Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-543/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkumun hüquqi varisi X3in iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından mərhum Məhkumun müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər Bayramov Mayıl Abbas oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxx 1946-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməl ini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs «Heydər Əliyev Fondu» xətti ilə rayonlarda inşa ediləcək məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxsdən 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində pul almış, aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxsə qaytarmış, qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxsə 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxsə onun iş birliyində olduğu «Gelişim İnşaat Turizm Sənaye və Ticarət LTD» şirkətinin sahibi, Türkiyə Respublikası vətəndaşı Durdu Yıldırım tərəfindən Lerik rayonunda su-kanalizasiya işlərinin görülməsi üçün Türkiyə Respublikasından 40 ədəd «TİR» tipli avtomaşınlarda gətirilmiş və Qaradağ rayonundakı «İpək Yolu gömrük məntəqəsi»ndə saxlanılmış plastik borular üçün tələb olunan gömrük rüsumunu az məbləğdə ödəməklə avtomaşınları tez bir zamanda buraxdıracağına dair yalan vəd verib Zərərçəkmiş şəxsi aldatmaqla, həmin şirkətin «Kapital Bank»dakı hesabından götürülərək Zərərçəkmiş şəxsə verilmiş 300.000 manat məbləğində pulu 2011-ci ilin dekabr ayının əvvələrində şirkətin sahibi Durdu Yıldırım və onunla iş birliyində olan fərdi sahibkar X8 iştirakları ilə Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına bağın yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxsdən almış, avtomaşınların gömrük məntəqəsindən buraxılmadığını görən Durdu Yıldırım verdiyi 300.00 0 manat pulu Zərərçəkmiş şəxsdən tələb edərək geri almış, bununla da Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxsə 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən mərhum Məhkum, müdafiəçisi Səmədov Zaur Əprayıl oğlu və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə mərhum Məhkum, müdafiəçisi Səmədov Zaur Əprayıl oğlu və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, mərhum Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, mərhum Məhkumun Zərərçəkmiş şəxsdən 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxsə qaytarıb qalan 25.000 manat pulu isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxsə 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və vəfat etdiyindən Məhkuma həmin epizod üzrə cəza təyin edilməmişdir. Mərhum Məhkumun təkrarən, etibardan sui-istifadə etmə və aldatma yo lu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə, vəfat etdiyi üçün hökmlə Məhkuma təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəza hissəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən xaric edilmiş, ona cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən mərhum məhkumun hüquqi varisi X5 məhkəmə ko llegiyasına müraciət edərək müdafiəçi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə mərhum məhkumun hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna mali kdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından mərhum Məhkumun müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən v
Məhkəmə qərarları › İş №1(102)-543/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-543/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver