Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-541/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Əmənov Tural Rizvan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1973/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarından Məhkum müdaf iəçisi Əmənov Tural Rizvan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 02 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məh kəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq, ağ rəngli sellofan kəsiyinə bükülmüş, hər biri külli miqdarda, 2,101 qram və 4,167 qram, ümumi təmiz çəkisi külli miqdarda 6,268 qram olmaqla 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 iyun 2023-cü il tarixdə, saat 22:30 dəqiqədə Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3manov RPİ-nin 17ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən ağ rəngli sellofan kəsiyi nə bükülmüş, hər biri külli miqdarda 2,101 qram və 4,167 qram, ümumi təmiz çəkisi külli miqdarda 6,268 qram olmaqla 02 ədəd ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-881/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələ lər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Əmənov Tural Rizvan oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1973/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-881/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əmənov Tural Rizvan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəl illəri, etirazlar
9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Məhkum saxlanılan zaman üzərində heç bir psixotrop maddə olmamışdır. Onu 22 iyun 2023-cü il tarixdə axşam saat 10 radələrində Şəki restoranının yanında saxlamışlar. Onu saxlayan polis nəfərlərinin sayı 7-8 nəfər olmuş, saxlanılan zaman ona qarşı psixoloji təzyiqlər olmuşdur. Həmçinin, onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Baxış keçirilən zaman müdafiəçinin iştirakı formal xarakter daşımış, müdafiəçi konfidensial ünsiyyətdə olmaqla onu dinləməmişdir. Müdafiəçini yalnız şübhəli şəxs qismində iştirak etdiyi zaman görmüş, başqa heç bir zaman, xüsusilə də Bakı şəhəri Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerində görüşməmiş, ibtidai istintaq orqanına bir vəsatət belə verilməmişdir. Bakı Apellyasiya Məhkəməsin də məhkəmə araşdırmasının qismən istintaqla aparılmasına dair verdikləri vəsatət və tərəflərindən verilmiş digər vəsatətlər təmin olunmamışdır. Həmin vəsatətlər məhkum edilmiş şəxsin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı olduğundan rədd edilə bilməzdi. Apellyasiya instansiyasında işə baxılarkən araşdırılmış sübutlarda və işin materiallarında Məhkum üzərində psixotrop maddə daşımasını təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1973/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarının ləğv olunması, Məhkum barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiy a müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunv ericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1973/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Re spublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi t ələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozu lmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum məhkəmə qarşısında verdiyi ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, müxtəlif istintaq hərək ətlərinə dair protokollar, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamand a bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya in stansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
26. Əlavə olaraq məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, baxılan kassasiya şikayətində ittiham hökmünün əsasını təşkil etmiş Məhkum ibtidai istintaq dövründə özünə qarşı ifadələrinin (1 ) qanunsuz təsir altında və (2) müdafiə hüququnun pozulması ilə verilməsinə dair iddialar irəli sürülsə də, müdafiəçi iddialarını heç bir sübut və ya “əsaslı şübhədən kənar” izahla təsdiqləməmişdir.
27. Əksinə, cinayət işinin materiallarında yaxud kassasiya şikayətinin özündə (1) qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun pis rəftara məruz qalmasına dair şikayətlə hər hansı bir orqana, eləcə də (2) hüquqi yardım olaraq təyin edilmiş müdafiəçisinin vəzifələrini qeyri-peşəkar icra etməsi ilə bağlı Vəkillər Kollegiyasına yaxud Azərbaycan Respublikası CM-nin 293 və 294-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində iştirakı ilə bağlı cinayət işinin başlanılmasına dair ərizə ilə prokurorluq orqanına müraciət edilməsini təsdiqləyən hallar aşkar edilmir.
28. Məhkumun müdafiəçi sinin məhkəmələr tərəfindən çoxsaylı vəsatətlərinin əsassız olaraq təmin edilmədiyinə dair kassasiya şikayətinə qaldırdığı məsələyə gəldikdə, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının 6-cı maddənin 1-ci bəndi məhkəmələr üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, bu vəzifə hər bir qaldırılan vəsatətin ətraflı cavablandırılmasını tələb edən şərt kimi başa düşülməməlidir (Kikabidze Gürcüstana qarşı, № 57642/12, § 62, 16 noyabr 2021-ci il). Qərarların əsaslandırması vəzifəsinin tətbiqi dərəcəsi onların mahiyyətindən asılı olaraq fərqli ola bilər və işin halları nəzərə alınmaqla müəyyən edilməlidir (Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il).
29. Hazırki halda isə kassasiya şikayətinin müəllifi verdiyi vəsatətlərin təmin edilməməsindən şikayətlənsə də, həmin vəsatətlərin nə dərəcədə əsaslı olduğunu və təmin edildiyi halda baxılan cinayət işinin nəticəsinə necə təsir edə biləcəyini təsvir etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə də əsassız hesab edir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını, hər hansı sübutla təsdiqlənməyən müdafiəçinin fərdi mülahizələrinə əsasland ığına görə isə kassasiya şikayətinin təmin edilməsinin mümkünsüz olduğunu göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1973/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əmənov Tural Rizvan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1973/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyi