Məhkəmə qərarları › İş №1(102)-544/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-544/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-544/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4 iştirakı ilə 26 oktyabr 1962-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məh kəməsinin 12 dekabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Məsim oğlu tərəfindən verilmiş kassasiya protestinə və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X2 hüquqi varisinin müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Ç.Ə.İsgəndərov) X15 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda həmin hökmlə X5 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-nin 44-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində tanınanadək ölməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs T6in müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: R.Ə.Əliyev, hakimlər: M.M.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmiş və Ucar rayon Məhkəməsin in 23 avqust 2016-cı il tarixli hökmü T6 aid hissədə ləğv edilmiş, X9 CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X15 28 yanvar 2014-cü il tarixdə, saat 08:30 radələrində idarə etdiyi «MAN TGS 33.360» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonu Müsüslü kəndi ərazisindən keçən 218-ci kilometrində Bakı istiqamətindən Qazax istiqamətinə doğru hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini n sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib Qazax istiqamətindən Bakı istiqamətinə doğru hərəkətdə olub əks hərəkət zolağına 90-100 km/saat sürətlə istiqamətlənərək toqquşma yerinə qədər 5-6 saniyə vaxt ərzində idarə olunmaz vəziyyətə düşərək məsafə qət edən X2 idarə etdiyi, «KAMAZ-6460» markalı, **--*** dövlət qeydiyyat nişanlı yük avtomaşınla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «KAMAZ-6460» markalı, **--*** dövlət qeydiyyat nişanlı yük avtomaşınının sürücüsü X2 başın sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, açıq kəlləbeyin travması, baş-beyin toxumasının əziyi, qarnın sol payında və sol baldırda sıyrılmış yaralar kimi, həyat üçün təhlükəli olan sağlamlığa Ağır xəs arət alıb sonuncunun ölümünə, «KAMAZ-6460» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 sağ bazu və sol said sümüklərinin qapalı sınığı, sağ alın-gicgah və ənsə nahiyəsinin əzilmiş cırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır bədən xəsarəti almasına, eləcə də "xxxx" MMC-nə məxsus «KAMAZ-6460» markalı, **--*** dövlət qeydiyyat nişanlı yük avtomaşına 70.000 manat, "xxxx" MMC-nə məxsus «MAN TGS 33.360» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşına isə 85.003 manat maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə i lə təqsirli bilinərək ona Azərbaycan Respublikası CPM-nin 44-cü maddəsinə əsasən cəza təyin edilməmişdir ona görə ki, o, 28 yanvar 2014-cü il tarixdə, saat 08:30 radələrində idarə etdiyi «KAMAZ-6460» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonu Müsüslü kəndi ərazisindən keçən 218-ci kilometrində Qazax istiqamətindən Bakı istiqamətinə doğru hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinin tələblərini pozaraq, yaşayış məntəqəsindən kənarda avtomaşını 90-100 km/saat sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların n əqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib 90-100 km/saat sürətlə qarşı hərəkət zolağına çıxmaqla əks istiqamətdən hərəkətdə olan X6 idarə etdiyi «MAN TGS 33.360» markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan, «MAN TGS 33.360» markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 said sümüklərinin qəlpəli, qapalı sınığı, alın nahiyəsinin əzilmiş cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, «KAMAZ-6460» markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 sağ bazu və sol said sümüklərinin qapalı sınığı, sağ alın-gicgah və ənsə nahiyəsinin əzilmiş cırılmış y araları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti almalarına, eləcə də Avtotransyol MMC-nə məxsus «KAMAZ-6460» markalı, **-********-*** dövlət qeydiyyat nişanlı yük avtomaşına 70.000 manat, R-Servis MMC-nə məxsus «MAN TGS 33.360» markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomaşına isə 85.003 manat maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi hesab edir ki, T6 tərəfindən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi iş üzrə to planmış sübutlarla tam təsdiq olunur və onun barəsində həmin maddə ilə ittiham hökmünün çıxarılması üçün kifayət qədər əsaslar vardır. Belə ki, T6 ibtidai istintaqın sonrakı və məhkəmə istintaqında göstərilən cinayət əməlini törətmədiyini bildirməklə özünü müdafiə xarakterli ifadələr vermişdir. Məhkəmə isə T6in özünü müdafiə xarakterli ifadəsinə istinad etməklə onun barəsində bəraət hökmü çıxarmışdır. Protest müəllifi qeyd edir ki, məhkəmənin qərarının formallığı ondan ibarətdir ki, məhkəmə kollegiyası T6ə bəraət verilməsinin zəruriliyini əsaslandırmamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ifadələrdəki işin mahiyyətinə toxunmayan fərqlilikləri və iş üzrə prosessual pozuntuları geniş şərh etməklə bəraət hökmünü əsaslandırmağa çalışmışdır. Həmçinin qeyd edir ki, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi X10 ibtidai istintaq zamanı və məhkəmələrdə verdiyi ifadələrindən görünür ki, «...Ucar rayonu istiqamətindən arxasında uzun qoşqusu olan Kamaz markalı avtomobilin yüksək sürətlə gəldiyini, öz maşınımdan arxada qoyduğum ehtiyat təkərdən təxminən 50-60 metr məsafədə Kamaz-ın arxasındakı qoşqunun sağa-sola ləngərlənib Kamaz-ın oynatdığını gördüm. Daha sonra Kamaz idarəolunmaz vəziyyətdə «qayçılanaraq» sola, əks istiqamətdən hərəkətdə olan, həmin Kamazın hərəkətlərinə görə sağa çıxan mişar daşı ilə tam yüklü olan MAN-la toqquşub yüklü MAN-ı aşırdı.» Apellyasiya məhkəməsi is ə hərəkət üçün təhlükə yarandığı anda şahid X10 ifadəsini təhrif etməklə Kamaz markalı və MAN markalı avtomobillərin arasında az məsafə olması kimi qənaətə gəlmişdir. Halbuki, X10 ifadələrindən göründüyü kimi hərəkət üçün təhlükə yaranan anda Kamaz markalı avtomaşın Şahbaz Kərimovun olduğu yerdən 50-60 metr məsafədə olmuş, həmin vaxt hərəkətdə olmaqla hadisə yerinə doğru hərəkət edən MAN markalı maşınla Şahbaz Kərimovun olduğu yer arasında da müəyyən məsafə olmuşdur ki, həmin məsafənin nə qədər olmasını Ş.Kərimov görməmişdir. Bundan başqa, T6 ifadənin yerində yoxlanılması zamanı toqquşma nöqtəsində 26 metr məsafədə olduğunu göstərmişdir ki, bu da yuxarıda qeyd olunan ekspertiza rəylərindən göründüyü kimi real ola bilməzdi. Çünki, “KamAZ” markalı maşının toqquşma yerinə kimi 55 metr məsafə qət etdiyi müddətdə 50-60 km sürətlə hərəkət edən maşın toqquşma nöqtəsinə qədər 26 metrdən çox məsafə qət etməlidir. Bu da T6in qeyri-səmimi ifadə verməsinə dəlalət edən haldır. Məhkəmə kollegiyası hökmdə sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, mövcud məhkəmə təcrübəsinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış, nəticədə T6 barəsində bəraət hökmü çıxarmaqla səhvə yol vermişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X2 hüquqi varisinin müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2 018-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, T6 işin hallarında təsvir edilən həmin əmələ görə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmünün ləğv edilməsi haqqında Ali Məhkəmənin Cinayət Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən icra olunmamışdır. Belə ki, yolnəqliyyat hadisəsinin faktiki hallarının, sürücü T6in hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının dəqiq müəyyən edilməsi məqsədilə şahidlərin ifadələrinin yerində yoxlanması həyata keçirilməmişdir. Həmçinin Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında istintaq eksperimentinin keçirilməsinə dair göstəriş də ic ra olunmamışdır. Müdafiəçinin fikrincə apellyasiya instansiyası məhkəməsi CPM-nin 260.1, 262.1, 336.1 və 336.3-cü maddələrində nəzərdə tutulmuş tədbirləri görmədən, T6in və onunla eyni məzmunlu subyektiv mülahizə xarakterli ifadələr vermiş şahidlərin ifadələrini CPM-nin 134-136-cı maddələrinə müvafiq tədqiq edib, onların həqiqiliyini yoxlamadan, yol-nəqliyyat ekspertiza rəylərinə hüquqi qiymət verməmiş, sübutları prosessual qanunun tələblərinə uyğun qiymətləndirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı İ6 çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və ka ssasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kass asiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest və şikayət müəllifləri qeyd edirlər ki, T6in əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvaf iq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gət irib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq T6 bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan 28 yanvar 2014-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən aydın olur ki, hadisə X2 idarə etdiyi “KamAZ-6460” markalı avtobilin BakıQazax-Gürcüstan sərhəd yolunun Ucar rayonu Müsüslü kəndi ərazisindən keçən 218-ci kilometrində Qazax istiqamətindən Bakı istiqamətinə doğru 90-100 km/saat sürətlə hərəkətdə olarkən idarəolunmaz vəziyyətdə qarşı hərəkət zolağına çıxmaqla əks istiqamətdən hərəkətdə olan X6 idarə etdiyi “MAN TGS 33.360” markalı avtomobilin hə rəkət zolağına çıxması nəticəsində baş vermişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, hadisə yerində olan və hadisə nəticəsində toqquşmuş avtomobillərdə olmuş iki şəxs, Zərərçəkmiş şəxs1 və T6 olsalar da, hadisənin baş verməsini görən şahidlər X16 və X7 olmuş və onların verdikləri ifadələr nəticəsində yol nəqliyyat hadisəsinin sxemi tərtib olunsa da, sxem və protokol yalnız Ş6 tərəfindən imzalanmışdır. Lakin heç bir əsas göstərilmədən və olmadan, T6dən ibtidai istintaq zamanı şahid qismində dindirilərkən alınmış 31 mart 2014-cü il tarixli ifadəsində qeyd olunan, “KAMAZ6460” markalı **-********-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “MAN TGS 33.360” markalı **-********-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması zamanı təhlükənin yaranma müddəti 5-6 s aniyə olmasına dair müddəaya istinad edilərək,heç bir araşdırma aparılmadan və əsaslandırılmadan həmin ifadəyə uyğun olaraq məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və yol-nəqliyyat hadisəsinin T6in «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində baş verməsinə dair ekspert rəyi alınmışdır. T6in barəsində irəli sürülən ittihamın əsasını da, T6in həmin ifadəsi, həmçinin hadisə yerində olmayan və hadisəni bilavasitə görməyən mərhum Fəxrəddin Məmmədovun qaynı X11, T6in “KamAZ-6460” markalı avtomobilin onun yoluna keçməklə təhlükənin yaranma müddətinin 5-6 saniyə ərzində baş verməsini bildirməsi barədə ifadəsi, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 aprel 2014-cü il tarixli 6687 nömrəli v ə əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 06 iyul 2015-ci il tarixli 13140 nömrəli rəyləri təşkil etmişdir. Halbuki, CPM-in 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. İş materiallarından görünür ki, T6dən 31 mart 2014-cü ildə ibtidai istintaq zamanı şahid qismində alınmış ifadədə “KamAZ” markalı avtomobilin “MAN TGS 33.360” markalı avtomobilin hərəkət zolağına çıxması zamanı təhlükənin yaranma müddətinin 5-6 saniyə olması kimi qeyd edilməsi nəticəsində, hadisənin baş vermə mexanizmi təhrif olunmuş, həmin ifadə üzərində qurulmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə “KamAZ-6460” markalı idar əolunmaz vəziyyətdə olan avtomobilin sola çıxdığı anda “MAN TGS 33. 360” markalı avtomobilin toqquşma yerindən ola biləcəyi məsafənin əsassız olaraq 83,3-100 metr olması qənaətinə gəlinərək, həmin məsafə artırılmış və nəticədə T6in əməlində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluğu təsdiq edən ekspert rəyləri alınaraq, bunun əsasında T6ə əsassız ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq T6in ibtidai istintaq zamanı 31 mart 2014-cü ildə verdiyi ifadəsini sübut kimi qəbul etməmiş və onun “KamAZ” markalı avtomobilin onun idarə etdiyi “MAN TGS 33.360” markalı avtomobilin hərəkət zolağına ani olaraq (1-2 saniyə ərzində) çıxması barədə ibtidai istintaqda verdiyi 28.01.2014 -cü il tarixli ilkin izahatını və 31 mart 2014-cü il tarixdən sonra ibtidai istintaq zamanı zərərçəkmiş və təqsirlindirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrini, həmçinin birinci instansiya məhkəməsində və apelyasiya məhkəməsinin iclasında verdiyi ifadələrini işdə olan digər sübutlarla, şahidlər Şahbaz Kərimov, Eldəniz Əzizovun ifadələri, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, ifadənin yerində yoxlanılması istintaq hərəkəti və s. sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək obyektiv, inandırıcı və düzgün ifadələr kimi qəbul etmişdir. Çünki, T6 hadisədən dərhal sonra xəstəxanada olduğu vaxt təhqiqatçıya verdiyi 29 yanvar 2014-ci il tarixli izahatında “KamAZ” markalı yük avtomobilinin onun yoluna qəflətən çıxmasını bildirdiyi halda, hadisədən iki aydan çox vaxt k eçdikdən sonra müstəntiqə verdiyi ifadəsində onun hərəkəti üçün təhlükə yarandığı andan toqquşmaya kimi 5-6 saniyə vaxtın keçməsinin qeyd edilməsi həmin müddətin obyektivliyini şübhə altına almağa əsas verir. Əslində ekspertlər tərəfindən rəy verilərkən şübhə doğuran 5-6 saniyənin qəbul edilməsi əvəzinə xüsusi biliklərə, yəni metodikaya istinad edilməklə qeyd olunan müddət müəyyən edilə bilərdi. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, “KamAZ” markalı avtomobilin “MAN TGS 33.360” markalı avtomobilin hərəkət zolağına çıxması zamanı təhlükənin yaranma müddətinin 5-6 saniyə olması qəbul edilmədiyindən, idarəolunmaz vəziyyətdə olan “KamAZ-6460” markalı avtomobilin sola çıxdığı anda, “MAN TGS 33.360” markalı avtomobilin toqquşma yerindən ola biləcəyi məsafənin 83,3-100 metr olması h eç bir sübutla təsdiqini tapmadığından, T6in hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Təqsirləndirlən şəxs T6in hadisədən bilavasitə sonra “KamAZ” markalı yük avtomobilinin onun yoluna qəflətən çıxmasını, 31 mart 2014-cü ildə şahid qismində verdiyi ifadəsindən başqa digər ifadələrində ani çıxmasını bildirdiyi və hadisənin baş vermə mexanizmini bilavasitə görən şahid Ş6 “MAN” markalı avtomobilə 10-15 metr məsafə qalmış “KamAZ” markalı avtomobilin “MAN” markalı avtomobilin qarşısına çıxdığını təsdiq etdiyi halda, qeyd olunan məsafənin 83,3-100 metr olması əsası olmayan fərziyyədir. Göstərilən hallar isə məhkəmə kollegiyasında yalnız avtomobilin toqquşma yerindən ola biləcəyi məsafənin və dayanma yolunun müəyyən edilməsi üçün nəzərdə tutulmuş həmin riyazi düsturların ekspertlər t ərəfindən iş üzrə rəy verilməsi üçün düzgün tətbiq edilməməsini, həmçinin “MAN TGS 33.360” markalı avtomobilin sürücüsü T6in hərəkətlərinə aid hissədə verilmiş rəylərin şübhə altına alınmasına əsas verir. Odur ki, məhkəmə kollegiyası “MAN TGS 33.360” markalı avtomobilin sürücüsü T6in hərəkətlərinə aid hissədə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 aprel 2014-cü il tarixli 6687 nömrəli və əlavə yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 06 iyul 2015-ci il tarixli 13140 nömrəli rəyləri, məhkəmə baxışı zamanı iş üzrə yol nəqliyyat hadisələrinin təkrar məhkəmə ekspertizasını təyin edərək, 15 iyul 2016-cı il tarixli 13237 nömrəli rəyi, habelə təkrar komission məhkəmə avtotexniki ekspertizasının 19 yanvar 2017-ci il tarixli 28659 nömrəli rəyi ilə razılaşmır və həmin rəyl əri T6in təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul etmir. Cinayət işinə birinci apelyasiya baxışı zamanı ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol nəqliyyat hadisələri ekspertizaları şöbəsinin aparıcı eksperti X3 ifadəsində yol nəqliyyat hadisələri üzrə ekspertizaların keçirilməsi ilə bağlı metodikada, əks istiqamətdə hərəkətdə olan hər iki avtomobilin sürəti nəzərə alınmaqla, həmin avtomobillərin sürücüləri tərəfindən hadisənin qarşısının alınmasına dair nəticəni müəyyən etmək üçün nəzərdə tutulmuş riyazi düsturun mövcud olduğunu qeyd etsə də, Şirvan Apelyasiya Məhkəməsinin təşəbbüsü ilə təyin edilmiş qərar üzrə ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş təkrar komission məhkəmə avtotexniki ekspertizasının 19 yanvar 2017-ci i l tarixli 28659 nömrəli rəyində də köhnə metodika üzrə yuxarıda qeyd olunan riyazi düsturlardan istifadə edilməklə rəy verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən - 28 yanvar 2014-cü il tarixdə, saat 08:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən 218-ci kilometrində F6 idarə etdiyi, “KamAZ-6460” markalı yük avtomaşınla T6in idarə etdiyi “MAN TGS 33.360” markalı avtomaşının toqquşması ilə bağlı baş vermiş cinayət hadisəsində T6in heç bir təqsiri olmadığına görə, toqquşma zamanı F6 ölməsində və Zərərçəkmiş şəxs1 az ağır bədən xəsarəti almasında da onun heç bir təqsirinin olmaması barədə düzgün nəticəyə gəlinmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X8rşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi T6in əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin tərkibi olmadığından haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, T6in əməlində həqiqətən də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının C inayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələb lərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cin ayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 1 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq T6in əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib ol unmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X15 barəsində Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar