Məhkəmə qərarları › İş №1(102)-544/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-544/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-544/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-225/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli, qərarından dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə proku roru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1974-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşamışdır. 2. 29 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, yenidən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 28,697 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bərdə RPŞ-nin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə birgə keçirilirmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 06:30-da yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bərdə RPŞ-in inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarın sağ qabaq yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 28,207 qram təşkil edən kustar üsull a hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümün içərisində 10 ədəd xırda kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,057 qram, 0,086 qram, 0,05 qram, 0,054 qram, 0,016 qram, 0,026 qram, 0,064 qram, 0,047 qram, 0,043 qram, 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,49 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 3. 01 fevral 2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 28,697 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bərdə RPŞ-nin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 06:30-da yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bərdə RPŞ-in inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarın sağ qabaq yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 28,207 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümün içərisində 10 ədəd xırda kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qram, 0,086 qram, 0,05 qram, 0,054 qram, 0,016 qram, 0,026 qram, 0,064 qram, 0,047 qram, 0,043 qram, 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,49 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(100)24/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkm ə müddətinin əvvəlinin 27 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum narkotik vasitələrin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə narkotik vasitə satması yəni istehsalçı müəyyən olunsaydı, o zaman Məhkum satış faktı ilə bağlı ittiham irəli s ürülə bilərdi. İş üzrə şahid qismində dindirlmiş polis əməkdaşları ifadələrində məhz qeyd olunan arqumenti əsas gətirdikləri halda, məhkəmə bununla bağlı yanlış mövqedən çıxış etməklə düzgün əsaslandırma aparmamışdır. Bundan başqa, satış məqsədi müəyyən olunarkən narkotik vasitələrin növü, tərkibi, bir yaxud bir neçə bükümdə olması, maddənin miqdarı, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edib-etməsi, həmçinin şəxsin sosial-maddi durumu kimi amillər əhəmiyyət kəsb edən hallardandır. İşin faktiki hallarına əsasən Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məhkəmə tərəfindən qeyd olunan xüsusat düzgün qiymətləndirilməyərək, Məhkum tiryək alkoloidlərini t ərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə halları əsas götürülməklə onun üzərindən aşkar edilmiş 11 bükümdə olan, şəxsi istehlak miqdarından dəfələrlə çox olan narkotik vasitə olan heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı qənaətə düzgün gəlinməmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2022-ci il tarixli, 1(104)-225/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(100)-24/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, et irazlar

9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddələrinə əsaslanmaqla, məhkəmə kollegiyasından Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2022-ci il tarixli, 1(104)-225/2022 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya a pellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını A zərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarını qəbul edərkən sübutların tədqiqinə dair cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğunu, nəticədə məhkumun törətdiyi əməlin tövsifində səhvə yol verdiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Az ərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2022-ci il tarixli, 1(104)-225/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilm əsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

19. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, formalaşmış məhkəmə praktikasına görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bun dan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, şəxs narkotik maddələrin təkcə qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020-ci il).

21. İstinad edilən prosessual cinayət-hüquqi normanın, eləcə də vahid məhkəmə təcrübəsinin formalaşmasını istiqamətləndirən hüquqi mövqeyi nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum əməlinin tövsifinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlilləri əsaslı hesab edir.

22. Belə ki, cinayət işinin mübahisələndirilməyən hallarından göründüyü kimi: Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 28,697 qram olmuş; Həmin narkotik vasitə heroin 11 bükümə - bir hissəsi təmiz çəkisi 28,207 qram olmaqla bir ədəd şəffaf sellofan bükümə, digəri isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qram, 0,086 qram, 0,05 qram, 0,054 qram, 0,016 qram, 0,026 qram, 0,064 qram, 0,047 qram, 0,043 qram, 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,49 qram olmaqla 10 ədəd xırda kağız bükümlərə bölünüb bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış; “Şəxsi axtarış və götürmə haqqında” 27 avqust 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskə görə, həmin tarixdə Məhkum üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan c ibindən 2 ədəd bükümlərdə narkotik vasitə heroinə oxşar maddələrlə yanaşı həmçinin elektron tərəzi aşkar edilərək götürülmüşdür.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin ümumi məzmununa görə, cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunub bir-biri ilə müqayisə edilməli, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

24. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olubolmaması, ayrı-ayrılıqda götürülməklə hər hansı hal və yaxud hadisəyə yox, məhkəmə araşdırmasının ümumi nəzərdən keçirilməsinə əsaslanmaqla müəyyən edilir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).

25. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin tövsifinin birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşarkən, ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı Məhkum aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilməsini təsdiqləyən sübutların təqdim edilmədiyini əsas götürmüşdür.

26. Məhkəmə kollegiyasının fikrincə, apellyasiya instansiyası məhkəməsi Məhkum narkotik vasitələr və ya psixotrop maddələrinin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmadığını nəzərə almaqda haqlı olsa da, məhkumun üzərində aşkar edilərək götürülmüş heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 192 dəfə, külli miqdardan isə təxminən 14,3 dəfə çox miqdar təşkil etməsi, bir hissəsinin çoxsaylı bükümlərə ayrılması, aşkar edilən əşyalar arasında həmçinin elektron tərəzinin olması kimi hallar bütövlükdə götürüldükdə, narkotik vasitənin məhz satış məqsədi ilə saxlanıldığına dəlalət edən amil kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların təhlil olunub əlaqəli müqayisə edilməməsi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasının şərhində və, nəticədə, Məhkum əməlinin tö vsifində səhvə yol verilmişdir.

27. Təsvir olunanlardan görünür ki, Məhkum törətdiyi əməlinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşarkən, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı dövründə aşkar edilmiş bir halı cinayət təqibi üzrə toplanılmış digər sübutlarla birlikdə müqayisəli şəkildə təhlil etməmiş, apellyasiya protesti ilə qarşısında qaldırılmış, müvafiq hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini yetərli dərəcədə icra etməmiş, bununla da yekun nəticəyə gələrkən, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respubli kası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.

28. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin tövsifi haqqında gəldiyi nəticə, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

29. Qeyd edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 4 16.1.15-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 avqust 2022-ci il tarixli, 1(104)225/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 avqust 2022-ci il tarixli, 1(104)- 225/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar