Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-542/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq katibliyi ilə, Xüsusi ittihamçı X3, və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Xnın müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlunun iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin hazırlıq iclasının 16 avqust 2022-ci il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Xnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Xnın müdafiəçisi Z.İ.Əskərov tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 08 iyul 2022-ci il tarixdə xüsusi itt iham qaydasında şikayətlə müraciət edərək Xnın CM-nin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X sosial şəbəkələrdə onun və ona görə ailəsinin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldaraq onun “Mehriban” adına müxtəlif “ayamalar” qoşaraq, adını, soyadını, iş yerini göstərməklə təhqirlər etmiş, onun, ailəsinin adına saxta profillər açıb onun profilindən istifadə edərək götürdüyü anasının, azyaşlı övladının şəkillərini nümayiş etdirərək üzərindən ünvanlarına təhqirlər yazmış, iş yerini göstərməklə, sabiq həyat yoldaşının ad, soyadını göstərməklə, həm keçmiş həyat yoldaşını, həm də onu təhqir etmişdir. Həmçinin o, “Tik-tok” sosial şəbəkəsində videolar nümayiş etdirərək həmin videoların üzərində ona ünvanlanmış, o nu, ailəsini təhqir edən kommentariyalar yazmış, sabiq həyat yoldaşını ona qarşı cinayət törətməyə sövq etmişdir. Buna görə, X3 barəsində şikayət etdiyi Xnın əməlində CM-nin 148 və 148-1-ci maddələrinin tərkibinin olduğundan sonuncunun həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb olunmasını və bu maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin (sədrlik edən hakim Əliyev Asif Əmrah oğlu) hazırlıq iclasının 16 avqust 2022-ci il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Xnın, 20 fevral 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, CM-nin 148 və 148-1-ci maddələri il ə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X3nın xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarından xüsusi ittihamçı X6 apellyasiya şikayəti verərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə həmin qərarın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixl i qərarı ilə X3nın apellyasiya şikayəti təmin edilmiş, Xnın CM-nin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraaata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək işi yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xnın müdafiəçisi Z.İ.Əskərov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və şikayət ərizəsinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) və CM-nin bir sıra maddələrinə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarına istinad edən və CM-nin 148 və 148-1-ci maddələrinə təfsir verən müdafiəçi Z.İ.Əskərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xüsusi ittihamçı X3 şikayətində X tərəfindən onun təhqir olunmasını, ”Tik-tok” sosial şəbəkəsində onu təhqir etməsini və böhtan atmağa yönələn “videolar” nümayiş etdirməsini, həmin videoları ona ünvanlayaraq onu və ailəsini təhqir edən kommentariyalar yazmas ını göstərsə də, bunları təsdiq edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı heç bir sənədə, materiala, şahid ifadələrinə istinad edə bilməmişdir. X3 öz şikayətinə əlavə etdiyi və “Tik-tok” sosial şəbəkəsinə aid olan səhifələrin Xya məxsus olduğunu iddia etsə də, həmin səhifənin Xya məxsus olması təsdiq olunmamış, sonuncu da məhkəməyə verdiyi izahatında həmin səhifənin ona məxsus olmadığını, həmin səhifələr vasitəsi ilə X3nı təhqir etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında müəyyən olunmuşdur ki, “Tik-toK” sosial şəbəkəsində yeganə olaraq “Hicran_love_nalis” səhifəsi Xya məxsusdur, həmin səhifə isə onun daimi iş fəaliyyəti ilə bağlı tərəfindən istifadə olunur və həmin səhifədə şikayətçinin təhqir olunmasına dair heç bir məlumat aşkar olunmamışd ır. Həmçinin şikayət müəllifi bildirmişdir ki, X3 Xya qarşı xüsusi ittiham qaydasında şikayət verdiyi halda 2 dəfə iclasın vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin hazırlıq iclasına heç bir üzürlü səbəblər olmadan gəlməmiş, yalnız teleqram vurmaqla kifayətlənmiş, gəlməməsinin səbəbləri barədə heç bir sübut təqdim etməmişdir. CPM-nin 299.8-ci maddəsinə əsasən isə, xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrarən gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmçinin müdafiəçi Z.İ.Əskərov kassasiya şikayətində X3nın eyni ittihamla Xya qarsı şikayəti üzrə Sumqayıt Şəhər M əhkəməsinin 10 iyun 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının olduğunu və həmin qərarla xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina olunmasını da qeyd edir və göstərir ki, Sumqayıt Şəhər Məhkəməsi mahiyyəti üzrə işə baxaraq öz qərarında Xya qarşı verilmiş şikayətin CPM-nin 293.3, 293.4-cü maddələrinin tələblərinə uyğun sübutlarla təsdiq olunmamasına və belə sübutların təqdim olunmamasına, eyni zamanda verilmiş şikayətin məzmununun həmin CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib olunmamasına əsaslanmış, məhkəmə baxışının gedişində CPM-nin 43, 299,300 və 384-cü maddələrini rəhbər tutmaqla xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şika yətin icraata qəbul olunmasından imtina barədə qərarı qəbul etmişdir. Həmin qərardan şikayət verilməmiş və qanuni qüvvəsindədir. CPM-nin 39.1.6-cı maddəsinə əsasən isə, şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibinin qeyri mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə qərar çıxarılmasına yol vermir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən işə baxılana qədər tərəfindən müzakirə üçin apellyasiya şikayətinə etiraz və vəsatət verilmiş, etiraz və vəsatətdə eyni ittiham üzrə, eyni şəxslərə aid Sumqayıt Şəhər Məhkəməsini n qanuni qüvvəsində olan qərarının olmasını, həmin qərar üzrə X3nın şikayətinin icraata qəbul olunmasından və məhkəmə baxışının keçirilməsindən imtina olunduğunu qeyd edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin qərara hüquqi qiymət verməmiş və vəsatətin müzakirəsindən əsassız olaraq imtina etmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi Z.İ.Əskərov kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, xüsusi ittihamçı X3nın nümayəndəsi X5 və barəsində şikayət verilmiş X naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı xüsusi ittihamçı X3nın və müdafiəçi Z.İ.Əskə rovanın rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə barəsində xüsusi itiham qaydasında şikayət verilmiş Xnın və xüsusi ittihamçının nümayəndəsi E.X.Həsənovanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla məhkəmə kollegiyası qeyd etməyi lazım bilir k i, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdi r. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10 -cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələ ri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Daha sonra, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlam ətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. CM-nin “Təhqir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və layaqətini nalayiq formada alçaltmada, subyektiv cəhətdən isə birbaşa başqa şəxsin şərəf və ləyaqətinin alçaldılması qəsdində ifadə olunur. CM-nin 148-1-ci maddəsində isə İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Xüsusi ittiham qaydasında ərizədə cinayət-prosessual qanunvericiliklə şikayətin məzmunu ilə bağlı müəyyən edilmiş tələblərə əsasən zəruri məlumatlar öz əksini tapmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və t əşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavra ya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndinin 2-ci abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bu izah və tövsiyələr CPM-nin 293.3, 299.3.3 və 302.1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizədə aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxsl ərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-nin 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. CPM-nin 302.1-ci maddəsində isə təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkə mənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Müdafiəçi Z.İ.Əskərovun kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi heç bir sübutun tədqiq olunmadığı, əslində sübutların tədqiq edilməsi üçün nəzərdə tutulmayan hazırlıq iclasında Xnın əməlində birbaşa qəsdin olmasını təsdiq edən sübutların şikayətə əlavə olunmaması kimi mühakimə yürütməklə, faktiki olaraq şikayətə əlavə olunmuş materialları müvafiq prosedurlara uyğun olaraq tədqiq etmədən ittihamı təsdiq etməyən sübutlar kimi qiymətləndirməklə sonuncunun əməlində CM-nin 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olmaması haqqında nəticəyə gəlmişdir. Lakin, xüsusi ittih am qaydasında şikayət əsasında toplanmış materiallardan görünür ki, X3 xüsusi ittiham qaydasında şikayətində Xya qarşı CM-nin 148 və 148-1-ci maddələri ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq sosial şəbəkələrdə onun və ona görə ailəsinin şəxsiyyətini, şərəf və ləyaqətinin alçaldılması, adına müxtəlif “ayamalar” qoşaraq, adını, soyadını, iş yerini göstərməklə təhqirlər edilməsi, onun, ailəsinin adına saxta profillər açılaraq anasının, azyaşlı övladının şəkillərinin nümayiş etdirilməsi, üzərindən ünvanlarına təhqirlər yazılması, “Tik-tok” sosial şəbəkəsində videolar nümayiş etdirilməsi və həmin videoların üzərində ona ünvanlanmış, onu, ailəsini təhqir edən kommentariyalar yazılması ilə əsaslandırmış və iddiasını təsdiq edən sübutlar kimi müvafiq internet səhifələrinin çap olunmuş əkslərini, digər sənədləri xüsusi ittiham qaydasında şikayəti ilə birlikdə məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, X3nın xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə təqdim etdiyi dəlil və sübutların faktiki olaraq şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət etməməsi əsası ilə və CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından həmin şikayəti icraata qəbul etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin hazırlıq iclasında qəbul etdiyi qərar cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, CPM-nin ümumi hissəsinin normalarını, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrin tələblərini pozduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Gəncə Şəhər Məhk əməsinin hazırlıq iclasının 16 avqust 2022-ci il tarixli qərarını ləğv edərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Müdafiəçi Z.İ.Əskərovun kassasiya şikayətinin X3nın Xya qarşı eyni ittihamla şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının olmasına dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə Xnın CM-nin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmiş, icraata qəbul etmədən imtinanın əsası kimi isə həmin şikayətin CPM-nin 293.3.129 3.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması qeyd olunmuşdur. Göstərilənlər isə CPM-nin tələblərini yerinə yetirməklə yenidən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı kimi qiymətləndirilə bilməz. Buna görə, məhkəmə kollegiyası Xnın CM-nin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3nın xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin hazırlıq iclası nın qərarının ləğv edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə - qəbuledilməz hesab edərək həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırki materiallara baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçı X3nın, kassasiya şikayətinin təmin edilməsi barədə isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Xnın müdafiəçisi Z.İ.Əskərovun çıxışlarını dinləyərək o nəticəyə gəlir ki, barəsində xüsusi itti ham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Z.İ.Əskərovun kassasiya şikayəti təmin edilməməli və Xnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair materiallar üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Xnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb o lunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair materiallar üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı müdafiəçi Z.İ.Əskərovun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-542/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-542/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver