Məhkəmə qərarları › İş №1(102)-544/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-544/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-544/2021 26.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X6 oğlu və X3 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4 iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Ağayev və Z.Q.Ağayev) Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.H.Əhmədov, hakimər H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya şikayətləri təmin olunmamış. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hissəsində dəyişdirilmiş. Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 62-ci maddəsi tətbiq edilməklə 1(bir) il 7(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum ona görə məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 11 avqust 2016-cı il tarixdə Bakı şəhərində üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş övladı olan İran İslam Respublikasının vətəndaşı X1 barəsində ibtidai istintaqı aparılan cinayət işini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun vəzifəli şəxslərinin vasitəsilə xitam etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2016-cı ilin senty abr ayının sonlarında müxtəlif tarixlərdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də həmin dövrün məzənnəsi ilə 20.315 manat təşkil edən iki dəfəyə ayrıayrılıqda 12.500 ABŞ dolları (cəmi 40.630 manat təşkil edən 25.000 ABŞ dolları), daha sonra ümumi cinayətkar niyyətini davam etdirərək qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxslərə verilməsi adı ilə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64də həmin dövrün ekvivalentinə görə 30.066,2 manat təşkil edən 18.500 ABŞ dolları, 2016-cı ilin oktyabr ayının əvvəllərində Kamran Əşrəfivəndinin barəsində seçilmiş həbs qətimkan tədbirini Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etdirəcəyinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm R üstəmov küçəsi, ev 56, mənzil 64-də həmin dövrün məzənnəsi ilə 3.395,7 manat təşkil edən 2.100 ABŞ dolları, 2016-cı ilin oktyabr ayının əvvəllərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbər vəzifəli şəxsinin vasitəsilə cinayət işinin xitam olunmasını təşkil edəcəyini bildirib aldatmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də 29.914,5 manat təşkil edən 18.500 ABŞ dolları, 2016-cı ilin noyabr ayının əvvəllərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbər vəzifəli şəxsinin köməkliyi ilə cinayət işi üzrə icraatın xitam olunmasını təmin edəcəyinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də 204.762,5 manat təşkil edən 125.000 ABŞ dolları, 2016-cı ilin noyabr ayının sonunda A zərbaycan Respublikası Milli Məclisinin əməkdaşına hədiyyə verəcəyi adı ilə ünvan 3 ünvanda yerləşən “Moskva Univermağı”nda dəyəri 2.500 manat olan 750 əyarlıq 3,5 karatlıq qızıl-zinət əşyasını, 2017-ci ilin yanvar ayının sonunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin vəzifəli şəxsi tərəfindən qeyd olunan cinayət işinin xitam olunmasını təşkil edəcəyini bildirib aldatmaqla Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi, ev 21, mənzil 7-də 38.330 manat təşkil edən 20.000 ABŞ dolları, 2017-ci ilin aprel ayının əvvəllərində cinayət işinə xitam verilməsi üçün zəruri sənədləşmə aparılmasını bildirib aldadaraq ünvan 4 ünvanda 5.000 manat, 2017-ci ilin aprel ayının sonunda prokurorluq orqanları vasitəsi ilə cinayət işini xitam etdirəcəyini bildirib ünv an 5 ünvanda yerləşən “Çeburaşka” aptekinin qarşısında 1.000 manat olmaqla, ümumilikdə külli miqdar təşkil edən 355.598,9 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yüngülləşdirici halları əsas gətirərək Məhkum onun törətmiş olduğu cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və xarakterinə görə uyğun olmayan həddə yüngül cəza təyin edilməsi və bununla da təqsirləndirilən şəxsin islah olunacağı qənaətinə gəlməsi sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkum həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli sayıla bilməz. Belə ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2014-cü il tarixli hökmü ilə CM-in 178.3.2 maddəsi ilə təqsirli bilinərək, ona 6 il 2 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Daha sonra 12 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə təyin edilmiş 3 il sınaq müddəti ilə şərti məhkum ləğv edilərək məhkumluğu götürülmüşdür. Dövlət ittihamçısı hesab edir ki, Məhkum mə hkəmələr tərəfindən ona göstərilmiş etimadı doğrultmamış və islah yoluna qədəm qoymamışdır, əksinə, Yasamal rayon məhkəməsinin 12 yanvar 2016-cı il tarixli qərarın qəbul edilməsindən sonra öz cinayətkar fəaliyyətinə qayıdaraq, yenidən eyni xarakterli dələduzluq cinayət əməllərini törətmişdir. Bundan əlavə dövlət ittihamçısı onu da qeyd edir ki, hazırkı iş üzrə Məhkum nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı etdiyi əməldən peşmançılıq çəkməmiş və ümumiyyətlə özünü təqsirli bilməmişdir. Yalnız real olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra, bu cəzanı yüngülləşdirmək məqsədi ilə apelyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən etdiyi əməldən guya səmimi peşmançılıq hissi keçirməsini bildirib, bu əməl nəticəsində vurulmuş zərəri zərərçək miş şəxsə ödəmişdir. Bununla yanaşı, qeyd olunur ki Bakı Apelyasiya Məhkəməsinin məhkumluğunun olmamasını Məhkum barəsində onun cəzasını yüngülləşdirən kimi qəbul etməsi və CM-in 62-ci maddəsini tətbiq etmək üçün müstəsna kimi qiymətləndirilməsi halları da əsassızdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə işin faktiki halları müb ahisələndirilmir, yalnız təyin edilən cəzanın yüngül olması qeyd edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci m addələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret ha lda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəx sin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstər dikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əs aslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirl əri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cin ayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam həcmdə ödənilməsini, zərərçəkmiş şəxslə onun arasında barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin Məhkum qarşı heç bir şikayət və tələbinin olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Bu səbəbdən də Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın məhkəmə qərarından xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə koll egiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfind ən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsass ız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum Baytulla qızı barəsində Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın/

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar