhkum edilmiş şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Kassasiya şikayətləri ilə bağlı qərarı Məhkəmə kollegiyasının mülahizəsinə buraxır.
16. Məhkum X12 çıxışında bildirdi ki, Məhkum müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilərək, ona bəraət verilməsini, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir.
17. Dövlət ittihamçısı X19 çıxışında bildirdi ki, hər iki kassasiya şikayətlərini əsassızdır, apellyasiya instansiyası məhkəməsi məhkumlar barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətlərinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarının dəyişdi rilmədən saxlanılmasını xahiş edir. IV. Hüquqi məsələlər:
18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 419-cu maddəsi müəyyən edir.
19. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
20. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
21. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 kassasiya şikayətində Məhkum və Məmməd Cəfərli barəsində tətbiq edilən yüngül cəzanın, törədilmiş cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və bu cinayətlər törətmiş həmin şəxslərin şəxsiyyətinə uyğun olmadığını, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.3.2 və 296.2-ci maddələrinin sanksiyasının aşağı həddində cəza təyin edilməsini, Məmməd Cəfərlinin əməlləri isə Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.3.2 və 296.2-ci maddəsindən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 296.2-ci maddələrinə tövsif edilməsini və onu təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsini cəzanın məqsədlərini təmin etmədiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər.
22. Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Məhkum cinayətini törətməkdə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
23. Odur ki, kollegiya Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş c inayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü m addələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
27. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsi isə Azərbaycan Respublikası CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir.
28. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsində əksi ni tapmış cəzanın anlayışına görə cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
29. Qeyd olunan cinayət-hüquqi normaların işığında Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur.
30. Belə ki, apellyasiya instans iya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarına əlavə edilmiş sənədlər və işin digər faktiki hallarını məcmu halda qiymətləndirərək iş üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxslər barəsində heç bir şikayət və tələbinin olmamasını sonuncuların cəzalarını yüngülləşdirən hallardan biri kimi qiymətləndirmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb istər sübutlar və sübutetmə, istərsə də işin faktiki hallarının müəyyən edilməsi və onlara cinayət qanunu normasının tətbiqi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun əməllərinin düzgün tövsif edilməsi, Məhkum əsaslı və qanuni olaraq Cinayət Məcəlləsinin 178.3.2, 182.3.2, 296.2-ci maddəsi ilə təqsirli bilinməsi, yəni baxılan işdə Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
32. Həqiqətən də kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühaki mə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
33. Apellyasiya instansiya məhkəməsi haqlı olara q hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.14 və 59.2-ci maddəsinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olması, vurulmuş ziyanın qismən ödənilməsi, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ondan heç bir şikayət və tələbinin olmaması, İİ qrup əlil olması, Qarabağ müharibəsi veteranı olmasını təqsirləndirilən şəxs Məhkum; himayəsində bir nəfər azyaşlı uşağının olması, vurulmuş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ondan şikayət və tələblərinin olmaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini təqsirləndirilən şəxs X6 cəzasını yüngülləşdirən hallar kimi, hər iki təqsirləndirilən şəxslərə münasibətd ə əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində cəza təyin edilmişdir.
34. Birinci instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmədə tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbi də pozulmamışdır.
35. Birinci instansiya məhkəməsi məhkumlar Məhkum və X8 cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın o nun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum və X8 müvafiq cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır.
36. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum və X8 törətdikləri cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (Cinayət Məcəlləsinin 41-ci maddəsi), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (Cinayət Məcəlləsinin 7-ci maddəsi), ədalət (Cinayət Məcəlləsinin 8-ci maddəsi) və humanizm (Cinayət Məcəlləsinin 9-cu maddəsi) prinsiplərinə cavab verən cəza tədbiridir.
37. Odur ki, həmin cəzanın təyin edilməsinə dair birinci in stansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin yekun qərarı da qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətləri isə əsaslı müraciətlər kimi qiymətləndirilə bilməz.
38. Məhkəmə kollegiyası Məhkum apellyasiya şikayətində gətirdiyi onun Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillər də apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarına əlavə edilmiş sənədlər və işin digər faktiki halları ilə sübuta yetirildiyindən işdə olan və bi r-birini tamamlayan sübut növləri və cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır).
39. Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində ona isnad edilən cinayətinin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur.
40. Apellyasiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Azərbaycan Respublikası CMnin 178.3.2, 182.3.2 və 296.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür.
41. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-c i maddələrində təsbit edilmiş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir.
42. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında çıxış etmiş prosess iştirakşılarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1, Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1, Məhkum müdafi əçisi Müdafiəçi7 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.