Məhkəmə qərarları › İş №1(102)-542/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-542/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-542/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10 və bəraət almış şəxs X11 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 185.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş şəxs X7 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı M6 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim Pərviz Hacıyev) 1(075)-26/2019 nömrəli 14 oktyabr 2019-cu il tarixli hökmü ilə, X15, 30 may 1998-ci ildə **** şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. İşin halları: İttiham aktına əsasən, X13 ibtidai istintaq orqanı tərəfindən ona görə ittiham verilmişdir ki, o, 21 noyabr 2018-ci il tarixdə, saat 13:50 radələrində Şəki şəhəri, ************* küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus «Merсedes-Benz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasının və avtomobilin qapılarının açıq vəziyyətdə, açarlarının isə üzərində olmasını görüb avtomobilin sahibinin avtomobilin yanında olmadığından istifadə edərək qəsdən, avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salaraq nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış, daha sonra ələ keçirdiyi avtomobili saat 14:10 radələrində Şəki şəhəri, ************ küçəsində idarə edərkən yo l hərəkəti qaydalarını pozaraq idarəetməni itirərək avtomobili yol kənarında olan maneəyə, yəni ağaca vuraraq avtomobilin ön hissəsini əzmiş, nəticədə Zərərçəkmiş şəxs 4945 manat miqdarında maddi ziyan vurmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İmanverdi Şükürov, hakimlər Akif Eyvazov və Rafail Əliyevdən ibarət tərkibdə) 28 sentyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 28 sentyabr 2016-cı il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərə findən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestinin dəlilərini onunla əsaslandırır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, T.6 CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. T6 baş vermiş hadisə ilə bağlı ifadəsi yerində yoxlanılarkən sərbəst olaraq hadisənin baş vermə şəraitini, hadisə yerinə gedən yolu ətraflı təsvir etmiş, baş vermiş hadisə ilə bağlı dəqiqləşmə aparılmışdır. Məhkəmənin qənaətinə əsasən X7 avtomobilə oturaraq onu idarə etməsini gördüyünü təsdiq edən şəxs yoxdur. Şahid qismində dindirilən şəxslər avtomobilin X15 tərəfindən qaçırılmasını, avtomobilin onun tərəfindən idarə edilməsini və yaxud qəzadan dərhal sonra avtomobilin daxilində olmasını görmədiklərini, yalnız üçüncü şəxslərdən avtomobilin X15 tərəfindən qaçırılmasını eşitdiklərini bildirmişlər. Bunda başqa, məhkəmə hesab etmişdir ki, məhkəmə trasoloji və tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 9973/10148 saylı rəyi birmənalı olaraq X7 hadisə zamanı avtomobilin sükanı arxasında əyləşməsini şübhə altına alır. İşdə olan məhkəmə trasoloji və tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 9973/10148 saylı rəyindən görünür ki, T6 olan xəsarətlərin yerləşmə nahiyələrinə, xüsusiyyətlərinə və avtomobildə olan zədələrə əsasən zərərçəkmişin hadisə vaxtı sürücü və ya ön oturacaqda oturmuş sərnişin olmasını məhkəmə tibbi ekspertiza yolu ilə konkret təy in etmək mümkün deyildir. Belə ki, bu xəsarətlər həm sürücü, həm də qabaq sağ oturacaqda oturmuş sərnişində əmələ gələ bilərdilər. Göründüyü kimi, göstərilən rəydə T6 hadisə vaxtı sürücü oturacağında olması təkzib olunmamışdır. Eləcə də qan ləkələrinin sağ tərəfdə olması T6 hadisə vaxtı sürücü oturacağında olmasını təkzib etmir. Belə ki, avtomobilin divara və ağaca çırpılması nəticəsində T6 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin sağda əzilmiş-didilmiş yaraları kimi bədən xəsarətləri almışdır. Avtomobilin sağ ön və sağ yan hissələrinin vurulması nəticəsində zərbənin təsirindən T6 xəsarət almış baş nahiyəsinin zərbə istiqamətində ətalətlə qabaq sağ oturacağına tərəf meyilli olması və qabaq sağ oturacaqda, sağ qapıda və ayaq altı üzərində qan izlərinin olmasını mümkün edir. Kassator qeyd etmişdir ki, məhkəmə öz hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun qəbul edilməməsinin səbəbini göstərməmiş, CPM-in 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassator protestdə göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini, X7 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işin in materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı H6 və kasasiya protestinin təmin edilməməsinə dair X7 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, X7 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməy ə və yaxud dəyişdirməyə haqlıdır. Kassator kassasiya protestində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tam, obyektiv və hərtərəfli tədqiq edilmədiyini, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmayan ziddiyyətli sübutlara əsaslandığını, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini və X7 bu cinayəti törətməsinə dair kifayət qədər sübutlar olmasına baxmayaraq onun barəsində əsassız olaraq bəraət hökmü çıxarıldığını vurğulayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini apellyasiya ins tansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə); 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü ( məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hə rtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini müəyyən edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq ol araq tədqiq etməmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün hüquqi qiymət verməmiş və nəticədə X13 bəraət verərkən əsassız qərar qəbul etmişlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar top lanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəki Rayon Məhkəməsi 14 oktyabr 2019-cu il tarixli hökmündə, habelə həmin hökmün dəyişdirilmədən saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarında T6 Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verməsi ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışlar ki, “müstəntiq tərəfindən iş ətraflı araşdırılmamış, X7 CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutul an cinayət əməlini törətməsi sübuta yetmir. İttiham aktına əsasən X15 avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salaraq nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Buna görə də məhkəmə qeyd edir ki, X15 hazırkı cinayət əməli üzrə təqsirli sayılması üçün avtomobil onun tərəfindən idarə olunmaqla qaçırılmalı idi. Lakin müəyyən oldu ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını X7 etirafedici ifadəsi təşkil etmişdir ki, onun CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi digər sübutlarla təsdiqini tapmır.” Məhkəmə kollegiyası bu qənaətlə cinayət işinin materiallarındakı sübutlarla uyğunsuzluq təşkil etdiyindən razılaşmır və cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi lazım bilir: Birinci in stansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, ittiham olunduğu əməldə özünü təqsirli hesab edir. Moykanın içərisində yerləşən çayçıda işləyirmiş. Avtomobili qaçırmaq niyyəti olmamışdır. Avtomobilin açarlarının üzərində olduğunu görmüş, avtomobili idarə etməyə başlamış, avtomobili əks istiqamətə döndərmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialına tərəf təxminən iki-üç kilometr hərəkət etmişdir. Həmin vaxt ani idarəetməni itirmiş, avtomobili əvvəlcə yolun kənarında olan hasara sonra ağaca vurmuşdur. Baş vermiş qəza nəticəsində huşsuz vəziyyətdə olduğundan sonradan baş verənləri xatırlamır. Hadisə baş verərkən ilk dəfə sükan arxasında oturmuş, hadisədən əvvəl və sonra avtomobil idarə etmək bacarığı və səriştəsi olmamışdır. Av tomobili idarə etmək üçün hansı hərəkətləri ardıcıl olaraq icra edilməli olduğunu bilmir. Sadəcə sürət qutusunun üzərində yerləşən hərflərin anlamını bilmişdir. Məsələn R- arxaya, D- irəli. Qeyd edilməlidir ki, T6 istər ibtidai istintaq zamanı, istər məhkəmə araşdırmaları zamanı verdiyi ifadərində, istərsə də kassasiya kollegiyasının iclasında kassasiya protestinə münasibət bildirərkən ardıcıl olmuş, avtomobili o idarə etdiyini, avtomobillə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialına tərəf təxminən iki-üç kilometr hərəkət etdiyini, həmin vaxt ani idarəetməni itirdiyini və avtomobili əvvəlcə yolun kənarında olan hasara, sonra ağaca vurduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə Səhiyyə Nazirliyi Şəki Psixiatriya Xəstəxanasının 1 dekabr 2018-ci il tari xli, 652 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan 1998-ci il təvəllüdlü X17 X4 dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Şəki RMX-nın Narkologiya Şöbəsinin 03 dekabr 2018-ci il tarixli, 279 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan X5 MRX-nin Narkoloji şöbəsində qeydiyyatda yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi T6 nə psixi xəstəlikdən əziyyət çəkmir, nədə ki, narkoloji dispanserdə qeydiyyatda yoxdur. O, anlaqlı şəxsdir, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya kollegiyasının iclasında ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Şəki şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir və ailəsini dolandırır. 21 noyabr 2018-ci il tarixdə, təxminən saat 13:50 radələrində Şəki şəhəri, *********** küçəsində şəhər sakini Vüqar adlı şəxsə məxsus avtoyuma məntəqəsinə, dayısı oğlu X14 yanına getmişdir. Həmin ünvana çatdıqdan sonra istifadəsində olan «Mersedes-Benz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili avtoyuma məntəqəsinin qarşında saxlamış, dayısı oğlu Vüsal ilə görüşmüşdür. Bir qədər sonra dayısı oğlu V6 avtoyuma məntəqəsinin çayxanasından kənar bir yerdə namaz qılmağa getdiyi üçün onu bir neçə dəqiqə gözləməli olmuşdur. V6 namaz qıldıqdan sonra avtoyuma məntəqəsinin qarşısına çıxdıqda avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Həmin vaxt çayxanaya qayıdıb baxmış, çayxanada xidmətçi işləyən X7 çayxanada olmadığını görm üşdür. Həmin vaxt T6 hörmət əlaməti olaraq avtomobilin təkərlərini qaraltdığını fikirləşmişdir. Lakin avtomobili tapa bilmədikdə T6 xəbəri olmadan avtomobili sürüb getdiyindən şübhələnmişdir. Daha sonra başqa avtomobil ilə «Marxal» istirahət mərkəzi istiqamətində qalxaraq T6 axtarmışdır. «****» istirahət mərkəzinə doğru qalxdıqdan sonra yenidən şəhər istiqamətinə qayıtmış, şəhərin L6 küçəsindən ötən zaman yolda bir neçə şəxsin və polis əməkdaşlarının toplaşdığını görmüşdür. Həmin yerə yaxınlaşıb baxdıqda ona məxsus avtomobilin yolda olan ağaca dəydiyini və yararsız vəziyyət düşdüyünü görmüşdür. Orada olan şəxslərdən T6 harada olmasını soruşmuş, polis əməkdaşları avtomobili qaçıran T6 xəsarət aldığını və onu təcili yardım əməkdaşlarının xəstəxanaya apardığını bildirmişlər. Birinci instansiy a məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini V6 məxsus Şəki şəhəri, ******** küçəsində yerləşən avtoyuma məntəqəsində avtomobil yuyan işləyir. 21 noyabr 2018-ci il tarixdə, təxminən saat 13:40 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir. Zərərçəkmiş şəxs avtoyuma məntəqəsinə gəldikdən sonra o, namaz qılmağa getmiş və sonuncuya onu gözləməsini demişdir. O, namazını bitirib gəldiyində Zərərçəkmiş şəxsla birlikdə avtoyuma məntəqəsinin çayxanasından çölə çıxmış, ona məxsus avtomobilin yerində olmadığını görmüşlər. Zərərçəkmiş şəxs avtomobilin çayxanada xidmətçi işləyən T6 tərəfindən qaçırıldığını demiş, o isə öz növbəsində Zərərçəkmiş şəxs sonuncunun avtomobil sürə bilmədiyini demişdir. Daha sonra onun avtomobil sürməyə cəhd etdiyini, nahar üçün yaşadığı evə gedib-qayıdacağını fikirləşmiş, Zərərçəkmiş şəxs təsəlli vermişdir. Bir müddət sonra avtoyuma məntəqəsinə müştəri gəldiyindən o, avtomobil yumağa başlamışdır. Müəyyən vaxt keçdikdən sonra Zərərçəkmiş şəxs avtoyuma məntəqəsində olmadığını görmüş, ona zəng edərək harada olmasını soruşduqda sonuncu ona T6 avtomobili qaçıraraq qəza törətdiyini və avtomobilin əzilərək yararsız vəziyyət düşməsini demişdir. Zərərçəkmiş şəxs T6 xəsarət dəyibdəyməməsini soruşduqda onu görmədiyini və eşitdiyinə görə Şəki RMX-na aparıldığını demişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Şəki şəhər TTTYS-da sürücü işləyir. 21 noyabr 2018-ci il tarixdə günorta saatl arında daxil olmuş çağırışa əsasən tibb bacısı X8 və həkim X6 ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman T6 avtomobilin sağ yan hissəsində yerə uzanmış vəziyyətdə görmüşlər. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmənin qənaətinə görə X7 qəzadan sonra avtomobildən çıxarılarkən avtomobilin sağ hissəsində yerə uzadılması onun sükan arxasında olmasını şübhə altına alır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlara belə uğursuz qiymət verilməsi CPM-in 143-146-cı maddələri ilə açıq-aşkar ziddiyyət təşkil edir. Hadisə baş verərkən sürücünün maşından çıxarılaraq hansı tərəfə qoyulması yol şəraiti və s. amillərlə bağlı olan haldır. Şəxsin avtomobilin sağ tərəfində yerə uzadılması onun sük an arxasında olan şəxs olmaması ilə əlaqələndirilməsi heç bir məntiqə sığmır. Kollegiya qeyd edir ki, cinayət işi üzrə hal şahidlərinin iştirakları ilə tərtib edilmiş 21 noyabr 2018-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki,«Mersedes-Benz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri, ******** küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirmiş, avtomobil yol kənarında olan maneəyə, yəni ağaca dəymiş və avtomobilin ön hissəsi əzilmişdir (T6 da ifadələrində avtomobili ağaca vurduğunu göstərmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Səhiyyə Nazirliyinin Şəki Narkoloji Şöbəsinin 21 noyabr 2018-ci il tarixli, 821 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X9 alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmə tərəfindən təyin edilərək alınmış Məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2018-ci il tarixli, 725 nömrəli rəyində göstərilmişdir ki, X9 olan xəsarətlər qapalı kəllə-beyin travması, beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 21 noyabr 2018-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinay ət işi üzrə məhkəmə tərəfindən təyin edilərək alınmış Məhkəmə tibbi-bioloji ekspertizasının 10 iyun 2019-cu il tarixli, 248/2019-MTBŞ saylı rəyindən görünür ki, X7 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta (İ), ekspertizaya təqdim edilmiş «MersedesBenz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd detal hissə, şüşə qırıntıları və bir ədəd əski parçası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu şəxsə, o cümlədən də X13 məxsus ola bilər. Məhkəmə tərəfindən təyin edilərək alınmış Məhkəmə tibbi-kriminalistik ekspertizasının 11 iyun 2019-cu il tarixli, 201/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizay a təqdim edilmiş avtomobil detalının daxili səthində və şüşə qırıntısının üzərində aşkar edilmiş qan ləkələrin forma və xarakterinə əsasən demək olar ki, bu qan ləkələri yaxma xarakterlidir, qan mənbəyi ilə statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Cinayət işi üzrə Məhkəmə trasoloji və tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 9973/10148 saylı rəyindən görünür ki, T6un ilkin ekspert rəyinə əsasən qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyüntəpə nahiyəsinin sağda əzilmiş-didilmiş yaraları olmuşdur. Həmin xəsarətlər küt mexanizmdən avtomobil qəzaları zamanı törənə bilərdi, hazırkı hadisədə isə avtomobilin divara və ağaca çırpılmaları (dəymələri) anında başın sağ alın, təpə nahiyələrinin və burun belinin avtomobilin alın ş üşəsinə dəyməsindən törənə bilərdilər. Həmin xəsarətlərin yerləşmə nahiyələrinə, xüsusiyyətlərinə və avtomobildə olan zədələrə əsasən zərərçəkmişin hadisə vaxtı sürücü və ya ön oturacaqda oturmuş sərnişin olmasını məhkəmə tibbi ekspertiza yolu ilə konkret təyin etmək mümkün deyildir. Belə ki, bu xəsarətlər həm sürücü, həm də qabaq sağ oturacaqda oturmuş sərnişində əmələ gələ bilərdilər. Təqdim edilmiş «Mersedes-Benz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sağ qanadda, qabaq sağ qapıda, qabaq sağ dirəkdə, qabaq sağ təkərdə) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bərk predmetlə kontaktda olması, dəyməsi nəticəsində yaranması mümkündür. Belə predmetə metal, beton, dir ək və s. aiddir. Təqdim edilmiş «Mersedes-Benz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində iki mərkəzi olan zədələr öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə səthi hamar, bərk olmayan predmetin təsirindən yarana bilən zədələrdir. Zədələrin sürücü və qabaq sərnişin oturacaqlarına nisbətən paralel olması nəqliyyat vasitəsinin daxilində əyləşmiş sürücü və sərnişinin bədənin təsiri nəticəsində yaranmasına uyğun gəlir. Təqdim edilmiş «Mersedes-Benz 230» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapı əl tutacağında, sağ oturacağının üzərində, ayaqaltı sahəsində qana bənzər ləkələr vardır. Qabaq sağ qapı çərçivəsinin aşağı sahəsində olan qana bənzər ləkələrin sərnişin oturacağında hoparaq əks olunması, qabaq sağ q apının içəri əl tutacağı ətrafında süzülmə, sağ qapının alt oturacağın (çərçivənin) qabaq sahəsində isə nəqliyyat vasitəsinin daxilindən xaricə doğru istiqamətdə axmaqla kütlə şəklində quruması halında əks olunmasına əsasən izlərin sərnişin oturacağında yerləşmiş şəxsdən yuxarıdan aşağıya doğru istiqamətində yaranmasına uyğun gəlir. Qeyd edilən hissələr üzərində qana bənzər ləkələrin (izlərin) olması avtomobilin ön sağ və sağ yan hissəsinin maneəyə dəyməsi ilə izah etmək olar. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı tərtib olunmuş 15 dekabr 2018-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, X5 şəhəri, *********** küçəsinə yerləşən avtoyuma məntəqəsinin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus «Mersedes-Benz 23 0» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırdıqdan sonra Şəki şəhəri ********** və******* küçələri istiqamətində hərəkət trayektoriyasını göstərmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, “tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, həmçinin işdə olan digər sənədlərlə, ekspertiza rəyləri ilə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətmədiyi təsdiq edilir. Bundan başqa, iş üzrə dindirilmiş həm zərərçəkmiş şəxs, həm də şahidlər ifadələrində bilavasitə avtomobilin T6 tərəfindən qaçırılmasını göstərməmişlər. Təqsirləndirilən şəxsin öz ifadəsinə gəldikdə isə, sonuncu hər iki məhkəmə iclasında göstərmişdir ki, hadisə baş verərkən ilk dəfə sükan arxas ında oturmuş, hadisədən əvvəl və sonra avtomobil idarə etmək bacarığı və səriştəsi olmamış, özü də avtomobil idarə etməyə təşəbbüs göstərməmişdir. Avtomobili idarə etmək üçün hansı hərəkətləri ardıcıl olaraq icra edilməli olduğunu bilmir. Göründüyü kimi, avtomobili idarə etmə bacarığı olmayan bir şəxsin avtomobillərin intensiv hərəkət etdiyi yerdə avtomobili idarə etməsi heç də inandırıcı görsənmir. Cinayət işinin materiallarında olan məhkəmə trasoloji və tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 9973/10148 saylı rəyi birmənalı olaraq X7 hadisə zamanı avtomobilin sükanı arxasında əyləşməsini şübhə altına alır. İttiham tərəfinin təqdim etdiyi sübutlarla, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadəsində də avtomobilin məhz X15 tərəfindən qaçırılması birmənalı olaraq göstərilməmişdir. X 2 avtomobilə oturaraq onu idarə etməsini gördüyünü təsdiq edən bir nəfər belə şəxs yoxdur. Şahid qismində dindirilən şəxslər avtomobilin X15 tərəfindən qaçırılmasını, avtomobilin onun tərəfindən idarə edilməsini və yaxud qəzadan dərhal sonra avtomobilin daxilində olmasını görmədiklərini, yalnız üçüncü şəxslərdən avtomobilin X15 tərəfindən qaçırılmasını eşitdiklərini bildirmişlər. Halbuki, istintaq orqanı tərəfindən qəzadan dərhal sonra hadisə yerinə gələn şəxslərin müəyyən olunması və şahid qismində dindirilməsi mümkün olmayan bir hal kimi görünmür. Məhkəmə istintaqı zamanı dindirilən hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının əməkdaşları hər biri ayrı-ayrılıqda onlar hadisə yerinə gələndə X7 artıq avtomobildən çıxarıldığını və avtomobilin sağ hissəsində yerdə uzanıqlı vəziyy ətdə olduğunu bildirmişlər. Avtomobilin sükanı arxasında əyləşmiş X7 qəzadan sonra avtomobildən çıxarılarkən avtomobilin sağ hissəsində yerə uzadılması məntiqli və inandırıcı hesab olunmur. Belə ki, avtomobilin hər iki qapı açıldığı halda xəsarət almış X1 arxasından çıxarılıb avtomobilin sağ yan tərəfinə aparılmaqla yerdə uzadılması inandırıcı deyildir və hazirki vəziyyətdə X13 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən mötəbər sübut kimi dəyərləndirilə bilməz”. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi qənaətə münasibət bildirərək vurğulayır ki, T6 ifadələrində dəfələrlə göstərmişdir ki, nəqliyyat vasitəsini tam idarə edə bilməsə də, Zərərçəkmiş şəxs məxsus avtomobili idarə etməklə qaçırmışdır. Nəqliyyat vasitəsini düzgün idarə etməməsi nəticəsində avtomobili yolun kə narında olan divara və ağaca vurmuşdur. X23 avtomobili idarə etməyə tam səriştəsi olsaydı, təbii ki, heç bir hadisə baş vermədən “mənzil başına” çata bilərdi. Məhkəmənin T6 ümumiyyətlə, nəqliyyat vasitəsini idarə etməməsi və ya Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırmaması barədə gəldiyi nəticə heç bir ağlabatan sübuta əsaslanmır. T6 məhkəmədə verdiyi ifadəsindən də görünür ki, sürət qutusunun üzərində yerləşən hərflərin anlamını bilmişdir, məsələn Rarxaya, D- irəli. Bu xüsusat da onun avtomat ötürücülü sürət qutulu avtomobili mükəmməl olmasa da, idarə edə bilməsini inkar etmir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin “X7 avtomobilə oturaraq onu idarə etməsini gördüyünü təsdiq edən şəxs yoxdur. Şahid qismində dindirilən şəxslər avtomobilin X15 tərəfindən qaçırılmasını, avtomobilin on un tərəfindən idarə edilməsini və yaxud qəzadan dərhal sonra avtomobilin daxilində olmasını görmədiklərini, yalnız üçüncü şəxslərdən avtomobilin X15 tərəfindən qaçırılmasını eşitdiklərini bildirmişlər” - dəlilinə münasibət bildirərək qeyd edir ki, əgər avtomobildə T6 başqa bir şəxs olsaydı, o zaman o, hadisənin necə olmasını şahid kimi təsdiq edə bilərdi. Hazırki halda isə nə ittiham tərəfi avtomobildə T6 qeyri bir şəxs olduğunu iddia edir, nədə ki, müdafiə tərəfi avtomobildə T6dan başqa bir şəxs olduğu barədə alibi irəli sürür. İttiham tərəfinin təqdim etdiyi sübutları müdafiə tərəfi qeyd-şərtsiz qəbul edir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin “trasoloji və tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 9973/10148 saylı rəyi birmənalı olaraq X7 hadisə zamanı avtomobilin sükanı arxasında əyləşməsini şübhə altına alır” – dəlilinə münasibət bildirərək qeyd edir ki, Məhkəmə trasoloji və tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 9973/10148 saylı rəyindən görünür ki, T6da olan xəsarətlərin yerləşmə nahiyələrinə, xüsusiyyətlərinə və avtomobildə olan zədələrə əsasən zərərçəkmişin hadisə vaxtı sürücü və ya ön oturacaqda oturmuş sərnişin olmasını məhkəmə tibbi ekspertiza yolu ilə konkret təyin etmək mümkün deyildir. Belə ki, bu xəsarətlər həm sürücü, həm də qabaq sağ oturacaqda oturmuş sərnişində əmələ gələ bilərdilər. Göründüyü kimi, göstərilən rəydə T6un hadisə vaxtı sürücü oturacağında olması təkzib olunmamışdır. Həmçinin, qan ləkələrinin sağ tərəfdə olması T6un hadisə vaxtı sürücü oturacağında olmasını təkzib etmir. Belə ki, avtomobilin divara və ağaca çırpıl ması nəticəsində T6 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin sağda əzilmiş- didilmiş yaraları kimi bədən xəsarətləri almışdır. Avtomobilin sağ ön və sağ yan hissələrinin vurulması nəticəsində zərbənin təsirindən T6 xəsarət almış baş nahiyəsinin zərbə istiqamətində ətalətlə qabaq sağ oturacağına tərəf meyilli olması və qabaq sağ oturacaqda, sağ qapıda və ayaqaltı üzərində qan izlərinin olmasını mümkün edir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələr tərəfindən CPM-in 143-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlara qeyri-obyektiv, cinayət işinin materiallarındakı mötəbər sübutlara uyğun gəlməyən və qəbuledilməz qaydada qiymət verilmişdir. İşə baxan məhkəmələrin gəldikləri nəticə əsassı z olmaqla CPM-in 349-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4). Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996- cı il tarixl i 4№-li qərarının 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin töfsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu m üəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasım müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində C inayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Plenum qərarı məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və əməl düzgün tövsif edilsin. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X16rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müə yyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Hazırki işə istər Ali Məhkəmənin, istər Konstitusiya Məhkəməsi Plenumunun tövsiyyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, X7 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, X7 əməlinə düzgün hüquqi qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq dövlət ittihamçısı tərəfindən X7 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərarından verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin təmin edilməsi, göstərilən qərarın kassasiya protestinə münasibətdə ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 419.10.2-ci maddələrini rəhbə r tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2019-cu tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar