Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-545/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum x1 və müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıgül qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.A.Xankişiyev (sədrlik edən və məruzəçi), İ.A.Mahmudov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli hökmü ilə, x1 - xx.xx.1991-ci ildə Qazıməmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 22 radələrində əvvəllər tanıdığı x2 tərəfindən x3 40 manat müqabilində satılan elektroşok cihazının qiymətindən 15 manatının sonuncunun ödəməməsi məsələsinə aydınlıq gətirmək üçün tanışları x4, x5 və x2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “x6” adlı marketin qarşısında x3 və sonuncunun tanışı x7 ilə görüşüb həmin qəsəbənin ünvan 3 ünvanın qarşısına gəldikdən sonra satılan elektroşok ciha zının razılaşdırılmış qiymətinin tam ödənilməməsi ilə əlaqədar x2 x3 arasında baş vermiş mübahisə zamanı x3un yumruqla x2 üz nahiyyəsindən bir dəfə vurmaqla sonuncuya sol almacıq nahiyyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetridikdən sonra o, yaxın münasibətdə olduğu x2 qarşı x3un hərəkətini bəhanə edərək, cüzi səbəbdən özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıq-açığa hörmətsizlik edib, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq x3u arxadan qolları ilə tutaraq idman fəndi işlətməklə qaldırıb başı üstə yerə yıxaraq yumruq zərbələri endirməklə sonuncunun həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən sağ gicgah-ənsə nahiyyəsində yumşaq toxumalara qansızma, ba ş beynin əzilməsi, qişaları altına qansızma, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən sağ mil-bilək oynağı və sağ dirsəkdə sıyrıq, İİİ-V barmaqlarda qançır xəsarətləri yetirmiş, sonuncu təcili tibbi yardım tərəfindən xxx adına 2 saylı Şəhər klinik xəstəxanasına çatdırıb tibbi yardım göstərməsinə baxmayaraq xx xxxx 2018-ci il tarixdə almış olduğu beyin toxuması, qişaları altına geniş qansızmadan inkişaf etmiş dislokasiyası və kəskin beyin ödemi səbəbindən həmin xəstəxanada ölmüş, bununla da o, xuliqanlıq niyyəti ilə x3un ehtiyyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkum x1 müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019- cu il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi) H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıgül qızı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıgül qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, x1 verilmiş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, hadisə zamanı mərhum x3 ovucunun içindəki bıçağın arxası ilə İ lqarın üz nahiyyəsinə vurmuş zərbədən sonuncunun üzündə yara əmələ gəlmiş və qan axmağa başlamışdır. O, da x3 İlqardan aralamaq üçün sonuncuya badalaq vurub yerə yıxmışdır. O x3 qaldırıb yerə çırpmamış, ona yumruq vurmamışdır. Məhkəmə iclasında ifadə verən şahidlər də, onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclasında x1 x3n sağlamlığına qəsdən ağır xəsarət yetirmək istəməsi sübuta yetirilməmişdir. Hadisə təsadüf axarı zəminində məhz mərhum x3n qanunsuz hərkətləri nəticəsində baş vermişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası CM-nin 124cü maddəsinə tövsif olunmalıdır. Cəza təyin edilərkən hüquqlarını müdafiə etdiyin x1un əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın o lmaması, həmçinin CM-nin 59.1-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması, CM-nin 59.1.8-ci və 59.2-ci maddəsində nəzərdə tutulmuş hadisənin zərərçəkmiş şəxsin qanunazidd hərkətləri nəticəsində baş verməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ailənin yeganə qazanc gətirən olması, 1-ci qrup əlil anasının onun himayəsində olması, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, cinayətin törədilməsi şəraiti və səbəbləri cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum x1 və müdafiəçisivəkil Hacıyeva Günay Ha cıgül qızının, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üz rə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum x1 müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıgül qızı kassasiya şikayətində göstərmişdir ki, x1un x3un sağlamlığına qəsdən ağır xəsarət yetirmək istəməsi sübuta yetirilməmişdir. Hadisə təsadüf axarı zəminində məhz mərhum x3n qanunsuz hərkətləri nəticəsində baş vermişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası CM-nin 124cü maddəsinə tövsif olunmalıdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilmə sini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 124-cü maddəsində ehtiyatsızlıqdan adam öldürmə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-in 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 26.3-cü maddəsinə əsasən Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş ci nayət hesab olunur. Hazırkı cinayət işi üzrə x1 x2 x3 arasında baş vermiş mübahisə zamanı x2 qarşı x3un hərəkətini bəhanə edərək, cüzi səbəbdən özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıq-açığa hörmətsizlik edib, birgə yaşayış qaydalarını və əxlaq hormalarını kobud surətdə pozaraq x3u arxadan qolları ilə tutaraq idman fəndi işlətməklə qaldırıb başı üstə yerə yıxaraq yumruq zərbələri endirməklə sonuncunun həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən sağ gicgah-ənsə nahiyyəsində yumşaq toxumalara qansızma, baş beynin əzilməsi, qişaları altına qansızma, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən sağ mil-bilək oynağı və sağ dirsəkdə sıyrıq, İİİ-V barmaqlarda qançır xəsarətləri yetirmişdir. Yəni x1 x3u arxadan qolları ilə tutaraq idman fəndi işlətməklə qaldırıb başı üstə yerə yıxaraq yumruq zərbələri endirərkən qəsdən etdiyi bu iradəvi hərkətlərlə öz əməlinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bu nəticələri arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. x1 öz hərkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdür. Ona görə də bu hərkətləri ehtiyatsızlıqdan edilmiş hərkətlər kimi qiymətləndirilməli olması barədə dəlillər əsassızdır. Kassasiya şikayətinin başqa dəlilləri cəza təyin edilərkən x1un əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın olmaması, həmçinin CM-in 59.1-ci maddəsinə əsasən hima yəsində bir azyaşlı uşağın olması, CM-in 59.1.8-ci və 59.2-ci maddəsində nəzərdə tutulmuş hadisənin zərərçəkmiş şəxsin qanunazidd hərkətləri nəticəsində baş verməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ailənin yeganə qazanc gətirən olması, 1-ci qrup əlil olan anasının onun himayəsində olması, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, cinayətin törədilməsi şəraiti və səbəbləri cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaması barədədir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edilməsi məsələsini müzakirə edərkən cinayət işi üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkum x1a təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan m əhrum etmə cəzasının nisbətən aşağı həddində ədalətli cəza təyin etmişdir. Ona görə də, kassasiya şikayətinin bu barədə dəlili də əsassız hesab edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1un müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlər ə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum x1 müdafiəçisi-vəkil Hacıyeva Günay Hacıqulu qızının kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-545/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-545/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver