Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-545/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət tərkibdə) 1(101)-81/2023 saylı, 18 avqust 2023-cü il tarixli hökmü ilə xx xxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı övladı olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivi, 50ci küçə, sahə 1043 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqan larında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum həbsdə saxlanıldığı 6 (altı) ay 23 (iyirmi üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzada n çıxılsın, üzərində 10 (on) il 5 (beş) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiası təmin edilərək cinayət nəticəsində vurulmuş maddi zərərə görə 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vermiş olduğu mülki iddia tələbinin baxılmamış saxlanılması, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 оğluna mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: – X8 (sədrlik edən və məruzəşi), X10 və X2 ibarət tərkibdə) 1(103)-1964/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-81/2023 saylı, 18 avqust 202 3-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etməklə özgənin əmlakını xüsusilə külli miqdarda talama məqsədi ilə elektronika avadanlıqlarının alqı-satqısı ilə məşğul olacaqları barədə tanışı Zərərçəkmiş şəxs2 ilə razılaşıb bu məqsədlə 2017-ci ilin noyabr ayının sonunda onun dayısı X11 vasitəsi ilə Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanda icarəyə götürülmüş "xxxx" mağazasında 50.000 (əlli min) S/N: 011 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim İbrahim İbrahimli imzaladı, X28 imzaladı, X25 imzaladı Məhkəmənin adı: Bakı Apellyasiya Məhkəməsi Sənədin elektr on yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=26c8cc2fc4a3449f8c8888e3023e6160 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3/25 ABŞ dolları 85.000 (səksən beş min) AZN ekvivalentində pulu alaraq X4 adına açılan ********** nömrəli VÖEN əsasında icarəyə götürdükləri elektronika mallarının kredit yolu ilə satışı üçün "xxxx" mağazası fəaliyyətə başladıqdan sonra orada qeyri-rəsmi direktor vəzifəsində işləyərkən ona etibar olunmuş mağazanın kassasından xx.xx.2017-ci il 26.820,19 (iyirmi altı min səkkiz yüz iyirmi manat on doqquz qəpik) manat, xx.xx.2018-ci il 13.340,44 (on üç min üç yüz qırx manat qırx dörd qəpik) manat, xx.xx.2018-ci il 7116,17 (yeddi min yüz on altı manat on yeddi qəpik) manat, xx.xx.2018-ci il 47.205,80 (qırx yeddi min iki yüz beş manat səksən qəpik) manat, xx.xx.2018-ci il 56.386,59 (əlli altı min üç yüz səksən altı manat əlli doqquz qəpik) manat, xx.xx.2018-ci il 64.819,66 (altımış dörd min səkkiz yüz on doqquz manat altımış altı qəpik) manat və xx.xx.2018-ci il 92.055,58 (doxsan iki min əlli beş manat əlli qəpik) manat cəmi 307.744,43 (üç yüz yeddi min yeddi yüz qırx dörd manat qırx üç qəpik) manat pul vəsaitini talamaqla Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vuraraq mənimsəmişdir. Bununla yanaşı, Məhkum cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təsisçiliyi ilə elektronika avadanlıqların sa tışı üzrə fəaliyyət göstərən "xxxx" mağazasında qeyri-rəsmi direktor vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs2 çoxlu sayda müştərilərin olmasını və külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib satışın genişləndirilməsi üçün daha böyük sahəsi olan ünvan 4 ünvanında yaşayış binasının birinci mərtəbəsinə elektronika avadanlıqları daşınmaqla yerləşdikdən sonra Zərərçəkmiş şəxs2, X14 və onun iştirakı ilə 11 iyul 2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilərək o, həmin cəmiyyətin fəaliyyəti üçün heç bir pul vəsaiti qoymadan qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin olunaraq, öz qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilmiş gəlirin təsisçilər arasında bərabər bölünməsinə dair aralarındakı razılaşmaya baxmayaraq, təsisçilər Zərərç əkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəbərsiz, yuxarıda qeyd olunan həmin ünvanda o, "xxxx" mağazasının adını "xxxx" adına dəyişdirməklə xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-ni təsis edərək xx.xx.2017-ci iİ tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədi ilə qoyduqları və kreditlə satılmış malların müqabilində əldə edilmiş pul vəsaitindən 898.361,00 (səkkiz yüz doxsan səkkiz min üç yüz altmış bir) manat (mebel malları üzrə 175.010,00 (yüz yetmiş beş min on) manat, elektronika malları üzrə 723.351,00 (yeddi yüz iyirmi üç min üç yüz əlli bir) manat olan hissəsi "xxxx" MMC-nin hesabına köçürmüş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ona məxsus olan, "xxxx" ASC-də olan hesablaşma hesabına mədaxil olunmuş 540.183,98 (beş yüz qırx min yüz səksən üç manat doxsan sə kkiz qəpik) manat pulu israf etmiş, o cümlədən kassadan əldə edilmiş 307.744,43 (üç yüz yeddi min yeddi yüz qırx dörd manat qırx üç qəpik) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat məbləğdən Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının nizamnəmə kapitalının üç bərabər pay bölgüsünə əsasən (1.296.415,44 427.816 - 855.632) Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 düşən paydan 855.632 (səkkiz yüz əlli beş min altı yüz otuz iki) manat xüsusilə külli miqdarda ziyan vuraraq ona etibar edilmiş özgənin əmlakını israf etməklə talamışdır. Bundan başqa o, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı- satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə mənimsəmə və israf etməklə əldə etdiyi ümumilikdə 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat puldan "xxxx" MMC üzrə 433.330,23 (dörd yüz otuz üç min üç yüz otuz manat iyirmi üç qəpik) manat, "xxxx" MMC üzrə 118.027,34 (yüz on səkkiz min iyirmi yeddi manat otuz dörd qəpik) manat ümumilikdə 551.135,57 (beş yüz əlli bir min yüz otuz beş manat əlli yeddi qəpik) manat xüsusilə külli miqdarda vergilər ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Bakı Ağır cinayətlər Məhkəməsinin 18 avqust 2023 1(101)-81/2023 nömrəli, hökmündən verilmiş apellyasiya şikayətindəki dəlilləri araşdırmamı ş, işin hərtərəli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-1964/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarını demək olar ki, eynilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(101)-81/2023 nömrəli hökmündə qeyd edilmiş hallarla, yəni zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 oğlunun və Zərərçəkmiş şəxs3 ibrtidai istintaq zamanı və məhkəmədə verilmiş ifadələri, ziddiyətli audit və ekspert rəyləri səyyar vergi yoxlaması aktı ilə əsaslandırılmışdır. Hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim Məhkum oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi üzrə verilmiş ittiham cinayət hüquqi icraatda deyil, mülki icraatda ar aşdırılmalı idi, çünki o, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 oğlu ilə birgə biznesfəaliyyəti ilə məşğul olmuşlar. İş materiallarında olan "xxxx" MMC-nin təsis edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qeyd edilən MMC Məhkum oğlu, Zərərçəkmiş şəxs3 oğlu və Zərərçəkmiş şəxs2 oğlu tərə9indən həmin tarixdə təsis edilmişdir. Hər birinə şirkətin nizamnamə kapitalının 33% məxsus olmuşdur. Hüquqlarını müda9iə etdiyim Məhkum oğlu AR CM-nin 179.4.cümaddəsi ilə təqsirli bilinmişdir ona görə ki, "xxxx" MMC-nin 2018-2021- ci illərdə fəaliyyətindən əldə edilmiş 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat məbləğdən Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının nizamnamə kapitalının üç bərabər pay bölgüsünə əsasən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 düşən paydan cəmi 855.632 (səkkiz yüz əlli beş min altı yüz otuz iki) manat xüsusilə külli miqdarda ziyan vuraraq ona etibar edilmiş özgənin əmlakını israf etməklə talamışdır. Birincisi, "xxxx" MMC-nin 2018-2021-ci illərdə fəaliyyətindən əldə edilmiş 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat məbləğin necə hesablanması aydın deyildir. İkincisi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 özlərinin ibtidai istintaqda verdikləri ifadələrdə göstərdikləri onlara vurulan ziyanla istintaqın və məhkəmənin ziyanla bağlı gəldiyi nəticə, yəni ziyan məbləği ziddiyyət təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixli dindirmə protokoluna əsasən, ona 535932 manat ziyan dəydiyini de mişdir (cild 6,səh.225-228). İş materiallarında olan Zərərçəkmiş şəxs2 dindirmə xx.xx.2021-ci il tarixli dindirmə protokoluna əsasən, ona 760483 manat ziyan dəydiyini demişdir (cild 6,səh.225-228). İbtidai istintaq orqanı və son nəticədə birinci instansiya məhkəməsi isə Məhkum 855632 manatı mənimsəməkdə təqsirləndirmişlər. Yəni, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hər birinə 427816 manat ziyan dəymişdir. Bundan başqa,ziyanın xarakteri ilə bağlı da ziddiyyətlər vardır. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 özlərinə dəyən ziyan kimi Məhkum verdikləri pulu hesab etmişlər. Məhkum isə məhkəmə tərəKindən "xxxx" MMC-nin fəaliyyətindən əldə edilmiş gəlirin digər təsisçilər olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 paylarına uyğun məbləğdə verilməməsində və mənims ənilməsində təqsirləndirilmişdir. Halbuki, "xxxx" MMC-nin fəaliyyətindən əldə edilmiş gəlir kimi iddia edilən 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat hələ şirkətin mənfəəti deyildir. Məhkəmə istintaqı zamanı Məhkum ifadə verərkən bidirmişdir ki, o, cinayət işinin ilkin mərhələsində istintaq orqanı tərəfindən ailə üzvləri ilə bağlı psixi təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr vennəyə məcbur edilmişdir. Bundan başqa, AR Mülki Məcəlləsində məhdud məsuliyyətli cəmiyyətlərin mənfəətinin təsisçilər arasında bölüşdürülməsinin xüsusi qaydası müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 90-1.1.-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəm iyyətin ümumi yığıncağı tərə9indən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. AR Mülki Məcəlləsinin 90-1.2.-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Göründüyü kimi, əgər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin fəaliyyətindən onların payına düşən mənfəəti bölüşdürmək istəyirdilərsə, bu halda cəmiyyətin ümumi yığıncağı çağırılmalı və xalis mənfəət müəyyən edilməklə onun təsisçilərin paylarına uyğun ödənilməsi üçün müddət m üəyyən edilməli idi. Lakin iş materiallarında "xxxx" MMC-nin ümumi yığıncağının cağırılması, xalis mənfəətin bölüşdürülməsi və bunun vaxt müəyyən edilməsi barədə qərar yoxdur. Halbuki, əgər Məhkum cəmiyyətin ümumi yığıncağını çağırmırdırsa, onda digər təsisçilər də cəmiyyətin ümumi yığıncağını çağıra bilərdilər və xalis mənfəətin bölüşdürülməsi barədə qərar qəbul edə bilərdilər. Belə ki, AR Mülki Məcəlləsinin 91.1-3.-cümaddəsinə əsasən, Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsüilə, habelə direktorlar şurasının ədihaşüm) şurasının), təftiş komissiyasının (nişittəfüm) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Zərərçəkmiş şəxs3 oğlu və Zərərçəkmiş şəxs2 oğlunun "xxxx" MMC-nin ümumi yığıncağını çağırmaq hüququ və imkanı olmalarına baxmayaraq, onlar bunu etməmiş və mənfəətin bölüşdürülməsi və ödənilməsi müddət qoyulması barədə "xxxx" MMC tərəfindən heç bir qərar qəbul edilməmişdir.Buna görə də, Cəmiyyətin təsisçilərinin ümumi yığıncağı çağırılıb keçirilmədən, xalis mənfəətin bölüşdürülməsi və hansı müddətdə ödənilməsi barədə qərar qəbul etmədən təsisçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər hansı məbləğin ödəniməməsində digər təsisçi Məhkum təqsirləndirmək tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, iş materiallarında olan AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsin in rəisi Heydər Məmmədovun xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin təsisçiləri kimi Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cavab məktubunda da qeyd edilir ki, Məhkum ilə mübahisələri mülki xarakter daşıyır, buna görə də mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilir (cilld 6,səh.240). Bundan başqa, iş materiallarında olan Bakı şəhərinin Prokurorunun müavini X20 rayon prokuroru Sərdar İmanova ünvanladığı xx.xx.2021-ci il tarixli Yazılı Göstərişində də, zərərçəkmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın müəyyən edilımədiyi istintaq orqanının nəzərinə çatdırılmışdır (cild 6,səh. 169-172). Bundan başqa, iş materiallarında olan Bakı şəhərinin Prokurorunun müavini X20 rayon prokuroru Sərdar İmanova ünvanladığı xx.xx.2021-ci il tarixli Yazılı Göstərişində, işdə olan və müxtəlif vaxtlarda aparılmış audit və ekspert rəylərində vurulmuş zərərlə bağlı kəskin ziddiyyətlər olduğu müəyyən edilmişdir (cild 6,səh. 169-172). Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, iş materiallarında olan Məhkum oğluna xx.xx.3021-ci il tarixində ittiham edilərkən vurulmuş ziyanın ümumi məbləği 327710.94 manat (Elmar Əlyevə 163855.47 manat, Zərərçəkmiş şəxs3 163855.47 manat) göstərilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs3 oğlunun istintaq zamanı mülki iddiaçı kimi tanınma üçün verdiyi xx.xx.2021-ci il tarixli ərizəsində ona vurulan ziyanın 568924.59 manat, Zərərçəkmiş şəxs2 oğlunun eyni ərizəsində isə ona vurulan ziyanın 1182939.36 manat, cəmi ziyanın 1751863.95 manat olduğunu göstərmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs3 oğlunun istintaq zamanı xx.xx.2023-cüil tarixli dindirmə protok olunda ona vurulan ziyanın 535932 manat (cild 6, səh.225-228), Zərərçəkmiş şəxs2 oğlunun eyni tarixli dindirmə protokolunda isə ona vurulan ziyanın 760483 manat olduğunu göstərmişlər (cild 6, səh.202-205). Burada açıq-aşkar ziddiyyətlər oduğu görünür, bütün ziddiyyətlər isə hüquqlarını müdaKiə etdiyim Məhkum xeyrinə qiymətləndirilməli, onun tərəKindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ziyan vurulması sübuta yetirilməmiş hesab edilməlidir. Bundan başqa, iş materiallarında olan Bakı şəhərinin Prokurorunun müavini Mürvət Həsənovun Xətai rayon prokuroru Sərdar İmanova ünvanladığı xx.xx.2021-ci il tarixli Yazılı Göstərişində, "xxxx" MMC-nin təsisçiləri kimi Zərərçəkmiş şəxs3 oğlu və Zərərçəkmiş şəxs2 oğlunun şikayəti üzrə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma materiallarının əldə edilməsi tapşırılsa da istintaq orqanı bunu etməmişdir (cild 6,səh. 169-172). Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin təsisçiləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəKindən müxtəlif vaxtlarda şirkətə pay qoyuluşu kimi rəsmiləşdirilmiş və "xxxx" MMC-nin təsisçiləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Məhkum da imzaları olan kassa mədaxil orderlərinin əksəriyyətinin imzalanma tarixləri kimi xx.xx.2018-ci ildən əvvəlki tarixlər qeyd edilmiş və hətta bu zaman "xxxx" MMC-nin möhürü də vurulmuşdur. Halbuki "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və həmin tarixdən əvvəl şirkət pay qoyulması mümkün deyildi və şirkətin möhürü də xx.xx.2018-ci ildən əvvəl mövcud deyildi (Cild 1,səh.105-142). Bundan başqa, əgər hüquqlarını müdaKiə etdiy im Məhkum AR CM-nin 179.4.-cü maddəsi ilə təqsirləndirilirsə, onda zərəçəkmiş kimi Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 deyil, "xxxx" MMC hesab edilə bilərdi. Lakin "xxxx" MMC iş üzrə zərərçəkmiş kimi tanınmamış və ona dəymiş ziyanla bağla heç bir müraciət etməmişdir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC-nin xx.xx.2017- xx.xx.2019-cu il tarixlərinin audit yoxlaması aparıldığı qeyd edilmişdir. Halbuki, "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və həmin tarixdən əvvəl "xxxx" MMC-nin fəaliyyəti ola bilməzdi (cild 1,səh. 217-227). Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində 156325.94 manat kənarlaşma müəyyən edildiyi halda, həmin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində isə 1293075.94 manat kənarlaşma müəyyən edildiyi qeyd edilmişdir, həm də yenə "xxxx" MMC-nin xx.xx.2017-ci ildən fəaliyyətinin audit yoxlaması aparıldığı qeyd edilmişdir, halbuki,"xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi "xxxx" MMC-nin heç bir fəaliyyəti ola bilməzdi (cild 4,səh. 60-74). Bundan "xxxx" MMC-nin iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli rəyinə əsasən, "xxxx" MMC ilə müştərilər arasında imzalanmış müqavilələr üzrə dövr ərzində 540138,98 manat Məhkum tərəKindən açılmış **********951405 nömrəli şəxsi bank kartı hesabına mədaxil olunmuş və həmin pulları da guya Məhkum mənimsəmişdir (cild 4, iş vərəqi 60-74). Əslində isə həmin kart şirkətin ümumi istifadəsində olmuş, kartdakı vəsaitlər şirkətin ehtiyacları üçün xərclənmişd ir. Həmin kartdan istifadə üçün mağazanın işçisi Şahid1 adına etibarnamə də olmuş və o, da bank kartından mütəmadi olaraq həmin pulları çıxararaq şirkətin kassasına mədaxil etmişdir. Ümumiyyətlə, iş materiallarında "xxxx" MMC-nin bir-biri ilə ziddiyyət təşkil edən bir neçə rəyi mövcuddur. Hazırda həmin rəylərdən hüquqlarını müdaKiə etdiyim Məhkum tərəKindən şikayətlər verilmiş və bununla bağlı kassasiya şikayətinə əlavə kimi məhkəməyə təqdim ediləcəkdir. Bundan başqa, iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində "xxxx" MMC-nin xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə fəaliyyətinə qiymət verilmişdir, halbuki,"xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi "xxxx" MMC-nin heç bir fəaliyyəti ola bilməzdi. Bundan başqa, iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində "xxxx" MMC-nin xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə fəaliyyətindən 1166686.78 manat mənfəəti yarandığı müəyyən edilmişdir (cild 6,səh. 257-267). Həmin rəydə hesablamalar düzgün aparılmamış, "xxxx" MMC-nin bütün xərcləri, vergilər, işçilərinin əmək haqqları, icarə xərcləri nəzərə alınmamışdır. Həmçinin, "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi "xxxx" MMC-nin heç bir fəaliyyəti ola bilməzdi. Bundan başqa, Məhkum AR Cinayət Məcəlləsinin 213.3.-cü maddəsi ilə təqsirləndirilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Məhkum oğlunun AR Cinayət Məcəlləsinin 213.3.-cümadd əsi ilə təqsirləndirilməsinə əsas olmuş Firstec MMC və Set Home MMC-nin səyyar vergi yoxlamasına dair **********149804 və **********149804 nömrəli aktları qanuni yolla alınmamış sübutlar olduğu sübutlar siyahısından çıxarılmalıdır. İş materiallarında olan Xətai rayon prokuroru X21 Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda yalnız SET HOME MMC-də vergi yoxlaması aparılması xahiş edilir (cild 6, səh.243). İş materiallarında SET HOME MMC-də və Firstec MMC ilə bağlı vergi yoxlaması təyin edilməsi ilə bağlı istintaq orqanının qərarı yoxdur. Belə olan halda Firstec MMC və Set Home MMC-də səyyar vergi yoxlaması qanunsuzdur və yoxlamaya dair **********149804 və **********149804 nömrəli aktların hüquqi qüvvəsi yoxdur. Az ərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdaKiəsi haqqında” Qanununun 3.1., 3.2.-ci maddələrinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, iş materiallarında Dövlət Vergi Xidməti tərə9 indən 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində vergilərin "xxxx" MMC-dən, SET HOME MMC-dən və Məhkum oğlundan tələb edilməsi barədə vergi orqanının qərarı da yoxdur. Belə olan halda isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi zərəçəkən və mülki iddiaçı kimi tanına bilməzdi və onun mülki iddiası da təmin edilə bilməzdi. Belə ki, AR Cinayət Məcəlləsinin 213.3.-cü maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziya nın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, illük“ miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, AR Cinayət Məcəlləsinin 213.3.-cümaddəsinin dispozisiyasında xüsusilə külli miqdarda, yəni 500000 manatdan yuxarı olan məbləğdə vergiləri ödəməkdən yayınma törədildikdə cinayət məsuliyyəti yarandığı müəyyən edilmişdir. Burada maliyyə sanksiyalarını ödəməkdən yayınmaya görə məsuliyyət müəyyən edilməmişdir. İş m ateriallarında olan Firstec MMC və Set Home MMC-nin səyyar vergi yoxlamasına dair **********149804 və **********149804 nömrəli aktlarında müəyyən edilmiş 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində vergidən yayınma məbləğinə isə maliyyə sanksiyaları məbləğləri daxildir. Həmin maliyyə sanksiya məbləğləri çıxıldıqda isə AR Cinayət Məcəlləsinin 213.3.-cü maddəsindəki cinayət tərkibi yaranmır. Hüquqlarını təmsil etdiyim Məhkum oğlu tərə9indən Firstec MMC və Set Home MMC-nin səyyar vergi yoxlamasına dair **********149804 və **********149804 nömrəli aktlarına dair əlavə məlumatlar Dğvlət Vergi Xidmətindən tələb edilmiş, həmçinin Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə də şikayətlər verilmişdir. Bununla bağlı məlumatlar alındıqdan sonra kassasiya şikayətinə əlavə olaraq məhkəməyə təqdim ediləcəkdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X16 və X3 ibarət tərkibdə) 1(101)-81/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli hökmündə Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın bir qisminin, yəni 150.000 AZN ona Məhkum tərəKindən ödənilməsi qeyd edilsə də, Məhkum kartında olan vəsaitlərin, digər ödənişlərin, Firstec MMC və Set Home MMC-nin müştərilərinin xx.xx.2021-ci ildən sonra məhkəmə qərarlarına əsasən etdiyi ödənişlərin və malların zərərçəkmişlərə verilməsi nəzərə alınmamışdır. Belə ki, iş materiallarında olan Xətai rayon polis idarəsində tərtib edilmiş xx.xx.2021ci il tarixli protokola əsasən, 10261 manat zərərçəkmiş Zərərçəkmiş şəxs3 verilmişdir (cild 4,səh. 15). Bundan başqa, iş materiallarında Məhkum xx.xx.2021-ci il tarix ərizəsinə əsasən, KAPİTAL BANK ASC-nin buraxdığı **********511405 nömrəli bank kartını və orada olan pul vəsaitlərini, Firstec MMC-də olan 219583.02 manat dəyərində malları, Set Home MMC-də olan 157574 manat məbləğndə olan malları zərərçəkmişlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 verilməsini xahiş etmişdir (cild 6,səh. 242). Şərh olunanlara əsasən məhkumun müdafiəçisi Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1964/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və məhkuma qarşı irəli sürülmüş müvafiq maddələr üzrə cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin ba xışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmə lərindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiy asının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil et məli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılma sına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaq ında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 179.4 və 213.3-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 179.4. və 213.3-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Resp ublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 179.4. və 213.3-cü maddələri ilə tövsif edilməsi və onun bu maddələr ilə təqsirli bilinməsini istisn a edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Bə hruz Kərimova təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yəni küllü miqdarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 1 79.4. və 213.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.4. və 213.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 179.4. və 213.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələbl ərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 179.4. və 213.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci m addəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X9 Avropa Konvensiyasının 5, 6, 8 və 18-cı maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X9 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidi r. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanun vericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 179.4. və 213.3-cü maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4. və 213.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən ba xıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tə ləblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növ bədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 179.4. və 213.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib o lunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tut araq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4. və 213.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1964/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-545/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-545/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver