Məhkəmə qərarları › İş №1(102)-542/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-542/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-542/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Həsənov Əkrəm Şirvan oğlunun, Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-“Fe mida” Vəkil Bürosunun vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun iştirakları ilə, xx xxxxxx 1955-ci ildə Tovuz rayonu, Düz Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkar və “OberLux” İstirahət Mərkəzinin faktiki sahibi, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 85, mənzil 259-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarından məhkum və onun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qar adağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim İ.T.Həsənov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilən cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il müdd ətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 05 ay müddət ona təyin edilən cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin olunmuş 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, müəyyən olunmuş sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hö kmün icrası onun yaşayış yeri üzrə Nəsimi Rayon icra və probasiya şöbəsinə həvalə edilmiş barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) Məhkum və onun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamenti tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi qeydiyyata alınmaqla və Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində xx.xx.2013-cü il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçmiş “Ober Lux” adlı istirahət mərkəzinin faktiki sahibi olaraq hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə 2013-2014-cü illər ü zrə rüblük olaraq təqdim etdiyi vergi bəyannamələrinə əsasən 2013-cü ildə və 2014-cü ilin yanvar–iyul aylarında dövriyyəsi olmadığı və 2014-cü ilin iyul-dekabr aylarında aylıq 18.333,33 manat dövriyyəsi olmasına baxmayaraq, faktiki sahibi olduğu “Ober Lux” istirahət mərkəzinin yarımçıq qalan tikililərini tamamlamaq və avadanlıqların alınması təyinatı üzrə Zərərçəkmiş şəxs QSC-nin “Lökbatan” filialı ilə bağladığı xx xxx 2013-cü il tarixli 27L000000587 №-li “Uzun müddətli kredit müqaviləsi” əsasında xx.xx.2014-cü il tarixdə bank tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı aylıq dövriyyəsinin 145.483 (yüz qırx beş min dörd yüz səksən üç) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 114.131,41 manat (yüz on dörd min yüz otuz bir manat qırx bir qəpik), ödəmə qabiliyyətinin isə aylıq 101. 430 (yüz bir min dörd yüz otuz) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 79.571,83 manat (yetmiş doqquz min beş yüz yetmiş bir manat səksən üç qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə xx.xx.2014-cü il tarixli 027R********** №-li kredit razılaşması əsasında özünə 60 ay müddətinə, aylıq 1,125 % dərəcəsi ilə külli miqdar təşkil edən 1.850.000 (bir milyon səkkiz yüz əlli min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.451.140 (bir milyon dörd yüz əlli bir min yüz qırx) manat məbləğində kredit verilməsinə nail olub, həmin pulun “xxxx” QSC-də olan Z87ACAB******************** saylı ABŞ dolları ilə olan cari hesabına köçürülməsindən sonra pulun 11.100 (on bir min yüz) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 8.628,4 manatının (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 1.132.551,11 ABŞ dollarını (bir milyon yüz otuz iki min beş yüz əlli bir dollar on bir sentini), həmin dövrün məzənnəsi ilə 888.373,09 manatını (səkkiz yüz səksən səkkiz min üç yüz yetmiş üç manat doqquz qəpiyini) 142201 saylı bank çeki əsasında, 3.028,88 ABŞ dollarını (üç min iyirmi səkkiz dollar səksən səkkiz sentini), həmin dövrün məzənnəsi ilə 2.375,85 manatını (iki min üç yüz yetmiş beş manat səksən beş qəpiyini) isə 142202 saylı bank çeki əsasında xx.xx.2014-cü il tarixdə bankın ünvan 1 ünvanında yerləşən kassasından nağd olaraq götürüb, 703.320,01 ABŞ dollarını (yeddi yüz üç min üç yüz iyirmi dollar bir sentini), həmin dövrün məzənnəsi ilə 551.684,21 manatını (beş yüz əlli bir min altı yüz səksən dörd manat iyirmi bir qəpiyini) isə özünün həmin bankda olan əsas kredit, faiz və cərimə borclarının qaytarılmasına yönəltməklə Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 148.494,97 ABŞ dolları (yüz qırx səkkiz min dörd yüz doxsan dörd dollar doxsan yeddi senti), faiz üzrə 184.346,15 ABŞ dolları (yüz səksən dörd min üç yüz qırx altı dollar on beş senti) məbləğində ödəniş həyata keçirib, xx xxx 2017-ci il tarixə 1.701.505,03 ABŞ dolları (bir milyon yeddi yüz bir min beş yüz beş dollar üç senti), həmin dövrün məzənnəsi ilə 2.896.472,01 manat (iki milyon səkkiz yüz doxsan altı min dörd yüz yetmiş iki manat bir qəpik) məbləğində əsas və 250.972,88 ABŞ dolları (iki yüz əlli min doqquz yüz yetmi ş iki dollar səksən səkkiz senti), həmin dövrün məzənnəsi ilə 427.231,13 manat (dörd yüz iyirmi yeddi min iki yüz otuz bir manat on üç qəpik) məbləğində faiz borclarını, cəmi 1.952.477,91 ABŞ dollarını (bir milyon doqquz yüz əlli iki min dörd yüz yetmiş yeddi dollar doxsan bir senti), həmin dövrün məzənnəsi ilə 3.323.703,14 manat (üç milyon üç yüz iyirmi üç min yeddi yüz üç manat on dörd qəpik) məbləğində pulu qəsdən ödəməməklə hüquqi şəxs olan “xxxx” QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən verilmiş kassasiya şikayətində cinayət işi üzrə hökmə və qərara, işin hallarına, Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin müvafiq normalarına istinad edilməklə Məhkum əməllərində heç bir cinayət olmadığı, ittiham tərəfinin onun təqsirini sübut etmədiyi, məhkəmənin təqdim olunan sübutlara düzgün qiymət vermədiyi, sübutların obyektiv toplanıb qiymətləndirilməsi üçün şərait yaratmadığı göstərilərək, hökmü və qərarı qanunsuz, əsassız və ədalətsiz hesab etdiklərini bildirərək işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək Məhkum bəraət verilməsini xahiş olunur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qərarında şikayətin dəlillərinə birmənalı şəkildə heç bir münasibət bildirilməmiş, məhkəmə i stintaqının aparılması barədə vəsatət məhkəmə tərəfindən rədd edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi də iş üzrə əhəmiyyət kəsb edən sübutların, sənədlərin və sənədlərin əslinin təqdim edilməsi, şahidlərin dindirilməsi, audio yazan texniki vasitələrdən istifadə etməyə icazənin verilməsi, iş üzrə əhəmiyyətli sübut kimi qiymətləndirilmiş “kredit analizi” vərəqəsinin məhkəmə baxışından sübut kimi yolverilməz material qismində xaric edilməsi haqda vəsatətləri təmin etməmiş, proses iştirakçılarının ifadələri iclas protokollarında düzgün əks etdirilməmiş, iclas protokoluna dair verilmiş qeydlər rədd edilmişdir. Kassasiya şikayətində daha sonra Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri təhlil edilməklə ittiham aktında və hökmdə, həm də qərarda istinad edilən halların ümumi yyətlə CM-də təsbit edilən cinayət tərkiblərinin əlamətlərinə uyğun olmadığı, iş üzrə yeganə “sübut” olan “kredit analizi” vərəqinin əslinin mövcud olmadığı, bütün ittihamın məhz həmin sənədin üzərində qurulduğu, həmin “kredit analizi” vərəqəsinin heç bir səhifəsində heç kəsin imzası və (və ya) möhürünün olmadığı, həmin sənəddə məhkumun yalan məlumat verməsini təsdiqləyən heç nə olmadığı və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatlar sadalanaraq Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli və Məhkum bəraət verilməli olması göstərilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası sədrlik edən hakimin iş üzrə məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət işinin materialları nı öyrənib, şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərər çəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti qismən təmin edilərək hazırkı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə onun əməlində həmin cinayətin tərkibi olmadığına görə cinayət təqibinə xitam verilməli və ona həmin maddə ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş ümumi cəzadan çıxılmalı, o nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə isə iş yenidən baxılması üçün həmin məhkəməyə təyin edilməlidir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya instansiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən mə hkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət etməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Bu o deməkdir ki, məhkəmə hökmündə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir (CPM-in 34 9.3, 349.4 və 349.5-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi hökmdə Məhkum tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsinin onun özünün ifadəsi, habelə “mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmədə verdiyi ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla” sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Bu zaman məhkəmə həmçinin, Məhkum özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınma məqsədi kimi qiymətləndirmişdir. Müdafiə tərəfi bi rinci instansiya məhkəməsinin qeyd edilə hökmü ilə razılaşmayaraq apellyasiya şikayətində hökmün qanunsuz, əsassız və ədalətsiz olması, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Məhkum təqsirinin təsdiq olunmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, təqsirliliyi sübuta yetirilmədiyi üçün Məhkum bəraət verilməli olduğunu göstərmişdir. Apellyasiya şikayətində cinayət işinin materiallarına, o cümlədən də cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına istinad edilməklə müvafiq dəlillər göstərilmiş, lakin apellyasiya instansiyası həmin dəlilləri öz qərarının təsviri hissəsində geniş şəkildə göstərsə də, onları müzakirə etməmiş, həmin dəlillərin hər birinə münasibətdə öz mövqe yini konkret olaraq qərarda əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları olduğu kimi öz qərarına daxil etməklə qərarın əsaslandırıcı hissəsində bir abzasdan ibarət ümumi ifadələrlə Məhkum törətdiyi cinayət əməlində təqsirinin özünün ifadəsi ilə yanası, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə təsdiq olunduğunu, onun tərəfindən Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə qeyd olunan cinayətlərin törədilməməsi barədə dəlillərin məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmadığını göstərmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hal larının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-nin 392.3-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə b ilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sü butları qiymətləndirirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı cinayət işi üzrə Məhkum apellyasiya şikayətində göstərdiyi dəlillərin, xüsusilə də ona “maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə” “Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alması”na dair qarşı irəli sürülmüş ittihamın əsası kimi çıxış edən iş üçün mühüm əhəmiyyət kəsb edən xx xxxxxx 2014-cü il tarixli “Kredit analizi” vərəqəsində göstərilən məlumatların onun tərəfindən təqdim edilməməsinə dair dəlillərin onun təqsirliliyinin müəyyən olunmasına təsiri, habelə iş üzrə əsasən zərər çəkmiş Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları olmuş şahidlərin ifadələrində zidiyyətlərin mövcudluğu barədə dəlilləri həmin dəlillərin Məhkum təqsirinin sübuta yetiri lməsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq araşdırılmaması və qərarda buna münasibət bildirilməməsi cinayət işi üzrə apellyasiya baxışının hərtərəfli və tam şəkildə aparılmamasına dəlalət edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının “Ədalətli məhkəmə hüququ” adlanan 6-cı maddəsinə əsasən hər kəs,...ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququna malikdir. Konvensiyanın 6-cı madd əsinin tətbiqi praktikasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, bu maddə apellyasiya hüququnu nəzərdə tutmur, lakin bu hüquq 7 saylı Protokolunun 2-ci maddəsində nəzərdə tutulan cinayət işlərində təmin edilir. “Delkur Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “dövlət öz daxili qanunvericiliyində apellyasiya hüququnu nəzərdə tutubsa, belə apellyasiya prosesləri 6-cı maddədəki təminatların əhatə dairəsinə düşür” (“Delkur Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, 25-ci bənd). Hüseyn və digərləri Azərbaycana qarşı işində (xx xxxx 2011-ci il tarixli qərar, 214-cü bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki,...məhkəmə araşdırmaları bütövlükdə baxıldıqda ilkin mühakimədə özünü göstərən çatışmazlıqların son radan yuxarı məhkəmələrdə aradan qaldırıldığı təqdirdə, ədalətli hesab edilə bilər (baxın, mutatis mutandis, X2rşı, xx xxxxxx 1992-ci il, § 39, A Seriyaları, no. 247-B və yuxarıda qeyd edilmiş De Kubber, § 33, A Seriyaları, no. 86, Adolf Avstriyaya qarşı, xx xxxx 1982-ci il, §§ 38-40, A Seriyaları, no. 49). Lakin, Hökumətin hazırkı işdəki dəlilinin əksinə, Məhkəmə ilkin mühakimədəki çatışmazlıqlardan heç birinin Apellyasiya Məhkəməsi və ya Ali Məhkəmə tərəfindən aradan qaldırılmadığnı hesab edir. Belə ki, həmin məhkəmələr ya işə baxmaqdan imtina etmiş (Apellyasiya Məhkəməsi), yaxud da həm fakt, həm də hüquq baxımından sübutların hüquqi araşdırılması və tərəflərin hüquqi və faktiki dəlilləri üzrə yeni iclas açmaq üçün özünü səlahiyyətsiz elan etmişdir (Ali Məhkəmə). Bundan əlavə, məhkəmələr in hər ikisi birinci instansiya məhkəmələrinin aşkarladığı halları təsdiqləmiş və ərizəçilərin mühakimə ərzində ortaya çıxan çatışmazlıqlar barəsində çoxsaylı şikayətlərinə münasibət bildirməmiş və həmin şikayətləri ümumilikdə əsassız adlandıraraq, heç bir səbəb gətirmədən rədd etmişdir. Həmin işdə Avropa Məhkəməsi digər hallarla yanaşı bu xüsusatı da pozuntu kimi qiymətləndirərək iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birgə həmin maddənin 3 “b”, “c” və “d” yarımbəndlərinin pozuntularını müəyyən etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həy ata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müəddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarında göstərilir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Həmin qərarın 10-cu bəndində nəzərdə tutulur ki,... “Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 14 2-ci, MPM-in 82-ci maddələrində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Konvensiyasının 6-cı maddəsinin tətbiqi təcrübəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, bütövlükdə məhkəmə icraatının ədalətli olubolmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilibedilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə q arşı etiraz etmək imkanının verilib-verilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədikdə, ədalətlilik problemi mütləq surətdə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur (Bıkov Rusiyaya qarşı [BP], § 89; Yalloh Almaniyaya qarşı [BP], § 96). Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının, habe lə Avropa Məhkəməsinin müvafiq qərarlarında formalaşdırdığı hüquqi mövqeyinin və CPM-nin yuxarıda qeyd edilən müvafiq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə apellyasiya instansiyası tərəfindən Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin araşdırılmamasını və qərarda onlara münasibət bildirilməməsini «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının və CPM-nin tələblərinin pozulması kimi qiymətləndirir. Xüsusilə qeyd edilməlidir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını müstəsna olaraq xx xxxxxx 2014-cü il tarixli “Kredit analizi” vərəqəsi təşkil etsə də, nə ibtidai istintaq orqanı və nə də ki, məhkəmələr həmin sənədin nəyin əsasında tərtib edildiyini, həmin vərəqə d axil olmuş məlumatların kim tərəfindən və necə əldə olunduğu, müvafiq məlamutlarının filitrasiyasının hansı qaydada aparıldığı və buna kimin məsul olduğu müəyyən edilməmiş, bu istiqamətdə araşdırma belə aparılmamışdır. Halbuki, CinayətProsessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.2-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə isə Konstitusiya və prosessual qanunla (CPM-nin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsin i həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). CPM-nin 145.3-cü maddəsi isə birmənalı olaraq göstərir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa ibtidai istintaq orqanı və məhkəmələr Məhkum tərəfindən Vergi orqanına təqdim olunmuş “Sadələşdirilmiş vergi” və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi” bəyannamələrinə əsaslanaraq Məhkum 2014-2017-ci illərdə 353020.96 manat məbləğində ümumi dövriyyə sinin olmasına, bunun əsasında 48 ay üzrə, xərclər çıxılmadan orta aylıq dövriyyənin 7354.6 manat olmasına baxmayaraq onun ayda 70000.0 ABŞ dolları həcmində vəsaiti asanlıqla verməsini yalan məlumat kimi qəbul etmişlər. Lakin, məhkəmələr gəldkiləri bu qənaəti əsaslandırmamışlar. Halbuki, Məhkum adına müvafiq kredit müqaviləsi rəsmilədirilməmişdən əvvəl qeyd olunan məlumatlar (vergi sənədləri) banka məlum idi. Belə olan halda məhkəmələr həmin vergi sənədlərində göstərilən məlumatların riyazi təhlilinin kredit rəsmiləşdirilməsindən əvvəl aparılıbaparılmadığını, müsbət halda təhlilin düzgün aparıldığını, əgər düzgün aparılmışdırsa, hansı əsasla istintaq orqanının həmin məlumatın Məhkum tərəfindən yalan məlumat kimi təqdim etdilməsi nəticəsinə gəlməsini əsaslandırmamışlar. Məhkəmə eyni zaman da qeyd edir ki, Məhkum təqsirli bilindiyi digər maddə olan Cinayət Məcəlləsinin 308.2-ci maddəsində cinayətin tərkibi “vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda (ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)” kimi təsbit edilmişdir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının norm al fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilm əsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatla rı ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən suiistifadə edən şəxs etdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməlidir. Lakin, bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Başqa sözlə, söhbət vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əmlaka qanunsuz olaraq sahiblənməkdən (qanunsuz kredit almadan) gedirsə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün həmin əmlak barədə müəyyən hərəkətləri yerinə yetirmək (məsələn, qanun və ya qayda ilə müəyyən edilmiş sənəd və ya sərəncam vermək) vəzifəli şəxsin səlahiyyət dairəsində olmalıdır. Yalnız belə o lduqda, şəxsin “öz səlahiyyətlərindən sui-istifadə etməsi” yəni, qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması, müvafiq olaraq da Cinayət Məcəlləsinin 308.2-ci maddəsində göstərilən cinayəti törətməsi mümkündür. Bundan əlavə, Məhkum Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə təqsirli bilindiyi əməl həmin maddənin dispozisiyasında «Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda» kimi təsbit olunmudur. Qeyd edilən maddənin mənasına görə, fərdi sahibkar kreditin əldə edilməsi üçün m aliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumat verməlidir. Yəni, həmin maddə ilə məusliyyətin yaranması üçün fərdi sahibkar öz səlahiyyətindən istifadə etməklə hər hansı kredit verən təşiklata sənəd təqdim etməlir. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarına görə Məhkum Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri əməlinin tövsif edilməsinə onun bir əməli, yəni fərdi sahibkar kimi kreditin əldə edilməsi üçün maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumat verməsi səbəb olmuşdur. Azərbaycan Respublikası CM-in 17.4-cü maddəsinə əsasən “Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur”. Hazırki işin məhkəmələr tərəfindən müəyyən e dilmiş sayılan faktik halları Azərbaycan Respublikası CM-in 17.4-cü maddəsi baxımından tədqiq edildikdə Cinayət Məcəlləsinin 195.2-ci maddəsinin həmin Məcəlləninin 308.2-ci maddəsinə münasibətdə xüsusi norma olduğu müəyyən edilir. Eyni zamanda, Məhkum əməlində Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin yuxarıda qeyd edilən tərkib əlaməti, yəni qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması mövcud olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən onun barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi məsələsinə yenidən baxılmalıdır. Təsvir olunanlardan görünür ki, kassasiya şikayəti yuxarıda şərh olunan məsələlərə dair hissədə əsaslıdır, birinci və apellyasiya instansiyası məhkəmələri mübahisələndiri lən qərarın kassasiya qaydasında ləğv edilməsini və apellyasiya məhkəməsində məhkəmə baxışının yenidən keçirilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Bununla belə, qərarın təsviri hissəsəində qeyd edilən səbəblərdən apellyasiya məhkəməsində məhkumun apellyasiya şikayəti üzrə məhkəmə baxışı yenidən keçirilməli və onun nəticələrindən asılı olaraq Məhkum CM-nin 195.2-ci maddəsi ilə təqsirliliyi barədə məsələ həll edilməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən nəzərə alınmalıdır ki, CPM-nin “Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra işə baxılması qaydası” adlanan 420-ci maddəsinə əsasən məhkəmənin qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasi ya instansiyası məhkəməsində cinayət işinin yenidən baxılması bu Məcəllənin 381-407-ci maddələrinin müddəalarına müvafiq olaraq aparılır. Hazırkı işə yenidən baxılarkən müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən proses iştirakçılarının vəsatətləri və ya məhkəmənin öz təşəbbüsü əsasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, ilk növbədə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, xüsusilə də Konvensiyanın “Ədalətli məhkəmə hüququ” adlanan 6-cı maddəsinin tələblərinə uyğun şəkildə araşdırılmalı və nəticəsi üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Eyni zamanda, apellyasiya baxışı Məhkum CPM-nin 91-ci maddəsində təsbit olunmuş bütün hüquqlarından, o cümlədən də etirazlar etmək və vəsatətlər vermək (maddə 91.5.13), cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək (maddə 91.5.16.), məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək (maddə 91.5.25.) və s. bu kimi mühüm hüquqlarının, eyni zamanda da onun müdafiəçisinin CPM-nin 92-ci maddəsində nəzərdə tutulan bütün prosessual hüquqlarının cinayət-prossessual qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi şəraitində həyata keçirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin.Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar