Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-544/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 25 oktyabr 2023-cü il tarixli 1(107)-375/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Bilal Məmmədov (sədrlik edən), hakimlər Xaliq Məmmədov və Nahid Mirzəyev) 22 avqust 2023-cü il tarixli, 1(091)169/2023 nömrəli hökmü ilə xx xxxxxx 1974-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən o nun 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, ümumilikdə çəkisi 1,478 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 06 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,375 qram, 0,312 qram, 0,147 qram, 0,310 qr am, 0,204 qram və 0,130 qram olan hissələrə ayırmaqla 3 ədəd şəffaf sellofan və 3 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibində saxlayaraq daşımış, 14 noyabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 4qayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4qayıt şəhəri, Təzə Corat qəsəbəsində yerləşən «Göz klinikasının» yaxınlığında saxlanıldıqdan sonra ünvan 3 ünvanda yerləşən ünvan 4qayıt ŞPİ-yə gətirilərək həmin tarixdə saat 18:50-dən saat 19:09-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibində saxladığı və daşıdığı 6 ədəd bükümdə, hər birinin təmiz çəkisi 0,375 qram, 0,312 qram, 0,147 qr am, 0,310 qram, 0,204 qram və 0,130 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış, ümumilikdə 1,478 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, ümumilikdə çəkisi 36,657 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 02 ədəd sellofan bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,281 və 36,376 qram olan hissələrə ayırmaqla, içərisində 0,281 qram çəkidə olan narkotik vasitə heroin olan bükümü əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibində, içərisində 36,376 qram olan narkotik vasitə heroin olan bükümü isə gəzdirdiyi qara rəngli qadın çantasının içərisində daşıma qla saxlamış, 17 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» yaxınlığında saxlanıldıqdan sonra Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək və həmin tarixdə saat 16:40-dan saat 16:55-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən üzərində və çantasında saxladığı 2 ədəd bükümdə, birinin təmiz çəkisi 0,281, digərinin isə çəkisi 36,376 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış ümumilikdə 36,657 qram çəkidə, yəni külli miqdarda olan narkotik vasitə heroin aşk ar olunaraq götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Xəqani Səmədov) 25 oktyabr 2023-cü il tarixli 1(107)-375/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(091)-169/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 1(107)-375/2023 nömrəli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza ağır olduğundan, psixoloji sarsıntılar keçirir və səhhətində bəzi problemlər mövcuddur. O, apellyasiya məhkəməsinin qərarı ilə razı olmadığını və həmin qərarın qeyriobyektiv, qərəzli olduğunu qeyd etmişdir. Kassator ilk məhkumluğu, əməlindən səmimi peşmançılıq hissləri keçirməsi, qadın olması, himayəsində əlil bacısının olması kimi yüngülləşdirici halların məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərtliyinə görə onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun deyil. Ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bil dirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədə n cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret hald a təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş dur. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun yaşadığı yer üzrə müsbət səciyyələndirən xüsusiyyətləri cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və cinayət əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2-ci maddələrinin tələblərinə riayət etməklə məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, həm təqsirli bilindiyi cinayətin ağırlığına, h əm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edildiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Həmçinin qeyd olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulmamış, Məhkum Azərbaycan Respublikası CM-in 62-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəzanın təyin edilməsi üçün cinayət işi üzrə heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmlə isə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədlər i cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyab r 2023-cü il tarixli 1(107)-375/2023 nömrəli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 1(107)-375/2023 nömrəli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-544/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-544/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver