Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-544/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçiləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlunun və “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Qocayev Ramin Nizami oğlunun iştirakları ilə x xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Re spublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Mərkəzi Bankı İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçiləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlu və “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Qocayev Ramin Nizami oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli hökmü ilə (hakim Murad Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müdd ətinin başlanğıcının 5 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murğuzov və A.V.Tanrıverdiyev) apelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 07 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində özünə məxsus, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Akim Abbasov küçəsi istiqamətində 60 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait ya ratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 3 ünvanın qarşısında yolu sağdan sola keçmək üçün qoşa xəttin üzərində, lakin, bir qədər onun yolunun hərəkət hissəsində dayanmış piyadalar X3 və Zərərçəkmiş şəxs yolda dayandıqlarını görməli olduğu halda bunu görməyərək avtomobilin ön sol hissəsi ilə onları vurmuş, nəticədə X2 bədən xəsarətləri almaqla zərbənin təsirindən əks hərəkət zolağına düşmüş, bu zaman Moskva prospekti istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə üzərindən keçməsi nəticə sində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs baş beynin qişası altına, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahiyəsində sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı və sağ budun səthi əzilmiş yaraları, sifət, sol bazu, sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qarnın sağ yan səthində sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuş, həmçinin ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ açıq-baldır oynağının əzilməsi ilə müşahidə olunmuş, həmin oynağın qançırı kimi sağlamlığın qısa müddətə pozulmasın a səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən cəza təyin olunması xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, işdə Məhkum cəzasını yüngülləşdirən digər hallarla yanaşı, Məhkum hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım edərək onu xəstəxanaya çatdırması və bununla da onun səhhətinə dəyə biləcək zərəri azaldılması üçün əlindən gələn maksimum səyləri göstərməsi, zərərçəkmiş şəxsə ixtisaslı tibbi yardım göstərilməsi və yalnız bir müddətdən sonra zərərçəkmiş şəxsin ölməsi CM-in 60.1-ci maddəsinin tətbiqi üçün əsas yaradır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə də müdafiəçilərin kassassiya şikayətləri ilə eyni məzmunludur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin və əlavənin təmin edilməsi barədə müdafiəçilər Müdafiəçi5 və R.Qocayevin və Məhkum, kassasiya şikayətlərinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələ rindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sərt olması bildirilir. Ona görə də məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istisma rı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsin ə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən ha nsı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəza sosial ədalətin bərpas ı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən cəza təyin edilərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakterini, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin a ğırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, ilk dəfə cinayət məsuliyy ətinə cəlb edilməklə məhkum edilməsini, baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, ürəyində olan probelmlərə görə koronar angioqrafiya (anju) müayinəsi aparılmaqla növbəti 2-5 ildə koronar hadisə riski müəyyən edilməsini, ali təhsilli şəxs olmaqla işlədiyi Mərkəzi Bank tərəfindən müsbət xarakterizə edilməsini, yüksək ixtisaslı İT mütəxəssisi olmaqla ölkə səviyyəsində kibertəhlükəsizlik məsələlərinə cəlb edilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, iki qardaşının hərbiçi olmaqla onlardan birinin “Vətən” müharibəsi iştirakçılarından olmasını, yaşlı ata-anasının onun himayəsində olmasını, hadisə baş verdiyi vaxtdan indiyədək zərərçəkmiş şəxsin valideynlər i ilə barışmaq üçün çoxsaylı cəhdlər etməsini, məhkəmə iclasında da bu cəhdləri edərək mərhumun valideynlərindən üzr istəyərək onu bağışlamalarını xahiş etməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarına aşağıdakı məzmunda 5-1 nömrəli bənd əlavə edilmişdir: “Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ s ağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir)”. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab ed ir ki, həmin kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-544/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-544/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver