Məhkəmə qərarları › İş №1(102)-542/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-542/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-542/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum2, onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi5, Məhkum1 müdafiəçiləri Müdafiəçi3 və X3 iştirakları ilə, xx xxxx 2001-ci ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərb aycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə məhkum edilməsinə dair, 8 yanvar 2000-ci ildə Cəlilabad rayonu, Şabanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə məh kum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1334/2024 nömrəli, 1 iyul 2024-cü il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-764/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli hökmü ilə(sədrlik edən: S.A.Məmmədzadə, hakimlər: Ə.İ.Məmmədov və A.Ə.A.Məcidov) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum e tmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, ona təyin edilən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 26 mart 2023-cü il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsin in 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Məhkum2 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, ona təyin edilən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 26 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxs Məhkum2 tərəfindən apellyasiya şikayət ləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1334/2024 nömrəli, 1 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Ə.Q.Ələkbərov və Z.N.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-764/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum olunmuşlar ondan ötrü ki, Məhkum1 kuryer kimi xidmət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Şeyx Lahmacun” adı ilə fəaliyyət göstərən ictimai iaşə obyektinin icarədarı Zərərçəkmiş şəxs1 maddi cəhətdən müəyyən imkanlara malik olduğunu bilərək Zərərçəkmiş şəxs1 və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını ələ keçirmək məqsədilə həmin ictimai iaşə obyektində onun kimi kuryer vəzifəsində xidmət göstərən tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 25 mart 2023-cü il tarixdə saat 23 radələrində həmin iaşə obyektində olan zaman iş vaxtının bitməsi səbəbindən Zərərçəkmiş şəxs1la zirzəmini yoxlayarkən əvvəlcədən bel çantasında gətirdiyi dəmir lingi silah qismində istifadə etməklə tətbiq edib, Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbələr endirməklə onu yerə yıxaraq yumruqla və təpiklə zərbələr vurmaqda davam edib sonuncuya zor tətbiq edərək alın nahiyəsinin cərrah i tikişə ehtiyacı olan əzilmiş-tikilmiş yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi və sol saidin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək sağlamlığı ücün təhlükəli olan zor tətbiq etmiş, həmin vaxt əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən iaşə obyektinin qarşısında cinayətkar niyyətlərini həyata keçirmək üçün telefon vasitəsilə ondan gələcək xəbəri gözləyən Məhkum2 isə Zərərçəkmiş şəxs1 azyaşlı övladı Zərərçəkmiş şəxs2 zirzəmidən səs-küy gəldiyi üçün oraya düşdüyünü görərək onun arxasınca həmin obyektə daxil olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 başını əli ilə divara vurub, sonuncuya zor tətbiq edərək təpə-gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı həm ü mumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib köməksiz vəziyyətə gətirməklə zirzəminin digər otağına apararaq əllərini və ayaqlarını özü ilə gətirdiyi yapışqanlı lentlə oradakı stula bağlayıb həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, o isə bundan sonra özü ilə gətirdiyi kapron sıxac və yapışqanlı lent vasitəsilə Zərərçəkmiş şəxs1 ayaqlarını bir-birinə bağlayaraq sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, daha sonra Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladı Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda yəni 200.000 (iki yüz min) m anat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum2 əvvəllər kuryer kimi xidmət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Şeyx Lahmacun” adı altında fəaliyyət göstərən ictimai iaşə obyektinin icarədarı Zərərçəkmiş şəxs1 maddi cəhətdən müəyyən imkanlara malik olduğunu bilərək Zərərçəkmiş şəxs1 və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını ələ keçirmək məqsədilə həmin ictimai iaşə obyektində onun kimi kuryer vəzifəsində xidmət göstərən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə olunmuş razılığa və rol bölgüsünə əsasən cinayətkar niyyətlərini birlikdə həyata keçirmək üçün 25 mart 2023-cü il tarixdə saat 23 radələrində iaşə obyektin qarşısında dayanaraq Məhkum1 mobil telefon vasitəsilə ona obyektə daxil olması barədə göndərəcəyi xəbəri gözləyərkən, Zərərçəkmiş şəxs1la birlikdə həmin iaşə obyektinin zirzəmisini yoxlamağa düşən Məhkum1 əvvəlcədən bel çantasında gətirdiyi dəmir lingi silah kimi istifadə etməklə tətbiq edib Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbələr endirməklə onu yerə yıxaraq yumruqla və təpiklə zərbələr vurmaqda davam edib sonuncuya zor tətbiq edərək alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-tikilmiş yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi və sol saidin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək sağlamlığı ücün təhlükəli olan zor tətbiq etməklə özü ilə gətirdiyi kapron sıxac və yapışqanlı lent vasitəsilə Zərərçəkmiş şəxs1 ayaqlarını bir-birinə bağlayaraq sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, o isə Zərərçəkmiş şəxs1 azyaşlı övladı Zərərçəkmiş şəxs2 zirzəmidən səsküy gəldiyi üçün oraya düşdüyünü görərək onun arxasınca həmin obyektə daxil olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 başını əli ilə divara vurub, sonuncuya zor tətbiq edərək təpə-gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib köməksiz vəziyyətə gətirməklə zirzəminin digər otağına apararaq əllərini və ayaqlarını özü ilə gətirdiyi yapışqanlı lentlə oradakı stula bağlayıb həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan m əhrum etmiş, daha sonra Zərərçəkmiş şəxs1 saxlandığı otağa keçərək Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladı Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda, yəni 200.000 (iki yüz min) manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1334/2024 nömrəli, 1 iyul 2024-cü il tarixli qərarının ləğv olunması və məhkəmə tərəfindən işə tam və obyektiv baxılaraq, məhkəmə istintaqının aparılması xahiş olunur. Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1334/2024 nömrəli, 1 iyul 2024cü il tarixli qərarının ləğv edilməsi və Şahin Quliyevə Cinayət Məcəllləsinin 182-ci maddəsi ilə bəraət verilməsi, digər maddələrlə isə cəzasının aşağı endirilməsi barədə hökm qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum1 müdafiəçisi Müdafiəçi3 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, kassasiya şikayətini hüquqlarını müdafiə etdiyi şəxsin istəyi ilə geri götürdüyünü bildirmişdir. Eyni zamanda Məhkum1 ərizə ilə məhkəməyə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin müdafiəçisi tərəfindən geri götürülməsinə razı olduğunu bildirmişdir. Bundan başqa Məhkum2 məhkəməyə ərizə təqdim edərək, kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş material ları ilə əlaqəli şəkildə müzakirə edib, Məhkum2, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3 ərizələrinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin, Məhkum2, onun müdafiəçisi Müdafiəçi5, Məhkum1 müdafiəçiləri Müdafiəçi2 və E.Vəliyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri məhkumlar tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna mal ikdir. Həmin Məcəllənin 414.4-cü maddəsinə əsasən müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə müdafiəçisi Müdafiəçi3 və özünün, həmçinin Məhkum2 ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumlar barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azə rbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkumlar Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2024-cü il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar