Məhkəmə qərarları › İş №1(102)-543/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-543/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-543/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.T.Əhmədov) Məhkum- xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 16 saylı evdə qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tə qsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2018-ci il. Həmin hökmlə X4 da təqsirli biinib məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, X4 ilə birgə özgənin əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxxxxx 2018-ci il tarixdə saat 15 radələrində onlarla bir həyətdə, yəni ünvan 1 ünvanında yerləşən həyətdəki digər evdə yaşayan atası X3 və sonuncunun arvadı Zərərçəkmiş şəxs evdən çıxıb getmələrindən istifadə etməklə dəmirkəsən mişarla evin pəncərəsinin dəmir barmaqlığını kəsərək, pəncərədən qanunsuz olaraq evə daxil olub, yataq otağında yerl əşən paltar dolabında, pul kisəsində olan Zərərçəkmiş şəxs məxsus 5500 manat nəqd pul vəsaitini və ümumilikdə 5000 manat dəyərində iki cüt qızıl sırğa, 2 ədəd qızıl üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 10500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər:N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayəti ve rərək cəzasının yüngüllşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi əməldən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəyib onunla barışıq əldə etməsini, habelə əməlində cəzasını ağırlaşdıran halın olmasını nəzərə alsa da, oğurluğu öz doğma atasının mənzilindən, öz analığına məxsus əmlakı oğurlamasını nəzərə almamışdır. Bu halları nəzərə alaraq məhkuma azadlıqdan məhrum etməmə ilə əlaqədar cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinl əyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ibtidi istintaqın əvvəlindən Məhkum və onun qardaşı digər təqsirləndirilən şəxs X4 atasının yeni həyat yoldaşı Zərərçəkmiş şəxs çantasından 3900 manat pul oğurladığını, həmin puldan 500 manat xərcləyib qalan pulu atasına qaytardığını göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında isə həm təqsirləndirilən şəxslər, həm də Zərərçəkmiş şəxs, eləcə də şahid qismində dindirilmiş təqsirləndirilən şəxslərin atası X3 zərərçəkmiş şəxsin cəmi 3900 manat pulunun oğurlandığını göstərmişlər. Zərərçəkmiş şəxs göstərmişdir ki, polisə müraciət etdikdən sonra 5000 manat dəyərində qızıl-zinət əşyalarını evin başqa yerindən tapdığını bildirmiş, oğurlanmış pulların məbləğini də səhvən 5500 manat olduğunu bildirmişdir. Sonradan müəyyən edilmişdir ki, oğurlanmış pulların məbləği 3900 manatdır. Cinayət işinə birinci instansiyada baxmış Bakı Şəhər Nizami Rayon Məhkəməsi və həmin məhkəmənin hökmünü dəyişdirilmədən saxlamış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin bu halı ilə əlaqədar sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki halına uyğun olmayan nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin hökmündə cinayət işinin bu halına belə qiymət verilmişdir ki, Zərərçəkmiş şəxs dəfələrlə ibtidai istintaq zamanı verdiyi ifadələrdə ögey oğulları x2 və Məhkum yaşadığı evdən ona məxsus 5500 manat pulu və 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqlarını göstərdiyi halda, sonradan məhkəmə iclasında verdiyi ifadəsində x2 və x3 ona məxsus evdən sadəcə 3900 manat məbləğində pulu oğurladığını, habelə qızıl-zinət əşyalarının saxladığı yerdən oğurlandığını ilkin ifadələrində göstərdiyi halda, sonradan həmin qızıl-zinət əşyalarını özünün başqa yerdən tapdığını göstərməsi barədə ifadəsini qiymətləndirərkən məhkəmə təqsirləndirilən şəxslərin atası və ögey anaları Zərərçəkmiş şəxs arasında uzun müddətdir mülk mübahisəsi olmasını, təqsirləndirilən şəxslərin doğma atalarının təzyiqi altında ögey analarının il kin ifadəsini dəyişməsi ehtimalını nəzərə alır və hesab edir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi həmin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Cinayət işinə Məhkum apellyasiya şikayəti əsasında baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası isə ümumiyyətlə həmin məsələyə toxunmamış, subutların tədqiqində yol verilmiş pozuntunu aradan qaldırmamış və hökmü dəyişdirilmədən saxlamışdır. Yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi hökmündə zərərçəkmiş şəxsin 3900 manat pul vəsaitinin oğurlanmasına dəlalət edən sübutların məcmusunu nəyə görə qəbul etmədiyini hökmdə əsalandıra bilməmiş, heç bir sübuta əsaslanmayan qeyrimüəyyən mülahizələr göstərməklə kifayətlənmişdir. Yuxarıda göstərilənləri məhkəmə kollegiyası sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməməsi kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra, oğurlanmış pulun məbləği dəqiq müəyyən edilməklə məhkumun cinayət əməli düzgün tövsif edilməli, bu hal, eləcə də vurulmuş zərərin tamamilə aradan qaldırılması, habelə cəzanı yüngülləşdirən digər hallar nəzərə alınmaqla məhkuma cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhə lələrində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-cı maddəsində nəzərdə tutulmuş əsasa uyğun hal müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilərək, qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhk um müdafiəçisi-vəkil Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı Məhkum aid hissədə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar