Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-541/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu, Məhkum - Məhkum Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Dosiyev Amil Qaraxan oğlunun iştirakları ilə Ağcabədi Rayon Məh kəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021ci il tarixli qərarından məhkumun müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə (hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi ilə) 01 avqust 1973-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən 01.07.2020-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 18 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 18 (on səkkiz) gün müddət həmin 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, ona 2 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nin 70-ci maddəsinə əsasən barəsində 2 (iki) il sınaq müddəti tətbiq edilməklə 2 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hazırkı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Camalov Etibar Əli oğlu sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 06 iyul 2021-ci il tarixli qərarı ilə, Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü apelyasiya protestinə əsasən dəyişdirilmiş və həmin hökmdən Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 01.07.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum məhkəmə iclas zalından dərhal həbsə alınmış, təyi n edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, cinsi ehtirasını təmin etmək məqsədilə, 2020-ci may ayında tanış olduğu, on dörd yaşına çatmayan 28 oktyabr 2006-cı il təvəllüdlü X5 ilə cinsi əlaqədə olmaq barədə əldə etdiyi razılığa əsasən 2020-ci may ayının sonlarında Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən “Qızıl Saray” şadlıq evinin yaxınlığında olan özü nə məxsus məişət əşyalarının təmiri sexində görüşüb Aysel Səlimova ilə cinsi əlaqədə olmuş, bundan sonra cinayət əməlini davam etdirərək 2020-ci ilin iyun ayının təxminən 20-də, saat 16 radələrində yenidən Aysel Səlimova ilə özünə məxsus həmin təmir sexində görüşüb cinsi əlaqədə olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində yol verilmiş kobud qanun pozuntularını aradan qaldırmaq əvəzinə, ümumiyyətlə, işin həqiqi faktiki hallarının müəyyən edilməsinə hər hansı bir təşəbbüs göstərməmiş, apellyasiya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini, əs aslılığını və ədalətliliyini yoxlamamış, açıq-aşkar şəkildə tərəfsizlik və qərəzsizlik prinsiplərini pozaraq ittiham mövqeyində dayanmışdır. Belə ki, Məhkum zərərçəkmiş şəxsin öz təşəbbüsü ilə onunla könüllü surətdə cinsi əlaqədə olmuşdur. Bunu zərərçəkmiş şəxsin ifadəsi də sübut edir Məhkum zərərçəkmiş şəxsin təşəbbüsü və könüllü razılığı ilə onunla cinsi əlaqədə olduğu üçün, eləcə də onun 16 yaşının olduğunu zənn etdiyi üçün onunla cinsi əlaqədə olmuşdur. Həm də zərərçəkmiş şəxsə həmişə maddi yardım göstərmişdir. İbtidai araşdırma zamanı o, törətdiyi əməli səmimi etiraf etmiş, cinayətin açılmasına fəal köməklik göstərmişdir. Cinayət işinin materiallarından da görünür ki, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxs Məhkum hər hansı bir şikayəti və tələbi yoxdur. T əqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsindən üzr istəmişdir. Bundan başqa Məhkum əvvəllər cinayət törətməmiş və məhkum olunmamışdır. Həmin əməl törədilən vaxt subay olmuşdur. Həmçinin zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin hüquq mühafizə orqanlarına hər hansı şikayəti olmamışdır. Həmçinin, iş materiallarından, eləcə də apellyasİya instansiyası məhkəməsinin qənaətindən aydın olur ki, Məhkum zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını bilmişdir. Lakin Məhkum zərərçəkmiş şəxsin 14 yaşının tamam olmamasını ümumiyyətlə, bilməmişdir. İş materiallarından da görünür ki, müstəntiqin sualına cavab olaraq Məhkum bildirmişdir ki, zərərçəkmiş şəxsin yetkinlik yaşma çatmadığını bilmişdir. Yəni onun 16 yaşının olduğunu, 18 yaşına çatmadığını bilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində göstərilir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi yüngülləşdirən hal hesab edilir. Bu halda da hər hansı bir əsaslandırmaya ehtiyac yoxdur. Bu, qanunun birbaşa tələbidir. Bundan başqa barışığın hansı mərhələdə baş verməsinin hər hansı bir əhəmiyyəti yoxdur. Bundan əlavə onunla zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi arasında hər hansı bir münaqişə olmamış, onlar, ümumiyyətlə, Kami Məhərrəmovun barəsində şikayət etməmiş, hadisənin baş verməsini İbtidai istintaq orqanı başqa bir hadisəni araşdırarkən müəyyən etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş CM-nin 70-ci maddəsin ə əsasən barəsində müddəaların hökmdən xaric edilməsinə heç bir əsas olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkumun barəsində Şirvan Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Məhkum əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsindən CM-nin 152.1-ci madəsinə tövsif edilməsini, yaxud da Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanı sınaq müddəti ilə şərti hesab edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi A.Q.Dosiyev çıxış edərək, məhkəmənin gəldiyi nəticəni əsassız hesab etdiyini, Məhkum əməlində CM-nin 152.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığını, onun zərərçəkmiş şəxsin 14 yaşının tamam olmadığını bilmədiyini dəfələrlə ifadə etdiyini, məhkumla zərərçəkmişin dah a öncədən tanış olduqları qeyd edilsə də, elan olunmuş ittihamdan da göründüyü kimi, yalnız 2020-ci ildən bir-birlərini tanıdıqlarını, cinayətin baş vermə vaxtının isə təxminən müəyyənləşdirildiyini bildirib, kassasiya şikayətinin təmin olunmasını və Məhkum əməlinin CM-nin 152.2-ci maddəsindən CM-nin 152.1-ci maddəsinə tövsif edilməsini, yaxud da istər CM-nin 60-ci maddəsini, istərsə də 70-ci maddəsini tətbiq etməklə Məhkum cəza çəkməkdən azad edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, əməlindən peşman olduğunu, şəxsin yaşının az olduğundan xəbəri olmadığını, artıq islah olunduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzr ə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasını n apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Amil Dosiyev tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməklə yanaşı, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş v ə mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara gör ə kassasiya şikayəti qismən təmin edilməli Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdı r. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, mə hkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cina yət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun əməlinin CM-nin 152.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmədiyi iddia edilərək, əsas dəlil kimi “zərərçəkmiş şəxsin 14 yaşının tamam olma masının məhkumun biliməməsi ilə” əsaslandırmağa çalışmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə 02 iyul 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, Ayseli uşaqlığından tanımış, onun anasını və ailə üzvlərindən başqa şəxsləri tanıyır. Ayselin yetkinlik yaşına çatmadığını bilir. Göründüyü kimi məhkum olunmuş şəxs zərərçəkmiş Aysel Səlimovanı uşaq yaşlarından tanıdığını həmçinin onun anası və digər ailə üzvləri ilə tanış olduğunu bildirmişdir ki, bu hal da onun sonuncunun yaşının 14 olmadığını bilməməsinə dair göstərdiklərinin özünü müdafiə xarakterli və cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdlər kimi qiymətləndirməyə əsas verir. Kassasiya şikayətində göstərilənlərdən deyil (məsələn “məhk umun zərərçəkmiş şəxsin yaşının bilməməsi”), məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin dispozisiyasından və cin ayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və barəsində 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, h əmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiqinə dair müddəaları xaric etmişdir. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Bununla belə cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması cəzanın islahedici funksiyası baxımından daha məqsədəmüvafiqdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; yeni cinayətlər törədilməsinin qarş ısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Azərbaycan Respublikas ı CM-nin 59.2-ci maddəsində qeyd olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası göstərilənləri, Məhkum ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməklə çox peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailə şəraitini məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamasına əsaslanaraq, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1. 21-ci maddəsində məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsi, məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkumun müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarı qeyd edilən maddi hüquq normalarının tələblərinə müvafiq dəyişdirilməlidir. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin, CM-nin 69.3-cü maddəsinə əsasən 01.07.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 18 (on səkkiz) gün müddət ona təyin e dilmiş cəzadan çıxmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-541/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-541/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver