Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-546/2020 27.07.2020 ALİ MƏHKƏMƏ QƏRAR Azərbaycan Respublikası Ali Məhkəmənin hakimi Kərimov Fərhad Abdulkərim oğlu Ali Məhkəməyə daхil оlmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Verilmiş kassasiya şikayətindən görünür ki, Məhkum Bakı Şəhəri Sabunçu Raayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 186.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, hökmlə zərərçəkmiş şəxs X2 Məhkum, X1 və X5 əldə çıxmış fayda nəzərə alınmaq la cəmi 800000 manat məbləğində və çəkdiyi əlavə xərclərinin əvəzi olaraq 630 manat məbləğində, mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində, cəmi 810630 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulmasına dair mülki iddiası qismən təmin edilərək Məhkum maddi zərərə görə (cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi) 284.100,60 manat məbləğində pulun tutularaq mülki iddiaçıya ödənilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.K.Səfərov, hakimlər N.E.Məmmədov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxs X2 nümayəndəsi X8, habelə Məhkum və onun müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şik ayətləri təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qimən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarı olmasına baxmayaraq zərərçəkmiş şəxs X4 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermişdir. Hal-hazırda kassasi ya şikayətində irəli sürülmüş dəlillərə uyğun olaraq işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmış və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.. Buna görə də hesab edirəm ki, kassasiya instansiyası tərəfindən ləğv olunmuş və yeni apelyasiya baxışına təyin olunmuş cinayət işi üzrə yenidən hər hansı kassasiya şikayəti verilə bilməz. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X4oğlu tərəfindən verilmiş kassasiya şikayəti baхılmamış saхlanılmalı, həmin şikayət isə özünə qaytarılmalıdır. Qeyd оlunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 415.0.1 və 418.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: M əhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti baхılmamış saхlanılsın. Kassasiya şikayəti zərərçəkmiş şəxs X3 qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-546/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-546/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver