Məhkəmə qərarları › İş №1(102)-545/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-545/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-545/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X1 (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X4 ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi, ev 37Q-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətin ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1736/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasib ətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum 11 avqust 2021-ci il tarixdə saat 17:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirmədən və idarə etmə hüququ olmadan idarə etdiyi Çin Xalq Respublikasının istehsalı olan “Zongshen” markalı, “200cc” modelli, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” Bağlar Massivində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvansız fərdi yaşayış evinin həyətinə gəlib məişət tullantılarını yığarkən həyətdə sonuncunun qardaşı arvadı Şahid1 gördükdə onun ailəli olduğunu bildiyi halda ailə üzvlərinin ətrafda olmamasından istifadə edib Şahid1 ondan xoşunun gəldiyini bildirib mobil telefon nömrəsini istəyərək yaxından tanış olmağı və görüşməyi təklif etmiş, həmin vaxt küçədən həyətə gələrək baş verənlərin şahidi olan Zərərçəkmiş şəxs qardaşı arvadına etdiyi əxlaqsız təklifə görə Məhkum haqlı iradını bildirdikdə sonuncu ailə dəyərlərinə toxunan səhv hərəkətinə görə üzr istəmək əvəzinə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına açıq etinasızlıq göstərib öz hərəkətlərinə haqq qazandıraraq və ünvanına qeyri-etik ifadələr səsləndirib təhqir edərək qarşı tərəfi münaqişəyə sövq edib heç bir səbəb olmadan onunla mübahisə yaratmış və münaqişə zamanı üstündə gəzdirdiyi məişət təyinatlı qatlanan tipli cib bıçağını cibindən çıxarıb bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə endirərək qəsdən ona qarının ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən deşilmişkəsilmiş yarasından ibarət həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkum qanunsuz yollarla əldə edilmiş sübutlar, o cümlədən işgəncənin təsiri ilə verdiyi etirafedici ifadələr əsasında törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmışdır. Əlavə olaraq qeyd edir ki, həyata keçirilmiş cinayət təqibi üzrə müdafiə tərəfinin vermiş olduğu vəsatətlərin əksər hissəsi təmin edilməmişdir. Müdafiəçilər hesab edirlər ki, bununla cinayət-prosessual qanunun tələbləri, Məhkum İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 3, 6, 1 0, 14 və 18-ci maddələri ilə ehtiva olunan hüquqları pozulmuşdur. Həmçinin, kassasiya şikayətində Məhkum xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması ziddiyyətli sübutlar əsasında müəyyən edildiyi iddia edilir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bərəatverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, Məhkum təqsirliliyi ilə bağlı məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini, nəticədə sonuncunun cinayət törətmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum işgəncə verilməsi yolu ilə əldə edilməsinə, Məhkum Zərərçəkmiş ş əxs heç bir xəsarət yetirmədiyini iddia etməklə sonuncunun əməlində cinayət tərkibinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq XXX barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Məhkum barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə və hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni məzmunda olan dəlilləri Məhkum müdafiəçisi birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürmüş və həmin dəlillər məhkəmələr tərəfindən, o cümlədən birinci instansiya məhkəməsində cinayət-prosessual qanunda müəyyən edilmiş prosedurlara uyğun keçirilmiş, cinayət prosesi tərəflərinin bərabər şərtlər əsasında təmsil olunduqları, onların prosessual hüquqlarının təmin olunduğu məhkəmə baxışının gedişində Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrin in tələblərinə müvafiq olaraq sübutlar bilavasitə tədqiq edilməklə tam, hərtərəfli və obyektiv araşdırılmış və istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu, sonuncunun həmin maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qənaətlərini belə araşdırmanın yekununda müəyyən edilmiş və bu səbəbdən kassasiya kollegiyasında da həqiqiliyi şübhə doğurmayan faktiki hallar üzərində qurmuşlar. Belə ki, Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə qəsdən sağlam lığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsu si diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəy ə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən razılaşdırılmış ittihama əsasən Məhkum 11 avqust 2021-ci il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” Bağlar Massivində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvansız fərdi yaşayış evinin həyətinə gəlib məişət tullantılarını yığarkən həyətdə sonuncunun qardaşı arvadı Şahid1 gördükdə onun ailəli olduğunu bildiyi halda ailə üzvlərinin ətrafda olmamasından istifadə edib Şahid1 ondan xoşunun gəldiyini bildirib mobil telefon nömrəsini istəyərək yaxından tanış olmağı və görüşməyi təklif etmiş, həmin vaxt küçədən həyətə gələrək baş verənlərin şahidi olan Zərərçəkmiş şəxs qardaşı arvadına etdiyi əxlaqsız təklifə görə Məhkum haqlı iradını bildirdikdə sonuncu ailə dəyərlərinə toxunan səhv hərəkətinə görə üzr istəmək əvəzinə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına açıq etinasızlıq göstərib öz hərəkətlərinə haqq qazandıraraq və ünvanına qeyri-etik ifadələr səsləndirib təhqir edərək qarşı tərəfi münaqişəyə sövq edib heç bir səbəb olmadan onunla mübahisə yaratmış və münaqişə zamanı üstündə gəzdirdiyi məişət təyinatlı qatlanan tipli cib bıçağını cibindən çıxarıb bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə endirərək qəsdən ona qarının ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkum qeyd olunan əməli törət məsi birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş (apellyasiya instansiyası məhkəməsinin qərarında da istinad olunmuş) çoxsaylı sübutlarla əsaslandırılmış və bu sübutlar “Baxış və götürülmə aparılması haqqında” 11 avqust 2021-ci il tarixli protokol (hadisə yerindən bir ədəd 14 sm uzunluğunda, ortadan qatlanan bıçaq və həmin bıçağın dəstəyi üzərindən iki nüsxədə əl izi nümunələri aşkar edilərək götürülmüş); Məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 1105 nömrəli rəyi (Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarda göstərilən 11 avqust 2021-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi”); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 Xəzər rayon şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 17 avqust 2021-ci il tarixli, 517 nömrəli rəyi (Məhkum bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 Məhkəmə tibbi biologiya şöbəsinin maddi sübutların məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 660/2021-MTBŞ nömrəli rəyi (Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək, Məhkum məxsus qısaqol köynək və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qan ı aşkar olundu. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər”); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 Məhkəmə tibbi kriminalistika şöbəsinin maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 527/2021 MTKŞ nömrəli rəyi (ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ aşağı nahiyəsində iki ədəd və köynəyin ön səthinin sağ aşağı nahiyəsində iki ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyə tə malik digər bıçağın (bıçaqların) təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin ön səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələrdən yalnız biri onun bədəninin qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üstüstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşicikəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur”.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X3” X11 ambulator məhkəmə psixiatrik ekspertizasının 11 sentyabr 2021-ci il tarixli, 2112 nömrəli rəyi (Məhkum hazırda şəxsiyyətin paranoyal pozuntusu, kompensasiya vəziyyəti müəyyən edilir. Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də, Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 21/570R nömrəli rəyi (müdafiə tərəfinin ibtidai istintaq zamanı israrla keçirilməsini tələb etdikləri ekspertiza (iki ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izlərindən bir ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan bir ədəd ovuc izi (bıçağın üzərindən götürülmüş) tədqiqata təqdim edilmiş xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş Məhkum sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir) və s. materiallar qeyd olunmuşdur. Həmçinin, hökmdə yuxarıda qeyd olunan və digər sənədlərlə uzlaşan məlumatların mənbələri kimi Zərərçəkmiş şəxs oğlunun, hadisənin bilavasitə görmüş şahidlər Şahid1 və Şahid2, həmçinin digər şahidlər Şahid4 və Şahid3 ifadələrinə istinad olunmuşdur. Bundan başqa, hökmə əsasən Məhkum özü də ibtidai istintaqın ilkin mərhələsində ifadə verməkdən imtina etsə də, daha sonra videoçəkilişdən istifadə olunmaqla şübhəli və təqsirləndirilən şəxs qismində (mü dafiəçinin iştirakı ilə) dindirilərkən etirafedici məzmunda ifadə vermiş (zərərçəkmiş şəxs və şahidlərlə keçirilmiş üzləşdirmə zamanı eyni halları təsdiq etmişdir), o cümlədən məhz 11 avqust 2021-ci il tarixdə saat 17 radələrində zibilləri atmaq üçün yenidən mopedlə Yaməngilin həyətinə qayıtdıqda Yamən həyətdə olmamış, həyətdə bir nəfər cavan gəlin olmuş, qadının kim olduğunu bilməmiş, Yamənin həyat yoldaşı olmasını düşünmüşdür. Qadından Yamənin harada olmasını soruşduqda o, Yamənin su alıb gələcəyini demişdir. Elə bu zaman Yamən həyətə daxil olmuş və elə başa düşmüşdür ki, o, qadına tanış olmağı təklif edir. Lakin, o, həmin qadına “anam və bacım” deyə müraciət etmişdir. Yamən ona “Ay oğraş, sən mənim qardaşım arvadına göz dikirsən?” deyə soruşduqda ona belə bir şey etmədiyini, onun yanlış başa düşdüyünü bildirmişdir. Bu zaman Yamən gəlib onun yaxasından tutmuş, üz nahiyəsindən yumruqla vurmağa başlamış, yerə yıxıb boynunun dalına vurmuşdur. Sonra o qalxmış və tutaşdıqları zaman Yamən fiziki cəhətdən canlı və qüssəli olduğu üçün ona gücü çatmamış, ona görə də, tez cibində olan bıçağı sol əli ilə çıxarıb Yamənin sağ böyür nahiyəsinə vurmuşdur. Yaməni vurduqda o, uca səslə qışqıraraq “Ay mama, öldüm” demiş, həmin vaxt həyətdə olan Yamənin anası davadalaşı görüb qışqırmağa başlamış, o, bıçağı tullayaraq tez mopedə əyləşib oradan uzaqlaşmaq istədikdə küçədə polis əməkdaşları onu yaxalamışlar. Mübahisə zamanı Yamən onu vurmamış, vurmuş olsa belə ondan şikayət və tələbi yoxdur. Hadisə vaxtı orada Yamənin anası və Yamənin arvadı kimi bildiyi cavan qadın olmuşdur. O, bıçağı gündəli k işlərdə lazım olduğu üçün üzərində gəzdirmiş, bıçağı hansı mağazadan aldığını xatırlamadığını bildirmişdir. İbtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə Məhkum həmin ifadələri təzyiq altında verdiyini bildirib onlardan imtina etsə də (müdafiə tərəfinin sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum işgəncə verilməsi yolu ilə əldə edilməsi barədə iddiası), işə baxan aşağı məhkəmələr dindirmələr zamanı müdafiəçinin iştirak etməsinə və videoçəkilişin aparılmasına, həmçinin məhkəməyədək icraat dövründə Məhkum işgəncə verilməsi bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən keçirilmiş araşdırmanın nəticələrinə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 sentyabr 2021-cı il tarixli qərar) istinad edərək, eyni zamanda həmin ifadələr ilə məhkəmədə baxılmış şahidl ərin ifadələri, keçirilmiş ekspertiza rəyləri və digər sübutlar arasında uyğunluğun olmasını nəzərə alaraq, yəni əsaslandırılmış şəkildə və CPM-in 327.1.3-cü maddəsi belə vəziyyətlərdə təqsirləndirilən şəxsin əvvəlki ifadəsinin məhkəmədə elan edilməsinə və onunla məhkəmə hökmünün əsaslandırılmasına yol verdiyi üçün – qanuni olaraq Məhkum məhkəməyədək icraat zamanı etirafedici ifadələri təzyiq altında verməsi haqqında müdafiə tərəfinin iddialarını rədd etmiş və Məhkum CM-in 126.2.4-cü maddəsi ilə təqsirli olması haqqında nəticələrini əsaslandırarkən onun ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrə istinad etmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində istinad etmiş olduğu sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum işgəncə verilm əsi yolu ilə əldə edilməsi barədə iddiasına münasibətdə əlavə olaraq qeyd olunmalıdır ki, 13 avqust 2021-ci tarixdə Məhkum barəsində prosessual məcburiyyət tədbiri tətbiqi ilə bağlı keçirilmiş məhkəmə iclasında sonuncu ona işgəncə verilməsi ilə bağlı heç bir hala istinad etməmiş əksinə tərəfindən törədilmiş cinayəti etiraf etməklə hadisələrin təsadüfü axarı zamanı baş verməsi ilə bağlı izahat vermişdir ki, bu da irəli sürümüş iddianı təkzib etməklə yanaşı aşağı məhkəmələr tərəfindən işin hallarının obyektiv araşdırılmasına, həmçinin CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığına dəlalət edir. Hökmdə yuxarıda sadalanan və digər sübutlar təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də gəldi yi nəticələri həmin sübutlardan çıxış etməklə əsaslandırdığından, məhkəmə kollegiyası hazırki qərarda qeyd olunan və digər sübutların yenidən ətraflı təsvir və şərh olunmasını zəruri hesab etmir və məhkəmələrin Məhkum əməlində CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətinin tərkibinin olması, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmamasına dair qənaətlərini (bu qənaət məhkəmədə baxılmış sübutlara və onlar əsasında müəyyən edilmiş faktiki hallara uyğun olduğundan), şübhə altına almaq üçün əsas görmür. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində, həmin şikayətlə ehtiva olunan məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən cinayət-prosessual qanunun 416.1.1, 416.1.2 416.1.3 və 416.1.6-cı maddələrində göstərilən halları müəyyən etmir və bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Qeyd olunan məsələlər üzrə pozuntulara yol verilməməsi, o cümlədən birinci və apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırmalar nəticəsində Məhkum işgəncəyə, qeyri-insani və yaxud ləyaqəti alçadan rəftara, azadlığının qanunsuz məhdudlaşdırılmasına məruz qalmasının və digər prosessual hüquqlarının pozulmasının, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə deyil, siyasi fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmasının müəyyən edilməməsi onu göstərir ki, müdafiəçinin bu cür dəlillərlə əlaqələndirdiyi cinayət işi üzrə icraat zamanı Məhkum İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya ilə təminat ve rilən hüquq və azadlıqlarının, o cümlədən Konvensiyanın 3, 6, 10, 14 və 18-ci maddələrində nəzərdə tutulmuş müddəaların pozuntularına yol verilməsi barədə iddiası da əsassızdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və müdafiəçisinin, həmçinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar